Məhkəmə qərarları › İş №e-2(007)-4452/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4452/2025

05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4452/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “doğum faktının müəyyən edilməsi” tələbi) X8 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi İddiaçı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1905-ci il tarixdə, Bakı şəhərində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun ulu babası Qasım Dadaş oğlu 1875-1880-ci illərdə Bakı şəhərində anadan olmuşdur. Ulu babası ünvan 1 ünvanında yaşamış və 1942-ci ildə rəhmətə getmişdir. Ulu babasından sonra ünvan 2 ünvanında yerləşən fərdi ev miras olaraq qalmış və həmin əmlakı o idarə edir, onun qızı olan, nənəsi xx.xx.1913-cü il təvəllüdlü X3 (Məhbubə Qasım qızı) babası xx.xx.1905-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamənin olmaması üzündən faktiki idarə etdiyi miras əmlakını adına rəsmiləşdirə bilməmişdir. O, doğum haqqında şəhadətnaməni almaq üçün Milli Arxiv İdarəsinə müraciət etsə də, cavabında X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmadığını bildirilmişdir. İş materialları: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 3-48-TA/2-T-184-6-254/2024 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Keşlə kənd məscidinin 1900-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında Tahir Fərrux oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 3-48-TA/2-T-183-6-255/2024 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Keşlə kənd məscidinin 1910-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında Məhbubə Qasım qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İİİ-ЖГ seriyalı, 259018 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Nəsir Tahir oğlu, ana qrafasında Gülbacı Abasmirzə qızı qeyd edilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatdadır. ИЕ seriyalı, 447205 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 05 fevral 1905-ci il təvəllüdlü Tahirov Fərrux X1 ilə 13 may 1963-cü il tarixdə nikaha daxil olmuşdur. İİİ-ЖГ seriyalı, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İV-ЖГ seriyalı, 255668 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 85 yaşında, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin vəkil və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, X4 xx.xx.1905-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin müraciəti Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində araşdırılmış, heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Belə ki, ИЕ seriyalı, 447205 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 fevral 1905-ci ildə anadan olmuşdur, İV-ЖГ seriyalı, 255668 saylı ölüm haqqında şəhadətnamənin surətindən isə görünür ki, X4 85 yaşında, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1905-ci il tarixdə Bakı şəhərində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydinin bərpa olunaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1905-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydinin bərpa olunaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar