Məhkəmə qərarları › İş №e-2(007)-423/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-423/2025

10.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-423/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X23 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Konturouna qarşı “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Bakı şəhəri 15 saylı notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 30 saylı DNK-nun xx.xx.2000-ci il tarixli 3B3-68 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112, 84 saylı mənzil X17 mülkiyyət hüququ üzrə məxsus idi. Bakı şəhəri 15 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 2 “V” 47 reyestr nömrəsi xx.xx.2015-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Həmin mənzil 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2015-ci il tarixli, 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakm alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsinə əsasən 15 mart 2015-ci il tarixdə X14 Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair tam olaraq verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab olunmuş, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş yuxarıda göstərilən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə etibarsız hesab edilmiş, miras qoyanın digər övladı X8 həmin mənzilin “1/2 hissəsinə vərəsəlik hüququ tanımışdır. Bakı Apelyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 şikayəti təmin edilmiş, xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində təsdiqlənmiş müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin Cavabdeh2 satılması haqqında müqavilə bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada əməl olduğunu, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olduğu təsdiqlənmiş, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 sentyabr 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarına əsasən Bakı Apelyasiya məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri 15 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktuda qeyd edilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, X8 həmin mənzilə dair vərəsəlik hüquqlarının notarius tərəfindən tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi hüquqi zərurət yoxdur. Qeyd etməyi zəruri hesab edir ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onun iki vərəsə qalmışdır - h/yoldaşı X10 və oğlu X12. Vərəsəlik hüququnu təsdiq etmək üçün verilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 (oğlu X5 anası X3 xeyrinə imtina edilməsi nəzərə alaraq) vərəsəsi onun h/yoldaşı X10 hesab olunur və miras qalmış əmlakda Olqa Bədirovanın V payı göstərilmişdir. Eyni zamanda Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazzi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedan mənzil X8 (1/2 hissəsi) və X13 adlarına (1/2 hissəsi açıq saxlanılmışdır) dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X10 ünvan 4 ünvanda yerləşən 84 saylı mənzilə dair xx.xx.1958-ci il tarixdə anadan olmuş X3 adına 1/2 hissədə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 15 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli 845 №li məktubu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etdiyi mirasa daxil olan əmlaka dair daşınmaz əmlakın hüquqmüəyyənedici sənədi olmadığından və həmin əmlak özgəninkiləşdirildiyindən X6 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümükün olmaması barədə cavab vermişdir. Eyni zamanda, Bakı şəhəri 15 saylı notariat ofisi 04 oktyabr 2023-cü il tarixli qərarı ilə X3 təmsil etdiyi X9 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Hesab edir ki, Bakı şəhəri 15 saylı notariat ofisinin X7 miras qalmış ünvan 4 ünvanda yerləşən 84 saylı mənzilin ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etməsi barədə cavabı tamamilə əsassız və qanunsuzdur. Göstərilənlərə əsasəm, ünvan 4 ünvanda yerləşən 84 saylı mənzildə X3 1/2 hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına 1/2 hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, işin məhkəmə iclasına hazırlanması zamanı daşınmaz əmlakın dövlət reyestrinə vəkil sorğusu ilə müraciət etmişdir. DƏDK və R-ri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********05 nömrəli cavabından görünür ki, ünvan 5 ünvanda yerləşən 84 saylı mənzil 4 saylı Bakı ASAN Xidmət mərkəzinin 4Ə-398 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hesab edir ki, Cavabdeh2 qanunsuz olaraq yuxarıda qeyd edilmiş ünvanda yerləşən 84 saylı mənzilə mülkiyyət hüququna daxil olmuşdur. Çünki əvvəlki məhkəmənin qərarı ilə iddiaçının ərinə miras qalmış mənzildə 1/2 pay ayrılıb və bu barədə Cavabdeh2 xəbəri olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən 84 saylı mənzilə Cavabdeh2 adına DƏDK və R-ri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və iddiaçı X4 ünvan 5 ünvanda yerləşən 84 saylı mənzildə onun 1/2 hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına 1/2 hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdeh2 vicdanlı alıcı kimi tanınmışdır. Ruslan Bədirova dair hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Ruslan Bədirovun ½ pay hissəsi barədə icra vərəqəsi verilmişdir. Ruslan Bədirov 3 may 2022-ci il tarixdə vəfat etmişdir. Onun iki nəfər vərəsəsi qalmışdır. Oğlu anasının xeyrinə vərəsəlikdən imtina etmişdir. DƏDRX-nə sorğu vermişdir və soğruya xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tam həcmdə mülkiyyət hüququ üzrə çıxarış alması cavabı gəlmişdir. Odur ki, hazırda İddiaçı1 vərəsə kimi tanınması və onun adına ½ pay hüququ üzrə çıxarış verilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, 2015-ci ildə həmin mənzili almışdır. Alik ilə Nina adında şəxslərdən mənzili almışdır. Orada Ruslanın adı olmamışdır. O, notariatda alqı-satqı müqaviləsi bağlamış, 74000 manat pul vermişdir. Alik ilə Nina sağ olsa idi, ondan istəyə bilərdilər. Onu o qədər əsəbləşdirmişlər ki, o, şəkər və xərçəng xəstəsi olmuşdur. O, mənzili artıq 10 ildir ki, almışdır. Burada yaşamayan insandır, Ruslan artıq ölmüşdür, onun nə payı ola bilər? O, vicdanlı alıcıdır. İddia əsassızdır. Göstərdiklərinin nəzərə alınamasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin xüsusi notariusu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, X3 təmsil etdiyi X9 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən X11 adına verilmiş xx.xx.2015-ci il tarixli 2 “V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və X8 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınmışdır. X11 adına DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Asan xidmət mərkəzində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması qət edilmiş, Cavabdeh2 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4140/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)- 3264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni 4 saylı Bakı Asan xidmət mərkəzində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, Cavabdeh2 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4140/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisəndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -452925 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə İddiaçı1 arasında xx.xx.1989-cu ildə 308 nömrə ilə qeydə alınmaqla nikaha daxil olmuşlar. -878138 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 may 2020-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayətində vəfat etmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. -Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli, ********** saylı qəbz ilə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 adına verilmiş xx.xx.2015ci il tarixli 2 “V” 47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, X11 adına DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilmiş, X8 həmin mənzilin ½ hissəsinə vərəsəlik hüququ tanınmış, 4 saylı Bakı Asan xidmət mərkəzində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilmiş və həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması Cavabdeh2 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4140/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)- 3264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi 4 saylı Bakı Asan xidmət mərkəzində təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-398 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması, Cavabdeh2 mübahisəli mənzilin alqı-satqısı zamanı ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4140/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisəndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ünvan 7 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. X15 03 may 2020-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayətində vəfat etmişdir. X2 arvadı İddiaçı1 Bakı şəhəri, ünvan 8 ünvanında 84 saylı mənzilə Cavabdeh2 adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsini, İddiaçı1 ünvan 10 ünvanda yerləşən 84 saylı mənzildə onun ½ hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını da nəzərə alaraq, iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4140/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, “...Göründüyü kimi Cavabdeh2 ilə Alik Bədirovun arasında xx.xx.2015-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmuş, Cavabdeh2 müqavilə bağlanarkən vicdanlı alıcı olmuşdur....” Belə olan halda, məhkəmə yuxarıda göstərilənləri, habelə qanuni qüvvəsini almış məhkəmə qətnamələrini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbinin “ünvan 10 ünvanda yerləşən 84 saylı mənzildə onun ½ hissədə vərəsəlik hüququnun tanınması və həmin mənzildə onun adına ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi həyat yoldaşı X8 vəfat etməsini, özünün onun vərəsəsi olmasını, X8 mübahisə predmeti olan mənzildə ½ pay hissə ilə vərəsəlik hüququnun tanınmasını, bu barədə qəbul edilmiş məhkəmə qətnaməsinin qanuni qüvvə alaraq icraya yönləndirilməsini göstərmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə X1 mənzilə ½ hissədə vərəsəlik hüququ tanınsa da, Cavabdeh2 vicdanlı alıcı olması nəzərə alınmaqla, sonuncu ilə X18 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir. Belə olan halda mübahisə predmeti olan, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə vicdanlı alıcı hesab edilən Cavabdeh2 adına rəsmi reyestrdə qeydə alınmış mənzil üzərində ½ hissədə iddiaçının vərəsəlik hüququnun tanınması və bu barədə şəhadətnamə verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Konturouna qarşı “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat Konturouna qarşı “çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar