Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-456/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilkin iddia “istifadə hüququna xitam verilməsi” tələbi qarşılıqlı iddia “mənzilə köçürülmə” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı, İddiaçının (qarşlıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 Şirinbalayeviçin, Cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər X14 və Cavabdeh2 qarşı olan X6 qarşı olan “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçılar X14 və Cavabdeh2 cavabdeh “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İlkin iddia tələbi :
1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119 ünvanında yerləşən 24 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İlkin iddia tələbinin əsaslandırıldığı hallar :
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 il 09 aprel 1994-cü il tarixdə tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanması haqqında akt qeydləri kitabında 175 saylı qeyd edilmişdir. Uzun illərdir ayrı yaşadıqdan sonra 08 avqust 2023-cü il tarixli qətnamə ilə aralarında olan faktiki nikaha xitam verilmişdir. ünvan 1 ünvanında olan mənzil onun mülkiyyətindədir (qoşmada çıxarış). Həmin mənzil vərəsəlik qaydasında (qanun üzrə) xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X1 onun adına rəsmiləşdirilmişdir. Belə ki, 27 mart 2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, “vəfat etmiş X2 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı (AA*******, FİN: xxxxxxx) və ünvan 2 ünvanında qeydiyyatda olan X8 (AZE 13055929, FİN: xx.xx.1973) və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar.” 27 mart 2021-ci il tarixli “Miras payın bağışlanması” müqaviləyə əsasən birinci tərəf, yəni X8 ünvan 3 ünvanında olan mənzili ikinci tərəfə, yəni İddiaçı miras payını bağışlayır”. 14 may 2022-ci il tarixli arayışa əsasən, iddiaçıya məlum oldu ki, sözügedən mənzildə X14 və Cavabdeh2 qeydiyyatdadırlar. 26 sentyabr 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında yaşayırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət edilsə də, qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsində icraat zamanı müvafiq sorğular əsasında müəyyən edilmişdir ki, 002730 saylı order ilə sözügedən mənzildə ailə tərkibi siyahısında cavabdehlər qeyd edilmişdir. Odur ki, həmin mənzildə istifadə hüququnun olub-olmaması müəyyən etmək, olduğu halda xitam verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan əlavə qeyd edilmişdir ki, cavabdehlər həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə bir gün belə yaşamayıblar. 1997-ci il tarixdən hazırda yaşadığı Bakı şəhəri B.Nuriyev küçəsində yaşayırlar.
Qarşılıqlı iddia tələbi :
3. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 Zakir qızının ünvan 5 ünvanda yerləşən 24 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar :
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 09 aprel 1994-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Nikahın pozulması barədə məlumatı ilk iddianı oxuyarkən ona məlum olmuşdur. Həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin evdə yaşamışdır. Həmin mənzil onun və ailəsinin yaşayış yeri olmuşdur. Eyni zamanda həmin evdə qeydiyyatdadır. Həmin mübahisəli ünvan 5, mənzil 24-də qeydiyyatdadır. X14 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Yaşayış yeri mübahisəli ünvan 5, mənzil 24 olmuşdur. Daima da həmin ünvanda yaşamışdır. Lakin son illər ərzində həmin evə atası İddiaçı tərəfindən buraxılmır. Həmin evdə daimi qeydiyyatda olmaqla evdən istifadə hüququ mövcuddur. İlk iddia üzrə iddiaçı istifadə hüququna xitam verilməsinə dair əsassız iddia qaldırmışdır. İstifadə hüququna xitam verilməsi əsassız və qununsuzdur. Həmin evdə qeydiyyatda olmaqla istifadə hüququ mövcuddur. Həmin ev hər ikisinin yaşayış yeridir. Ona görə də mübahisəli evə köçürülməkləri ilə bağlı iddia qaldırmışdır. Həmin evə buraxılmırlar. Cavabdeh orada yaşamağa imkan vermir. Ona görə də məhkəmə yolu ilə köçürülməyi tələb edirik. İddia tələbi ilkin iddia ilə əlaqəlidir. Ona görə də ilkin iddiaya münasibətdə qarşılıqlı iddia irəli sürməkdə haqlıdır. İddia əsaslı olmaqla təmin olunmalıdır.
İş materialları :
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı və Cavabdeh2 arasında 09 aprel 1994-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 175 nömrə ilə qeyd edilmiş nikah pozumuşdur.
6. xx.xx.2022-ci il tarixli “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən müəyyən olunur ki, həmin müqavilənin predmeti X8 tərəfindən İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, 2V-238 reyestrli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə" ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.9 kv/m olan mənzildən ibarət miras payının bağışlanmasından ibarətdir.
7. AZ-İ seriyalı 464570 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 oktyabr 2023-cü il tarixdə 431 nömrə ilə qeyd edilmişir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.70 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
9. X5 adına verilmiş 002730 nömrəli, 13 aprel 2005-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, X7 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir : Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi)
10. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 392 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatdadır, lakin İddiaçı ailə üzvləri Cavabdeh2 və X14 ilə birlikdə B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında yaşayırlar.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 23 fevral 2006cı il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan digər şəxslər X14, X9 və Cavabdeh2dır.
12. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, Ç-35 saylı məktubundan görünür ki, Cavabdeh2 və X14 2000-ci ildən etibarən, hal hazıradək daimi olaraq, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında qeydiyyatsız yaşayırlar.
13. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 553 saylı arayışından görünür ki, Cavabdeh2 həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında qeydiyyatdadırlar.
14. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
15. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ilə 1994-cü ildə ailə qurmuş və həmin vaxtdan 2005-ci ilədək Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 57, mənzil 27-də yaşamışlar. Həmin ev qardaşına məxsusdur. 2005ci ildə isə ailəsindən ayrılıb hazırda yaşadığı Pirşağı qəsəbəsində yaşamağa başlamışdır. ünvan 1 saylı 2005-ci ildə atasına verilmişdir. Həmin mənzildə nə özü, nə dəki ailəsi yaşamamışdır. Həmin mənzil daim kirayəyə verilmişdir. Atası da həmin mənzildə deyil, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev ev 21-də yaşamışdır. Daha sonra anası vəfat etdikdə həmin mənzil vərəsəlik qaydasında ona keçmişdir. Cavabdeh2 və Cavabdeh1 daim qardaşına məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 57, mənzil 27-də yaşamışlar. Qardaşı onları həmin mənzildən çıxartmayacaqdır. Qardaşı ilə aralarında razılaşma var ki, hazırki mübahisəli mənzil satıldıqdan sonra Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 onun (İddiaçı) adına keçiriləcəkdir.
17. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək ilkin iddia tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
18. İlkin iddia üzrə cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçıin qardaşına məxsus mənzil Cavabdeh2 və Cavabdeh1 üçün daimi yaşayış yeri deyildir. Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə yaşamışlar, lakin sonradan mənzil kirayəyə verilmiş və onlar isə həmin mənzilə buraxılmamışlar.
Şahid İfadələri :
19. Məhkəmə iclasında dindirilən şahid X3 bildirmişdir ki, 2005-ci ildən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119, 3 saylı mənzildə, hazırki mübahisəli mənzil ilə eyni blokda yaşayır. Cavabdeh2 və Cavabdeh1 tanımır. İddiaçı və ailəsi həmin mənzildə ailə kimi yaşadıqlarını görməmişdir. İddiaçı bir iki dəfə görmüşdür, həmin mənzildə kirayəçilər yaşamışlar və kirayəçilər ilə Natiqin atası maraqlanmışdır.
20. Məhkəmə iclasında dindirilən şahid X4 öz ifadəsində bildirdi ki, 2005-2006-cı ildən mübahisəli mənzil ilə eyni blokda, 7-ci mərtəbə, mənzil 13-də yaşayır. İddiaçı 1-2 dəfə görmüşdür. Həmin mənzildə kirayəçilər yaşamışlar. İddiaçı ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamasını görməmişdir.
İşin faktiki halı :
21. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh2 1994-ü ildə rəsmi nikaha daxil olmuşlar. Nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 175 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur.
22. İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
23. Həmin mənzilə dair Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci ildə İddiaçı atası X5 adına 002730 nömrəli order verilmişdir. Həmin orderə əsasən X7 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir : Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi)
24. xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən vəfat etmiş X2 vərəsələri İddiaçı və X8 hər biri miras əmlakdan ½ hissədə irs almışdır.
25. xx.xx.2022-ci il tarixli “miras payın bağışlanması haqqında” müqaviləyə əsasən X8 ünvan 1 ünvanına olan miras payını İddiaçı bağışlamışdır.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinin Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.70 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
29. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.
Məhkəmənin mövqeyi :
31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
32. Hazırda ilkin iddia tələbi üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşılıqlı iddia tələbi üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehlərin mübahisəli mənzildə yaşamaması, ilkin iddia tələbi üzrə cavabdehlər (qarşılıqlı iddia tələbi üzrə iddiaçılar) isə İddiaçı qarşı irəli sürdükləri mübahisəli mənzilə köçürmələri tələbi üzrə qarşılıqlı iddiasını həmin mənzildə daha əvvəl yaşamaqla istifadə hüququ əldə etmələri ilə əsaslandırmışlar.
33. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:
34. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
35. İşin faktiki hallarından görünür ki, dövlət mənzil fonduna aid olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119 ünvanında yerləşən 24 saylı mənzili xx.xx.2005-ci il tarixli order əsasında ilkin iddia tələbi üzrə iddiaçının atası X9 əldə etmiş, orderdə ailə tərkibi qrafasında cavabdehlər gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh1 da qeyd edilmişdir. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
36. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçının mübahisəli mənzilə münasibətdə statusu 2005 və 2021-ci ildə müxtəlif olmuşdur. Belə ki, o, 2005-ci ildə icarədarın ailə tərkibinə daxil olmuş, xx.xx.2021-ci il tarixdən isə mübahisəli mənzil ilkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətindədir. Lakin mənzildən istifadə edilməsi ilə bağlı tərəflər arasında münasibətlər 2005-ci ildə yaranmasına baxmayaraq, həmin vaxt mənzilin iddiaçının mülkiyyətində olmaması və dövlət mənzil fonduna aid olması bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsini qeyri-mümkün edir. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
37. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
38. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
39. İlkin iddia üzrə İddiaçı cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə yaşamadıqları üçün istifadə hüquqlarının itirilməsini mübahisələndirir və bunun sübutu kimi Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə yaşamamasını təsdiq edən Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarına və şahid ifadələrinə istinad edir. Müvafiq arayışlar və şahid ifadələrinə əsasən müəyyən olunur ki, Cavabdeh2 və X14 mübahisəli mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşamamışlar.
40. Cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 isə qarşılıqlı iddia tələblərini 1994-cü ildə Cavabdeh2 ilə X10 arasında nikah bağlandıqdan sonra Cavabdeh2 həmin evə gəlin köçməsi və son bir neçə ilədək həmin mənzildə yaşamaları və qeydiyyatda olmaları ilə əsaslandırmış və bunun təsdiqi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 553 saylı arayışına istinad edirlər, hansı ki həmin arayışda Cavabdeh2 həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Cavabdeh2 1994-cü ildə nikah bağlandıqdan sonra mübahisəli mənzilə gəlin köçdüyünü qeyd etsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil 2005-ci ildən istifadəyə verilmişdir.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ilkin və qarşılıqlı iddialar üzrə tələblər bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
42. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
43. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282)
44. Qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili izahatında onların mübahisəli mənzildə yaşadıqlarını və mənzilə İddiaçı tərəfindən buraxılmadıqlarını qeyd etsə də, bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbi üzrə cavabdehlərin mənzilə köçürülmə tələbi bilavasitə ona qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırki iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni cavabdehlər mənzilə köçürülmə tələbini irəli sürmədən hazırki, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında yaşamaqda davam edəcək idilər.
45. İlkin iddia tələbi üzrə cavabdehlər (qarşlılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 həmçinin iddia tələblərinin faktiki əsası kimi mübahisəli mənzildə qeydiyyatda olmalarına istinad etmişlər.
46. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır.
47. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır.
48. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər.
49. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir.
50. Məhkəmə qeyd edir ki, həm qarşılıqlı iddiaçı Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə münasibətdə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə ididaçıların bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.
51. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, o, məhkəmə iclasında Cavabdeh2 və İddiaçı arasında olan nikahın pozulmasına dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Qeyd etmişdir ki, İddiaçı cavabdehlərin istifadə hüququna keçmiş ailə üzvü kimi xitam verilməsini istədiyindən məhkəmə qətnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən icraata götürülüb-götürülməyəcəyi müəyyən edilənədək məhkəmə iclası təxirə salınmalıdır.
52. Məhkəmə qeyd edir ki, İddiaçı və Cavabdeh1 mübahisəli mənzildən order əsasında yaranmış istifadə hüququndan istifadə etmədiyi üçün istifadə hüququnu itirmişdir. Qarşılıqlı iddiaçılar tərəfindən mübahisəli mənzilə ailə üzvü kimi istifadə hüququ yarnamasını təsdiq edən edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə xərcləri :
53. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə, qarşılqılı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Nəticə :
55. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia təmin edilməklə ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119 ünvanında yerləşən 24 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
56. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə, qarşılqılı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İlkin iddia tələbi təmin edilsin. X14 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 119, 24 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X14 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılqılı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə cavabdehlər X14 və Cavabdeh2 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva