Məhkəmə qərarları › İş №e-2(007)-471/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-471/2025

18.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-471/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X2rşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin qanunsuz hesab edilməsi, mənəvi zərər” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X2rşı olan “əmrin qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X2rşı olan “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin baş həkimi Aysel Məmmədova tərəfindən imzalanmış əmr № 3-19-25/3-53/2024 saylı, 21 avqust 2024-cü il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun Bakı şəhəri X16 Dispanserindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X2rşı olan “əmrin qanunsuz hesab edilməsi” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin baş həkimi Aysel Məmmədova tərəfindən imzalanmış əmr № 3-19-25/3- 53/2024 saylı, 21 avqust 2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun Bakı şəhəri X16 Dispanserindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2020-ci ildən Bakı şəhər X16 Dispanserində bir növbə kardioloq vəzifəsində çalışır. İşlədiyi müddətdə qüsursuz fəaliyyət göstərmişdir. 2024-cü ilin təxminən iyun ayının əvvəli 01 iyul 2024-cü il tarixindən etibarən əmək məzuniyyətinə çıxmaq istəyini baş həkim Aysel Məmmədovanın otağına gələrək bildirmiş, onu kobud şəkildə otaqdan qovmuşdur. O, onun kobud rəftarına iradını bildirmişdir. Səhəri günü özü onu otağına çağıraraq məzuniyyətə çıxmağına icazə verəcəyini demiş və bundan əlavə ona irad bildirdiyi üçün, guya daxili nizam-intizam qaydalarını pozduğuna görə barəsində akt tərtib etdiyini bildirmişdir. Eyni zamanda, qeyd etmişdir ki, iki həkim də akta imza etmişdir. Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)-nin üzvü olduğundan iyun ayının 27-29 tarixlərində keçiriləcək konfransda iştirak etmək üçün qeydiyyatdan keçərək dəvət almışdır. Bu barədə baş həkimi də katibəsi vasitəsilə məlumatlandırmışdır. Həmin konfransda da iştirak etməyinə icazə verməmişdir. Həmin konfransda yalnız iş saatı bitdikdən sonra iştirak etmişdir. Eyni zamanda, 01 iyuldan məzuniyyətdə olacağımı düşünürmüş ki, işdən evə gedərkən yolda ona tibb bacısı zəng etmiş və bildirmişdir ki, 01 iyul tarixə 11 idmançı müayinə üçün gələcək və işə çıxmalıdır. O, həmin gün işə gəlmişdir. 02 iyul tarixindən etibarən məzuniyyətin 4-5 günlərinədək evdən işləmiş, belə ki, müayinə üçün müraciət edən idmançıların kardioqramlarını çəkib telefonuna göndərərək rəy verməyini tapşırmışdır. 01 iyul tarixindən başlayan məzuniyyəti 12 avqust tarixində bitirdi və o baş həkimə məlumat verilməsi üçün elə 12 avqust 2024-cü il tarixdə tibb bacısını xəbərdar edərək 12 avqustdan 1 həftə, yəni 17 avqusta qədər bülletendə olacağını bildirmişdir. 18 avqust bazar günü olduğundan 19 avqustda işə gəlmiş, lakin bülleteni poliklinikanın baş həkimi tərəfindən möhürlənmədiyindən bülleteni 20 avqust tarixində gətirəcəyini baş həkimə bildirmişdir. 20 avqust tarixində isə bülletenin şəklini çəkib dipanserin whatsapp qrupuna göndərmiş, buna baxmayaraq baş həkim ona töhmət verəcəyini və töhmətlərin sayını artıracağını, onu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad edəcəyini bildirmişdir. O, dispanserin kuratoru, Səhiyyə Nazirliyinin əməkdaşı Azər müəllimin gəlməyini xahiş etmiş, Azər müəllimin iştirakı ilə iclas keçirilmiş, o qeyd olunan halları orada da bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. İş vaxtı gərgin vəziyyətdə işləyir. Belə ki, baş həkim iş otağına gələrək resept blankını götürmüşdür. Eyni zamanda ona irad bildirdiyi üçün iclasda ona səs tonunu qaldıranları qolundan tutataraq bayıra atacağını bildirmişdir. Eyni zamanda, iş saatı saat 15-00-da bitməli olduğuna baxmayaraq iş vaxtından artıq, qeyri iş saatlarında da onu idmançıları müayinə etməyə məcbur etmişdir. Eyni zamanda, onu yuxarıda sözü gedən həmin əmrlə də, tanış etməmişdir. Vəkilinin vermiş olduğu sorğuya cavab olaraq 21 avqust 2024-cü il tarixli əmrin surətini və guya, töhmət və izahat yazmaqdan imtina barədə aktları göndərmişdir. (sənədlər əlavə olunur). Həmin əmr qanunsuz və əssasız olduğundan hesab edir ki, ləğv edilməlidir. Bundan əlavə, bu gün də baş həkim tərəfindən ona qarşı ayrı-seçkilik davam edir, onu başqalarından fərqli iş şəraitində işləməyə məcbur edir, belə ki, iki növbəli iş rejimində işləsələr də, səhərlər müraciət edənlərin sayı çox olduğundan onu yalnız 1-ci növbə işləməyə məcbur edir, 2-ci növbənin həkimini isə müxtəlif bəhanələrlə işə gəlməməyini ört-basdır edərək onu müdafiə edir. Cavabdehin bu qanunsuz hərəkətlərinin davamı olaraq vermiş olduğu töhmət, yaratmış olduğu iş şəraiti və ayrı-seçkilik onda mənəvi sarsıntı əmələ gətirmişdir ki, nəticədə həkimlik imici zədələnmiş, iş yoldaşlarının arasında nüfuzuna xələl gəlmişdir, bu xoşagəlməz halların nəticəsinin təsirindən özünə və xəstə anasına kifayət qədər vaxt ayıra bilməmiş və ona qayğı göstərməkdən məhrum olunmuşdur. Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və nəticədə ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Ona vurulan mənəvi zərərin həcmi 10 000 manatdır.

4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, icraatınızda İddiaçı cavabdeh Bakı şəhər X2rşı mülki iş üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X16 Dispanserinin baş həkimi Aysel Məmmədova tərəfindən imzalanmış ƏMR № 3-19-25\3-53\2024 saylı, 21 avqust 2024-cü il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat məbləğində pulun Bakı şəhər X16 Dispanserindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda həmin iddia ərizəsinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.

Cavabdehin etirazı:

5. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri iddia tələbinə etiraz edərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Eiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X2rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş həkim Aysel Məmmədova tərəfindən 3-19-25\3-53\2024 saylı 21 avqust 2024-cü il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun Bakı şəhər Tərbiyəsi Dispanserindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərdiyi əsaslara görə iddia ərizəsi tamamilə əsasızdır. İlk növbədə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Əsasnamə əsasında fəaliyyət göstərir. Əsasnaməyə əsasən Dispanser müvafiq zonalar üzrə uşaq gənclər idman məktəblərinin şagirdlərini habelə idman yarışlarına hazırlaşan yüksək dərəcəli idmançıların tibbi təminatının həyata keçirilməsini təmin edən tibbi müalicə müəssisəsidir. Dispanserin idman yarışlarına hazırlaşan yüksək dərəcəli idmançıların tibbi təminatını həyata keçirmək əsas vəzifəsidir. Eyni zamanda qeyd olunmuşdur ki, Dispanser kütləvi idman tədbirlərində və yarışlarda müəyyən olunmuş qaydada digər müalicə profilaktik müəssisələri cəlb etməklə tibbi xidməti təşkil edir. X5 Komitəsinin Tibbi Komissiyası tərəfindən qadağan edilmiş farmokoloji vasitələrin və metodların dopinq preparatlarının idmançılar tərəfindən qəbul edilməsinin qarşısını almaq üçün daimi olaraq iş aparır, əsasnaməyə əsasən vahid rəhbərlik prinsipi əsasında Dispanserin bütün fəaliyyətinə baş həkim başçılıq edir. Əsasnamədən göründüyü kimi qeyd olunan dispanserdə müalicə yazmaq olmaz. Əgər tibbi bərpa və ya həkim müalicəsi lazımdırsa o zaman digər müalicə mərkəzləri cəlb edilməlidir. Yəni Dispanser ümumi yoxlanışa əsasən idmançıların sağlamlığına qiymət verir. Göründüyü kimi İddiaçı iddia ərizəsində baş həkimin otağına gələrək resept blankım götürdüyünü qeyd etmişdir. X13 bu barədə keçirilmiş iclaslarda dəfələrlə irad bildirmiş və Dispanserin müalicə yazmaq səlahiyyətinin olmadığını bildirmişdir. Eyni zamanda dərman həkimlərin otağına keçərək orada saatlarla dayanıb bu dərmanların yazılmasının qarşısını almaq üçün artıq dərman firmalarının əməkdaşlarınıda dispanserə daxil olmasına imkan vermir. İddiaçı həkim kardiloq olaraq dispanserdə tək işləyirdi. Baş həkim tərəfindən ona heç bir ayrı-seçkilik göstərilməyib və otaqdan kənarlaşdırma halı baş verməmişdir. Onun ərizəsinə əsasən əmək məzuniyyəti verilsə də, lakin iki gün müddətinə idmançılar gələcəyini və kardioloji müayinədən keçmələrinə əsasən verilmiş məzuniyyət ərizəsi iki günlük geri çağırılmış və sonradan əmək məzuniyyətinə buraxılmışdır. Buna baxmayaraq 12 avqust 2024-cü il tarixdə artıq işə çıxmalı olsa da, İddiaçı işə çıxmamışdır. Səbəbi şöbə müdiri tərəfindən araşdırılmış və xəstə olduğunu bildirmişdir. Həmin zaman bülletendə olmasını bildirməmişdir. 19 avqust 2024-cü il tarixdə işə gələrkən səbəbi soruşulduqda o bülletendə olduğunu bildirmişdir. Xəstəlik barədə vərəqə tələb olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. Qeyd edir ki, Dispanserin ümumi whatsap qrupu var və oradan İddiaçı baş həkim Aysel Məmmədovanı kollektiv qarşısında təhqir edərək, “Siz xəstəsiniz Aysel xanım, Sizin ruhunuz xəstədir” deyərək baş həkimi kollektiv qarşısında etik davranış qaydalarına uyğun olmayan şəkildə təhqir etmişdir. Onun bülletendə olmasına deyil, məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmrinin 4cü hissəsinin tələbini pozduğuna görə, təhmət verilmişdir. Qeyd edir ki, dəfələrlə işə gecikmə halları baş vermiş, dəfələrlə kollektivdə işləyən işçilərə qarşı kobud rəftar etmişdir. Bu barədə ona bir neçə dəfə xəbərdarlıqlar edilmişdir. X12 Abdullayevə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq ona əməl etmir. Hətta xx.xx.2024-cü il tarixdə ona gecikməsi ilə bağlı xəbərdarlıq edilərkən o bir daha səs tonunu yalnız kollektiv işçilərinin deyil kənar şəxslərin idmançıların yanında qışqıraraq kollektivin iş şəraitinə mane olmağa çalışmışdır. Bu barədə də akt tərtib edilib ona xəbərdarlıq edilmişdir. X12 Abdullayeva ilə heç bir problemi olmamışdır. Ümumiyyətlə əmr tam qanunidir, onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. Əksinə barəsində töhmət verilmiş işçi yenə də öz törətdiyi əməlləri qəsdən davam etdirir və ərizə ilə xəstəliyi ilə bağlı xx.xx.2024-cü il tarixə icazə istəmiş və baş həkim tərəfindən icazə verilmişdir.

İş materialları :

7. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00619 saylı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə və Bakı şəhəri X16 Dispanserinin nümayəndəsi Vəkil İMS-də iştirak etmiş, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

8. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin xx.xx.2024-cü il tarixli, 3-19-25/3-53/2024 saylı əmrindən görünür ki, Bakı şəhər X16 Dispanserinin həkim kardioloqu İddiaçı töhmət növündə intizam tənbehi verilməsi əmr edilmişdir.

9. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin şöbə müdiri X10 tərəfindən tərtib edilmiş 3-19-25/3-4-16/2024 saylı aktdan görünür ki, BŞTBTD-də həkim kardioloq vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixində baş həkim Aysel Məmmədovaya qarşı nizam-intizam qaydalarını kobud şəkildə pozub (Dispanser whatsapp qrupunda onun ünvanına nalayiq, təhqiramiz ifadələr işlədib). Buna qrupda olan bütün işçilər şahiddir. Məzuniyyətdə olanların adları siyahıya daxil edilmir.

10. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin şöbə müdiri X10 tərəfindən tərtib edilmiş 3-19-25/3-4-17/2024 saylı aktdan görünür ki, aktı imza edənlər təsdiq edir ki, BŞTBTD-də həkim kardioloq vəzifəsində çalışan İddiaçı ona xx.xx.2024-cü il tarixində verilən töhmətlə tanış olmaqdan və imza atmaqdan və Dispanserin whatsapp qrupunda olan səs yazısına izahat yazmaqdan imtina edib.

11. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin xx.xx.2024-cü il tarixli, 3-19-25/3-38-4/2024 nömrəli əmrindən görünür ki, “növbəti məzuniyyətdən çağırılma” BŞTBTD-nin kardioloqu İddiaçı AR ƏM-nin 137-ci maddəsinin 2-ci hissəsinə əsasən (təxirəsalınmaz işlərin görülməsi zəruri zərurəti olduğundan) xx.xx.2024 və xx.xx.2024-cü il tarixində 2 gün müddətinə növbəti məzuniyyətdən geri çağırılması, AR ƏM-nin 137-ci maddəsinin 3-cü hissəsinə əsasən həmin günlərə əmək haqqı hesablanılması və işçinin razılığı ilə növbəti məzuniyyətin istifadə edilməmiş iki gün təqvim gününün əvəzinə ödənişsiz əlavə istirahət günü verilməklə 12 avqust 2024-cü ilə qədər uzadılması, işçinin 01 və 03 iyul 2024-cü tarixlərində işdə olması əmr edilmişdir.

12. Kardioloq İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məzuniyyətdən geri çağırılmasına etiraz etmədiyini bildirmişdir.

13. Kardioloq İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində səhhəti ilə bağlı ona icazə verilməsini xahiş etmişdir.

14. Bakı şəhəri X16 Dispanserinin şöbə müdiri X10 tərəfindən tərtib edilmiş 3-19-25/3- 4-18/2024 saylı aktdan görünür ki, BŞTBTD-də həkim kardioloq vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdə işə 6 dəqiqə gecikib. Gecikmə davamiyyət jurnalında qeydiyyata alınıb. Bu zaman dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Dispanserdə tibbi yoxlanışdan keçmək üçün gələn idmançıların yanında səsini yüksəldərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmrinin 4-cü hissəsinin 23-cü bəndinin tələblərini pozmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixində iclas keçirdərək X4 dəfə xəbərdarlıq olunmuşdur.

15. Bakı şəhəri Təcili və X8 Stansiyası PHŞ X14 vərəqəsindən görünür ki, xx.xx.2024cü il tarixdə, saat 15:36-da 13 saylı KYS-nın həkim briqadası İddiaçı xidmət etmişdir.

16. Bakı şəhəri TBTD-nın baş həkimi Məmmədova Ayselə həkim-kardioloq İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı müxtəlif səbəblərdən (səhhəti ilə bağlı, imtahanda iştirak ilə bağlı, məhkəmə prosesində iştirak etməsi ilə bağlı) icazə verilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X16 Dispanserinin xx.xx.2024-cü il tarixli 3-19-25/3-1-68/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhəri X16 Dispanserinin Kardiologiya kabinetinin həkim kardioloqu İddiaçı 2024-cü ilin 11 dekabr tarixində “Kardiologiya” ixtisası üzrə test imtahanı zamanı müvafiq balı toplamadığı üçün sertifikasiyadan keçməyən işçi hesab olunur. Əmək qanunvericiliyinə müvafiq olaraq 6 ay müddətində iş yeri və orta əmək haqqı saxlamaqla praktik tibb fəaliyyəti 6 ay müddətində iş yeri və orta əmək haqqı saxlanılmaqla praktik tibb fəaliyyət dayandırılması və yenidən təkmilləşdirmə kursuna göndərilməsinin təmin edilməsi əmr edilmişdir.

18. İş materiallarına test imtahanına buraxılış vərəqəsinin surəti əlavə edilmişdir.

19. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydaları” əlavə edilmişdir.

20. MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhər X16 Dispanserinin baş həkimi X1 Mahirə İsa qızına xx.xx.2024-cü il tarixində növbəti əmək məzuniyyəti verilərkən, məzuniyyət vaxtı üçün orta əmək haqqı xx.xx.2024-cü il tarixində ödənilməklə, işəgötürən tərəfindən AR ƏM-nin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozulduğundan AR ƏM-nin 192.4-cü maddəsində nəzərdə tutulna inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

21. İş materiallarına iddiaçı tərəfindən tibb bacısı Kəmalə adı ilə qeyd edilmiş şəxs ilə whatsapp sosial tətbiqində aparılan yazışmalar əlavə edilmişdir.

22. İş materiallarına Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhəri X16 Dispanseri ilə İddiaçı arasında bağlanılmış əmək müqavilələrinin surəti əlavə edilmişdir.

23. İş materiallarına 1 ədəd disk və 1 ədəd fləşkart əlavə edilmişdir.

24. İş materaiallarına Bakı şəhəri Təcili və X8 Stansiyası PHŞ Sahə Həkimi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqələri əlavə edilmişdir.

25. İş xx.xx.2024-cü ildə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişikli edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamış, vəzifəsi: məşğulluq təsnifatı üzrə həkim, kardiologiya, əmək müqaviləsi üzrə həkim EKQ-dir.

26. AB-İ seriyalı, 0B4552 nömrəli Azərbaycan Respublikasının Diplomundan görünür ki, İddiaçı 1998-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstituna daxil olmuş və 2004-cü ildə Azərbaycan Tibb Universitinin Müalicə işi ixtisasi üzrə bitirmişdir.

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 0790 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, xx.xx.2024-cü ildən xx.xx.2005-ci ilədək C.Abdullayev adına ET.Kardiologiya İnstitunda internatura kursu keçmişdir.

28. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 11 dərəcəli 0.5 vahid həkim EKQ vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə əlavə 0.5 vahid həkim terapevt vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə əlavə 0.5 vahid həkim terapevt vəzifəsi verilmiş, xx.xx.2023-cü il tarixdə 0.5 vahid terapevt götürülməsi, 0.5 vahid kardioloq vəzifəsi verilməsi, cəmi 1.0 vahid həkim kardioloq və 0.5 vahid həkim terapevt, xx.xx.2024-cü il tarixdə əlavə 0.5 vahid həkim terapevt vəzifəsi götürülmüşdür.

Tərəflərin izahatları :

29. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun yarı stavkası alınmışdır. Aysel xanım ona bildirmişdir ki, digər həkimlə növbəli, yəni bir gün sən səhər-axşam, digər gün digər həkim səhər-axşam növbəsində işləyəcəksiniz. Həmin həkim 2 həftə işləmiş, bir həftə işə gəlməmişdir. Sonra isə ona Rəhimə xanım konfransa hazırlaşdığı üçün səhər növbəsində işə çıxmalı olduğu, axşam isə Rəhimə xanımın çaxacağı deyilmişdir. 2-ci həftə isə Rəhimə xanım seminara hazırlaşdığı, öz hesabına məzuniyyət götürdüyü və işə gəlmədiyi bildirilmişdir. 3-cü həftə isə o həkimə getmək üçün səhər icazə aldığı zamanı ona Rəhimə xanımın başqa yerdə işlədiyi, buna görə də ancaq axşam növbəsində işləyəcəyi bildirilmişdir. O, onda Aysel xanıma bir gün səhər, bir gün axşam gəlmək istədyini bildirmişdir. O, rəsmi şəkildə Aysel xanıma ərizə ilə müraciət etmişdir ki, anasının vəziyyətinə görə növbəli işləsin. Aysel xanım onu çağırmış, ona digər həkimin başqa yerdə axşam növbəsində işlədiyini, Əmək Müfəttişliyinin digər həkimin səhər növbəsində işləməsinə icazə vermədiyini bildirmişdir. O heç nə deməmişdir. Sonra isə Aysel xanıma anasının xəstəliyinə görə o bir saat işə gec gəlməsini və əvəzində işdən bir saat gec getməsini xahiş etmişdir. Aysel xanım ona Əmək Müfəttişliyi icazə vermədiyini bildirmişdir. O, onda demişdir ki, “mən bununla bağlı Nazirliyə müraciət edəcəyəm”. Otağına çatmamış Aysel xanım onu çağırtdırıb bildirdi ki, o, Əmək Müfəttişliyi ilə danışıb, icazə vermək olar, lakin sertifkasiya imtahanından keçənədək işə bir saat gec gələ bilər. O, hər gün işə gedib-gəlir, keçən məhkəmə iclasından çıxıb evə gedib çatmamış məhkəmə iclasında səs yazısı səsləndirilən tibb bacısı ona zəng edib, qışqıraraq bildirmişdir ki, “sən mənim səs yazımı məhkəməyə vermisən, məni bu işə niyə qatırsan.” Qeyd etmişdir ki, Aysel xanım tərəfindən onun yarım stavkası alınmışdır. Onun iş saatı saat 3-dək olmuşdur. Lakin saat 3-dən sonra da ona fotoşəkillər göndərilərək baxması tələb edilmişdir.

30. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı bülletendə olduğunu rəhbərliyə tibb bacısı vasitəsilə bildirmişdir. Buna görə də səs yazılarını, whatsapp yazışmalarını məhkəməyə təqdim edirlər. iddiaçının səhhətində 8 mart günü və dünən problem yaranmışdır. Bununla bağlı həkim arayışları da var. İddiaçı rəhbərliyə bildirmişdir ki, səhhətində problem var, işə gələ bilmir. Bununla bağlı arayışları məhkəməyə təqdim edir. Bütün həkim kollektivi iddiaçını dindirib, danışdırmırlar. Bu kimi münasibətə görə iddiaçının səhəttində problem yaranmış, yüksək təzyiqi qalxmışdır. 2024-cü ilin iyun ayıdan çəkişməli məhkəmə prosesləri gedir. Bütün bunların fonunda rəhbərlik tərəfindən iddiaçıya qarşı qısnama davam edir. Təbii ki, bu da iddiaçının səhhətində özünü büruzə verir. Qeyd edilən arayışları iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə bağlı məhkəməyə təqdim edirlər. Qarşı tərəfin təqdim etdiyi əmək kitabçası və əmək müqaviləsinə baxdıqları zaman fəqrlilik olduğu görünür. Əmək kitabçasında iddiaçının yarı ştatının alınması görünür, lakin əmək müqaviləsində qeyd edilməmişdir. Bunun hazırki işin predmetinə aid olmasa da, iddiaçıya qarşı edilmiş ayrı-seçkiliyi bir daha göstərdiyi üçün məhkəmənin diqqətinə çatdırırlar. Keçən məhkəmə iclasında səs yazısı səsləndirildikdən sonra nəyəsə görə iddiaçıya qarşı bütün kollektiv tərəfindən ayrı seçkilik edilir.

31. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı təcili tibbi yardımın arayışını müəssisəyə təqdim etdikdə həmin arayışda olan səhvlik ona bildirilmiş, o, isə qarşılığında isə iddiaçı “Diyan indi mən işə gəlirəm, gör indi mən işə gəlim” kimi ifadələr işlətmişdir. Bu kimi ifadələri rəhbər şəxsə qarşı istifadə etmək düzgün deyil. Hesab edir ki, əmr əsaslıdır. Baş həkim bildirmək istəmişdir ki, xəstəsinizsə, ya bülletenə çıxın, ya da ki, ərizə yazın. Bu kağızınız səhvdir, düzəldib, verin. İddiaçı bugünkü iclas üçün də icazə istəyib, problemsiz, ona icazə verilib. İşdə işləyən vaxtı iddiaçı tibb bacısına deyib ki, ona nəticələri göndərər, evdə yazar. İş vaxtı yazmayıb, gedib evdə yazmışdır. İddiaçı baş həkimə qarşı kollektiv qarşısında nüfuzdan salıcı hərəkətlər edir. Aysel xanım bildirir ki, iddiaçıya anası xəstə olduğu üçün səhər saatlarında anasının müəyyən ehtiyaclarını ödəməsi üçün 1 saat gec gəlməsinə icazə verilib.

İşin faktiki halı :

32. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserində xx.xx.2020-ci il tarixindən etibarən həkim-kardioloq vəzifəsində işləyir.

33. İddiaçı məzuniyyətdən qayıdaraq işə çıxmalı olduğu xx.xx.2024-cü il tarixdə bülletenə çıxaraq işə gəlməmiş və xx.xx.2024-cü il tarixdə işə gəlmişdir.

34. İşə gələrkən (xx.xx.2024-cü il tarixində) iddiaçı xəstəlik vərəqəsini təqdim etməmiş və xx.xx.2024-cü il tarixdə, iş saatından sonra müəssisənin “whatsapp” qrupuna xəstəlik vərəqəsinin şəklini və baş həkimə ünvanlanmış səs yazısı atmışdır.

35. Səs yazısının mətni: “bu xəstə düşüncənizdən əl çəkin Aysel xanım, məncə insanlığa qayıtsaz çox yaxşı olar. Göydə Allah var hər şeyi görür. İnsanı bu qədər incitmək olmaz. Mən qəsdlə eləmirəm, sui qəsd eləmirəm Sizə qarşı. Siz məni özünüzə düşmən hesab edirsiniz. Belə olmaz də insanıq biz. Sizin xəstə düşüncəniz var. Xəstəsiz Siz”.

36. İddiaçıya həmin səs yazısına görə töhmət verilmişdir (cavabdehin etiraz ərizəsi).

Məhkəmə Baxışının Hədləri :

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr.

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

2. 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 9.q. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

10. a. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

10. b. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189.4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

42. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarı.

43. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarı. Məhkəmənin mövqeyi :

44. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

45. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi şərti olaraq iki hissədən: 1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrinin qanunsuz hesab edilməsi və 2. iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manatın məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələblərindən ibarət olduğuna görə hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir.

İddia tələbinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanserinin xx.xx.2024-cü il tarixli, 3-19-25/3-53/2024 nömrəli əmrinin ləğv edilməsinə dair hissəsi ilə bağlı:

46. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X2rşı olan xx.xx.2024-cü il tarixli, 3-19-25/3-53/2024 saylı əmrin qanunsuz hesab edilməsi tələbi onun xx.xx.2024-cü il tarixdən bir həftə bülletendə olacağına dair məlumat verməsinə, işə çıxarkən xəstəlik vərəqəsini özündən asılı olmayan səbəblərdən təqdim etmədiyini bildirməsinə baxmayaraq baş həkim tərəfindən xəstəlik vərəqəsinin təkidlə tələb edilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdeh müəssisənin “whatsapp” qrupuna atılan səs yazısının baş həkim tərəfindən özünə qarşı təhqir hesab edilərək, onun əməlində intizam pozuntusu olmamasına baxmayaraq ona töhmət verilməsi ilə əsaslandırılmışdır.

47. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrdən görünür ki, qeyd edilmişdir ki, dispanserin həkim-kardioloqu İddiaçı məzuniyyətdən sonra işə çıxmalı olduğu halda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir məlumat vermədən işə çıxmamışdır. xx.xx.2024-cü il tarixində işə gəlmiş, işə gəlməməsi ilə əlaqədar izahat yazması tələb olunsa da, o, izahatı yazmaqdan imtina edərək, xəstəlik vərəqəsini gətirəcəyini bildirmişdir. Növbəti gün təkrarən iş saatı müddətində xəsətəlik vərəqəsi tələb olunsa da, müxtəlif bəhanələr gətirərək, hələ xəstəlik vərəqəsinin bağlanmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iş saatı bitdikdən sonra o, Dispanserin “whatsapp” qrupuna xəstəlik vərəqəsinin foto şəklini atmış və ardınca isə hamılıqla qəbul edilmiş etik davranış qaydalarını pozaraq, həkim adına yaraşmayan nalayiq və təhqiramiz ifadələrlə qrupda baş həkim Aysel Məmmədovanın ünvanına işlətdiyi səs yazısını qrupa atmışdır. Bu səs yazısı ilə əlaqədar olaraq İddiaçı yazılı izahat verməsi tələb olunsa da, o yazılı izahat verməkdən imtina etmişdir. Bu kimi hərəkətlərə yol verməklə o, əmək inztizamını, hamılıqla qəbul edilmiş etik davranış qaydalarını və həkimlərin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmrinin 4-cü hissəsinin 23-cü bəndinin tələblərini pozmuşdur. Eyni zamanda dispanserin nizam-intizam qaydalarını pozması ilə bağlı da ona akt da tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-189-cu maddələri rəhbər tutularaq İddiaçı barəsində “töhmət” növündə intizam tənbehi verilməsi əmr edilmişdir.

48. Məhkəmə qeyd edir ki, ilk növbədə cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19- 25/3-53/2024 nömrəli əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi əsasları və qaydasını müəyyən edən 186 və 187-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmalıdır.

49. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.

50. Göründüyü kimi əmək qanunvericiliyində işçi barəsində işəgötürən tərəfindən intizam tənbehinin verilməsi əsasları konkret olaraq göstərilmişdir. Həmin əsaslar işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi, Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozmasıdır.

51. Hazırki mülki iş üzrə işin müəyyən edilmiş halı odur ki, İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli “töhmət” əmrinin verilməsi üçün əsas iddiaçının Dispanserin “whatsapp” qrupunda baş həkim Aysel Məmmədovanın ünvanına işlətdiyi səs yazısı olmuşdur.

52. Qeyd edilən hal həm cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3- 53/2024 nömrəli əmr, həmçinin cavabdehin nümayəndəsi və vəklinin iddia tələbinin dəlillərinə qarşı məhkəməyə ünvanlanmış etiraz ərizəsində öz təsdiqini tapmışdır.

53. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrdən görünür ki, əmrin verilməsi üçün əsas şöbə müdiri G.Hüseynovanın İddiaçı barəsində tərtib etdiyi müvafiq aktlar olmuşdur.

54. Məhkəməyə təqdim edilmiş şöbə müdiri Günay Hüseynova tərəfindən tərtib edilmiş 3-19-25/3-4-16/2024 saylı aktdan görünür ki, həmin akt X9 tərəfindən xx.xx.2024-cü il tarixdə baş həkim Aysel Məmmədovaya qarşı nizam-intizam qaydalarını kobud şəkildə pozması-dispanserin “whatsapp” qrupunda onun ünvanına nalayiq, təhqiramiz ifadələr işlətməsi və buna qrupda olan bütün işçilərin şahid olması barədə tərtib edilmişdir. Günay Hüseynova tərəfindən tərtib edilən iş materiallarında olan 3-19-25/3-4-17/2024 saylı akt isə İddiaçı ona xx.xx.2024-cü il tarixdə verilən töhmətlə tanış olmaqdan imtina etməsi və imza etməkdən və Dispanserin “whatsapp” qrupunda olan səs yazısına dair izahat yazmaqdan imtina etməsi barədə tərtib edilmişdir.

55. İddiaçı tərəfindən Dispanserin “whatsapp” qrupuna atılmış səs yazısının mətni: “bu xəstə düşüncənizdən əl çəkin Aysel xanım, məncə insanlığa qayıtsaz çox yaxşı olar. Göydə Allah var hər şeyi görür. İnsanı bu qədər incitmək olmaz. Mən qəsdlə eləmirəm, sui qəsd eləmirəm Sizə qarşı. Siz məni özünüzə düşmən hesab edirsiniz. Belə olmaz də insanıq biz. Sizin xəstə düşüncəniz var. Xəstəsiz Siz”.

56. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrin mətnindən görünür ki, qeyd edilən hərəkətlərə yol verməklə iddiaçı əmək intizamını, hamılıqla qəbul edilmiş etik davranış qaydalarını və həkimlərin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.112.2011-ci il tarixli 137 nömrəli əmrinin 4-cü hissəsinin 23-cü bəndinin tələblərini pozmuşdur.

57. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.112.2011-ci il tarixli 137 nömrəli əmrinin 4-cü hissəsinin 23-cü bəndinə əsasən həkim öz həmkarlarına hörmətlə yanaşmalıdır.

58. Belə olan halda ilk növbədə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin tələblərinə uyğun olaraq etik davranış qaydalarına riayət edilməsinin iddiaçı X6 əmək funksiyasına, əmək müqaviləsi və Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə, müəssisədaxili intizam qaydalarına aid olub-olmaması yoxlanılmalıdır.

59. Qeyd edilməlidir ki, işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsidir (işçinin üzürsüz səbəbdən işə gəlməməsi, işdə olduğu müddətdə əmək funksiyalarına aid olmayan işlərlə məşğul olması və s.). Əmək funksiyası yerinə yetirilərkən qanuna zidd hərəkət edilməsi, verilmiş tapşırıqların düzgün yerinə yetirilməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir.

60. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə İddiaçı etik davranış qaydalarına riayət etməsi onun əmək funksiyası və ya əmək müqaviləsi, Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifəsi olaraq müəyyən edilməmişdir.

61. Məhkəmə həmçinin qeyd edir ki, əmrdən görünür ki, əmrdə iddiaçının öz hərəkətləri ilə əmək intizamını pozması, dispanserin nizam-intizam qaydalarını pozması qeyd edilsə də, konkret olaraq hansı hərəkətləri ilə əmək intizamını pozması, əmək intizamının pozuntusunun nədən ibarət olması göstərilməmişdir.

62. Göründüyü kimi iddiaçı barəsində xx.xx.2024-cü il tarixli intizam tənbehi tədbiri barədə əmrlə töhmət əmək funksiyasının pozulmasına görə deyil, etik davranış qaydalarının pozulmasına görə verilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə isə iddiaçının etik davranış qaydalarına riayət etməsi onun onun əmək funksiyasına daxil olması müəyyən edilməmişdir.

63. Həmçinin əmrdən görünür ki, iddiaçı tərəfindən “whatsapp” qrupuna atılan səs yazısı iş saatı bitdikdən sonra atılmışdır. Bu isə onu deməyə əsas verir ki, əmək intizamının pozulmasından söhbət gedə bilməz.

64. Məhkəmə iddiaçı tərəfindən atılan səs yazısı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işin bütün hallarının tədqiqi nəticəsində müəyyən edilmiş faktiki hallar bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən həmin səs yazısının atılmasında iş və həyat rejminin (anasının xəstəliyi) birbaşa təsiri olmuşdur. Bu gözləniləndir ki, xəstəlik vərəqəsinin təqdim edilməməsi şəxsin iradəsindən asılı olmaya bilər. Belə olan halda isə müəssisə tərəfindən işçidən 2 gün gecikmə üçün bu qədər təkid edilməsi (əmrin mətnindən təkid edilməsi, izahat yazmasının tələb edilməsi müəyyən edilir) anlaşılan deyil.

65. Qeyd edilməldir ki, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrin verilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin də pozuntusuna yol verilmişdir.

66. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

67. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinin tələbi pozularaq intizam tənbehi verilməmişdən əvvəl iddiaçıdan yazılı izahat verməsi tələb edilməmiş, onun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilməmişdir.

68. Belə ki, cavabdeh iddiaçıdan izahat tələb etməsini bildirməsinə baxmayaraq işin mahkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, bunu təsdiq edən lazımi sübutlar məkəməyə təqdim edilməmişdir.

69. Belə ki, cavabdeh tərəfindən iş materiallarına iddiaçıdan izahat tələb etməsini təsdiq edən sübut qismində məhkəməyə şöbə müdiri tərəfindən tərtib edilmiş akt əlavə edilmişdir.

70. Məhkəmə qeyd edir ki, həmin akt cavabdehin iddiaçıdan izahat verməsini tələb etdiyini təsdiq edən mötəbər sübutlar qismində qəbul edilə bilməz. Bu faktı təsdiq edən sübut qismində məsələn, məhkəməyə iddiaçıya ünvanlanmış ondan izahat tələb edilməsini təsdiq edən məzmunda məktub, poçt qəbzi əlavə edilə bilərdi.

71. İlk növbədə qeyd edək ki, aktda tarix qeyd edilmədiyindən, həmin aktın tərtib edilməsi tarixini müəyyən etmək mümkün deyildir. Aktın mətnində isə yuxarıda qeyd etdiyimiz kimi xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən töhmət əmri ilə tanış olmaqdan imtina edilməsi və səs yazısı ilə bağlı izahat verməkdən imtina edilməsi qeyd edilmişdir.

72. Göründüyü kimi iddiaçının səs yazısı ilə bağlı izahat verməkdən imtina etməsi, onun töhmət barədə əmrlə tanış olmaqdan imtina etməsi ilə birlikdə qeyd edilmişdir. Bu isə onu ifadə edir ki, töhmət verildikdən sonra iddiaçıdan töhmət verilməsi üçün əsas olmuş səs yazısı barədə izahat tələb edilmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahat verilməsi tələb edilməlidir.

73. Həmçinin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmrin verilməsi üçün əsas olmuş şöbə müdiri tərəfindən tərtib edilmiş 3-19-25/3-4-16/2024 saylı aktın tərtib edilmə tarixi də qeyd edilməmişdir.

74. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmr əmək qanunvericiliyinin tələblərinin pozuntusu ilə verildiyindən qanunsuz hesab edilməlidir.

İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi :

75. İddiaçı iddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsini cavabdehin tərəfindən verilmiş töhmətin, yaratmış olduğu iş şəraiti və ayrı-seçkiliyin onda mənəvi sarsıntı əmələ gətirdiyi, iş yoldaşları arasında nüfuzuna xələl gətirdiyi ilə əsaslandırılmışdır.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

77. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

78. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

79. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə cavabdeh tərəfindən iddiaçıya töhmət növündə intizam tənbehinin tətbiqi barədə əmrin verilməsinin iddiaçıya mənəvi zərər vurması, iddiaçının həmin əmrə görə mənəvi sarsıntı keçirməsi «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada iddiaçı tərəfindən sübuta yetirə bilməmişdir.

80. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hesab etsək ki iddiaçı barəsində cavabdeh tərəfindən verilmiş əmr iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur, həmin əmrin məhkəmə tərəfindən qanunsuz hesab edilməsi iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi kimi qəbul edilə bilər. Nəticə :

81. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmr qanunsuz hesab edilməli, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı şəhəri X16 Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-19-25/3-53/2024 nömrəli əmr qanunsuz hesab edilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar