Məhkəmə qərarları › İş №e-2(007)-45/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-45/2025

22.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-45/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “pul” və “müqavilənin ləğv edilməsi” tələbləri) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə və iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, 1-ci tələb:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin iddiaçının mülkiyyətinə təhvil verilməsi və ya 3 saylı bina inşa edilməyəcəyi halda müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 444808 (dörd yüz qırx dörd min səkkiz yüz səkkiz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2-ci tələb:

3. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 m2 olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 m2 olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 m2 olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməsi, İddiaçı isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməsinə dair 04 iyul 2021-ci il tarixli müqavilələrin ləğv edilməsi, İddiaçı ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin edilməsi və 114390 (yüz on dörd min üç yüz doxsan) manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(007)- 2868/2024 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(007)- 2868/2024 nömrəli mülki iş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair e-2(007)- 215/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş, birləşdirilmiş icraatda e-2(007)- 215/2024 nömrə saxlanılmaqla 2(007)-2868/2024 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

1-ci iddia ərizəsinin əsaslandırıldığı hallar:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında 04 iyul 2021-ci il tarixli iki ədəd müqavilə bağlanmışdır. Müqavilələrə əsasən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92.99 kvadrat metr (mənzilin ümumi sahəsinə bütün arakəsmələrin oturacaqlarının, şaxtaların və eyvanın sahəsi daxil deyildir) yaşayış sahəsini MMC-yə təhvil verməyi, MMC isə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində 2439-cu məhəllədə tikiləcək 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 kv.m, yaşayış sahəsi 46.29 kv.m, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzili və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 kv.m, yaşayış sahəsi 46.29 kv.m olan 31 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəliklərinə götürmüşlər. Eyni zamanda mənzillər iddiaçıya təhvil verildikdən sonra iddiaçı tərəfindən 22000 manat (iyirmi iki min manat) məbləğində MMCyə ödəniş etmək, MMC isə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92.99 kv.m-lik mənzili təhvil aldıqdan sonra yəni 10 avqust 2020-ci il tarixindən başlayaraq hər ay iddiaçıya mənzil kirayə haqqı ödəmək razılığına gəlmişlər. 10 avqust 2020-ci il tarixindən iddiaçı ona məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92.99 kv.m-lik mənzili boşaldaraq MMC-yə təhvil verməklə müqavilə öhdəliyini yerinə yetirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iddiaçıya məxsus mənzilin yerləşdiyi evi tamamilə sökərək yerində qeyri-yaşayış obyekti inşa etmişdir. İddiaçıya məxsus mənzilin təhvil verildiyindən 3 ildən artıq bir müddət ötməsinə baxmayaraq "xxxx" MMC müqavilədə üzərinə götürdüyü öhdəliyə məhəl qoymur və mənzil kirayə haqlarını ödəmir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməməklə bəhanə gətirir ki, guya bütün dövlət qurumlarından 3 saylı binanın tikintisinə icazə sənədlərinin olmasına baxmayaraq, müəyyən səbəblərdən tikinti işlərinin aparılmasına icazə verilmir, halbuki iddiaçının mənzilinin yerləşdiyi binanın yerində hazırda qeyri-yaşayış obyekti inşa edilmişdir. Hesab edir ki, iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur, artıq 3 ildən artıq bir müddətdir ki, iddiaçı öz mülkiyyət hüququndan məhrum edilmişdir. Cavabdeh "xxxx" MMC bu vaxtadək Nazirlər Kabinetinin Qərarına məhəl qoymamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə görə mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan mənzilini cavabdehə təhvil verməyi, cavabdeh "xxxx" MMC isə öz növbəsində iddiaçını yeni mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92.99 kvadrat metr 3 otaqlı mənzilini boşaldaraq cavabdehə təhvil verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC mənzilləri iddiaçıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Bu isə öz növbəsində iddiaçının Konstitusiyanın 13 və 29 maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. 10 avqust 2020-ci il tarixindən iddiaçıya məxsus mənzili boşaldaraq MMC-yə təhvil verilmişdir, iddiaçının müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün cavabdeh tərəfindən 3 ildən artıq bir müddət ərzində lazımi maliyyə vəsaiti ödənilməmişdir. Ekspertizanın rəyindən görünür ki, təhvil verilməli olan mənzillərin dəyəri 2024-cü ilin may ayı üçün 405880 manat, 20 avqust 2020-ci il tarixdən 20 dekabr 2024-cü il tarixədək olan 52 aylıq kirayə haqqı hər ay 740 manat, cəmi, 38.480 manat, ödənilmiş dövlət rüsumu 148 manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş məbləğ 300 manat təşkil edir. Beləliklə, cavabdeh təşkilatın ona ödəməli olduğu ümumi məbləğ 444.808 manat təskil edir. Həmçinin. is materiallarından görünür ki, cavabdeh təşkilat onunla ilk müqaviləni 2018-ci ildə bağlamış, 2021-ci ildə isə yeni bir müqavilə bağlanmışdır. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi etirazında da etiraf olunur ki, mənzilin tərəfindən təhvil verildiyi 10 avqust 2020-ci il tarixdən aylıq kırayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdən bu günə kimi aylıq kirayə haqqı məbləği hesablanıb ona ödənilməlidir.

2-ci iddia ərizəsinin əsaslandırıldığı hallar:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 9-cu mərtəbəsindəki 2 otaqlı 89.4 kv.m olan 58 №-li və 9-cu mərtəbəsindəki 1 otaqlı 68.25 kv.m olan 59 №-li mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzillərin əlavə sahəsinə görə təyin olunan dəyər 17000 AZN olaraq razılaşdırılmışdır və İddiaçı göstərilən məbləği binanın tikintisinə başlanıldığı andan etibarən 24 ay ərzində hər ay 708 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məxsus 92.99 kv.m olan yaşayış sahəsi əvəzinə ümumi sahəsi 157.65 kv.m olan 2 ədəd mənzilin (89.4 kv.m+68.25 kv.m=157.65 kv.m) verilməsi ilə bağlı qeyd olunur ki, İddiaçı məxsus mənzilin sökülməsi müqabilində ona sahəsi 111.6 kv.m təşkil edən mənzil verilməsi razlaşdırılmışdır. Sahəsi 111.6 kv.m təşkil edən mənzilin təmir xərci 1 kv.m üçün 150 manat hesablanmaqla 111.6 kv.m üçün 16740 manat, hər ay üçün 350 manat kirayə haqqı hesablanmaqla 24 ay üçün 8400 manat müəyyən edilmişdir. Ümumilikdə təmir və kirayə haqqı pulu qarşılıqlı razılıq əsasında 25140 manat hesablanmış və buna görə ona verilməsi nəzərdə tutulmuş 111.6 kv.m yaşayış sahəsinə əlavə olaraq 25.14 kv.m hesablanmaqla 136.74 kv.m mənzilin verilməsi nəzərdə tutulmuşdur. Ümumi sahəsi 157.65 kv.m olan 2 ədəd mənzilin (89.4 kv.m+68.25 kv.m=157.65 kv.m) verilməsi müqabilində 136.74 kv.m-dən əlavə sahəyə görə cavabdeh 17000 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə İddiaçı arasında 04 iyul 2021-ci il tarixdə imzalanmış müqavilələrə əsasən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89.4 kv.m olan 2 otaqlı 31 nömrəli və sahəsi 89.4 kv.m olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməli, cavabdeh isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməlidir. İddiaçı məxsus mənzilin sökülməsi müqabilində ona verilməsi nəzərdə tutulmuş mənzilin təmir xərci və kirayə haqqı nəzərə alınmaqla əlavə yaşayış sahəsinin verilməsi nəzərdə tutulduğundan müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulmamışdır. Həmin müqavilələr İddiaçı tərəfinizdən imzalanmışdır. Bundan başqa İddiaçı 11 noyabr 2022-ci ildə bildiriş göndərilərək 2 ədəd 89.4 kv.m olan mənzillərin əvəzinə ünvan 1 ünvanında 5 saylı binanın 2 və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bağlanmış müqavilələrə əsasən göstərilən mənzillərin tikilməsini və təhvil verilməsini gözləyəcəyini qeyd etmişdir. Əlavə olaraq bildirir ki 15 aprel 2014-cü il tarixində Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 158 saylı Sərancamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 1.28 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncama uyğun olaraq təsdiq edilən ərazinin Baş Planında qeyd olunan 1 və 2 saylı yaşayış binalarının inşası ilə bağlı işçi layihəsinin memarlıq - planlaşdırma hissəsi razılaşdırılmış və müvafiq qaydada tikintiyə icazə verilmişdir. Hazırda ünvan 2 ünvanda "Rahatlıgn Məkanı” MMC tərəfindən inşa edilən 1 və 2 saylı yaşayış binaları tikilib başa çatdırılaraq istismara qəbul edilmişdir. Daha sonra Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 181 saylı Sərancamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 18/76 saylı ayrıc aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 3.2 ha torpaq sahəsi “Rahatlığın Məkanı MMC-nin istifadəsinə verilmişdir. Həmin dövrdə məqsəd torpaq sahəsinin böyüdülməsi və həmin ərazidə yerləşən 2 mərtəbəli binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının inşası idi. Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03- 8/2685 saylı qərarı ilə razılaşdırılıb və Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiq olunmuşdur. Lakin sonradan layihədə nəzərdə tutulan iki çoxmərtəbəli yaşayış binasının (4 və 5 saylı binalar) tikintisi üçün icazə sənədi verilsə də həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədini verilməmişdir. "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanarkən Baş plan üzrə nəzərdə tutulmuş 3, 4 və 5 saylı yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 02 oktyabr 2017-ci il tarixli, 18/03-8/2665 saylı qərarı ilə razılaşdırılıb Dövlət Ekspertizası Baş İdarəsi tərəfindən təsdiq olunsa da sonradan həmin şəhərsalma əsaslandrılmasında nəzərdə tutulan 3 saylı 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. Bu isə "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deməkdir. Belə ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, yəni müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar, yəni söküntü üçün kompensasiya ödəyə bilər və ya ümumiyyətlə, bağlamazdılar. Çünki cəmiyyət özü binanın tikintisindən əldə olunacaq gəliri nəzərə alaraq cavabdehə 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsi əvəzinə sahəsi 89.4 kv.m olan 2 ədəd 2 otaqlı təmirsiz mənzil verilməsini təklif etməzdi. Sözügedən binanın tikintisinə icazə verilməməsi səbəbindən cəmiyyət tərəfindən yaşayış sahələri sökülmüş sakinlərə mülkiyyətlərində, yaxud sahiblik və istifadələrində olan ümumi sahələr üçün söküntünün aparıldığı dövrə hesablanmaqla kompensasiya ödənilmişdir. İddiaçı vəkili Nümayəndə2 iddianın predmetinin dəyişdirilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsində artıq iddia tələbinin həcmi 448000 manat məbləğində qeyd olunur. Kompensasiya ödənilməsi ilə bağlı iddia tərəfinin tələbi haqlıdır, lakin bu halda sahəsi 92.99 kvm. olan, istismar müddəti bitmiş qəzalı binadakı üç otaqlı mənzilə görə 448000 manat tələb edilməsi ağlabatan deyil. Bakının mərkəzi küçələrində yerləşən premium tipli binalarda belə mənzillərin qiyməti daha ucuzdur. Bu halda, istismar müddəti bitmiş, qəza şəraitində olan binada 1 kv.m mənzil sahəsi üçün 4500 manatdan artıq məbləğ tələb etmək birmənalı şəkildə hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Hazırkı iş "xxxx" MMC-nin “müqavilənin ləğv edilməsi” ilə bağlı iddia tələbinə dair digər işlə birləşdirilib. Bu halda, İddiaçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrə istinad etməsi düzgün deyil. Belə ki, artıq qanuni qüvvəyə minən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-223/2024 saylı qətnaməsi ilə sübut olunub ki, qarşı tərəflə "xxxx" MMC arasında bağlanan sözügedən müqavilələrə görə nəzərdə tutulan 3 saylı bina inşa edilməyəcək. Söhbət eyni binadan getdiyi üçün həmin qətnamənin bu işdə preyudisial xarakter daşıdığını nəzərə alsaq şəratin dəyişməsi ilə əlaqədar olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv olunması labüddür. Bu halda, İddiaçı yalnız ona məxsus olan mənzilin müqavilə bağlandığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun kompensasiya ala bilər. Bu mənada kompensasiya tələbi irəli sürərkən iddiaçının tikilməyəcək binadakı mənzilin qiymətlərinə istinad etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. “X1” tərəfindən verilən 17 may 2023-cü il tarixli “Qiymətləndirmə rəyi”nə əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yaşayış evinin 2-ci mərtəbəsində yerləşmiş ümumi sahəsi 92.99 kv.m təşkil edən 6 saylı mənzilin istifadəyə yararlılıq dərəcəsi nəzərə alınmaqla hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 79042 (yetmiş doqquz min qırx iki) manat məbləğində müəyyən edilib. Mövcud məhkəmə təcrübəsinə əsaslanaraq həmin məbləğə 20 faiz də əlavə edilməklə "xxxx" MMC tərəfindən iddiaçıya kompensasiya ödənilə bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mənzilin kirayə haqqına dair iddialar da İddiaçı tərəfindən düzgün əsaslandırılmayıb. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanan müqaviləyə əsasən 10 avqust 2020-ci il tarixindən başlayaraq hər ay iddiaçıya mənzil kirayə haqqı ödəməlidir, çünki müqavilə əvvəldən bağlansa da məhz 10 avqust 2020-ci il tarixindən iddiaçı ona məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92,99 kv.m-lik mənzili boşaldaraq MMC-yə təhvil verib. Həmin vaxta qədər göstərilən mənzildə İddiaçı qohumu olan mənzilin əvvəlki sahibi ailəsi ilə birlikdə yaşayıb. Bu işin mübahisəsiz halıdır. xx.xx.2022-ci il tarixdə MMC tərəfindən İddiaçı təqdim olunan bildirişdə qeyd olunub ki, 04. 07. 2021-cü il tarixli müqavilədə nəzərdə tutulan 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün həmin binada müqaviləsi olan sakinlərə tikintisi artıq başa çatdırılan 5 saylı binada mənzil təklif edilir. Bununla əlaqədar, İddiaçı də ünvan 3 ünvanda 5 saylı binanın 2-ci və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər rəsmi qaydada təklif olunub. Ona təqdim olunan bildirişdə İddiaçı öz xətti ilə aşağıdakı qeydlərini yazıb: “Təklifinizi qəbul etmirəm. Sizinlə aramızda bağlanmış müqaviləyə əsasən göstərilən mənzillərin tikilməsini gözləyirəm”. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən hazır binanın müxtəlif mərtəbələrində təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bu təklifləri qəbul etməyib və 3 saylı binanın tikintisinə icazə verilmədiyi barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq ona verilən mənzildən imtina edib. Bu halda, xx.xx.2022-ci ildən sonrakı dövr üçün "xxxx" MMC-dən kirayə haqqının tələb edilməsi əsassızdır. 2020-2022-ci illər ərzində "xxxx" MMC tərəfindən köçürülən digər sakinlərə verilən ən yüksək kirayə haqqı ayda 400 manat olmuşdur. Bunu nəzərə alaraq 10 avqust 2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan 27 ay müddət üçün (27 X 400) 10800 manat kirayə haqqı iddiaçıya ödənilməldir. Beləliklə, mənzilin bazar qiyməti, əlavə 20 faiz və kirayə haqqı (79042 + 15808 + 10800) ümumilikdə 105650 (yüz beş min altı yüz əlli) manat təşkil edir ki, həmin məbləğ müvafiq qaydada barışıq sazişi imzalanaraq dərhal "xxxx" MMC tərəfinən İddiaçı ödənilə bilər. Kompensasiyanın məbləği barədə daha bir məhkəmə təcrübəsinə istinad etmək olar. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)–1026/2024 saylı qərardadı ilə təsdiq olunan Xanlar Məmmədovla "xxxx" MMC araında bağlanan və hazırda artıq icra olunan barışıq sazişinə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilin (1/2 hissəsi) 32.5 kv.m sahəsinə görə 40000 (qırx min) manat pul ödənilib. Bu halda, mənzilin 1 kv.m sahəsi (40000 : 32.5) 1230 manat müəyyən edilib. Nəzərinizə çatdırıram ki, X. Məmmədovun kirayə haqqı alacağı müddət İddiaçılə bağlı yuxarıda qeyd olunan 27 aylıq müddətdən 3 dəfə çox plub. Buna baxmayaraq, "xxxx" MMC Xanlar Məmmədovla eyni şərtlərlə, yəni 92.99 kv.m sahəsi olan mənzilə görə (1230 X 93) 114390 (yüz on dörd min üç yüz doxsan) manat pul vəsaitini barışıq sazişi əsasında dərhal ödəməyə hazırdır. Əgər qarşı tərəf istismar müddəti bitmiş qəzalı binadakı mülkiyyətində olan üç otaqlı mənzilin müqavilə bağlanan dövrdəki bazar qiymətinin ekspertiza rəyində qeyd olunandan daha artıq olmasına dair tutarlı əsaslar təqdim edərsə, təkrar qiymətləndirmə ekspertizası keçirilə bilər.

"xxxx" MMC-nin etirazı:

8. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və ya pul vəsaitinin və mənzil icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə şərtlərinə uyğun mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3 saylı bina inşa edilməyəcəyi halda, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrə əsasən müqavilədə göstərilən eyni şərtlərlə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş ona yaxın ərazidə mənzillərin iddiaçının mülkiyyətinə təhvil verilməsi, mənzillərin iddiaçıya təhvil verilməsi mümkün olmadıqda 372798 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 1800 manat məbləğində mənzil icarə haqqının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmə baxış iclası təyin edildikdən bir həftə sonra İddiaçı vəkili Nümayəndə2 iddianın predmetinin dəyişdirilməsinə dair ərizəsi elektron sistemə yerləşdirilib. İddiaçı vəkili Nümayəndə2 iddianın predmetinin dəyişdirilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsində artıq iddia tələbinin həcmi 418908 manat məbləğində qeyd olunur. Bu halda iddia tələbi artıq qiymətləndirilən iddia ərizəsinə aiddir ki, bununla bağlı müvafiq qaydada əlavə rüsum ödənilməlidir ki, iddia tərəfi həmin rüsumu ödəməyib. Kompensasiya ödənilməsi ilə bağlı tələb irəli sürmək üçün iddia tərəfinin hüququ mübahisə doğurmur. Lakin bu halda sahəsi 92.99 kvm. olan, istismar müddəti bitmiş qəzalı binadakı üç otaqlı mənzilə görə 418908 manat tələb edilməsi ağlabatan deyil. Bakının mərkəzi küçələrində yerləşən premium tipli binalarda belə mənzillərin qiyməti daha ucuzdur. Bu halda, istismar müddəti bitmiş, qəza şəraitində olan binada 1 kv.m. mənzil sahəsi üçün 4500 manatdan artıq məbləğ tələb etmək birmənalı şəkildə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Hazırkı iş "xxxx" MMC-nin “müqavilənin ləğv edilməsi” ilə bağlı iddia tələbinə dair digər işlə birləşdirilib. Bu halda, İddiaçı "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilələrə istinad etməsi düzgün deyil. Belə ki, artıq qanuni qüvvəyə minən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007 -223/2024 saylı qətnaməsi ilə sübut olunub ki, qarşı tərəflə "xxxx" MMC arasında bağlanan sözügedən müqavilələrə görə nəzərdə tutulan 3 saylı bina inşa edilməyəcək. Söhbət eyni binadan getdiyi üçün həmin qətnamənin bu işdə preyudisial xarakter daşıdığı nəzərə alınsa şəraitin dəyişməsi ilə əlaqədar olaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv olunması labüddür. Bu halda, İddiaçılə "xxxx" MMC arasındakı münasibətlər müqavilə bağlanandan əvvəlki vəziyyətə qayıdır ki, bu halda S. Nağıyev yalnız ona məxsus olan mənzilin müqavilə bağlandığı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun kompensasiya ala bilər. Bu mənada kompensasiya tələbi irəli sürərkən iddiaçının tikilməyəcək binadakı mənzilin qiymətlərinə istinad etməsi tamamilə əsassızdır. “X1” tərəfindən verilən 17 may 2023-cü il tarixli “Qiymətləndirmə rəyi”nə əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yaşayış evinin 2-ci mərtəbəsində yerləşmiş ümumi sahəsi 92.99 kv.m. təşkil edən 6 saylı mənzilin istifadəyə yararlılıq dərəcəsi nəzərə alınmaqla hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 79042 (yetmiş doqquz min qırx iki) manat məbləğində müəyyən edilib. Mövcud məhkəmə təcrübəsinə əsaslanaraq həmin məbləğə 20 faiz də əlavə edilməklə "xxxx" MMC tərəfindən iddiaçıya kompensasiya ödənilə bilər. Eyni zamanda nəzərə çatdırır ki, mənzilin kirayə haqqına dair iddialar da İddiaçı tərəfindən düzgün əsaslandırılmayıb. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanan müqaviləyə əsasən 10 avqust 2020-ci il tarixindən başlayaraq hər ay iddiaçıya mənzil kirayə haqqı ödəməlidir, çünki məhz 10 avqust 2020-ci il tarixindən iddiaçı ona məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92,99 kv.m-lik mənzili boşaldaraq MMC-yə təhvil verib. Həmin vaxta qədər göstərilən mənzildə İddiaçı qohumu olan mənzilin əvvəlki sahibi ailəsi ilə birlikdə yaşayıb. Bu işin mübahisəsiz halıdır. xx.xx.2022-ci il tarixdə MMC tərəfindən İddiaçı təqdim olunan bildirişdə qeyd olunub ki, xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulan 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün həmin binada müqaviləsi olan sakinlərə tikintisi artıq başa çatdırılan 5 saylı binada mənzil təklif edilir. Bununla əlaqədar, İddiaçı də ünvan 3 ünvanda 5 saylı binanın 2-ci və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər rəsmi qaydada təklif olunub. Ona təqdim olunan bildirişdə İddiaçı öz xətti ilə aşağıdakı qeydlərini yazıb: “Təklifinizi qəbul etmirəm. Sizinlə aramızda bağlanmış müqaviləyə əsasən göstərilən mənzillərin tikilməsini gözləyirəm.” Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən hazır binanın müxtəlif mərtəbələrində təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bu təklifləri qəbul etməyib və 3 saylı binanın tikintisinə icazə verilmədiyi barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq ona verilən mənzildən imtina edib. Bu halda, xx.xx.2022-ci ildən sonrakı dövr üçün "xxxx" MMC-dən kirayə haqqının tələb edilməsi əsassızdır. 2020-2022-ci illər ərzində "xxxx" MMC tərəfindən köçürülən digər sakinlərə verilən ən yüksək kirayə haqqı ayda 400 manat olmuşdur. Bunu nəzərə alaraq 10 avqust 2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan 27 ay müddət üçün (27 X 400) 10800 manat kirayə haqqı iddiaçıya ödənilməldir. Beləliklə, mənzilin bazar qiyməti, əlavə 20 faiz və kirayə haqqı (79042 + 15808 + 10800) ümumilikdə 105650 (yüz beş min altı yüz əlli) manat təşkil edir ki, həmin məbləğ müvafiq qaydada barışıq sazişi imzalanaraq dərhal "xxxx" MMC tərəfindən İddiaçı ödənilə bilər. Kompensasiyanın məbləği barədə daha bir məhkəmə təcrübəsinə istinad etmək olar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)–1026/2024 saylı qərardadı ilə təsdiq olunan Xanlar Məmmədovla "xxxx" MMC arasında bağlanan və hazırda artıq icra olunan barışıq sazişinə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilin (1/2 hissəsi) 32.5 kv.m. sahəsinə görə 40000 (qırx min) manat pul ödənilib. Bu halda, mənzilin 1 kv.m. sahəsi (40000 : 32.5) 1230 manat müəyyən edilib. Nəzərə çatdırır ki, X. Məmmədovun kirayə haqqı alacağı müddət İddiaçılə bağlı yuxarıda qeyd olunan 27 aylıq müddətdən 3 dəfə çox olub. Buna baxmayaraq "xxxx" MMC Xanlar Məmmədovla eyni şərtlərlə, yəni 92.99 kv.m. sahəsi olan mənzilə görə (1230 x 93) 114390 (yüz on dörd min üç yüz doxsan) manat pul vəsaitini barışıq sazişi əsasında dərhal ödəməyə hazırdır. Əgər qarşı tərəf istismar müddəti bitmiş qəzalı binadakı mülkiyyətində olan üç otaqlı mənzilin müqavilə bağlanan dövrdəki bazar qiymətinin ekspertiza rəyində qeyd olunandan daha artıq olmasına dair tutarlı əsaslar təqdim edərsə, təkrar qiymətləndirmə ekspertizası keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, "xxxx" MMCnin “müqavilənin ləğv edilməsi” ilə bağlı iddia tələbinin tam təmin edilməsini, İddiaçı pul tələbinə dair iddia tələbinin qismən təmin edilməsini, 114390 (yüz on dörd min üç yüz doxsan) manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını, "xxxx" MMC-nin ona qarşı verdiyi iddia tələbini isə qəbul etmədi və rədd olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını, "xxxx" MMC-nin İddiaçı qarşı verdiyi iddia tələbini isə qəbul etmədi və rədd olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2020-ci ildə mənzildən çıxıb. Müqavilə isə 04 iyul 2021-ci il tarixdə bağlanıb. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən hazır binanın müxtəlif mərtəbələrində təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bu təklifləri qəbul etməyib və 3 saylı binanın tikintisinə icazə verilmədiyi barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq ona verilən mənzildən imtina edib. 3 saylı binanın tikintisinə 2019-cu ildə icazə verilməyib. Onlar müqavilə bağlayanda güman edirdilər ki, gələcəkdə icazə verilər 3 saylı binanın tikintisinə. Ona görə 04 iyul 2021-ci ildə İddiaçı ilə müqavilə bağlanıb. İddiaçı "xxxx" MMC-yə qarşı iddia tələbini isə qismən qəbul edir.

İş materialları:

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 9-cu mərtəbəsindəki 2 otaqlı 89.4 kv.m olan 58 №-li və 9-cu mərtəbəsindəki 1 otaqlı 68.25 kv.m olan 59 №-li mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzillərin əlavə sahəsinə görə təyin olunan dəyər 17000 AZN olaraq razılaşdırılmışdır və İddiaçı göstərilən məbləği binanın tikintisinə başlanıldığı andan etibarən 24 ay ərzində hər ay 708 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı məxsus 92.99 kv.m olan yaşayış sahəsi əvəzinə ümumi sahəsi 157,65 kv.m olan 2 ədəd mənzilin (89.4 kv.m+68.25 kv.m=157,65 kv.m) verilməsi ilə bağlı qeyd olunur ki, İddiaçı məxsus mənzilin sökülməsi müqabilində ona sahəsi 111,6 kv.m təşkil edən mənzil verilməsi razlaşdırılmışdır. Sahəsi 111,6 kv.m təşkil edən mənzilin təmir xərci 1 kv.m üçün 150 manat hesablanmaqla 111,6 kv.m üçün 16740 manat, hər ay üçün 350 manat kirayə haqqı hesablanmaqla 24 ay üçün 8400 manat müəyyən edilmişdir. Ümumilikdə təmir və kirayə haqqı pulu qarşılıqlı razılıq əsasında 25140 manat hesablanmış və buna görə ona verilməsi nəzərdə tutulmuş 111,6 kv.m yaşayış sahəsinə əlavə olaraq 25,14 kv.m hesablanmaqla 136,74 kv.m mənzilin verilməsi nəzərdə tutulmuşdur. Ümumi sahəsi 157,65 kv.m olan 2 ədəd mənzilin (89.4 kv.m+68.25 kv.m=157,65 kv.m) verilməsi müqabilində 136,74 kv.m-dən əlavə sahəyə görə cavabdeh 17000 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə İddiaçı arasında 04 iyul 2021-ci il tarixdə imzalanmış müqavilələrə əsasən ona məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan mənzilin əvəzinə Bakı şəhəri, K.Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89,4 kv.m olan 2 otaqlı 31 nömrəli və sahəsi 89,4 kv.m olan 2 otaqlı 58 nömrəli təmirsiz mənzil verilməli, cavabdeh isə "xxxx" MMC-yə 22000 (iyirmi iki min) manat pul ödəməlidir. İddiaçı məxsus mənzilin sökülməsi müqabilində ona verilməsi nəzərdə tutulmuş mənzilin təmir xərci və kirayə haqqı nəzərə alınmaqla əlavə yaşayış sahəsinin verilməsi nəzərdə tutulduğundan müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa İddiaçı 11 noyabr 2022-ci ildə bildiriş göndərilərək 2 ədəd 89,4 kv.m olan mənzillərin əvəzinə ünvan 1 ünvanında 5 saylı binanın 2 və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bağlanmış müqavilələrə əsasən göstərilən mənzillərin tikilməsini və təhvil verilməsini gözləyəcəyini qeyd etmişdir.

13. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 6-cı mərtəbəsindəki 31 nömrəli mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. göstərilən mənzilin ümumi dəyəri 22.000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı anda mülkiyyətçi tərəfindən mənzilin ümumi dəyərinin 100%-i, yəni 22000 manat məbləğində pul ödənilir. (iyirmi iki min manat) məbləğində MMC-yə ödəniş etmək və MMC isə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 35/57 saylı evin, 6 saylı, 3 otaqlı sahəsi 92,99 kv.m-lik mənzili təhvil aldıqdan sonra yəni 10 avqust 2020-ci il tarixindən başlayaraq hər ay iddiaçıya mənzil kirayə haqqı ödəmək razılığına gəlmişlər. Müqavilənin cəmiyyətlə mülkiyyətçi arasında ümumi sahənin dəyəri 1 kv.m-ə görə 1000 manat olaraq tənzimlənir. Gələcəkdə mübahisəli məsələlər yarandıqda bu müqavilənin 3.7-ci bəndi əsas götürülür. Yəni əgər cəmiyyət mülkiyyətçiyə mənzili təhvil verə bilmədiyi zaman 1 kv.m-ə görə 1000 manat olmaqla hesablayır və ödəyir.

14. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 9-cu mərtəbəsindəki 58 №-li mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. Satış sahəsi 89.4 kv.m-dir. Yaşayış sahəsi 46.29 kv.m-dir.

15. İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, 04 iyul 2021-ci il tarixli müqavilələrilə üzərinə götürdüyü öhdəliyə əməl etmələrini tələb etmişdir.

16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********58-05101-093001 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 22 dekabr 2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

17. Əmlak Ekspertiza Mərkəzinin 02 fevral 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə və ya ona yaxın ərazidə inşa edilmiş binanın 9-cu mərtəbəsində yerləşən təmirsiz mənzilin 1 kv.m 02 fevral 2024-cü il tarixə 2100 manat təşkil edir. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə və ya ona yaxın ərazidə inşa edilmiş binanın 6-cı mərtəbəsində yerləşən təmirsiz mənzilin 1 kv.m 02 fevral 2024-cü il tarixə 2070 manat təşkil edir.

18. “X4 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli YDQM 007- 025/2024 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.4 m2, yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzilin bazar dəyəri 1 kv.m üzrə 2270 manat, 58 saylı mənzil 202940 manat, 31 saylı mənzil 202940 manat, 1 aylıq kirayə haqqı 740 manatdır.

19. “X1” tərəfindən verilən 17 may 2023-cü il tarixli “Qiymətləndirmə rəyi”nə əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yaşayış evinin 2-ci mərtəbəsində yerləşmiş ümumi sahəsi 92.99 kv.m. təşkil edən 6 saylı mənzilin istifadəyə yararlılıq dərəcəsi nəzərə alınmaqla hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 79042 (yetmiş doqquz min qırx iki) manat məbləğində müəyyən edilmişdir.

20. Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18 noyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Ş.Mirzəyev, K.Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllə ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış torpaq sahəsində 3 saylı binanın tikintisinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılıbdayandırılmaması və binanın tikintisinə icazə verilib-verilməməsi dair məlumatın təqdim edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunuza Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə baxılmışdır. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 158 nömrəli və xx.xx.2018-ci il 181 nömrəli Sərəncamları ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 ha torpaq sahəsində inşası nəzərdə tutulan 1 ədəd 1 girişli 17 mərtəbəli yaşayış və 3 ədəd 2-3 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 25 nömrəli Sərəncamı ilə (1.1-ci bənd) təsdiq edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumların rəyləri, razılığı, razılaşdırılmış layihə sənədləri və digər zəruri sənədlər əsasında Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 1 ədəd zirzəmili, 17 mərtəbəli yaşayış binasının və 1 ədəd zirzəmili, 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə dair xx.xx.2020-ci il tarixli 10 nömrəli və xx.xx.2024-cü il tarixli il tarixli Tİ-30/24 nömrəli icazə sənədləri verilmişdir. Əlavə olaraq qeyd edir ki, yaşayış binasının tikintisinə və istismarına icazə verildiyi təqdirdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə və istismarına icazə verilmiş obyektlərlə bağlı informativ və statistik xarakterli məlumatlar tikintiyə icazə verən qurum tərəfindən vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Belə ki, tikintisinə və istismarına icazə verilmiş tikinti obyektləri barədə müvafiq məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytının “Tikintilərin dövlət reyestri” modulunun axtarış bölməsindən əldə etmək mümkündür.

21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı göndərdiyi 11 noyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində tikiləcək 3 saylı binada sahəsi 89,4 kv.m olan təmirsiz mənzil verilməlidir. Hazırda 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün həmin binada mənzil müqaviləsi olan sakinlərə tikintisi artıq başa çatdırılan 5 saylı binada mənzil təklif edilir. ünvan 1 ünvanında 5 saylı binanın 2 və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər təklif olunur. İddiaçı bildirmişdir ki, təklifi qəbul eləmir. Bağlanmış müqavilələrə əsasən göstərilən mənzillərin tikilməsini və təhvil verilməsini gözləyəcəyini qeyd etmişdir.

22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar “Rahatlığın Məkanı" MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı Sərancamlarına və Bakı şəhər İcra Hakimiyyəti və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 18/76 saylı ayrıc aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Bununla əlaqədar, həmin ərazidə yerləşən 3.2 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilib. Yuxanda göstərilən ərazinin şəhərsalma əsaslandırılmasına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə iki ədəd 17 mərtəbəli və bir ədəd 18 mərtəbəli yaşayış binasının (3,4, və 5 saylı binalar) tikintisi nəzərdə tutulub. Lakin sonradan layihədə nəzərdə tutulan iki çoxmərtəbəli yaşayış binasının (4 və 5 saylı binalar) tikintisi üçün icazə sənədi verilsə də cavabdeh bizim sorğularımıza rəsmi şəkildə heç bir cavab vermədən həmin şəhərsalma əsaslandırılmasında nəzərdə tutulan 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə sənədi verilmədi. Yeni şəhərsalma əsaslandırmasından göründüyü kimi, 7 mərtəbəli yaşayıs binasının əvəzinə həmin sahədə 3 mərtəbəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilib. Bu qərar tikinti sıxlığı əmsalının normadan artıq olması ilə əlaqələndirilir. Yuxarıda qeyd olunduğu kimi, ərazi üzrə tikinti sıxlığı əmsalının (O - 2.0) hn/ırda 30 faiz artırılaraq (Ə 2.6) civarında müəyyən edilməsinin mümkünlüyü qanunvericilik qaydasında təsbit olunduğu nəzərə alınmaqla “Rahatlığın Məkanı" MMC-nin Bakı qəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə 3 saylı, 17 mərtəbəli yaşayış binasının tikintisinə icazə sənədinin verilməməsi üçün heç bir əsas yoxdur. “Rahatlığın Məkanı" MMC həmin ərazidə sökülməsi planlaşdırılan yaşayış binalarının əksər sakinləri ilə müqavilə bağlayaraq həmin sakinləri hələ iki il bundan əvvəl başqa mənzillərə köçürüb və hazırda onlara tərəfimizdən kirayə haqqı ödənilir. xx.xx.2016cı il tarixli, 37/36 saylı-01909 saylı ərazinin şəhərsalma əsaslandırılmasına əsasən 17 mərtəbəli yaşayış binasının (3 saylı bina) tikintisi köçürülən sakinlərin yeni mənzillərlə təmin olunması baxımından çox vacibdir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Əlif Hacıyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsində l(bir) ədəd, 1 (bir) girişli, 17 (on yeddi) mərtəbəli yaşayış binasının (3 saylı bina) tikintisi üçün icazə sənədinin verilməsinə köməklik etməyinizi xahiş edirik.

İşin faktiki halları:

23. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 04 iyul 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 6-cı mərtəbəsindəki 31 nömrəli mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 22000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı anda mülkiyyətçi tərəfindən mənzilin ümumi dəyərinin 100%-i, yəni 22000 manat məbləğində pul ödənilir. Həmçinin eyni tarixli digər müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 9-cu mərtəbəsindəki 58 №-li mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. Satış sahəsi 89.4 kv.m-dir. Yaşayış sahəsi 46.29 kv.m-dir. Lakin 2019-cu il tarixli layihəyə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-dən 444808 manat məbləğində pulun tutulub ona ödənilməsini, "xxxx" MMC onunla İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin edilməsi və 114390 manat pul vəsaitinin "xxxx" MMCdən alınaraq İddiaçı ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun:

1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı:

Qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir.

29. Məhkəmə ilk olaraq İddiaçı iddiasına münasibətdə qeyd edir ki, göründüyü kimi tərəflər arasında 04 iyul 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsində 2439-cu məhəllədə tikiləcək 3 saylı binanın 6-cı mərtəbəsindəki 31 nömrəli mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. Göstərilən mənzilin ümumi dəyəri 22000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı anda mülkiyyətçi tərəfindən mənzilin ümumi dəyərinin 100%-i, yəni 22000 manat məbləğində pul ödənilir.

30. Həmçinin eyni tarixli digər müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 35/57 saylı evin 6 saylı, 3 otaqlı, sahəsi 92.99 kv.m olan yaşayış sahəsini Cəmiyyətə təhvil verməyi, Cəmiyyət isə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439cu məhəllədə tikiləcək 3 saylı binanın 9-cu mərtəbəsindəki 58 №-li mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəliklərinə götürmüşlər. Satış sahəsi 89.4 kv.m-dir. Yaşayış sahəsi 46.29 kv.m-dir.

31. Göründüyü kimi 2019-cu il tarixli layihəyə əsasən "xxxx" MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin ərazidəki binaların sıxlığı səbəbindən 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Bu səbəbdən 04 iyul 2021-ci il tarixli müqavilədə nəzərdə tutulan bina tikilməmişdir və iddiaçıya verilməsi nəzərdə tutulan mənzillər mövcud deyil. Hazırda İddiaçı "xxxx" MMC-dən mənzilləri deyil, mənzillərin dəyərini tələb edir. “X4 Mərkəzi” MMC-nin hesabatına əsasən, hesablamalar nəticəsində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə 2 otaqdan ibarət, ümumi sahəsi 89.40 m2, yaşayış sahəsi 46.29 m2, 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 58 nömrəli mənzilin və həmin binanın 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 89.40 m2, yaşayış sahəsi 46.29 m2 olan 31 nömrəli mənzillərin 202940 müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-dən 202940 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir.

32. Həmçinin göründüyü kimi, İddiaçı məxsus mənzilin sökülməsi müqabilində ona verilməsi nəzərdə tutulmuş mənzilin təmir xərci və kirayə haqqı nəzərə alınmaqla əlavə yaşayış sahəsinin verilməsi nəzərdə tutulduğundan müqavilədə kirayə haqqının verilməsi nəzərdə tutulmamışdır.

33. Bundan başqa xx.xx.2022-ci il tarixdə MMC tərəfindən İddiaçı təqdim olunan bildirişdə qeyd olunub ki, 04. 07. 2021-cü il tarixli müqavilədə nəzərdə tutulan 3 saylı binanın tikintisinə icazə verilmədiyi üçün həmin binada müqaviləsi olan sakinlərə tikintisi artıq başa çatdırılan 5 saylı binada mənzil təklif edilir. Bununla əlaqədar, İddiaçı də ünvan 3 ünvanda 5 saylı binanın 2-ci və 4-cü mərtəbəsindəki təmirli və təmirsiz mənzillər rəsmi qaydada təklif olunub. Ona təqdim olunan bildirişdə İddiaçı öz xətti ilə aşağıdakı qeydlərini yazıb: “Təklifinizi qəbul etmirəm. Sizinlə aramızda bağlanmış müqaviləyə əsasən göstərilən mənzillərin tikilməsini gözləyirəm”. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən hazır binanın müxtəlif mərtəbələrində təmirli və təmirsiz mənzillər təklif olunsa da o, bu təklifləri qəbul etməyib və 3 saylı binanın tikintisinə icazə verilmədiyi barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq ona verilən mənzildən imtina edib.

34. Məhkəmə "xxxx" MMC-nin iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi layihədə nəzərdə tutulan 3 saylı binanın tikintisinə icazə verilməmişdir. Buna baxmayaraq İddiaçı ilə 04 iyul 2021-ci il tarixli 2 müqavilə bağlanmışdır. Belə ki, 04 iyul 2021-ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulan mənzillərin yerləşdiyi 3 saylı bina faktiki olaraq mövcud deyil və həmin binanın tikintisinə icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzillərin gələcəkdə tikilib təhvil verilməsi mümkün deyil. Belə olan halda müqavilə formal olaraq qalmış olur. Odur ki, iddia tələbi "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir.

35. İddia tələbi “İddiaçı iddia tələbinin qismən təmin edilməsi və 114390 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, İddiaçı "xxxx" MMC-yə qarşı olan iddia tələbini məhkəmə qismən təmin edib 202940 manat pulun "xxxx" MMC-dən tutulmasını təmin etmişdir.

Məhkəmə baxışının hədləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

37. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 136.87 manatı "xxxx" MMC-dən İddiaçı xeyrinə, "xxxx" MMC-nin iddia tələbinə əsasən 100 manat dövlət rüsumu İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

Nəticə:

38. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" MMC-dən 202940 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 136.87 manatı İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqavilə ləğv edilməli, İddiaçı ödənilmiş 100 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" MMC-dən 202940 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 136.87 manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2021-ci il tarixli müqavilə ləğv edilsin. İddiaçı ödənilmiş 100 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar