Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-532/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (İnci Məmmədovaya) göstərilmiş tibbi xidmətin qarşılığı olan 1499,36 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) məbləğində pulun, 1499,36 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) AZN Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 135 (yüz otuz beş) AZN, ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 1671,36 (bir min altı yüz yetmiş bir manat otuz altı qəpik) AZN cavabdehdən tutularaq İddiaçı MMC “Hospital”-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 08 dekabr 2022-ci il tarixində İddiaçı MMC “Hospital”-a müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün İddiaçı MMC “Hospital” ilə xəstənin anası Cavabdeh arasında 08 dekabr 2022-ci il tarixində “Tibbi Xidmət Müqaviləsi” imzalanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək övladı İnci Məmmədovaya stasionar şəraitdə (kardio-yatış) müvafiq tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nəğd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli idi. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC “Hospital”ın xəzinədarlığına ödəməli idi. Beləliklə xx.xx.2022xx.xx.2022-ci il tarixlər aralığında X2ya İddiaçı MMC “Hospital”-da tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 2499,37 AZN (iki min dörd yüz doxsan doqquz manat otuz yeddi qəpik) təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən onun tərəfindən 1000,01 AZN (bir min manat, bir qəpik) məbləğində ödəniş olunmuşdur. Geri qalan 1499,36 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) borc məbləği tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Bundan başqa, X1 son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərdiyi tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. X1 vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəbiyyət verir. Qeyd olunan hal xəstəxana əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Nəzərə çatdırırlar ki, xəstəyə göstərilmiş tibbi xidmətlər hospitalda mövcud “Qiymət Cədvəli” əsasında qiymətləndirilmişdir və şəffaf şəkildə fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunmuşdur. Xəstə ilə aralarında bağlanan 08 dekabr 2022-ci il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin, qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC “Hospital”ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh (qızına yəni İnci Məmmədovaya) göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC “Hospital-”a ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC “Hospital” üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC “Hospital”tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC “Hospital”qarşısında öhdəlik daşıyaraq, 1499,36 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) məbləğində pulu ödəməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, bank uçot dərəcəsi ilə hesablamış illik 9% olmaqla, bir il üçün 135 manat əlavə pulun tutulması hissəsində iddia tələbini azaltmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraicət edərək əsas borca dair iddia tələbi, göstərilən xidmət haqqına görə məbləği qəbul edir. Lakin gələcəkdə hissə-hissə ödəməyi qəbul edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişl. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi Baxım və Müalicəyə dair müqavilənin surətindən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. X2, xidmətin adı kardio yatış. - İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlığından görünür ki, cavabdeh, MMC-yə ödənilməmiş 1499,36 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi Baxım və Müalicəyə dair müqaviləyə əsasən cavabdehin övladı İnci Məmmədovaya stasionar şəraitdə (kardio-yatış) müvafiq tibbi xidmətlər göstərilmişdir. Cavabdeh göstərilən tibbi xidmətlər üzrə 1000,01 manat ödəsə də, qalan 1499,36 manat pulu ödəməmişdir. Cavabdeh borcunun ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı sonuncu tələbində Cavabdeh (İnci Məmmədovaya) göstərilmiş tibbi xidmətin qarşılığı olan 1499,36 AZN (min dörd yüz doxsan doqquz manat, otuz altı qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1499,36 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 1634,36 manat iddia tələbinə münasibətdə 37 manat dövlət rüsumu ödəmiş, daha sonra isə iddia tələbini azaldaraq iddianı 1499,36 manat göstərilmiş xidmət haqqının ödənilməsi hissəsində müdafiə etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 35 manatı cavabdehə, 2 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1499,36 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 2 manatı İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-532/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-532/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver