Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-481/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi : İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən abunə müqaviləsi üzrə xidmət müqabilində 124.1 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 154.1 (yüz əlli dörd manat on qəpik) manat pul vəsaitinin Cavabdeh oğlundan tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********* nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 124.1 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh oğlunun adına olan ********* nömrədə borc hazırkı tarixədək ödənilməmişdir.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC məhkəmə iclasına gəlməmiş və iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron sistem üzərindən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsi, təxirə salındığı təqdirdə növbəti iclasın yeri və vaxtı barədə məlumat verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişdir.
5. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları :
6. İddiaçı MMC-nin Cavabdeh oğluna ünvanlandığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixli ********* saylı sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi, icranın gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixinə, xx.xx.2021-ci il tarixli ********* saylı sənəddən irəli gələn 124.1 (yüz iyirmi dörd manat on qəpik ) manat məbləğində əsas borcun ödənilməsi tələb edilmişdir.
7. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında xx.xx.2006-cı il tarixdə bağlanmış abunə müqaviləsinə əsasən ********* nömrəsi kreditorun rabitə xidmətlərindən istifadəsinə verilmişdir.
8. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X1 görünür ki, Cavabdeh oğlunun ödənilməmiş faktura məbləği 124.1 manat təşkil edir.
9. Bakı şəhəri İcra Hakimiyyəti MKTD 1 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin xx.xx.2024-cü il tarixli 06 nömrəli məktubundan görünür ki, 2(007)- 3472/2023 nömrəli mülki iş üzrə məhkəmə bildirişi Cavabdeh oğluna təqdim edilərkən onun 3 il öncə vəfat etdiyi məlum olmuşdur.
10. AZ-İİ № 204495 saylı xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Kadjarov Ailiman xx.xx.2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 37 nömrə ilə qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1. məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1. iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh oğlu İddiaçı MMC tərəfindən məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edilməzdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə ölmüşdür.
14. Belə ki, hazırda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldıraraq cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xitam edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə qeyd edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan mümkün deyildir.
16. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verilir.
17. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə isə cavabdeh kimi göstərilmiş şəxs məhkəmədə iddia qaldırılmazdan öncə vəfat etdiyindən tərəf kimi qəbul edilə bilməz. Ona qarşı qaldırılmış iddiaya məhkəmə qaydasında baxıla bilməz.
Nəticə :
18. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh oğlu İddiaçı MMC tərəfindən məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etməzdən əvvəl öldüyü üçün və ölmüş şəxsə qarşı verilmiş iddia tələbinə məhkəmədə baxılmalı olmadığından hazırki mülki iş üzrə icraata xitam verilməlidir.
19. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı olan “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva