Məhkəmə qərarları › İş №e-2(007)-502/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-502/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-502/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 oktyabr 2022-ci il tarixli, GK-№0485 saylı, 10 oktyabr 2022-ci il tarixli, GK-№0486 saylı və 10 yanvar 2024-cü il tarixli, GK-№0513 saylı İstiqraz müqavilələrinin etibarsız hesab olunması ilə bağlı yalan əqdin şərtlərinin tətbiq edilməsini və əqdin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış hesab olunmasına, 310,000 (üç yüz on min) manat 100 000 (yüz min) USD məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsinə, müqavilə ilə nəzərdə tutulmuş aylıq 2%, üstəgəl özgənin pul vəsaitindən əsassız istifadəyə görə aylıq əlavə 4 faiz məbləğdə vəsait ona qaytarıldığı günədək hesablanmasına və tutularaq ona ödənilməsinə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 790 manat dövlət rüsumunun və 1500 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin, ümumilikdə 312290 manat və 100000 USD məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil elektron məhkəmə sistemi vasitəsilə ərizə verərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanmasına etiraz etmədi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə mülki işə iddiaçının və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

8. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

9. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

10. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, VÖEN: **********; qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221105; tarix: xx.xx.2024, saat 17:36:42) görünür ki, Vəkil hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 772 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

11. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 772 manat məbləğində dövlət rüsumu Vəkil büdcədən geri qaytarılmalıdır.

12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə Vəkil tərəfindən ödənilmiş 772 manat (Hökumət ödəniş portalında və ya “AsanPay” vasitəsilə, VÖEN: **********; qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221105; tarix: xx.xx.2024, saat 17:36:42) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar