Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-587/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı mübahisə prdemeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnaya qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnaya qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnanın Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 saylı evin 8 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 saylı evin 8 saylı mənzili 1998-ci ildə onun anası X3 mülkiyyətinə olmuşdur. Anası vəfat etdikdən sonra həmin mənzil onun mülkiyyətinə keçmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. O, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Cavandehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna 1998-ci ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 saylı evin 8 saylı mənzilinə qeydiyyata düşsələr də, 1995-ci ildən etibarən həmin mənzildə bir gün belə yaşamamışlar. Cavabdeh2 özünə məxsus mənzili vardır və o, ailəsi ilə birlikdə öz mənzilində yaşayır. Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna isə ailə həyatı qurub başqa ölkəyə köçmüşdür və bu günə qədər ölkəyə qayıtmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Kommunal Təsərrüfatı Birliyinin 328 saylı 12 dekabr 2022-ci il tarixli arayışına əsasən 1965-ci il təvəlllüdlü X15, 1971-ci il təvəllüdlü X1, 1989-cu il təvəllüdlü X4, 1990-cı il təvəllüdlü X5, 1993-cü il təvəllüdlü X9, 2000-ci il təvəllüdlü X6, 2020-ci il təvəllüdlü X10, 2021-ci il təvəllüdlü X16, 1969-cu il təvəllüdlü Cavabdeh2 Həmid qızı, 1991-ci il təvəllüdlü X2 mübahisəli evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı 19 iyun 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mənzil onun mülkiyyətindədir. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları onun mükiyyətinə dair hüquqlarını pozmaqla yanaşı, o, əlavə kommunal xərclər ödəməyə məcbur olur, mənzili barədə istədiyi kimi sərəncam verə bilmir. Beləliklə də, o, öz əmlakı üzərində mülkiyyət hüququ cavabdehlər tərəfindən məhdudlaşdırılır. Beləliklə, qeyd оlunаnlаrа əsаsən hesаb edir ki, iddiа tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnanın onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 23 saylı evin 8 saylı mənzildən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi mübahisə prdemeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, zərf üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qayıtmışdır. Belə olan halda, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X17 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. Cavabdeh2 iddiaçının bacısıdır. O, Cavabdeh2 anasının və atasının yas mərasimlərində görmüşdür. Onu qızı Cavabdeh1 isə lap uşaq vaxtı görmüşdür. Zeynəb ailə qurandan sonra onu ümumiyyətlə görməmişdir. Cavabdeh2 təxminən bir il bundan əvvəl atasının yas mərasiminin üçüncü günündə görmüş, ondan sonra isə görməmişdir. Cavabdehlər iddiaçının mənzilində yaşamırlar. Məhkəmə iclasında şahid kimi dindirilən X7 ifadəsində göstərdi ki, o, iddiaçının qonşusudur. Cavabdeh2 iddiaçının bacısıdır. Onu təxminən bir neçə il əvvəl iddiaçının anasının, ya da ki, atasının yas mərasimində görmüşdür. Cavabdeh2 iddiaçının mənzilində yaşamır. Cavabdeh1 isə tanımır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X20 izahat verərəkk bildirdi ki, o, hazırkı vəzifəsində 10 ildir ki, işləyir, lakin cavabdehləri indiki vaxta kimi görməmişdir. 25 saylı MKİS-in qeydiyyatçısı da, artıq 23 ildir ki, işləyir. Eyni zamanda, o, da həmin şəxsləri görmədiyini bildirir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 21 sentyabr 2012-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Bakı şəhəri, 1-ci Köndələn küçəsi, ev 23-də qeydiyyatda olan oğlu X18 və qızı Cavabdeh2dır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 06 saylı reyestr kitabında 807 səhifədə qeydiyyat 30\3264, xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 09/976 №-li arayışa əsasən yaşayış sahəsi 38 kv.m olan və ünvan 1 ünvanında miras qoyanın mülkiyyətində olan üç otaqlı mənzildən ibarətdir. - xx.xx.2013-cü il tarixli mras payının bağışlama müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən mənzildən ona məxsus olan miras payını X13 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1907 №-li reyestr kitabının 175890 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2008-ci il tarixdən hazırki vaxtadək, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar. - 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 23, 8 saylı mənzil ilkin olaraq X19 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli 2”D”-223 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X14 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3”M”/4-301 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 2”V”- 188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, xx.xx.2013cü il tarixli 3M2-431 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 25 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 328 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil ünvanında qeydiyyatda olmaqla yaşayır. Bina 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. Mənzildə daimi qeydiyyatda olanlar: X1, X4, X8, X9, X6, X10, X16, Cavabdeh2 (bacı) və X2 (bacısı qızı). Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildə onlarda başqa onun bacısı Cavabdeh2 və bacısı qızı Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna qeydiyyatdadırlar. Onlar bu mənzildə qeydiyyatda olsalar da, burada yaşamırlar və harada yaşamaları ona məlum deyildir. Belə ki, iddiaçının bacısı olan Cavabdeh2 xx.xx.2002-ci il tarixdən, digər cavabdeh olan bacısı qızı Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna isə xx.xx.2008-ci il tarixdə mübahisəli mənzildə qeydiyyatdadırlar. Mübahisəli əmlak daha əvvəl, xx.xx.1998-ci il tarixdən iddiaçının anası X11 məxsus olmuş, vəfatından sonra isə əmlak iddiaçıya və Cavabdeh2 miras qalmış, daha sonra isə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə özünə məxsus payı iddiaçıya bağışlamışdır. Həmin vaxtdan əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda cavabdehlərin iddiaçının mənzilində qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun mənzil hüquqlarımı pozur. O, məcbur qalıb cavabdehlərin də yerinə kommunal xərclərini ödəyir. Bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Hal-hazırda iddiaçı cavabdehlərlə heç bir əlaqəsi olmayan əmlakı barədə sərəncam vermək hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər mübahisəli əmlaka X3 mülkiyyətçi olduğu vaxtda qeydiyyata alınmışlar. Mənzil isə xx.xx.2013-cü il tarixdən iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna arasında mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2013-cü ildən, yəni mübahisə əmlak iddiaçının mülkiyyəti kimi qeydiyyata alındıqdan sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda, qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevna həmin mənzildə pasport qeydiyyatındadır. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisinin, həmçinin şahid ifadələri ilə müəyyən edilir ki, cavabdehlər həmin mənzildə qeydiyyata olsalar da, uzun illərdir ki, həmin mənzildə yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadığını, onun pasport qeydiyyatında olmasının formal xarakter daşıdığını bildirir. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirmək hüququ məhdudlaşdırıldığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnanın ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnanın ünvan 2 ünvanında yerləşən mənzilində istifadə hüququnun itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Purjini (İsmayılova) Zeynəb Alaverdiyevnanın ünvan 2 ünvanında yerləşən mənzilində istifadə hüququnun itirilmiş hesab edilsin. Məhkəmə xərclərinə dair olan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-587/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-587/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver