Məhkəmə qərarları › İş №e-2(007)-577/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-577/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-577/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə fazilərin tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqaviləyə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022 tarixli N-94 saylı bildirişinin etibarsız hesab edilməsi, 3800 (üç min səkkiz yüz) manat pul tərəfindən ödənilməklə, Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki yaşayış kompleksində yerləşən D.10.5 saylı mənzilin dəyərinin tam ödənilməsini və borcunun olmamasını təsdiq edən maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunması tarixinədək 78000 (yetmiş səkkiz min) manat məbləğə illik 5% olmaqla hesablanmış zərərin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Şirin Mirzəyev küçəsində ina edilmiş yaşayış kompleksində D 10.5 saylı mənzilə dair İddiaçı oğu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0690 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin Cavabdeh MMC-yə geri qayatrılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər işə məhkəmədə baxılan zaman hazırki mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlmiş, onlar arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmış və həmin saziş məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirib barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi, maliyyə arayışının verilməsi və vaxtından əvvəl alınmış pul vəsaitləri üzrə fazilərin tutulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması” tələbinə dair qarşılıqlı iddialarına dair e-2(007)-577/2023 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək 78000 (yetmiş səkkiz min) manat məbləğində pul ödənilməklə, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli, № 0690 saylı müqavilədən irəli gələn bütün öhdəliklərə xitam verilir.

2. Tərəflər razılığa gəlir ki, X1in 1-ci bəndində qeyd edilən 78000 (yetmiş səkkiz min) manat məbləğin İddiaçı ödənilməsi, onun Cavabdeh MMC-yə qarşı olan bütün iddia və tələblərini, o cümlədən Cavabdeh MMC-nin İddiaçı qarşı bütün iddia və tələblərini tam şəkildə aradan qaldırır.

3. Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək ödənilməli olan 78000 (yetmiş səkkiz min) manat məbləğin ödənilmədiyi təqdirdə, yəni X1in 1-ci bəndinin tələbləri yerinə yetirilmədikdə, İddiaçı tərəfindən qalıq borc olan 3800 (üç min səkkiz yüz) manat Cavabdeh MMC-yə ödənilməklə Cavabdeh MMC, xx.xx.2019-ci il tarixli, № 0690 saylı müqavilənin hüquqi qüvvəsini tanımaqla, həmin mənzilə dair borcun olmamasını təsdiq edən maliyyə arayışını İddiaçı təqdim edilməsini öhdəsinə götürür.

4. Tərəflər hazırkı barışıq sazişinin şərtlərinin onların hüquqlarını pozmadığını təsdiq edir.

5. Tərəflərə məlumdur ki, hazırkı Barışıq Sazişində müəyyən edilən öhdəliklərin birinin və ya bir neçəsinin yerinə yetirilməməsi məhkəmə tərəfindən icra vərəqəsinin verilməsinə əsas olacaqdır.

6. Tərəflər bəyan və təsdiq edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu ilə tanışdırlar, bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra bu sazişlə həll edilən məsələ üzrə gələcəkdə biri digərinə qarşı iddia qaldırmaq hüququnu itirirlər. Barışığın hüquqi nəticələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu onlara tam aydındır.

7. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

8. X1 1 nüsxəsi məhkəməyə təqdim edilməsi üçün və sazişi imzalayanların hərəsində bir nüsxə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib olundu və imzalandı.

Qeyd olunan həmin barışıq sazişləri təsdiq edilsin və e-2(007)-577/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar