Məhkəmə qərarları › İş №e-2(007)-568/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-568/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-568/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsinə məcbur edilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə faizlərin tutulması ilk iddia, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsinə məcbur edilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə faizlərin tutulması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə qarşılıqlı iddia vermişdir. xx.xx.2023-cü il tarixdə ilk iddia tələbi üzrə İddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Hər iki tərəf işə mahiyyəti üzrə baxılmasının tələb etmədiklərini bildirmişdir. Məhkəmə,ilk iddia tələbi üzrə İddiaçı və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-in işə xitam verilməsi barədə ərizələrini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizələr təmin olunmalı və İddiaçı Cavabdeh MMC-nə qarşı müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsinə məcbur edilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə faizlərin tutulması ilk iddia tələbinə, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri üzrə iddialardan imtina edilməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafeyini pozmur, ona görə də qəbul olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-in iddiadan imtinaları qəbul olunsun. İddiaçı Cavabdeh MMC-nə qarşı müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsinə məcbur edilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə faizlərin tutulması ilk iddia tələbinə, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar