Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-461/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh7, Cavabdeh11 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X13, Cavabdeh8, X23 və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 876 manat, Cavabdeh9 Fariz oğlundan 728,3 manat, Cavabdeh1 1608,2 manat, X6 243,6 manat, Cavabdeh6 Seyidsarı oğlundan 1582,3 manat, Cavabdeh12 1421,2 manat, Cavabdeh4 1234,2 manat, Cavabdeh8 997,6 manat, Cavabdeh11 1136,43 manat, Cavabdeh3 1206,58 manat, Cavabdeh7 151,08 manat, Cavabdeh13 290,7 manat, Cavabdeh5 1376 manat, X18 324,8 manat, X1 833,28 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair, cəmi 14010,27 (on dörd min on manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin, ödənilmiş 132,03 (yüz otuz iki manat üç qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ünvan 1 ünvanındakı 16 mərtəbəli (+ mansarda) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyriyaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara 2015-ci il tarixdə istismara qəbul edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. Bina istismara qəbul edildikdən sonra, sözü gedən binanın mənzilləri müxtəlif şəxslərə satılmış və sakinlər də mənzilləri aldıqdan sonra onlar tərəfindən özəlləşdirilmişdir. Bundan sonra xx.xx.2022-ci ildə "xxxx" sakinlər könüllü olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (bundan sonra-MMMC) yaradaraq müvafiq olaraq qeydiyyata aldırmışlar. "xxxx" MMMC xx.xx.2022-ci il tarixində müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışlar. "xxxx" MMMC-nin xx.xx.2022-cı il tarixli 01-22 saylı iclas protokolundan görünür ki, sakinlər mənzilin hər kvadrat metrinə görə 0,40 manat (qırx qəpik) xidmət haqqı ödəməlidirlər. Həmin xidmət haqqında binanın təmiz və abad saxlanılması, cari təmir xərcləri, liftin təmiri, işçilərin əmək haqları, mərkəz istilik sistemi, mühafizəçilərin əmək haqları və s. daxildir. İddiaçı MMC öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, lakin cavabdehlər öhdəliklərini icra etmirlər. Cavabdehlər uzun müddətdir ki, həmin xidət haqlarını ödəmirlər. Onların aşağıdakı miqdarda kommunal borcları qalmışdır. Cavabdeh2-876 manat, Cavabdeh9 Fariz oğlunun-728,3 manat, Cavabdeh1-1608,2 manat, X9-243,6 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1582,3 manat, Cavabdeh12-1421,2 manat, Cavabdeh4-1234,2 manat, Cavabdeh8-997,6 manat, Cavabdeh11-1136,43 manat, Cavabdeh3-1206,58 manat, Cavabdeh7-151,08 manat, Cavabdeh13-290,7 manat, Cavabdeh5-1376 manat, X21- 324,8 manat, X3-833,28 manat. Dəfələrlə cavabdehlərə borclarınnın qaytarılması ilə bağlı müraciət edərək xəbərdarlıq edilsədə, onlar kommunal borclarını ödəməkdən boyun qacırmışlar. Beləliklə, hesab edirlər ki, iddia ərizəsi qanuni və əsaslıdır. İşin faktiki halları və yuxarıda göstərilən hüquq nomaları iddia ərizəsinin təmin edilməsi üçün əsasdır. Cavabdehlər şüurlu şəkildə öhdəlikləri üzərlərinə götürmüşlər, həmçinin həmin öhdəliklərin icrası eyni zamanda özlərinin yaşayışlarının rahatlığlarını təmin edir. Onların davranışları isə digər sakinlərin hesabına özrahatlıqlarını təmin edirlər, yəni vəziyyətdən sui-istifadə edirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, X21 və X3 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X28 və X14 cavabdehlər siyahısından çıxarılmışdır. Cavabdeh11 xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini ona qarşı olan hissədə tamamilə əsassız hesab edir. O, 2005-ci ildə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti 40A ünvanında inşasına başlanmış çoxmənzilli binada 131 saylı mənzili almışdır. 2008-ci ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtardığına baxmayaraq (pay haqqının tam şəkildə ödənilməsi barədə kassa mədaxil orderlərinin qəbzləri və maliyyə arayışı mövcuddur), yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı bu günə qədər ona təqdim olunmamışdır. Ona görə də, onun yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən yaranmamış hesab edilir. İddiaçı MMC tərəfindən kommunal xidmətlərə görə 1136,43 manat borcunun olduğu, öhdəliyini icra etmədiyi iddia edilsə də, mənim MMC qarşısında heç bir öhdəliyi yoxdur. Çünki, MMC ilə onun arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə yoxdur. Mənzil Məcəlləsinin 142.1-ci maddəsində göstərilir ki, “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında xöstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır”. Tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda onun üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsası mövcud deyil. Bu, öhdəlik anlayışının ruhuna zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanılması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. İddia ərizəsində göstərilir ki, "xxxx" MMMC 01.07.22-ci il tarixdə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışdır. Mənzil Məcəlləsinin 141.3-cü maddəsinə əsasən “Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər”. Bunun üçün isə sahə mülkiyyətçilərinin yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. Ancaq, sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmiş və binanın idarə edilməsi üsulu seçilməmişdir. Lakin, "xxxx" MMMC-nin İdarə Heyətinin 01/22 saylı 28.06.22-ci il tarixli iclasının protokolundan çıxarışdan (protokoldan çıxarış əlavə olunur) görünür ki, idarəedici təşkilat qanunsuz olaraq idarə heyəti tərəfindən təyin olunmuşdur. Bundan sonra isə daha bir qanunsuzluğa yol verilmiş, İddiaçı MMC ilə hər bir sahə mülkiyyətçisi arasında idarəetmə müqaviləsi bağlanmalı olduğu halda, Mənzil Məcəlləsinin 142.1 -ci maddəsinin bu tələbinə də əməl olunmamış və müqavilə "xxxx" MMMC ilə bağlanmışdır. Sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmədən kimlərsə tərəfindən "Nəsimi-40” MMMC yaradılmış və 21.06.22-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMMC-nin qanunsuz yaradılması və ona görə də qeydiyyatının ləğv edilməsi ilə bağlı sahə mülkiyyətçiləri tərəfindən Ədliyyə Nazirliyinə müraciət edilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti 40A ünvanında 2005-ci ildə inşasına başlanmış çoxmənzilli bina 2015-ci ildə istismara qəbul edilmiş və həmin vaxtdan xx.xx.2021-ci il tarixədək dövrdə bina çoxsaylı qanun pozuntuları ilə "Bəm- Bəyaz” MTK tərəfindən idarə olunmuşdur. Hazırki iddia tələbi ilə eyni, yəni “kommunal xidmət haqları üzrə borc” tələbinə dair "Bəm-Bəyaz” MTK-nın ona qarşı iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Lakin o, həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinin dəlillərini haqlı hesab edərək, 2(103)-2894/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etmişdir. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəfələrin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyi, habelə tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığı halda cavabdehin üzərinə hər hansı öhdəliklərin qoyulmasının hüquqi əsasının mövcud olmadığı qənaətinə gəlinərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Eyni zamanda bildirmək istəyir ki, "xxxx" Mənzil Tikinti Kooperativi onunla eyni binada, 100 saylı mənzildə yaşayan kooperativin üzvü X29 və X35 və qeyrilərinə qarşı da eyni iddia tələbi ilə, yəni “kommunal xidmət haqları üzrə borc” tələbinə dair iddia ərizələri ilə müvafiq olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. X36 ilə "xxxx" MTK arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı bir müqavilə bağlanmadığına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 403/2019 saylı iş üzrə 28 noyabr 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5313/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlindiyi hesab edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X35 və qeyriləri ilə "xxxx" MTK arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı bir müqavilə bağlanmadığına görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı iş üzrə xx.xx.2021-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. "xxxx" MTK həmin qətnamədən apellyasiya şikayəti verərək ilkin iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-972/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlindiyi hesab edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, təkcə onların binası üzrə tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığına görə "xxxx" MTK-nm “kommunal xidmət haqları üzrə borc” tələbinin rədd edilməsi barədə bir halda Binəqədi Rayon Məhkəməsinin, bir halda Nəsimi Rayon Məhkəməsinin və üç halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələri olmaqla, beş məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin “Kommunal xidmətlər göstərilməsinə görə pul tələbinə dair” iddia tələbi əsassız olduğuna görə ona qarşı olan hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi verildikdən sonra cavabdehlərdən Cavabdeh13 336,3 manat kommunal borcu tam olaraq ödəmişdir və həmin şəxsin artıq heç bir kommunal borcu qalmamışdır. Lakin adları aşağıda göstərilən sakinlərin kommunal borcları bir qədər artmış və aşağıda göstərilən məbləğləri təşkil etmişdir: Cavabdeh2-996,8 manat, Cavabdeh9 Fariz oğlunun-866,7 manat, Cavabdeh1 Hüsein oğlunun-1757,8 manat, X10-336,4 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1672,4 manat, Cavabdeh12-1570,8 manat, X15-1383,8 manat, Cavabdeh8-1089,8 manat, Cavabdeh11-1248,67 manat, Cavabdeh3-1318,82 manat, Cavabdeh7-195,8 manat, Cavabdeh5-1504 manat. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2-996,8 manat, Cavabdeh9 Fariz oğlundan-866,7 manat, Cavabdeh1-1757,8 manat, X7-336,4 manat, Cavabdeh6 Seyidsarı oğlundan-1672,4 manat, Cavabdeh12-1570,8 manat, X11-1383,8 manat, Cavabdeh8-1089,8 manat, Cavabdeh11-1248,67 manat, Cavabdeh3-1318,82 manat, Cavabdeh7-195,8 manat, Cavabdeh5-1504 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin, bundan əlavə ödənilmiş 132,03 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh13 cavabdehlər siyahısından çıxarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, 31 yanvar 2023-cü il tarixə adları aşağıda göstərilən cavabdehlərin bir hissəsi kommunal borclarından ödənişlər etmiş, lakin digər cavabdehlərin İddiaçı MMC-yə olan borcları bir qədər artmışdır. Belə ki, Cavabdeh2-1057.2 manat, Cavabdeh9 Fariz oğlunun-935,9 manat, Cavabdeh1-1832,6 manat, X9-185,6 manat, Cavabdeh6 Seyidsarı oğlunun-1793,6 manat, Cavabdeh12-1645,6 manat, Cavabdeh4-1458,6 manat, Cavabdeh8-452 manat, Cavabdeh11-1304,7 manat, Cavabdeh3-1374,92 manat, Cavabdeh7-151,05 manat, Cavabdeh5 1568 manat məbləğində müəyyən edilir. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 1057,2 manat, Cavabdeh9 Fariz oğlundan-935,9 manat, Cavabdeh1-1832,6 manat, X7-185,6 manat, Cavabdeh6 Seyidsarı oğlundan-1793,6 manat, Cavabdeh12- 1645,6 manat, X11-1458,6 manat, Cavabdeh8-452 manat, Cavabdeh11, 1304,7 manat, Cavabdeh3-1374,92 manat, Cavabdeh7-151,05 manat, Cavabdeh5-1568 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin, bundan əlavə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, X22 və Cavabdeh8 kommunal borclarını tam ödəmişlər. Göstərilən şəxslər barəsində icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı “pul” tələbinə dair mülki işin icraatına “X7 185,6 manat, və Cavabdeh8 452 manat məbləğində kommunal xidmətin göstərilməsinə dair pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq cavabdehlərdən ikisi ödənişlər etmiş və əgər iddiaları təmin olunarsa həmin şəxslər ilə icra mərhələsində məsələyə aydınlıq gətiriləcəkdir. Qeyd edir ki, Cavabdeh7 mənzilini kirayə verəndə həmin mənzildə yaşayan kirayəçi yaşadığı dövrlərdə ödənişlər etmişdir. Lakin kirayəçinin yaşamadığı dövrlərdə isə ödənişlər olunmur. Əgər kirayədə kimsə qalacaqsa ödənişlər olunur, lakin mənzildə kirayəçi qalmırsa və mənzil boşdursa həmin dövrlərdə isə ödənişlər olunmur. Mənzil üzrə 151,05 manat borc da bu səbəbdən yaranmışdır. Nəzərə çatdırır ki, Cavabdeh7 mənzili MTK-dan deyil, fərdi şəxsdən almışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, müqavilə 2021-ci ilin iyun ayında deyil, iyul ayında bağlanmışdır. Həmçinin, MTK idarə heyətinin üzvü olması barədə sənəd təqdim etməli idi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən məhkəmə işə baxarkən müqavilənin bağlanmasından asılı olmayaraq müqaviləni təfsir etməlidir. Məhkəmə müqaviləyə baxarkən məhkəmə özü müqaviləyə hüquqi qiymət verməlidir. Bu müqavilə 2021-ci ildə bağlanarkən müqavilədə binanın idarəetmə üzvləri qeyd edilmiş, lakin həmin qeyd olunmuş şəxslərin heç birinin binaya aidiyyəti olmamışdır. Məhkəmə iclasında Cavabdeh7 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onlar mənzildə yaşamağa başlanıldığı vaxtdan ödənişlər olunmuş, yaşayış olmadığı vaxtlarda isə ödənişlər olunmamışdır. Kirayəçinin olması haqqında fikirlər isə iddiaçının nümayəndəsi və vəkilinin öz fikridir. Bildirir ki, onun qızının mənzilində isə yaşayış yoxdur və onlar illərdir ki, burada yaşamırlar. Həmçinin, bildirmək istəyir ki, kommunal ödənişlərin 50%-ni ödəniş edə bilər, lakin tam 100% ödəniş edə bilməz. Tətbiq olunan qiymətlər tamamilə düzgün deyil və həmin qiymətlər tənzimlənməlidir. Nəzərə çatdırır ki, binanın fasadı sakinlərə məxsusdur. Lakin binanın fasadında 620 kv.m sahəyə reklam vurulmuş və şirkət həmin reklamdan aylıq 2500 manat gəlir əldə edir. Ümumi qaydada hər bir sakinlə müqavilə bağlanılmalı və hər bir sakin bilməlidir ki, aylıq nə qədər və nə üçün ödəniş edəcəkdir. Məhkəmə iclasında Cavabdeh11 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, MTK ilə sakinlər arasında bağlanmış müqavilə formal müqavilədir. Çünki, həmin müqaviləni imzalayan şəxslərin heç biri binada mülkiyyət sahibi deyildirlər. Burada sual yaranar ki, bu şəxsləri binanı idarə etməyə kim dəvət etmişdir. Bildirmək istəyir ki, tələb olunan kommunal pulun yəni 0,40 qəpiki təsdiq edən heç bir sənəd yoxdur. Bu barədə ümumi yığıncaq keçirilməli, ümumi yığıncağın qərarı olmalı, 0,40 qəpik müəyyən olunmalı, protokol tərtib olunmalı və bunların əsasında həmin pullar yığılmalıdır. Tarifin hesablanması qaydası belədir ki, xərclər ya ümumi sahəyə, yada ki yaşayış sahəsinə bölünüb tapılmalıdır. Evi 2005-ci ildə almışlar. Lakin evin çıxarışını 2022ci ilin sentyabr ayında almışdır. 2017-ci ilin aprel ayına kimi ödənişlər etmişdir. Daha sonra MTK 3 il ərzində onu məhkəməyə vermiş və o, həmin məhkəməni qazanmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh12 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyəti İclasının xx.xx.2022-ci il tarixli 01/2 saylı protokolundan görünür ki, Binaya tam və hərtərəfli baxış keçirilib təhbirlər planı hazırlanaraq müzakirə olunmaq və təsdiqlənmək üçün "xxxx" MMMC-nin idarə heyətinə həvalə etmək, Binanın idarə olunmasının “X41” MMC-yə həvalə etmək, Kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər m2 üçün 0,40 AZN təyin edilməsi, Kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayeva həvalə edilməsi, Sanitar Epidemioloji vəziyyət nəzərə alınaraq mərtəbələrdən zibil toplanan qabların tığışdırılması və həmin xidmətin dayandırılması qərara alınmışdır. - Sifarişçi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış kompleksi, Ümumi Yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, 1.1. İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə (bundan sonra “Yaşayış Kompleksi” adlandırılacaqdır) bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra “Əlavə 1” adlandırılacaq) qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini (bundan sonra “Xidmətlər” adlandırılacaqdır) həyata keçirir. Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. 1.2. Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1. maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər. Kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,50 AZN təyin edilir. - Sifarişçi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış kompleksi, Ümumi Yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə icraçı İddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə edilmiş xx.xx.2021-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər razılaşır və qəbul edirlər ki, Yaşayış kompleksinin saxlanılması, kommunal və digər xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m üçün (0,07) qəpik müəyyən edilir və Sifarişçi İcraçı tərəfindən ona təqdim edilmiş aylıq təhvil-təslim aktı və/və ya elektron qaimə və/və ya hesab faktura təqdim edildiyi andan bu Müqavilənin 4-cii maddəsinə uyğun olaraq ödənilməlidir. Tərəflər razılaşır və qəbul edir ki, Yaşayış Kompleksində aylıq kommunal ödəniş hər bir kv.m üçün 0,50 (əlli qəpik) AZN müəyyən olunur. Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavəsində kommunal xidmətlərin tarif cədvəli müəyyən olunur. Tərəflər razılaşır və qəbul edirlər ki, İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakı və bu Əlavəyə uyğun olaraq həyata keçiriləcəkdir:Su nasosxanasına xidmətə nəzarət; Liftlərə texniki xidmətə nəzarət; Elektrik otaqlarına nəzarət; Yanğından mühafizə sistemlərinə nəzarət; Usta xidmətləri (Elektrik. Sanlcxnik. Boya və s.); 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət; Binanın giriş - çıxışına video nəzarət; Əraziyə buraxlış işinin düzgün təşkili və nəzarət; Abadlıq işləri; Ümumi həyətyanı sahələrin, Blok və Mərtəbələrin təmizlənməsinə nəzarət; Məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət; İçməli su hov uzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; Binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; İdarəetmə Xidmətlərinin düşgün təşkili və nəzarət; Kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və Sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi. - Sifarişçi Nəsimi-40” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (idarə heyətinin sədri xanım X24) ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01/22 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, 1.1. İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A, ünvanında yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə (bundan sonra “Yaşayış Rompleksi” adlandırılacaqdır) bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra “Əlavə 1” adlandırılacaq) qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini (bundan sonra “Xidmətlər” adlandırılacaqdır) həyata keçirir, Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. 1.2. Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1. maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər. 4.9. Kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,40 AZN təyin edilir. 5.1.Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 il müddətinə qüvvədə olacaqdır. - Sifarişçi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (idarə heyətinin sədri xanım X24) ilə icraçı İddiaçı arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı Əlavədən görünür ki, tərəflər razılaşır və qəbul edirlər ki, Yaşayış kompleksinin saxlanılması, kommunal və digər xidmətlərə görə haqqın miqdarı aylıq olaraq hər bir kv.m üçün (0,0625) qəpik müəyyən edilir və Sifarişçi İcraçı tərəfindən ona təqdim edilmiş aylıq təhvil-təslim aktı və ya elektron qaimə və ya hesab faktura təqdim edildiyi andan bu Müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödənilməlidir. Tərəflər razılaşır və qəbul edir ki, Yaşayış Kompleksində aylıq kommunal ödəniş hər bir kv.m üçün 0,40 (qırx qəpik) AZN müəyyən olunur. Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavəsində kommunal xidmətlərin tarif cədvəli müəyyən olunur. Tərəflər razılaşır və qəbul edirlər ki, İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakı və bu Əlavəyə uyğun olaraq həyata keçiriləcəkdir : Su nasosxanasına xidmətə nəzarət; Liftlərə texniki xidmətə nəzarət; Elektrik otaqlarına nəzarət; Yanğından mühafizə sistemlərinə nəzarət; Usta xidmətləri (Elektrik, Santexnik, Boya və s.); 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət; Binanın giriş - çıxışına video nəzarət; Əraziyə buraxlış işinin düzgün təşkili və nəzarət; Abadlıq işləri; Ümumi həyətyanı sahələrin, Blok və Mərtəbələrin təmizlənməsinə nəzarət; Məişət tullantılarının vaxtlıvaxtında daşınmasına nəzarət; İçməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; Binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; İdarəetmə Xidmətlərinin düzgün təşkili və nəzarət; Kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və Sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi. Bu Əlavə 01 iyul 2022-ci il tarixli Çoxmənzilli binanın idarə edilməsi üzrə Xidmət Müqaviləsinin ayrılmaz tərkib hissəsidir və Tərəflərin hər birində 1 (bir) nüsxə olmaqla eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci iti tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh11 "xxxx" Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 (üç min otuz manat qırx səkkiz qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, yaşayış sahəsinin verilməsi barədə "xxxx" Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh11 təqdim olunması və 30 (otuz) manat dövlət rüsumunun "xxxx" Mənzil Tikinti Koorperativindən tutularaq Cavabdeh11 ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh11 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci iil tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbini təmin edilməsi İhissəsində ləğv edilmiş, iddiaçı "xxxx" MTK-nın Cavabdeh11 qarşı kommunal xidmət haqları üzrə borc tələbinə dair ilkin iddiası təmin edilməməmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş məlumatdan görünür ki, sahəsi 173 kv.m olan 46 saylı mənzilin sahibi X12r (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2008, 92); sahəsi 187 kv.m olan 61 saylı mənzilin sahibi Cavabdeh1dur (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2011,154); sahəsi 303 kv.m olan 64-65 saylı mənzilin sahibi Cavabdeh6 Seydisarı oğludur (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2010, 142, 144); sahəsi 116 kv.m olan 74 saylı mənzilin sahibi X16r (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2005, 16); sahəsi 187 kv.m olan 82 saylı mənzilin sahibi Cavabdeh12dır (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2013, 206); sahəsi 151 kv.m olan 90 saylı mənzilin sahibi Cavabdeh2dır (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2013, 204); sahəsi 187 kv.m olan 94 saylı mənzilin sahibi X19r (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2013, 216); sahəsi 140 kv.m olan 131 saylı mənzilin sahibi Cavabdeh11dır (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2005, 2); sahəsi 160 kv.m olan 136 saylı mənzilin sahibi Cavabdeh3dır (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2012, 169); sahəsi 163 kv.m olan 140 saylı mənzilin sahibi Cavabdeh7dur (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2022); sahəsi 160 kv.m olan 148 saylı mənzilin sahibi Cavabdeh5dur (satış müqaviləsinin tarixi və nömrəsi: xx.xx.2005, 12). - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh9 (mənzil №:46) 935,9 manat; Cavabdeh1 (mənzil №:61) 1832,6 manat; X2 (mənzil №:64-65) 1793,6 manat; X9 (mənzil №:74) 185,6 manat; X8 (mənzil №:82) 1645,6 manat; Cavabdeh2 (mənzil №:90) 1057,2 manat; Cavabdeh4 (mənzil №:94) 1458,6 manat; Cavabdeh8 (mənzil №:98) 452 manat; Cavabdeh11 (mənzil №:131) 1304,7 manat; Cavabdeh3 (mənzil №:136) 1374,92 manat; Cavabdeh7 (mənzil №:140) 151,05 manat; Cavabdeh5 (mənzil №:148) 1568 manat borcu vardır. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 148 saylı mənzilinin sahibi Cavabdeh5 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 1120 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 136 saylı mənzilinin sahibi Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 982 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 131 saylı mənzilinin sahibi Cavabdeh11 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 911,95 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 140 saylı mənzilinin sahibi Cavabdeh7 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 83,85 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 74 saylı mənzilinin sahibi Cavabdeh10 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 348 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 82 saylı mənzilinin sahibi Cavabdeh12 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 1122 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 90 saylı mənzilinin sahibi Cavabdeh2 ünvanlanmış xx.xx.2022ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 755 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 94 saylı mənzilinin sahibi X20 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 935 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 98 saylı mənzilinin sahibi Cavabdeh8 qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 812 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanda yerləşən yaşayış binasının 61 saylı mənzilinin sahibi X17 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun xx.xx.2022-ci il tarixə kommunal xidmətlər üzrə 1309 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsini və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 28 iyun 2022-ci il tarixli qərarını əsas götürərək ondan yaranmış borc məbləğininin 15 gün müddətində ödənilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X4 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, "xxxx" Mənzı̇ l Mülkı̇ yyətçı̇ lərı̇ nin Müştərək Cəmı̇ yyəti xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 132,03 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin ünvan 1 ünvanındakı 16 mərtəbəli (+ mansarda) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara 2015-ci il tarixdə istismara qəbul edilmiş və Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli sərəncamı ilə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. Bina istismara qəbul edildikdən sonra, sözü gedən binanın mənzilləri müxtəlif şəxslərə satılmış və sakinlər də mənzilləri aldıqdan sonra onlar tərəfindən özəlləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış kompleksi, Ümumi Yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri xx.xx.2021-ci il tarixində müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışlar. Müqavilə üzrə kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək hər kvadrat metr ümü 0,50 manat təyin edilmişdir. Bundan sonra xx.xx.2022-ci ildə "xxxx" sakinləri könüllü olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradaraq müvafiq olaraq qeydiyyata aldırmışlar. "xxxx" MMMC xx.xx.2022ci il tarixində müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə imzalamışlar. "xxxx" MMMC-nin xx.xx.2022-cı il tarixli 01-22 saylı iclas protokolundan görünür ki, sakinlər mənzilin hər kvadrat metrinə görə 0,40 manat (qırx qəpik) xidmət haqqı ödəməlidirlər. Hazırda iddiaçı cavabdehlər tərəfindən müəyyən öhdəliklərin icra edilmməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən X22, Cavabdeh8 və Cavabdeh13 ilə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 122.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün- yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 137.8-ci maddəsinə əsasən, yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış kompleksi, Ümumi Yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri ilə İddiaçı ilə xx.xx.2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlamış, iddiaçı Su nasosxanasına xidmətə nəzarət; Liftlərə texniki xidmətə nəzarət; Elektrik otaqlarına nəzarət; Yanğından mühafizə sistemlərinə nəzarət; Usta xidmətləri (Elektrik. Sanlcxnik. Boya və s.); 24 saat ərazidə ümumi əmlakın mühafizənin təşkili və nəzarət; Binanın giriş - çıxışına video nəzarət; Əraziyə buraxlış işinin düzgün təşkili və nəzarət; Abadlıq işləri; Ümumi həyətyanı sahələrin, Blok və Mərtəbələrin təmizlənməsinə nəzarət; Məişət tullantılarının vaxtlıvaxtında daşınmasına nəzarət; İçməli su hov uzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; Binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; İdarəetmə Xidmətlərinin düşgün təşkili və nəzarət; Kommunal ödənişlərin yığımının təşkili, yığımına nəzarət və Sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsinə dair kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirmişdir. Müqaviləyə əsasən kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,50 AZN müəyyən edilmişdir. Bunsan sonra isə xx.xx.2022-ci ildə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılaraq müvafiq olaraq qeydiyyata alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, 01/22 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilə ilə iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra “Əlavə 1” adlandırılacaq) qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirmişdir. Müqavilə ilə kommunal xidmət haqqının dəyəri satış müqavilələri əsas götürülərək bir m2 üçün 0,40 AZN müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak etmiş cavabdehlər iddiaçı ilə aralarında kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmadığını, kommunal xidmət haqqının məbləğinin düzgün müəyyən edilmədiyini, məhkəməyə təqdim edilmiş müqaviləni imzalayan şəxslərin binanın sakinləri olmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasənda ödəməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi daha sonra qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında isə göstərmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir... Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra - ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil- tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, əgər çoxmənzilli bina bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunsaydı, bu halda yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyərdilər. Lakin Bakı şəhəri, Nəsimi rayonu Xətai prospekti, 40 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının idarə edilməsi İddiaçı MMC-yə həvalə olunmuş və binadan kommunal xidmətlərin göstərilməsinə dair əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən yaşayış kompleksi, Ümumi Yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri tərəfdən, daha sonra isə Nəsimi-40” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən iddiaçı ilə müqavilələr bağlanmışdır. İşin faktiki hallarından görünür ki, cavabdehlər çoxmənzilli binanın saxlanması xərcləri ilə bağlı İddiaçı MMC ilə yazılı müqavilə bağlamasa da, faktiki olaraq MMC-nin göstərdiyi xidmətlərdən istifadə etmişlər. Belə ki, cavabdehlər iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildikləri halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışlar. Hansı ki, bu hallar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqe ilə uyğunluq təşkil etdir. Məhkəmə həmçinin, hesab edir ki, cavabdehlər İddiaçı MMC ilə yazılı müqavilə bağlamaması və ya yaşayış sahəsindən istifadə etməməsi çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlərdən kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borc məbləği tutulmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlərdən tutulacaq məbləğ müəyyən edilərkən xx.xx.2021-ci il tarixli (satış müqavilələri əsas götürülərək hər kvadrat metr üçün 0,50 manat) və xx.xx.2022-ci il tarixli (satış müqavilələri əsas götürülərək hər kvadrat metr üçün 0,40 manat) müqavilələr ilə kommunal xidmət haqqının dəyəri nəzərə alınmışdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehlərin ödənilməmiş xidmət haqqı borcları müəyyən ediləkən bəzi cavabdehlərin borcları iddia tələbinə nisbətdə daha yüksək olduğu müəyyən edilmişdr ki, bu hal həmin cavabdehlər tərəfindən müəyyən miqdarda ödəniş edildiyi halını istisna etmir. Azərbaycan Respublikası MPM-nin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 1057,2 manat, Cavabdeh3 1374,92 manat, Cavabdeh4 1458,6 manat, Cavabdeh5 1568 manat, Cavabdeh6 1793,6 manat, Cavabdeh7 151,05 manat, Cavabdeh9 935,9 manat, Cavabdeh11 1304,7 manat, Cavabdeh12 1645,6 manat və Cavabdeh1 1832,6 manat məbləğində pul tutularaq iddiaçı X37” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 132,03 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun əvəzi kimi cavabdehlər Cavabdeh2 9,96 manat, Cavabdeh3 12,96 manat, Cavabdeh4 13,75 manat, Cavabdeh5 14,75 manat, Cavabdeh6 16,90 manat, Cavabdeh7 1,42 manat, Cavabdeh9 8,82 manat, Cavabdeh11 12,30 manat, Cavabdeh12 15,50 manat və Cavabdeh1 17,27 manat pul tutulmalı, qalan 8,43 manatı iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 1057,2 manat, Cavabdeh3 1374,92 manat, Cavabdeh4 1458,6 manat, Cavabdeh5 1568 manat, Cavabdeh6 1793,6 manat, Cavabdeh7 151,05 manat, Cavabdeh9 935,9 manat, Cavabdeh11 1304,7 manat, Cavabdeh12 1645,6 manat və Cavabdeh1 1832,6 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehlər Cavabdeh2 9,96 manat, Cavabdeh3 12,96 manat, Cavabdeh4 13,75 manat, Cavabdeh5 14,75 manat, Cavabdeh6 16,90 manat, Cavabdeh7 1,42 manat, Cavabdeh9 8,82 manat, Cavabdeh11 12,30 manat, Cavabdeh12 15,50 manat və Cavabdeh1 17,27 manat alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8,43 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-461/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-461/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver