Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-586/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2019-tarixli, E-2(007)- 1538/2019 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyatı orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 414.47 manat, xx.xx.2021 tarixində ödənilən 412.06 manat, xx.xx.2022 tarixində ödənilən 249.28 manat məbləğ "xxxx" MMC nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 276.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 276.31 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.20-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Qeyd edilənlərə əsasən Cavabdeh 276.31 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh istehlak yönümlü 1.500.00 AZN (bir min beş yüz manat) məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin surətindən görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 414.47 manat, xx.xx.2021 tarixində ödənilən 412.06 manat, xx.xx.2022 tarixində ödənilən 249.28 manat,"xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 276.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki,“X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 414.47 manat, xx.xx.2021 tarixində ödənilən 412.06 manat, xx.xx.2022 tarixində ödənilən 249.28 manat,"xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 276.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin Məhkəmə və s. xərclərin ödənilməsi maddəsində (maddə 4.19) bəndində qeyd edilmişdir ki bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də tərəflərindən "xxxx" MMC-yə köçürülmüş 276.31 manat manat məbləğində xidmət haqqı Cavabdeh tərəfinizdən ödənilməlidir. Mübahisənin məhkəməyədək həll olunmasına dair mövcud olan qanunvericiliyin tələblərinə əsasən hazırki «pretenziya məktubu»-nu göndərilir. Pretenziyada göstərilənlər icra olunmadığı təqdirdə “X1 Azərbaycan” QSC qanunla nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında iddia qaldırmağa müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməsi və pulun ödənilməsinə dair iddiasını müdafiə etməkdə haqlıdır. Bu halda tələb olunan məbləğə əlavə olaraq məhkəmə xərcləri də əlavə olunacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq 5 (beş) iş günü müddətində pretenziyada göstərilən cəmi 276.31 manat məbləği “X1 Azərbaycan“ QSC-yə ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-tarixli, E-2(007)-1538/2019 saylı məhkəmə qətnaməsindən görünür ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1.595,33 (bir min beş yüz doxsan beş manat, otuz üç qəpik) manat məbləğində əsas, 159,34 (bir yüz əlli doqquz manat, otuz dörd qəpik) manat hesablanmış və ödənilməmiş faiz, 36 (otuz altı) manat cərimə, həmçinin 18.00 (on səkkiz) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3,40 manat olmaqla, cəmi 1812,07 (bir min səkkiz yüz on iki manat, yeddi qəpik) manat təşkil etmiş borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən olundu ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 383.13 manat, xx.xx.2021 tarixində ödənilən 414.47 manat, xx.xx.2021 tarixində ödənilən 412.06 manat, xx.xx.2022 tarixində ödənilən 249.28 manat,"xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 276.31 manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" MMC-yə köçürülmüş 276.31 manat məbləğində xidmət haqqı Cavabdeh tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İş materiallarından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin:
5. İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və/və ya kredit kartlarla bağlı qarışıq müqavilələrinə (müqavilə) əsasən istifadə edilən kreditlərdən yaranan borcların qaytarılması (yığılması) ilə əlaqədar ödəniş və xərclər: 5.1.1. Bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak ve kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.20-ci bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsini qəbul, bəyan və təsdiq edir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2017-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.20-ci bəndinin tələbinə əməl etmədiyi üçün 276.31 manat məbləğində maddi zərəri ödəməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, Cavabdeh 276.31 manat məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddia təmin edilsin. Cavabdeh 276.31 manat məbləğində maddi zərər və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Yusifova İş № e-2(007)-586/2023
PROTOKOL məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə
31 yanvar 2023-cü il Bakı şəhəri
Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı
İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdım. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın təmin edilməsi, yaranmış borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdim.
Hakim: Ülkər Yusifova