Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-589/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs1, Cavabdeh2, Maraqlı şəxs3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mirasın vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb edilməklə cavabdeh X8 və X7 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinin, vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin (vəzifəsinin) 50 saylı notariat kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İddiaçı X11 tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, şəxsiyyət vəsiqəsi dəyişdirilmiş və vəsiqədə soyadı Tağıyeva göstərilmişdir. Məhkəmədən soyadının “Tağıyeva” kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin (vəzifəsinin) 50 saylı notariat kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, verdiyi sonrakı dəqiqləşdirilmə barədə ərizələrinin nəzərə alınmadan analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinin, vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin (vəzifəsinin) 50 saylı notariat kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı cavabdehlər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs1, Cavabdeh2, Maraqlı şəxs3 və Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “mirasın vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə analarından miras qalmış ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzilin, Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsinin, vərəsələr arasında bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin (vəzifəsinin) 50 saylı notariat kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11, X13, Maraqlı şəxs2, Cavabdeh2, Maraqlı şəxs1, Maraqlı şəxs3 iki yerdə ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzil, (mülkiyyət hüququna dair sənədin əsli Cavabdeh2dir, onlara vermədiyi üçün surəti təqdim olunur, sənədin əslini ondan tələb edilməsini məhkəmədən xahiş edirlər) Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsi (mülkiyyət hüququna dair sənəd var və məhkəməyə təqdim edir) miras əmlakı qalmışdır. Anasının ölümündən sonra qardaşları Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 otaqlıya düzəldilmiş, 2 otaqlı mənzil kirayəyə verməklə, o və qalan varislər, Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzillər və sahəsi 600 kv.m olan həyətyanı torpaq sahəsində təmir, əkin işləri aparmaqla, miras əmlakı faktiki idarə etməklə mirası qəbul etmişlər. Miras əmlakın bölünməsi üçün 50 saylı Notariat Kontoruna müraciət etmişlər. Notarius miras qalmış əmlakın hamısı tərəfindən qəbul edildiyini təsdiqləsə də, miras əmlakın bölüşdürülməsi ilə əlaqədar cavabdehlə aralarında mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu barədə xx.xx.2021-ci il tarixli, 3009 nömrəli cavab məktubu göndərmişdir (ərizəyə əlavə olunur) Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, miras qoyan rəhmətə getmişdir. Vərəsələr notariusa müraciət etmişlər lakin Cavabdeh2 Maraqlı şəxs3 miras qoyan tərəfindən övladlığa götürüldüyü üçün ona pay düşməyinə razı olmadığını bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 bildirmişdir ki, Maraqlı şəxs3 övladlığa götürülmüşdür ona görə ona pay düşmür. O, ozünə çatası payı tələb edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Maraqlı şəxs4 bildirmişdir ki, ona çatası payı tələb edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Maraqlı şəxs2 bildirmişdir ki, ona çatası payı tələb edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Maraqlı şəxs1 bildirmişdir ki, ona çatası payı tələb edir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə 18 aprel 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əmlak hüququna dair Çıxarışlarda nəzərdə tutulmuş həddində iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirərək, mirasın vərəsələr arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 10 saylı evin, 11 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 138 saylı reyestr kitabında 23348 səhifəsində 30/11329 № ilə 15 may 1997-ci il tarixdə qeydiyyat aparılmışdır. - AZ-İİ seriyalı, 094095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 iyun 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyun 2020-ci il tarixdə 288 nömrəsi ilə qeyd edilmişdir. - AЗ ******* nömrəli doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, İddiaçı qızı xx xxxxxx 1965-ci il tаriхdə doğulmuşdur. Ata qarafasında X14, ana qrafasında X4 qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23 fevral 2021-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. - 50 saylı Dövlət Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 3009 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tağıyeva Balaxanım Səttar qızının vərəsələri, oğulları - X12 və Maraqlı şəxs3, qızları - X11, Maraqlı şəxs2 İsa qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs4 mirasın qəbul edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Notariat Ofisinə müraciət etmiş, onların ərizələri əsasında vərəsəlik işi başlanılmış və onlar miras qoyan X2 vərəsələri kimi tanınmışlar. Eyni zamanda bildirilir ki, vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Notariat Ofisinə müraciət etmədiklərindən şəhadətnamənin verilməsinə dair notariat hərəkətinin aparılması mümkün olmamışdır. - 50 saylı Dövlət Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 1714 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklarda payların bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə vardır. Bununla əlaqədar bildirilmişdir ki, miras payların bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduqda vərəsəlik hüququ haqqında şəhadətnamənn verilməsi qeyri-mümkündür. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 10 saylı evin, 11 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. X4 11 iyun 2020-ci il tarixdə ölmüşdür. 50 saylı Dövlət Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 3009 nömrəli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri, oğulları - X12 və Maraqlı şəxs3, qızları - X11, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 mirasın qəbul edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Notariat Ofisinə müraciət etmiş, onların ərizələri əsasında vərəsəlik işi başlanılmış və onlar miras qoyan X2 vərəsələri kimi tanınmışlar. Eyni zamanda bildirilir ki, vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Notariat Ofisinə müraciət etmədiklərindən şəhadətnamənin verilməsinə dair notariat hərəkətinin aparılması mümkün olmamışdır. Həmçinin tərəflər arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən iddiaçı analarından qalmış miras əmlakın vərəsələr arasında bölünməsini, bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması və vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin (vəzifəsinin) 50 saylı notariat kontorunun üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilin və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi mərhum X4 11 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Qanunveciliyin tələblərindən də görünür ki, X2 uşaqları onun birinci növbə vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır. Onun vərəsələrindən heç biri əmlak üzərində olan paylarından imtina etməmişlər. X4 vəfat etdiyindən onun əmlakı üzərində uşaqları X5, Maraqlı şəxs3, X6, Maraqlı şəxs2, Maraqlı şəxs1 və Maraqlı şəxs4 vərəsəlik hüququ yaranmış olur. Hazırda mübahisəli əmlakla bağlı iddianı İddiaçı irəli sürdüyündən onun və cavabdehlərin hər birinin miras əmlaklar üzərində 1/6 hissədə pay hüquqları müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X3 məxsus olduğu üçün həmin miras əmlakın bölünməsinə dair iddia tələbi bu hissədə təmin edilməli, vərəsələr arasında hər birinə 1/6 hissədə pay müəyyən edilməklə bölünməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi Bərdə şəhəri, ünvan 2nında yerləşən sahəsi 31 kv.m olan 1 otaqlı, sahəsi 229 kv.m olan 3 otaqlı mənzilləri və sahəsi sənədlə 600 kv.m olan həyətyanı torpaq sahəsini iddiaçının məhkəməyə təqdim etdiyi Çıxarışla müqayisə etdikdə uyğunsuzluq yaranır. Bu səbəbdən məhkəmə təqdim edilən ********** qeydiyyat nömrəli Çıxarışa hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi vərəsələr arasında hər birinə 1/6 hissədə pay müəyyən edilməklə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünməli, bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqları tanınsın və vərəsələrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 50 saylı Notariat Kontorunun üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil və Bərdə şəhəri, ünvan 3 həyətyanı torpaq sahəsi və sahəsi 297.9 kv.m olan fərdi yaşayış evi qanun üzrə vərəsələr arasında hər birinə 1/6 hissədə pay verilməklə bölünsün. Bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqları tanınsın və vərəsələrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 50 saylı Notariat Kontorunun üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-589/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-589/2023
19.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver