Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-523/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində aprılmış qeydə düzəliş edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində aprılmış qeydə düzəliş edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək onun təsdiq olunmasını,bununla əlaqədar işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçı da barışıq sazişinin təsdiq olunmasına və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Barışıq sazişinin şərtlərinə görə: 1.CavabdehMMC İddiaçı əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilməsini və bu barədə əmrdə və əmək kitabçasında müvafiq qeydlər (düzəlişlər) aparılmasını qəbul edir.
2. İddiaçı CavabdehMMC-yə qarşı bu sazişin 1-ci maddəsində göstərilən başqa hər-hansı tələbinin olmadığını və olmayacağını qəbul edir.
3. Hər iki tərəf mediasiya xərclərini ortaq (yarı-yarıya) qarşılamağa razı olduqlarını bəyan edir. 4.Barışıq sazişi imzalandıqdan və məhkəmə qaydasında təsdiqləndikdən sonra iddiaçı “əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair” iddiasından imtina edir. 5.Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. 6.Saziş 3 nüsxədə imzalanır.Tərəflərin hər birinə bir nüsxə verilir,bir nüsxə isə məhkəmədə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində aprılmış qeydə düzəliş edilməsi barədə mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunsun: 1.Cavabdeh MMC İddiaçı əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilməsini və bu barədə əmrdə və əmək kitabçasında müvafiq qeydlər (düzəlişlər) aparılmasını qəbul edir.
2. İddiaçı Cavabdeh MMC-yə qarşı bu sazişin 1-ci maddəsində göstərilən başqa hər-hansı tələbinin olmadığını və olmayacağını qəbul edir.
3. Hər iki tərəf mediasiya xərclərini ortaq (yarı-yarıya) qarşılamağa razı olduqlarını bəyan edir. 4.Barışıq sazişi imzalandıqdan və məhkəmə qaydasında təsdiqləndikdən sonra iddiaçı “əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair” iddiasından imtina edir. 5.Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. 6.Saziş 3 nüsxədə imzalanır.Tərəflərin hər birinə bir nüsxə verilir,bir nüsxə isə məhkəmədə saxlanılır. İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində aprılmış qeydə düzəliş edilməsi barədə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fikrət Mirzəyev