Məhkəmə qərarları › İş №e-2(007)-590/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-590/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-590/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X22 və "xxxx" ASC cəlb edilməklə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “Birgə nigah dövründə əldə olunmuş əmlaka mülkiyyət hüququnun tanınması və pul”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X22 və "xxxx" ASC cəlb edilməklə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pul və əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh2, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı, iki otaqlı mənzil üzərində mülkiyyət hüququ tanınaraq mənzilin mülkiyyətinə verilməsi, kredit öhdəliyinin tam icra edilməsindən sonra mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Cavabdeh2 və onunla bərabər həmin mənzildə olan şəxslərin ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsi, bunlar mümkün olmadıqda isə əmlakın alınması ilə bağlı tərəfindən çəkilmiş xərclərin əvəzinin, ilkin ödəniş qismində verilmiş, 64500 manat məbləğində pulun, rieltora ödənilmiş (vasitəçi) 800 manat məbləğində ödənişin, xx.xx.2022-ci il tarixli müqavilənin 2.3-cü bəndinə qalıq məbləğin 5 faizi məbləğində 4559 manat ödənişin, alqısatqı müqaviləsində göstərilən məbləğin 1 faizlik komissiyası qismində ödənilmiş 808 manat məbləğində ödənişin, kartlardan edilmiş ödənişlər üzrə ( 16 ay * 836 manat) 13376 manat məbləğində pul vəsaitinin, həmçinin əldən çıxmış fayda qismində mənzilin alınması ilə bağlı tərəfindən ödənilmiş 84043 manat məbləğində pulun mənzilin ümumi dəyərinin (150729) 55.76 %-ni təşkil etdiyini həmçinin mənzilin dəyərinin 15 faiz (23593) artığını (mənzilin hazırkı dəyəri 173.338) nəzərə alaraq həmin itirilən məbləğin 55.76 %-nin yəni 13155 manat məbləğində vəsaitin, mənzildə qalmış ona məxsus 3517 manat dəyərində olan eyforiyya yataq dəstinin, 279 manat məbləğində olan sobanın, 129 manat məbləğində olan aspiratorun, 860 manat məbləğində olan TCL televizorun, 829 manat məbləğində olan paltaryuyanın, 1200 manat məbləğində olan soyuducunun, 1500 manat məbləğində olan divan kreslo dəstinin, 200 manat məbləğində olan qaz peçinin və hədiyyə olaraq verilmiş 2000 manat məbləğində üzüyün cavabdehdən alınaraq ona verilməsi, bunlar mümkün olmadıqda isə həmin əşyaların ümumi dəyəri olan 10514 manat məbləğində pul vəsaitinin cavabehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixində AAAF park yaşayış kompleksində, 12-ci küçədə yerləşən 2 saylı binanın 27 nömrəli 49.3 kv.m sahəyə malik fərdi yaşayış evini kreditlə almışdır. Daha sonra 17 noyabr 2017-ci il tarixində X22 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan bir müddət sonra yaşayış şəraitlərini yaxşılaşdırmaq niyyəti ilə keçmiş yoldaşı X11 notarial qaydada verilmiş razılığı ilə həmin evi xx.xx.2022-ci il tarixində X2. Evin satışından əldə olunan 59000 manat məbləğində pul vəsaitindən kredit borcunun qalığı olan 6000 manatı ödəmişdir. 3000 manat da əlavə xərclərə qarşılandıqdan sonra geridə qalan 50000 manat vəsaiti o, ev alanadək saxlaması üçün bibisi oğlu X23 vermişdir. Daha sonra Bakı şəhərinin Yasamal və Səbail rayonları əraziləsində ev axtarışına başlamışdır. Qayınanası olan Cavabdeh2 da öz növbəsində ona “yardım etmək üçün” evlər axtarmağa başlamışdır. O, əsasən öz yaşadıqları binanın yaxınlığında daha dəqiq desə, Həzi Aslanov qəsəbəsi tərəfdə satışda olan evləri ona təklif etməyə başlamışdır. Nəticədə çoxsaylı təkliflərdən sonra o, onunla (evdə olmayanda uşaqları onun yanına qoymağı səbəbilə onlara yaxın ev almağının daha məntiqli olduğunu düşündüyü üçün) razılaşmalı olmuşdur. (qoşmaya əlavə edilmiş fotoşəkillər 001, 002, 003, 004 bu faktları təsdiq edir, xüsusilə 004 nömrəli fotoşəkil hazırkı mübahisəli evin məlumatlarının cavabdeh tərəfindən ona göndərilməsini təsdiq edir). Evə baxış keçirərkən rieltor, o, ev sahibi və cavabdehin atası X38 iştirak etmişdir. Nəticədə həmin mənzili bəyənmiş və xx.xx.2022-ci il tarixində evi satan X8 600 dollar məbləğində beh vermişdir. Daha sonra o, evin adına rəsmiləşdirilməsi üçün növbəti addımları atmağa başlamışdır. Bunlardan ilki iş yerindən arayış alınması tələbi idi. Bu səbəblə iş yerinə müraciət etmiş və oradan ona bildirildi ki, orada ən azından altı ay işləməlidir ki, adına kreditə nəyinsə alınması üçün iş yerindən arayış verilə bilsinlər. O da 2022-ci ilin iyul ayından hərbi xidmətdə işə yeni başladığı üçün iş yerindən 6 aylıq əmək haqqından çıxarışı alıb təqdim edə bilməmişdir. Bunu görən cavabdeh ona təklif etmişdir ki, evi onun adına alaq və kredit bağlananda o, evi öz adına keçirər. Aralarında olan qohumluq əlaqələrindən dolayı etibar etdiyi üçün evi qayınanası olan cavabdehin adına almaq qərarına gəlmişdir. Beləliklə xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı, iki otaqlı fərdi yaşayış evini rəsmi olaraq cavabdehin adına almışlar. Evi alarkən pulu çatmadığından dostu Elvin Mehdiyevdən 7000 manat borc almışdır. Bundan əlavə də bibisi oğlu İlqardan ona əvvəlki evin satışından əldə etdiyi və ona saxlaması üçün verdiyi 50000 manatdan əlavə 7000 manat da borc tapdığını, lakin yenə də 13000 manata da ehtiyac olduğunu bildirərək ondan da borc istəmişdir. İlqar ona borc verməyə razı olmuşdur. Nəticədə həmin vəsaiti bibisi oğlu İlqar dostu İbrahimov Fərid vasitəsilə cavabdehə çatdırmışdır (qoşmaya əlavə edilmiş CD diskdə mövcud olan 001 saylı səsyazmadan da göründüyü kimi cavabdeh özü İlkinin ( cavabdehin atasının sürücüsü) və yaxud Fəridin pulu çatdırması ilə bağlı öz fikrini ona göndərərək həmin pulun ona çatdırılmasını etiraf edib). Nəticədə 13000 manat pulu (7500 dollar + 250 azn) qoşmaya əlavə edilmiş CD diskdə mövcud olan 006 adlı fotoşəkildən də göründüyü kimi cavabdeh özü pulların və onun üzərində olan 7500 dollar + 250 azn qeydin şəklini ona göndərmiş, o da məyusluq ifadəsi kimi “vay dədə İlqar da dollar göndərib” mesajını ona yazmışdır. Əlavə olaraq qoşmaya əlavə edilmiş 007 və 008 adlı şəkillər həmçinin səs 002, səs 003 və səs 004 adlı səsyazmalar da həmin faktları təsdiq etməkdədir. Nəticədə mübahisəli mənzilin alınması üçün ümumilikdə 70000 manat məbləğində pul vəsaiti (50000 əvvəlki evin satışından qalan pul + 7000 Elvindən borc götürülən pul + 13000 İlqardan borc götürülən pul) cavabdehə verilmişdir. Evin alışı zamanı cavabdehin atası X38 da şəxsən prosesdə iştirak etmişdir. Alqı-satqı zamanı yaranan digər xərclər barəsində də cavabdeh ona dərhal məlumat verərək ondan müxtəlif göstərişləri almışdır. xx.xx.2022-ci il tarixində bütün sənədləşmə əməliyyatları bitdikdən sonra cavabdeh tərəfindən sənədlərin əsilləri ona təqdim edilmişdir. Bundan sonra evə əşyalar axtarıb almağa başlamışdır. Nəticədə 3517 manata eyforiyya yataq dəsti, 279 manata soba, 129 manata aspirator, 860 manata TCL televizor, 829 manata paltaryuyan, 1200 manata soyuducu, 1500 manata divan kreslo dəsti, 200 manata qaz peçi almışdır. Dekabr ayından isə evin kreditini ödəməyə başlamışdır. Kredit ödənişini öz əmək haqqı kartından və Kapital Bankın məhsulu olan Birbank kartından ödəmişdir. (çıxarışlar qoşmaya əlavə edilir). xx.xx.2023-cü il tarixində ödəniş gecikməyə düşdüyü üçün cavabdehin kartından pul vəsaiti çıxılmışdır. Həmin zaman onun tərəfindən ona səs yazısı göndərilərək bildirilmişdir ki, “Elgiz salam yanvarın 3-ü mənim kartımdan 834.90 qəpik silib bu sizin evin kreditidir. Bununla bağlı bankla əlaqə saxladım və oradan dedilər ki, bunu yəqin gec ödəmisiz ona görə silinib. Bir dənə sən yoxlayarsan da çekləri ( səs 005 ) çünki mənim ABB kartım da orda olub 1365 manat ordan bu silinib qalıb 535 manat (Səs 006 ) sənin evinin pulu məndən tutulub şəkil 009”. Ev cavabdehin adına rəsmiləşdirildikdən sonra demək olar ki, evlərindən söz-söhbət, dava-dalaş əskik olmamağa başlamışdır. 2023-cü ilin sonlarında cavabdehin qızı olan həyat yoldaşı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nəticədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1008/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən aralarında bağlanılmış nikah pozulmuşdur. Daha sonra isə əmlak bölgüsü (avtomobil) ilə bağlı məhkəməyə müraciət edilmiş və ardınca da cavabdeh ondan evdən çıxmasını tələb etmişdir. O, bu məqamda anlamışdır ki, baş verən hadisə əmlakının ələ keçirilməsi məqsədilə edilmişdir. Cavabdehin bu hərəkətinin qanunsuz olduğunu ona bildirərək ona etiraz etmiş və evin alışında onun rolunun yalnız sənədləşmədə formal olması və ona qarşı belə tələb irəli sürmə haqqının olmadığını bildirmişdir. Daha sonra cavabdeh Binə qəsəbəsində öz bağını satıb ona pulunu verəcəyini bildirmişdir. O, yenə də onunla razılaşmamışdır. Cavabdeh tərəfindən evdən çıxmayacağı təqdirdə müxtəlif növ şər və böhtanlara məruz qalacağı ilə hədələnmişdir. O da bu səbəbdən canını qurtarmaq üçün mənzilindən çıxmağa məcbur qalıb mənzilini tərk etmişdir. Evi tərk edərkən yuxarıda sadalanan tərəfindən alınmış evin əşyaları, həmçinin keçmiş yoldaşı tərəfindən ona hədiyyə olaraq verilmiş 2000 manat məbləğində üzük də evdə cavabdehgildə qalmışdır. Qeyd edilmiş faktları qoşmaya əlavə edilmiş CD diskdə mövcud olan 010-021 adlı 11 fotoşəkil (yazışma) təsdiq edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəməyə müraciət edib hüquqlarının bərpası nail olmaq qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə tərəfindən aşağıda qeyd olunan məsələlər həll edilərək ədalətin bərpası təmin edilməlidir. Əvvəlcə ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı, iki otaqlı mənzil üzərində onun mülkiyyət hüquqları tanınaraq mənzil mülkiyyətinə verilməlidir. Daha sonra onunla Xəzər inşaat QSC arasında alqı-satqı müqaviləsi olmadığından məhkəmə tərəfindən mülkiyyət hüququları tanındıqdan və tərəfindən kredit öhdəlikləri tam icra edilib yekunlaşdıqdan sonra müqavilə olmaması səbəbilə mülkiyyət hüququnun maneəsiz şəkildə qeydiyyata alınması mümkün olmayacağından məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bundan başqa Cavabdeh2 və onunla bərabər həmin mənzildə olan şəxslərin ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsi barədə qərar qəbul edilməlidir. Bunlar mümkün olmadıqda isə əmlakın alınması ilə bağlı tərəfindən çəkilmiş xərclərin əvəzi, yəni ilkin ödəniş qismində verilmiş, 64500 manat məbləğində, rieltora ödənilmiş (vasitəçi) 800 manat məbləğində, xx.xx.2022-ci il tarixli cavabdehin adına bağlanmış alqı satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən qalıq məbləğin 5 faizi həcmində ödənilmiş 4559 manat məbləğində, həmçinin alqı-satqı müqaviləsində göstərilən məbləğin 1 faizlik komissiyası qismində ödənilmiş 808 manat məbləğində, daha sonra mənzilin kredit ödənişi ilə bağlı kartlarından edilmiş ödənişlər üzrə (16 ay * 836 manat) 13376 manat məbləğində, bundan əgər cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənzilindən məhrum olarsa və məhkəmə tərəfindən əmlakının qaytarılması mümkün olmazsa, o zaman normal halda həmin əmlak onda qalardısa əmlakın dəyərinin artması ilə bağlı əldə edəcəyi faydadan məhrum olduğu üçün mənzilin alınması ilə bağlı ödədiyi məbləğin evin ümumi dəyərinin faizinə münasibətdə əldən çıxmış fayda qismində mənzilin alınması ilə bağlı tərəfindən ödənilmiş 84043 manat məbləğində pulun mənzilin ümumi dəyərinin (150729) 55.76 %-ni təşkil etdiyini həmçinin mənzilin dəyərinin 15 faiz (23593) artığını (mənzilin hazırkı dəyəri 173.338) nəzərə alaraq həmin itirilən məbləğin 55.76%-nin yəni 13155 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməlidir. Bundan başqa mənzildə qalmış ona məxsus 3517 manat dəyərində olan eyforiyya yataq dəsti, 279 manat məbləğində olan soba, 129 manat məbləğində olan aspirator, 860 manat məbləğində olan TCL televizor, 829 manat məbləğində olan paltaryuyan, 1200 manat məbləğində olan soyuducu, 1500 manat məbləğində olan divan kreslo dəsti, 200 manat məbləğində olan qaz peçi və hədiyyə olaraq verilmiş 2000 manat məbləğində üzük də cavabdehdən alınaraq ona verilməli, bunlar mümkün olmadıqda isə həmin əşyaların ümumi dəyəri olan 10514 manat məbləğində pul vəsaitinin cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

İş materialları :

3. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məcburi Köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumatdan görünür ki, İddiaçı məcburi köçkündür.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1008/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı X22 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 3796 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X27 və xx.xx.2016-cı il təvəllüdlü X12 anası X11 yanında saxlanılması, İddiaçıdan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X27 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X11 xeyrinə ödənilməsi qət edilmişdir.

5. İddiaçı ilə X14 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, “beh haqqında razılaşma müqaviləsi”ndən görünür ki, beh alan mülkiyyət hüququ ilə ona məxsus olan Özbəkistan küçəsi, (Kristal Abşeron, Xəzər İnşaat) ünvanında yerləşən 16 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 2 otaqlı daşınmaz əmlakı 64500 manata behverənə satmağı, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür.

6. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli **********60240 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzili tikib və alıcının mülkiyyətinə verməyi, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzil üzrə ********* nömrəli müqaviləyə əsasən X20 məxsus mənzilin hüquq və öhdəliklərinin yeni “alıcı” Cavabdeh2 ötürülməsi, alıcı bu müqaviləyə əsasən 1.1-ci bəndində göstərilən ünvanda 5-ci bina, 1 blok blok, 4-cü mərtəbə, 30№-li, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “Satıcıya” ödənilməsini və həmçinin Cavabdeh1 QSC-nin yaşayış kompelskində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 108324 manat təşkil edir.

7. xx.xx.2022-ci il tarixli, “Təmir işlərinə dair protokol”dan görünür ki, Cavabdeh1 QSC ilə Cavabdeh2 protokolda göstərilən təmir işlərinin görülməsi barədə razılığa gəlmişlər.

8. Cavabdeh2 tərəfindən Cavabdeh1 QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30№-li, 2 otaqlı olan mənzilin pulunu hissə-hissə və ya tam şəkildə ödəmək şərti ilə ona satılmasına icazə verilməsini xahiş etmişdir.

9. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1-xx-xx-2022- COQQ nömrəli təminat kredit müqaviləsindən görünür ki, borcverən borcalana borcalan ilə Cavabdeh1 QSC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, **********60240 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 80870 manat məbləğində pul kreditinin verilməsini öhdəsinə götürmüşdür.

10. İddiaçı məxsus "xxxx" ASC-də olan hesaba dair çıxarışdan görünür ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixlərdə hrabdan 836 manat məxaric edilmişdir.

11. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1-xx-xx- 2022-COQQ nömrəli təminat kredit müqaviləsinə 1№-li Əlavədən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixədək hər ay 835.45 manat olmaqla, 80870 manat əsas, 49459.47 manat faiz borcu olmaqla, cəmi 130329.47 manat ödəniş edilməlidir.

12. İddiaçı məxsus "xxxx" ASC-də olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə hesabdan 836 manat məxaric edilmişdir.

13. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən kreditin ilkin ödənişi təyinatı ilə 4559 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən 1 faiz komissiya təyinatı ilə 808.7 manat məbləğində ödəniş edilmişdir

15. İş materiallarına ödəniş qəbzləri əlavə edilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçədə inşa edilmiş bina 2, dəyəri 32045 manat məbləği təşkil edən, ümumi sahəsi 49.3 kv.m 1 otaqlı 27 saylı mənzil "xxxx" ASC-nin vasitəsi ilə 120 ay müddətinə ödənilməklə alıcı İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixində ABB/228 nömrəli mənzlin alqı-satqı müqaviləsi əsasında alınmışdır. Sonradan həmin mənzil satıcı İddiaçı və X11 notarial razılıq ərizələri əsasında xx.xx.2022-ci il tarixində alıcı X1.

17. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, “torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” ABB/228 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 12 saylı küçəsində inşa edilən 2 saylı, 6 mərtəbəli, yaşayış binasında ümumi sahəsi 49.3 kv metr olan 1 otaqdan ibarət 27 saylı mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

18. "xxxx" MMC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 9409 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 5, ümumi sahəsi 49.3 kv.metr ibarət 1 otaqlı 27№-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

19. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 5, mənzil 30: (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 5, M4, m6) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur.

20. İş materiallarına Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 5, mənzil 30: (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 5, M4, m6) dair texniki pasport əlavə edilmişdir.

21. Cavabdeh1 QSC ilə X28 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, ********* nömrəli payçı müqaviləsindən görünür ki, MTK alıcı qismində iştirak edən Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34-də tikilməkdə olan 5-ci bina, 1ci blok, 4-cü mərtəbə, 30№-li, 2 otaqlı mənzili tikib və alıcının mülkiyyətinə verməyi, alıcı bu müqaviləyə əsasən alıcı qismində çıxış edən Bakı şəhəri, Nizami rayonu, 2434-cü məhəllə, Özbəkistan küçəsi 24/34-də tikilməkdə olan 5-ci bina, 1-ci blok, 4-cü mərtəbə, 30№-li, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin Cavabdeh1 yaşayış kompleksində xidmət göstərəəcək şirkətə kommunal ödənişi etməyi və mənzilin hesablaşma sahəsinə yaşayış, yardımcı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə daxil edilmişdir.

22. X28 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 QSC-nin rəhbərliyinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X28 Cavabdeh1 QSCnin inşa etdiyi binada adına olan və ünvan 5 ünvanda 5 saylı binanın, 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 70.8 kv.m ümumi sahəsiəndən ibarət olan iki otaqlı 30 nömrəli mənzildən və pay hüququndan imtina etdiyini, həmin pay hüquqlarının satılmasına, Cavabdeh1 QSC-ə geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə etirazı olmadığını və razı olduğunu bildirmişdir. Gələcəkdə göstərilən mənzil və ödədiyi pula dair Cavabdeh1 QSC-yə qarşı heç bir iddiası olmayacaqdır.

23. X15 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 QSC-nin rəhbərliyinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 QSC-nin inşa etdiyi binada adına olan əri X20 məxsus olan ünvan 5 ünvanda 5 saylı binanın, 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 70.8 kv.m ümumi sahəsiəndən ibarət olan iki otaqlı 30 nömrəli mənzildən və pay hüququndan imtina etdiyini, həmin pay hüquqlarının satılmasına, Cavabdeh1 QSC-ə geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə etirazı olmadığını və razı olduğunu bildirmişdir. Gələcəkdə göstərilən mənzil və ödədiyi pula dair Cavabdeh1 QSC-nə qarşı heç bir iddiası olmayacaqdır.

24. İş materiallarına İddiaçı ilə Cavabdeh2 arasında “whatsapp” mobil tətbiqində aparılan yazışmalara dair foroşəkillər əlavə edilmişdir.

25. İş materiallarına bir ədəd CD disk əlavə edilmişdir.

26. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 092 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MTK ilə borcverən arasında bağlanmış birgə fəaliyyət haqqında saziş çərçivəsində borcverən bu müqaviləyə əsasən borcalana 240 ay müddətində 51520 manat məbləğində kreditdən istifadəyə görə illik 10 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

27. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, X22 xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də işləyir və əmək haqqı 900 manat təşkil edir.

28. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 4789/2025 saylı qərardadından görünür ki, iddiaçı X11 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak” tələbinə dair iddiası icraata götürülmüş və hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 09:00-a təyin edilmişdir.

29. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, CL- EE002583279 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 13 ay müddətinə illik 12.9% dərəcəsi ilə, 10000 manat məbləğində kredit verilmişdir.

30. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********38 nömrəli tam kart müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı tam kartın müddəti 60 ay, kredit xəttinin müddəti 24 ay, illik faiz dərəcəsi 24%, kredit xəttinin məbləği 2000 manat olmaqla, tam kart hesabı açılmışdır.

31. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli BPM**********38 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı 4000 manat məbləğində kredit verilmişdir.

32. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, Cavabdeh2 mübahisəli mənzili X28 ilə razılaşaraq və ABB-yə ilkin ödəniş edərək almışdır. Həmin mənzillə bağlı Cavabdeh2 “Xəzər İnşaat XXİ əsr" MTK -ya heç bir ödəniş etməmişdir. Alqı-satqı zamanı tərəflər ödənişlə bağlı özləri öz aralarında razılaşmış, paydan imtina və müqavilənin dəyişməsilə bağlı MTK-ya müraciət etmişdir. ABB ilə müştəri arasında bağlanmış kredit müqaviləsinə əsasən payçı tərəfindən edilən kredit ödənişləri bank tərəfindən verilmiş cədvələ uyğun ABB-yə ödənilir. Bu ödənişlərlə bağlı MTK-nın məlumatı yoxdur. Həmin məlumatları əldə etmək üçün ABB-yə müraciət edə bilərsiniz.Həmçinin bildiririk ki, yuxarı qeyd olunan mübahisəli mənzildə Cavabdeh2 yaşayır və aylıq kommunal ödənişlər (31 AZN ) vaxtında ödəniş olunur.

33. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ABB Mərkəzi filialı ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 32045 (otuz iki min qırx beş) manat məbləğində kredit müqaviləsi üzrə borc öhdəliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 4034.27 (dörd min otuz dörd manat, 27 qəpik) manat ödəniş edilməklə tam şəkildə bağlanmışdır.

34. İş materiallarına İddiaçı məxsus kart hesabı üzrə xx.xx.2014-xx.xx.2025 dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində hesaba 5918.28 manat mədaxil edilmişdir.

Tərəflərin izahatları :

35. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Xırdalan rayonunda yerləşən evi 59000 manata satmış, həmin evin satışından əldə edilən vəsait ilə evin qalıq borcunu, alqı-satqı ilə bağlı xərcləri ödədikdən sonra 50000 manat pul qalmışdır. Həmin pul vəsaitini saxlamaq üçün bibisi oğluna vermişdir. Daha sonra o, Qara Qarayevdə ev axtarmağa başlamışdır. Evlərin şəkillərini çəkib Məlahət xanıma göndərmiş, o isə bəyənmirdi ki, bizə yaxın olsun, uşaq məktəbə gedəcək. Həmin vaxt işə yeni başladığı üçün iş yerindən arayış ala bilmədiyi və qaynanasına etibar etdiyi üçün evi qaynanasının adına almışdır. Keçmiş arvadının kredit götürülən zaman əmək haqqısı 550 manat olmuş, həmçinin birkart götürmək istədyi üçün onun adına kredit götürülməsinə razı olmamışdır. Qaynanası isə qızı ilə eyni blokda qalacağı üçün evin alınmasında maraqlı olmuşdur. O, satıcı ilə özü danışıb razılaşmış, beh müqaviləsini özü bağlamışdır. Lakin "xxxx" MMC ilə danışıqları qaynanası aparmışdır. Həm onun işi ilə əlaqədar vaxtı olmamış, həm də artıq qaynanasının orada evi olduğu üçün komendatı tanıdığı üçün o danışıqları aparmışdır. Beh müqaviləsi bağlanılan zaman həftə sonu olduğundan özü iştirak edə bilmiş, lakin alqısatqı müqaviləsi bağlanılan zaman isə işdə olduğu üçün iştirak edə bilməmişdir. Evin alındığı gün qaynanası gəlib evin sənədlərinin əslini ona vermiş və təbrik etmişdir ki, axırki sizdə şəhərə köçdünüz. Həmçinin bildirmişdir ki, qaynatası ilə qaynanası arasında münasibətlər yaxşı olmamışdır. O, qaynatasını onu evdən çıxardıqları gün görmüşüdür. Məlahət xanım onu evdən çıxarmamışdan öncə pul təklif etmişdir ki, evi neçəyə satırsansa mən özüm alacam. Evin qiymətini 165 000 manata dəyərləndirmişlər və 165000 manatdan kredit məbləğini çıxıb 92000 manatını ona təklif etmişlər. O, həmin məbləğ ilə razı olmuşdir. Həmçinin cavabdeh ilə aparılan yazışmalarda olan dollar ilə bağlı yazışma evdə olan pulun içərisində olan pul vəsaiti ilə bağlı olmuşdur. Yazışmada cavabdeh satan şəxs dollar istəmidiyinə görə verilən pulun içərisində nə qədər dollar olduğunu və həmin dolların neçə manat etdiyini hesablayıb ona göndərmişdir ki, düzgündürmü. Həmçinin evə aldığı mebellərin şəkillərini həm qaynanası, həm də keçmiş yoldaşına göndərmişdir.

36. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahtında bildirmişdir ki, iddiaçı kreditlə ev almaq istəmiş, kreditin verilməsi üçün isə 6 aylıq gəlirləri barədə arayış tələb olunmuşdur. Lakin iddiaçı işə yeni başladığı üçün arayış ala bilməmişdir. Qaynanası ona təklif etmişdir ki, evi onun adına alsınlar, kredit qurtardıqdan sonra ev iddiaçının adına rəsmiləşdirilər. İddiaçı isə düşünmüşdür ki, qaynanasıdır problem olmaz. Ev axtarmağa başlamışlar "xxxx" MTK-da ev almaq qərarına gəlmişlər. İşdə cavabdeh ilə iddiaçı arasında aparılan yazışmalardan görünür ki, həmin evin pulu iddiaçı tərəfindən ödənilmişdir.

37. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, qızı Elgizlə 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Qızı ailə qurarkən atası ilə o, tam evə nə lazımdırsa ən bahalı əşyalardan cehiz vermişlər. Xırdalandakı ev satılarkən isə həmin əşyalardan heç birini götürməmişlər. Evi bütün əşyalar ilə birlikdə satmışlar. Ev satılarkən tam təmirli və əşyalı olmuşdur. Ev əşyalı vəziyyətdə 59000 manata satılmışdır. Əgər əşyasız satılsa idi, təxminən 42000 manata satılardı. Evin satışından əldə edilən pul vəsaitindən xəbəri yoxdur. O həyat yoldaşı ilə 2019-cu ildə boşansa da, 2022-ci ilin iyun ayına qədər bir yerdə yaşamışlar. Pandemiya başladıqdan sonra qızı ailəsi ilə birlikdə 2-3 ilə yaxın Binədə olan evdə qalmışdır. Həmin müddətdə də yoldaşı onunla birlikdə qalmışdır. 2022-ci ilin yayında yoldaşı Binədəki evə getmək istədiyini bildirdikdən sonra o qızına başlarına çarə qılmasını bildirmişdir. Qızıgil evi satdıqdan sonra atası Binədə qaldığı üçün oraya gedə bilmədiklərindən onlarda qalırdılar. Həmin dövrdə də o ev axtarırdığı üçün qızıgilə təklif etmişdir ki, gəlib qalsınlar. Alqı-satqı müqaviləsində atası, o və ev sahibi iştirak etmişdir. Təxminən 60 neçə min manat pul verilmişdir. Yoldaşına etibar etmədiyi, atasının da ipoteka müqaviləsindən başı çıxmadığı üçün beh müqaviləsini Elgiz bağlamış və o Elgizə etibar etmişdir. İş materiallarında yazışmalara münasibətdə bildirmişdir ki, əlində olan 65000 manat pul vəsaiti evin ilkin ödənişinə bəs etmədiyi üçün Elgiz ona 7500 dollar və 250 manat borc pul vermişdir. O, Elvini tanımadığı, Fəridin ona 7500 dollar və 250 manat gətirib verdiyini bildirmişdir. Həmin pul vəsaitini qaytarmadığını, cehizlərə saydığını bildirmişdir. O, Elgizdən borc pul istəmədiyini, pulu Elgizin ona əvəzsiz verdiyini bildirmişdir. Qeyd etmişdir ki, fikirləşmişdir ki, Elgiz evi satıbsa, əlində pul var, ona dəstək olmasını istəmişdir. Elgiz evi satıb pulunu bibisioğlu İlqara verdiyini bildirmişdirn və o da elə bilmişdir ki, evin alqısatqısından qalan puldur. Həmin pulu kimdənsə borc aldığını bilməmişdir. Onun ABB kartında kartından pul çıxılanda o, Elgizə “Sizin evinizə görə”, yəni sizin yaşadığını evə görə pul çıxılmasını bildirmişdir. Onda aylıq ödəniş 497 manat, onlarınki isə 800 neçə manat olmuşdur. Gecikmə olanda hansı hesabda pul varsa oradan çıxılır. Gecikmə olduğuna görə hesabından pul çıxılmışdır. “Sizin ev” dedikdə həm onların yaşadığı ev, həm də onların ayrı hesabının olmasını nəzərdə tutmuşdur. Həmin ev alınarkən Arzu ilə onun əmək haqqısı arasında çox fərq olmamış, sadəcə o evi alandan sonra işini dəyişmiş və iki qat əməkhaqqı almışdır. Bildirmişdir ki, ərizə verəndən sonra Arzu yuxarı qalmışdır ki, söz-söhbət olmasın. O, ilk öncə Elgizin yuxarı qalxıb həyat yoldaşı ilə barışacağını düşündüyü üçün Elgizi evdən çıxartmamışdır. Artıq rəsmi boşanma olduqdan sonra ilk öncə pul təklif etmişdir. Ona görə pul təklif etmişdir ki, evdə qalan əşyaların qırx faizini alıb. O, “kamot, qabyuyan, pisminni stol, ayaqqabı şkafı, pərdə, listura” almışdır. Yazışmada halallıq ifadəsini ona görə işlətmişdir ki, ev üçün bir neçə aylıq ödənişi Elgiz etmişdir. O da Elgizə halallıq dedikdə, həmin ödənişləri hətta əlavə olaraq kommunal, hətta cehizin əvəzini də hesablayıb deməsini bildirmişdir. Həmin evdə uşaqların yaşayacağı üçün halallıq olmasını istəmişdir. Yazışmalarda qeyd edilən 50 min nə qədər olan onun öz pulu, 13000 isə borc olan puldur. Elgizə pulu evi olmadığı və bayırda qalmaması üçün təklif etmişdir. Başqası olsa, belə hallıq verməzdi. Sadəcə, o nəvələrinin atasıdır. Evi isə güçü çatmadığı üçün kirayəyə vermişdir. Maşına görə çox danışırdı, ev üçün halallıq olmasını istəmişdir. Puldan ödədiyi üçün gözünün qalacağını düşünmüşdür. Pulu olmadığı üçün maklerin evi gəlib dəyərləndirməsini, Elgizin qoyduğu xərci qiymətləndirməsini,evi satdıqdan sonra Elgizin pulunu və ipotekanı bağladıqdan sonra ona nə qədər pul qalmasını hesablamaq istəmişdir. Elgiz yazışmaların bütün hissələrini məhkəməyə təqdim etməmişdir. Elgiz həmin yazışmada qeyd etmişdir ki, “pulumu verin, evdən çıxım”. Onun hissəsi dedikdə onun ödədiyi və borcunu nəzərdə tutur. Evdən çıxmadığı üçün evi uşaqlara istədiyini yazmışdır. Yazışmalarda olan “evi keçirəcəm Arzunun adına öz aranızda razbirat edərəsiniz” mətnini ona görə yazmışdır ki, Arzu ondan fərqli olaraq Elgizdən evdən çıxmasını tələb edəcəkdi. “evi Arzunun adına keçirəcəm mənim üstümdən o boyda yük qalxsın” mətninə münasibətdə qeyd etmişdir ki, yük qalxırda də, az pul deyil axı, öz evi də var. Ev onun adından çıxdıqda, pul ödəmək ilə bağlı yükdə qalxacaqdı. Atası ona görə evi Elgizin almasını deyib ki, atası qızı boşandığı üçün onu qaralamışdır. Onlar Elgizi atasının gözündə yaxşı etmək üçün pulun Elgizə məxsus olmasın deyiblər. O, evi Elgizə kirayəyə verəndə evlərin qiyməti hardasa 1000-1100 manat idi. Elgizə müxtəlif şəkillər atıb, fikrini ona görə soruşmuşdur ki, Elgiz həmin vaxt Xırdalandakı evi satdığı üçün, atırdı ki, satıbsan əlində pul var bəlkə tərpənib özünə ev alar. Alqı-satqı sənədlərinin iddiaçıya verilməsinin heç bir əhəmiyyəti yoxdur. Sənədləri vermişdir ki, sənədlər məxsus olduğu evin içində olsun. Elgizin yazdığı “İlkin ödənişə görə maşını satım” mətni onun evinə görə deyil, digər evlərə görədir. Evin ödənişi ilə bağlı bildirmişdir ki, qaynanası 37800 manat pul vermiş, pulun üstü düzəlmədiyi üçün yoldaşı da 2022-ci ilin iyun ayında 5000 manat kredit götürülüb vermişdir. Evin ilkin ödənişinin qalan məbləğinin üzərinə özündə olan 5000 dolları da qoymuş və atasından 4500 manat almışdır. Qeyd etmişdir ki, Binədəki ev paylı ev olmuşdur. Evi yoldaşı ilə arasında bölmək üçün çoxdan satmağa qoymuşdur. O, həmin evi satmaq üçün getdikdə, əmisi evi satmaq üçün yox, yaşamaq üçün verdiklərini demişdir. Satmaq üçün onların icazəsi tələb olunurdu. Ona görə də qaynanası demişdir ki, halallıq üçün təxminən qiyməti 80000 manat olan evin yarısını uşağın adına nəsə almaq üçün vermişlər. Onlar fikirləşmişlər ki, buranın kvadratı balacadır və 13-cü mərtəbədir. Uşaq divanda yatmasın, biraz daha geniş ev alsınlar. Həmin dövrdə evlərin qiymətinin qalxacağını dedikləri üçün yatırım məqsədi ilə ikinci ev almışlar. Yoldaşı biraz “macəralı” biri olduğu üçün pulu tez nəyəsə yatırım etmişdir. Belə ki, yoldaşı gəlib, pul lazımdır, deyə bilərdi. Daha böyük sahəyə malik ev almaq üçün gərək buradakı evi də satardı. Əlindəki pul ancaq ilkin ödəniş edib və evi kirayə vermək üçün bəs edirdi. Evin danışığını atası aparmışdır. Birinci evi alanda o, 1 həftə sonra getmişdir. Hardasa 65000 manata yaxın ilkin ödəniş edilmişdir. Özündə təxminən 4800 dollar olmuşdur. Həmin dolları xırdalamışlar. Biraz da atasından borc almışdır. O 69000 pulu sayıb şirkətə vermişdir. Həmin puldan təxminən 23000 şirkətə verilməli idi. Ev sahibinə nə qədər pul verildiyin bilmir. Evə baxmağa gedəndə İsmayıl adlı şəxsə evin ona məxsus olmasını və evə qısa müddət ərzində köçmək istədiyini bildirmişdir. Alqı-satqıda İsmayıl adlı şəxs orda olsa da, oğlan özü olmamışdır. İsmayıl adlı kişi dollar istəmədiyi üçün onlar dolları gedib manata çevirmişlər. Makler ona 800 manat ödənildiyini bildirmişdir və ev yiyəsi olaraq makler bütün xərcləri ona yazmışdır. Alqı-satqı olan zaman o həmin gün pulları çantadan çıxarıb, sayıb atasına vermiş, atası da həmin pulları evi satan şəxsə vermişdir. Həmin vaxt orada makler olmamış, üçü olmuşdur. Maklerlər ofislə əlaqədardılar. Ona görə bütün xərcləri ofisə ödəniş eləmişlər. Bank xərcləri 4 min manatdan çox idi. Səhv etmirsə, ofisin haqqı da 1 faiz idi və maklerin də pulu olmuşdur. Belə ki, bankın pulu 4559 manat, ofisin 1 faiz komissiyası 808 manat və maklerin xidmət haqqısı isə 800 manat təşkil etmişdir. Ümumilikdə hamısını ofisə ödəmişdir. Ofisə təxminən 70 minə yaxın pul vermişdir.

38. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, iddia tələbi tamamilə əsassızdır və iddiaçı istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı ilk öncə banka müraciət etməsi və ona 6 aydan az işləməsinə görə imtina verilməsi ilə bağlı sübutları təqdim edilməli idi. İddiaçı tərəfin çağırdığı şahidlərin ifadələrində də ziddiyyət vardır. Belə ki, İlqar 50 min pulu Fərid adlı şəxsin apardığını bildirmişdir. Fərid adlı şəxs şahid kimi izahat verəndə isə bildirmişdir ki, 50 min manat pulun verilməsində o iştirak etməmişdir. Tərəflər arasında aylıq olaraq ödənilən 835 manat məbləğində pul vəsaitinin kirayə haqqı olaraq ödənilməsinə dair razılıq əldə edilmişdir. Verilən 7500 ABŞ dolları və 250 manat pul vəsaiti isə cehiz əmlakları ilə əvəzləşdirilmişdir. Bildirmişdir ki, iddiaçı evi öz həyat yoldaşının adına ala bilərdi. İddiaçının həyat yoldaşı da elə həmin dövrdə işləmiş və kifayət qədər əmək haqqı almışdır.

39. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, onlara ipoteka müqaviləsinin başqa şəxslə bağlanması indi məlum olmuşdur. İşə münasibət bildirmələri üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Borclunun dəyişməsi praktikada mövcud olur. Amma sırf bu işlə bağlı fikir bildirə bilməyəcəkdir. Borclunun dəyişməsi hər iki tərəfin razılığı ilə olur.

40. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, onlar 2017-ci ildə rəsmi şəkildə ailə həyatı qurmuşlar və bu nikahdan iki övladları olmuşdur. 8 illik ailə həyatı dövründə həm Binədə, yəni atasıgildə, həm də Xırdalanda qalmışlar. 2022ci ildə anasının ev almaq istəyini bildikdən sonra, anası ilə atasının nikahı rəsmi şəkildə pozulduqdan sonra atası Binəyə köçmək istədiyini və onlar da atası ilə bir yerdə yaşamaq istəmədikləri üçün rəsmi şəkildə ev axtarmağa başlamışlar. Ev axtararkən evlərin qiyməti çox baha olmuş, onların maaşları isə buna kifayət etməmişdir. Belə ki, o, həmin vaxt təxminən 500 manata yaxın maaş alırmış. İddiaçı da işə təzə düzəldiyi, o vaxt pulları çatmadığı və şəhərdəki evlər baha olduğu üçün ilkin ödənişi vermək üçün maşınını satmaq istədiyini demişdir. Həmin ərəfədə də anası ev almaq istədiyini demişdir. Onlar da həmin vaxt Binədəki evdən çıxmağa məcbur olmuşlar. Anası onlara özü üçün ev almasını, həmin evdə onların yaşamasını, sadəcə evin pulunu kirayə şəklində verə bilmələri ilə bağlı təklif irəli sürmüşdür. Həmin dövrdə şəhərdə evlərin qiyməti və ilkin ödəniş çox baha idi. Həmin müddətdən ayrılan vaxtadək ev axtarmamış, kirayə qalmışlar. Xırdalandakı evi 59 000 manata satmışlar. İlk əvvəl əşyasız satmaq istəsələr də, ancaq əşyasız 49000- 50000 manata satmaq mümkün olduğundan və bu məbləğ isə onlara sərf etmədiyi üçün daha sonra evi əşyalarla satmağa qərar vermiş və evi onun cehizləri ilə birlikdə 59000 manata satmışlar. Həmin pulu o görməmişdir. İddiaçı ona əllərində pul olmadığını, həmin pulla borclarının yarısını ödəyəcəyini, onun istədiyi evi almaq üçün maşınını satıb ilkin ödəniş etməli olduğunu bildirmişdir. Belə ki, iddiaçı təzə işə düzəldiyi üçün maddi imkanının olmamasını bildirmişdir. O, isə həmin vaxt 500 manat əməkhaqqı aldığı və 500 manatla ipoteka vermədikləri üçün daxili ipoteka istəmişlər. O özü şəxsən ipoteka üçün müraciət etməmişdir. Çünki əllərində olan pulun miqdarı az idi. Anası həmin vaxt belə bir təklif irəli sürəndə sərf edəcəyin düşünmüşdür. Bu müddət ərzində iddiaçıdan evin satış pulunu soruşduqda o, hər dəfə ona borcu, buna borcu var demişdir. Onlar evlənəndən Xırdalandakı evdə qalmışlar. Onlar evlənəndə artıq həmin ev ipoteka ilə alınmış idi. Evi satarkən ipotekası tam qutarmamış, 5-6 min manat borcları qalmışdır. Həmin evin ipotekası üçün aylıq ödəniş 360 manat olmuşdur. 59000 manatın içərisindən həmin qalıq borcu da ödəmişlər. İddiaçının iddia etdiyi əşyalar ilə bağlı isə bildirir ki, Xırdalanda ev satılanda o, cehizlərinin satılmasını istəmədiyi, lakin iddiaçı əşyasız satıldığı halda daha az məbləğ ödəniləcəyini bildirdiyi və ev alanda ona o cehizlərdən daha yaxşısını alacağını dediyi üçün anasının evinə köçəndə xırda-xırda bəzi əşyalar almışdır. İddia ərizəsində sadalanan əşyalar həmin mənzildədir. Həmin mənzildə uşaqlarla onlar yaşayırlar. O, mənzildən çıxdıqdan sonra anasıgildə qalmış, bu müddət ərzində iddiaçı mənzildə yaşamışdır. O, boşanmaq üçün rəsmi şəkildə ərizə ilə müraciət etdikdən sonra iddiaçıya bildirmişdir ki, ev onun anasının evidir. Bundan sonra iddiaçını evdən çıxardıb, mənzildə özləri yaşamağa başlamışlar. Həmin mənzildə hazırda anası yaşamır. İddiaçının dediyi üzüyü görməmişdir. Eyforiya yataq dəstinin alınmasında şəxsən iştirak etsə də, qiymət dəqiq yadında deyil, ancaq qiymət o civarlarda idi. İddia ərizəsində göstərilən əşyaların dəyərinin bəziləri çoxdur. Babası onun boşanmasına qarşı çıxdığı üçün boşandıqdan sonra babası ilə münasibəti yaxşı deyil. Sadəcə inciklik var. Bu dəqiqə babasının yanına getsə, öz nəvəsidir. Onun yanında işləyir. Alqı-satqı ilə bağlı prosedurlardan onun xəbəri yoxdur. O, işdə olmuşdur. Qiymətlə də maraqlanmamışdır. İpoteka başladığı vaxtdan Elgiz ödəmişdir. Həmin hadisələr hamısı ardıcıl baş vermişdir. Təklif yaxşı olduğu üçün ev satılmışdır. O, Binədən Qarayevə gəlmişdir. Belə ki, binədə 3-4 ay qalmışlar. Qarayevdə 2022-ci ilin dekabr ayından yaşamağa başlamışlar. Xırdalandakı evi sentyabr ayında satıb çıxmışlar. Ancaq satanadək bir il Xırdalanda qalmışlar. Ev satıldığı üçün Binədə qalmışlar. Anası ilə atası rəsmi şəkildə 3-4 il əvvəl boşansa da, bir yerdə Qarayevdə yaşamağa davam etmişlər. Anası ilə atası arasında mübahisələr həmin vaxt başlamış və anası atasının onların qaldığı evə qayıtmaq istədiyini, buna görə də onları evdən çıxmağa tələsdirməyə başlamışdır. Həmin vaxt onsuzda ev axtarsalar da, olanlardan sonra biraz daha tezləşdirmişlər. Fürsət düşdüyü üçün dəyərləndirmək istəmişlər. O işdə olanda uşaqlarına anası baxmışdır. O da işi ilə əlaqədar evdə çox olmamışdır. Elgiz igər işlərlə də məşğul olurdu. Məsələn, telefonların alqı-satqısı. Baha olsa da, anasının yanında qalmaq ona sərf edirdi. Belə ki, anası uşaqlarla məşğul olurdu. Həmçinin şəhərdə kirayə qiymətləri 1000-1200 manatdan başladığı üçün 840 manat dafa sərfəli idi. Onların maşın və kredit borcları barəsində digər məhkəmə prosesləri var. O, maşın ilə bağlı həbs qoydurandan sonra, iddiaçı da ev ilə bağlı müraciət edəcəyini, evin onun haqqı olmasını və kirayəsini ödədiyini demişdir. Evin ilkin ödənişini bildiyi qədəri ilə anası ilə atası təzə boşandığı ərəfədə nənəsi ilə atası Binədəki evin halallığı üçün bir miqdar pul təklif etmişlər. O, 59000 manatı görməmişdir və evdə qalmamışdır. O, maşın barəsində birinci iddia irəli sürmüş, qarşı tərəfdə kredit barəsində iddia irəli sürmüşdür. 59.000 manata qarşı iddia irəli ona görə sürməmişdir ki, sübutu yoxdur. Bundan sonra iddia ilə məhkəməyə müraciət edəcəkdir. Hazırda babasının yanında işləyir və münasibətləri yaxşıdır. Babasının məhkəmədə verdiyi ifadədən xəbəri var. Babası onlara bir neçə dəfə barışmaları ilə bağlı təklif irəli sürmüş, lakin onlar bu təklifi qəbul etmədiyi üçün babası elə düşünür ki, o saymamazlıq etmişdir. Babasının yalan ifadə verməyəcəyini, onun kişi xarakterli biri olduğunu bildirmişdir. Özbəkistandakı mənzil iki otaqlıdır. Hazırda anasına kirayə haqqı ödəmədiyini və daha sonra isə özünün ödədiyini bildirdi. Elgizdən ayrılandan sonra anasına ödənişlərdə yardım edir. Kirayə haqqı isə ödəmir. Anasının yazışmaları olduğu dövrdə mübahisələr davam edirdi, anasının məqsədi isə halallıq olmuşdur. Yazışmalarda da qeyd edildiyi kimi, halallıq iki uşaq üçün olmuşdur. Yəqin ki, ata uşaqlara görə ev üçün hallalıq vermədiyi üçün anası qarşı tərəfdən hallalıq istəmişdir. Yazışmalarda olan İlqar və Fəridin pul çatdırması ilə bağlı danışıqlardan məlumatı yoxduri. Qeyd etmişdir ki, İlqar Elgizin bibisioğlu, Fərid isə gediş-gəlişi olan dostudur. Elvini görməmiş və tanımamışdır, buna görə də Elvinlə olan dostluq münasibətlərindən xəbəri yoxdur. Elgiz həmişə kimdənsə borc aldığını bildirmişdir. Elvindən və digər dostlarından borc almasından klassik olaraq xəbəri olsa da, maraqlanmamışdır. Evdəki əşyalar onun istifadəsindədir. O, iddia ərizəsi ilə məhkəməyə müraciət emtiş 59 min manatın yarısını və cehizlərini istəmişdir.

Şahid ifadələri:

41. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X31 izahatında bildirmişdir ki, Elgiz 1-ci sinifdən 11 il məktəb müddətində və universitetdə təhsil aldığı zaman bir müddət onlarla qalmışdır. Xırdalandakı evi 2022-ci ildə satmışdır. Xırdalandakı evi satanda 50000 manat məbləğində pulu saxlaması üçün ona vermişdir. Növbəti dəfə ev almaq istəyəndə pulu çatmadığı üçün o, ona saxlamaq üçün verdiyi pulun üzərinə borc pul qoymuşdur. Qarayevdəki evi alan vaxt ilkin ödəniş etməsi üçün Elgizə 7500 ABŞ dolları və 250 manat pul vermişdir. Elgizlə yaxın olduğu üçün pulu verəndə Elgizə həmin pulu qaytarması üçün müddət qoymamışdır. Elgizə ilkin ödəniş üçün 70000 manat pul lazım idi. 50000 manat məbləğində pul Azərbaycan manatı ilə paketin içərisində olmuşdur. Pulu nə vaxt verdiyini tam xatırlamır. Pulun üstünü düzəldib 7500 dollar və 250 manat pulun hamısını bir yerdə vermişdir. O, pulu birbaşa Elgizə verməmiş, pulun çatdırılmasına Fərid adında dostu iştirak etmiş və pulu çatdırması üçün ona vermişdir. O, Elgizə pulu qaytaranda içərisində 50000 manat, 7500 ABŞ dolları və 250 mant vermişdir. Həmçinin o, Elgizə pulu verərəkən mənzili Elgizin öz adına ala bilməməsindən məlumatlı olmuşdur. İşə yeni başladığı üçün evi öz adına ala bilməmişdir. Elgiz AR Prezidenti yanında Təhlükəsizlik Xidmətində, ondan əvvəl isə Rabitə Nazirliyində marketing şöbəsinin sektor rəisi vəzifəsində onunla birlikdə çalışmışdır. Elgiz Qarayevdeki evin ilkin ödənişi etməsi üçün ondan daha yüksək məbləğdə pul istəsə də, onda artıq pul olmadığı üçün o, Elgizin istədiyi məbləğin hamısını verə bilməmişdir. Elgiz pulun çatmayan hissəsini digər dostlarından borc götürmüşdür.

42. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, təxminən 2-3 il bundan qabaq Elgizin ondan işdən çıxa bilmədiyi və onun şəhərə yaxın olduğu üçün İlqardan pulu götürüb qaynanasına verməsini xahiş etmişdir. Pul paketdə olmuşdur. Paketin üstündə 7500 dollar və 250 manat qeyd olunmuşdur. Pulu İlqar bəyin iş yerindən götürüb Puşkin küçəsində Məlahət xanıma vermişdir. Məlahət xanım obyekt işlətdiyi üçün başı qarışıq idi. Pulu şəxsən Məlahət xanıma təhvil versə də, o pulu saymamışdır. O, özü Xırdalanda yaşadığı üçün Elgizə də onun tövsiyəsi ilə 3-4 ay sonra “AAAF Parka” gəlmiş, evə baxmış, bəyənmiş və Xırdalandan ev almışdır. Daha sonra ailə qurmuş və şəhərə köçmək istəmişdir. Elgiz təzə işlədiyi üçün öz adına ev ala bilməmiş, evi nə üçün yoldaşının adına almamasının səbəbini bilmir. Elgizin həyat yoldaşı ilə onun atası eyni yerdə çalışmışlar və həmin müəssisədə əmək haqqı 500 manata yaxın idi. Evin alqı-satqısı zamanı kimlərin iştirak etdiyini bilmir. Elgiz İlqardan 7500 dollar və 250 maat borc almışdır. Uşaqların ad günündə Məlahət xanımı görmüşdür

43. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X38 izahatında bildirmişdir ki, Elgizin Xırdalanda evi olsa da, şəhərdən uzaq olduğu üçün evi satmış və o, pulla ev almışdır. Xırdalandakı evi 50000 manata satmışdır. Xırdalandakı evi satandan xeyli sonra digər evi almışdır. Xırdalandakı evin satışından əldə edilmiş pul yeni evin ilkin ödənişi üçün kifayət etməmiş, buna görə də Elgiz geri qalan hissəni dostlarından və qohumlarından tapıb tamamlamışdır. Elgizin pulu konkret olaraq kimdən aldığını bilmir. Evi alanda onu pulu sayması üçün çağırmışlar. Həmin vaxt Elgiz təzə işə düzəldiyi üçün ona arayış verilməmiş və buna görə də o, evi qızı Məlahətin adına almışdır. Elgiz ondan işdə olduğunu və buna görə də pulu onun sayıb verməsini xahiş etmişdir. O, 70000 manat pulu sayıb şəxsən vermişdir. Danışıqlarda o, evin sahibi və Elgiz iştirak etmişdir. O, yalnız pulu sayanda orda olmuşdur. Pulu sayanda qızı Məlahət də yanında olmuşdur. Pulu saydıqdan sonra mühasibatlığa vermişdir. Həmin puldan şirkətə nə qədər çatdığın bilmir. Digər ödənişlərdə iştirak etməmişdir. Evi Elgiz özü bəyənib tapmışdır. İlk dəfə evi bəyəndə orada o, Elgiz və makler olmuşdur. Elgizin nəvəsi ilə arası dəymişdir. O, qızına zəng edib nə üçün iddiaçını çölə atdığını soruşmuşdur.

44. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında bildirmişdir ki, Elgiz 2022-ci ildə evi alanda ondan 7000 manat borc almışdır. O, pulu şəxsən Qarayevdə gətirib Elgizə vermişdir. O, Elgiz borc olaraq pul alanda ev üçün aldığını bilmişdir. Evi satıb, üstü düzəlmədiyi üçün ondan borc almışdır. Dəfələrlə birbirilərinə borc alıb vermişlər. Elgizin evi qaynanasının adına alması barədə söz-söhbət yaranan zaman məlumatı olmuşdur. Elgiz bibisi oğlundan borc almışdır. Odan 7000 manat istəmişdir. Başqa kimdənsə borc alması barədə məlumatı yoxdur. Pul vəsaitini manatla vermişdir.

45. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, Elgizlə araları əvvəl normal olsa da, amma nikah pozulduqdan sonra pisləşmişdir. O, cavabdeh ilə 1998-ci ildə evlənmiş, 4-5 il bundan əvvəl isə boşanmışlar. 1998-ci ildə evlənəndə Neftçilərdə yaşamış, daha sonra Qarayevə köçmüş və boşanana qədər də elə Qarayevdə yaşamışlar. Özbəkistandakı evin 13-cü mərtəbəsində yaşamışlar. Həmin vaxt Məlahət xanımla ayrılsalar da, birgə yaşamışlar. Qızıgil gələndən Binəyə köçmüşdür. İlkin ödənişin yarısından çoxunu o, ödəmişdir. Anası hədiyyə kimi 37000 manat pul vermişdi. Onun üstünü düzəldib ev almışlar. Qarayevdəki evi alanda nikahları rəsmi şəkildə pozulsa da, faktiki olaraq birgə yaşamışlar. Qarayevdəki evlə bağlı ödənişləri Məlahət xanım etmişdir. O, hazırda Binədəki evdə yaşayır. Faktiki olaraq qızı evə köçdükdən sonra o da ayrılmış və Binəyə köçmüşdür. Onun kənddə evi olmuşdur. Həmin evi anası satmış və pulunu Məlahət xanıma övlad payı hədiyyəsi kimi vermişdir. Onlarda övlad payı hədiyyəsi vermək kimi adət mövcüddur. 5000 manat kredit götürüb anası verdiyi pulla birləşdirərək 42000 manatı Məlahətə ilkin ödənişi etməsi üçün vermişdir. Qalan məbləği Məlahət özü düzəltmişdir. Arzu Elgizlə evlənəndə qızına cehiz vermişlər. Ev satılanda cehizlə birgə satılmışdır, çünki əşyasız ev çox ucuz olacaqdı. Məlahət xanım deyəsən evi ipoteka ilə almışdır. 4-cü mərtəbədəki evi alanda o orada yaşamamışdır.

46. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, həmin evi satması ilə bağlı hər yerə elan vermişdir. Ev təxminən 2-3 il bundan öncə satılmışdır, tarixi dəqiq xatırlamır. Birinci dəfə maklerlə Elgiz ev almaq istədiklərini bildirmiş, evlə maraqlanmış, qiyməti soruşmuşlar. O isə gələnlərə beh verilməli olduğunu demişdir. Onlar pulu tamamlayıb gələcəklərin bildirmişlər. Evə ikinci dəfə baxmağa ağsaqqal kişi, Elgiz və xanımlar gəlmişdi. Danışıqlardan sonra ofisin binasında ağsaqqal kişi və xanımlardan birinin iştirakı ilə alqı-satqı olmuşdur. Evin qiymətin ilk öncə 65000 manata razılaşsalar da, sonra o 500 manata güzəştə getmiş və nəticə olaraq 64500 manata razılaşmışlar. O, ancaq özünə aid olan məbləği götürmüş, digər məbləğlərdən xəbəri olmamışdır. Alqı-satqıdan sonra evi tərk etmələri üçün onlara 1 ay vaxt verilmişdir. Birinci dəfə Elgiz gələndə özü üçün ev almağa gəldiyini bildirmişdir. Səhv etmirsə, evə baxmağa gələn zaman xanım özünə məxsus evinin olduğunu və bu evi Elgiz üçün aldığını bildirmişdir. Danışıqları əsas makler idarə edirdi. Ofisdə pulu ona Yusif kişi versə də, kimin adından verməsini bilmir. Evin Elgizdən başqa şəxsə alınması ilə bağlı söhbət olmamışdır. Elgiz evi alarkən həmin evi ailəsi üçün, özü üçün aldığını bildirmişdir. Pul birbaşa olaraq ona verilmişdir.

İşin faktiki halı :

47. İddiaçı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 xx.xx.2017-ci il tarixdə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X27 və xx.xx.2016-cı il təvəllüdlü X25 adlı iki övladları olmuşdur. Tərəflər arasında bağlanılmış nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1008/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanılmış nkah pozulmuşdur.

48. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçədə inşa edilmiş bina 2, dəyəri 32045 manat məbləği təşkil edən, ümumi sahəsi 49.3 kv.m 1 otaqlı 27 saylı mənzil "xxxx" ASC-nin vasitəsi ilə 120 ay müddətinə ödənilməklə alıcı İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixində ABB/228 nömrəli mənzlin alqı-satqı müqaviləsi əsasında alınmışdır. Sonradan həmin mənzil satıcı İddiaçı və X11 notarial razılıq ərizələri əsasında xx.xx.2022-ci il tarixində alıcı X1.

49. İddiaçı ilə X14 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, “beh haqqında razılaşma müqaviləsi”nə əsasən beh alan mülkiyyət hüququ ilə ona məxsus olan Özbəkistan küçəsi, (Kristal Abşeron, Xəzər İnşaat) ünvanında yerləşən 16 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 72 kv.m olan 2 otaqlı daşınmaz əmlakı 64500 manata behverənə satmağı, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür.

50. Cavabdeh1 QSC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli **********60240 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzili tikib və alıcının mülkiyyətinə verməyi, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzil üzrə ********* nömrəli müqaviləyə əsasən X20 məxsus mənzilin hüquq və öhdəliklərinin yeni “alıcı” Cavabdeh2 ötürülməsi, alıcı bu müqaviləyə əsasən 1.1-ci bəndində göstərilən ünvanda 5-ci bina, 1 blok blok, 4-cü mərtəbə, 30№-li, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “Satıcıya” ödənilməsini və həmçinin Cavabdeh1 QSC-nin yaşayış kompelskində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 108324 manat təşkil edir.

51. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1-xx-xx- 2022-COQQ nömrəli təminat kredit müqaviləsinə əsasən borcverən borcalana borcalan ilə Cavabdeh1 QSC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, **********60240 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 80870 manat məbləğində pul kreditinin verilməsini öhdəsinə götürmüşdür.

52. İddiaçı mübahisə obyekti olan mənzilin onun tərəfindən alındığını, bütün ödənişlərin onun tərəfindən həyata keçrildiyini, sadəcə mənzil alınan zaman təzə işə başladığı üçün ipoteka krediti verilmədiyindən bütün ödənişlər həyata keçirildikdən sonra mənzilin onun adına rəsmiləşdirilməsi şərtilə mənzilin qaynanası Cavabdeh2 adına rəsmiləşdirildiyini bildirməklə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

53. Cavabdeh2 iddia tələbini qəbul etməyərək mübahisə obyekti olan evi qızı və onun keçmiş həyat yoldaşı İddiaçı evlərini satmaları səbəbindən qalmaq üçün yaşayış evləri olmadığından onlara aylıq ipoteka ödənişlərini həyata keçirmək şərtilə kirayayə verdiyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

57. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-789/2025 saylı, xx.xx.2025-i il tarixli qərarı.

Məhkəmənin mövqeyi :

58. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

59. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. Mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması.

2. Cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi.

3. Mənzilin alınması ilə bağlı çəkilmiş xərclərin tutulması.

4. Əldən çıxmış faydanın tutulması.

5. Əmlakın qaytarılması, mümkün olmadığı halda dəyərinin ödənilməsi.

İddia tələbinin “mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsi ilə bağlı:

60. İddiaçı iddia tələbinin mənzilə mülkiyyət hüququnun tanınması hissəsini ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilin onun vəsaiti hesabına Cavabdeh2 adına alınması ilə əsaslandırmışdır.

61. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, ipoteka ilə ev axtaran zaman o, yeni iş yerində 6 aydan az müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu üçün ona kredit verilə bilmədiyindən evi öz adına ala bilməmiş, qaynanasına etibar etdiyi üçün evi qaynanasının adına almışdır. Cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən evin kredit ödənişi tam şəkildə ödənilib qurtardıqdan sonra həmin mənzil onun adına rəsmiləşdirilməli idi. Lakin keçmiş arvadı X22 ilə aralarında olan nikah münasibətinə xitam verildikdən sonra Cavabdeh2 onu həmin mənzildən çıxararaq evə buraxmamışdır.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

63. Qanunvericiliyin qeyd edilən normasının məzmunundan göründüyü kimi mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ mülkiyyətçiyə məxsus olan bir hüquqdur. Odur ki, hazırki mülki iş üzrə iddiaçı ilk növbədə mənzilin ona məxsus olduğunu sübut etməlidir.

64. İddiaçının məhkəməyə bildirdiyi iddia tələbinin faktiki hallarına əsasən ilk növbədə tərəflər arasında cavabdehin əldə etdiyi daşınmaz əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyinə dair tapşırıq müqaviləsindən irəli gələn hüququ münasibətinin olub-olmaması müəyyən edilməlidir.

65. Mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrsı nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

66. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (144.1 m).

67. Belə olan halda hazırki mülki iş üzrə ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilə dair iddiaçının mülkiyyət hüququnun tanınması üçün iddiaçı tərəfindən cavabdeh ilə arasında daşınmaz əmlakın onun adına alınması və kredit öhdəliyi tam şəkildə icra edildikdən sonra mənzilə mülkiyyət hüququnu ona keçirəcəyinə dair tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətinin mövcudluğuna dair məhkəməyə notarial qaydada təsdiq edilmiş yazılı müqavilə təqdim edilməli idi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında qeyd edilən məzmunda notarial qaydada təsdiq edilmiş yazılı müqavilə bağlanılmamışdır.

68. Mülki qanunvericiliyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

69. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

70. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbi təmin edilə bilməz.

İddia tələbinin “cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” hissəsi ilə bağlı:

71. İddiaçı iddia tələbinin “cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” hissəsini mənzilin ona məxsus olması ilə əsaslandırmışdır.

72. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab edir.

73. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

74. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

76. Məhkəmə onu da qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və.s.

77. Hazırki mülki işin faktiki halı ondan ibarətdir ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzil Cavabdeh2 mülkiyyətindədir və həmin mənzildə iddiaçının uşaqları və keçmiş arvadı X22 yaşayır.

78. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən onun mübahisə obyekti olan mənzilin mülkiyyət hüququ sübuta yetirilmədiyindən və məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun mənzildən çıxarılmaya dair iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

79. Həmçinin iddiaçının mübahisə obyekti olan mənzilə köçürülməsi üçün qanuni əsaslar (məsələn mülkiyyət hüququ, istifadə hüququ, cavabdeh ilə arasında razılaşma vəs.) müəyyən edilmədiyindən onun həmin mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz.

İddia tələbinin “mənzilin alınması ilə bağlı çəkilmiş xərclərin tutulması” hissəsi ilə bağlı:

80. İddiaçı iddia tələbinin “mənzilə çəkilmiş xərclərin əvəzinin tutulması” hissəsini həmin mənzilin alınması üçün ilkin ödəniş olaraq satıcıya ödənilmiş 64500 manat məbləğində vəsaitin, o cümlədən mənzilin alınması zamanı bank xidmət haqqları qismində ödənilmiş 808 manat, 4559 manat məbləğin vəsaitin, rieltora (vasitəci) ödənilmiş 800 manat məbləğində vəsaitin, o cümlədən mənzilin 16 ay ipoteka ödənişlərinin onun tərəfindən həyata keçirilməsi ilə əsaslandırmışdır.

81. Cavabdeh2 qızı isə bildirmişdir ki, mübahisə obyekti olan mənzil onun tərəfindən alınmış, həmin mənzilin alınması üçün ilkin ödəniş olaraq satıcıya ödənilmiş 64500 manat məbləğində vəsait, o cümlədən mənzilin alınması zamanı bank xidmət haqları qismində ödənilmiş 808 manat, 4559 manat məbləğin vəsait, rieltora (vasitəçi) ödənilmiş 800 manat məbləğində vəsait onun tərəfindən ödənilmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilin aylıq ipoteka ödənişi olan 836 manat məbləğində vəsait 16 ay müddətində həmin mənzil onun tərəfindən iddiaçıyaya kirayəyə verildiyi üçün kirayə haqqı qismində iddiaçı tərəfindən ödənilmişdir.

82. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən aşağıdakı faktiki halları onu deməyə əsas verir ki, ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilin alınması üçün sərf edilən vəsait iddiaçı tərəfindən ödənilmişdir.

83. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 2015-ci ildə faktiki nikah münasibətinə, xx.xx.2017ci ildə isə rəsmi nikah münasibətinə daxil olmuşlar. Tərəflər arasında olan nikah münasibətinə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir.

84. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixində "xxxx" MMC ilə bağlanılmış müqavilə əsasında "xxxx" ASC-nin vasitəsilə 120 ay müddətinə (kreditlə) ödənilməklə Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 2 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 49.3 kv.m olan bir otaqlı, dəyəri 32045 manat təşkil edən mənzil satın alınmışdır.

85. Həmin mənzil iddiaçı tərəfindən X11 razılığı ilə xx.xx.2022-ci il tarixdə 59000 manata satılmış və alqı-satqıdan əldə edilmiş vəsaitin 5603 manatı evin qalıq kredit borcuna ödənilmişdir. Onu da qeyd edək ki, mənzil X22 tərəfindən gətirilmiş cehiz əmlak ilə birlikdə satılmışdır.

86. Daha sonra Cavabdeh1 QSC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli **********60240 nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzil satın alınmışdır.

87. Həmçinin "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1xx-xx-2022-COQQ nömrəli təminat kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə cavabdeh ilə Cavabdeh1 QSC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, **********60240 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 80870 manat məbləğində kredit verilmişdir.

88. İşin mübahisəsiz olan digər halları isə ondan ibarətdir ki, ilk aydan başlayaraq mübahisə obyekti olan mənzilin hər ay 836 manat olmaqla, ilk 16 aylıq ipoteka ödənişi, yəni cəmi 13.376 manat məbləğində vəsait iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən 2022-ci ilin noyabr-dekabr aylarında iddiaçı tərəfindən tələb edilən məişət əşyaları-eyforiya yataq dəsti, soba, aspirator, televizor, paltaryuyan, soyuducu, divan-kreslo dəsti, qaz peçi satın alınaraq mənzilə yerləşdirilmiş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar.

89. İşin digər mübahisəsiz halı isə Cavabdeh2 tərəfindən "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 092 nömrəli kredit müqaviləsi üzrə verilmiş kredit vəsaiti hesabına Cavabdeh1 QSC ilə arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında 2019-cu ildə mübahisə obyekti olan mənzil ilə eyni binada yerləşən mənzil satın alınmışdır. Həmin mənzilin kredit ödənişi ödənilib qurtarmamışdır.

90. Hazırki mülki iş üzrə mübahisə obyekti olan mənzilin 16 aylıq kredit ödənişinin iddiaçı tərəfindən ödənilməsi, evin satın alınması üçün ilkin olaraq ödənilməli olan vəsaitin çatışmayan hissəsinin tamamlanması üçün şahid X16 250 manat və 7500 ABŞ dolları məbləğində vəsaitin borc olaraq alınması işin mübahisəsiz halı, həmin 16 aylıq kredit ödənişinin iddiaçı tərəfindən ödənilməsinin əsası, X16 borcun kim tərəfindən, kimin mənafeyi üçün götürülməsi, evin satın alınması üçün çəkilən xərclərin (64500 manat, 808 manat, 4559 manat, 800 manat maklerə ödənilən vəsait) iddiaçı və ya cavabdeh tərəfindən ödənilməsi isə işin mübahisəli hallarıdır.

91. İddiaçı tərəf bildirir ki, həmin mənzil onun tərəfindən satın alınmış və mənzilin satın alınması üçün ödənişlər onun tərəfindən həyata keçirilmişdir.

92. Cavabdeh tərəf isə bildirir ki, həmin mənzil onun tərəfindən satın alınmış və ödənişlər onun tərəfindən həyata keçirilmiş, mənzil iddiaçıya kirayəyə verilmişdir.

93. Cavabdeh2 işin faktiki halları qismində bildirmişdir ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzili keçmiş əri ilə birgə nikahı dövründə əldə edilmiş əmlakın əvəzi olaraq qaynanası tərəfindən verilmiş 37800 manat məbləğində vəsait, keçmiş əri tərəfindən 2022-ci ilin iyun ayında kredit götürülüb verdiyi 5000 manat məbləğində vəsait, özündə olan təxminən 4800-5000 ABŞ dolları məbləğində vəsait, o cümlədən atasından borc olaraq aldığı 4500 manat vəsait hesabına satın almışdır.

94. Həmin mənzili satın almasının səbəbi olaraq isə bildirmişdir ki, öz evi kiçik ölçülü olduğundan, oğlu üçün daha geniş ev almaq olmuşdur. Həmin evin iddiaçı tərəfindən evin satılması dövründə alınması isə onunla bağlı olmuşdur ki, onsuzda onun tərəfindən ev axtarılırdı və iddiaçı tərəfindən ev satıldıqdan sonra onların qalmağa yerləri yox idi, keçmiş əri Binədəki evdə olduğundan orada gedə bilmirdilər. Bu səbəbdən evi alıb həmin mənzildə kirayədə qalmalarını təklif etmişdir.

95. İlk növbədə qeyd edək ki, Cavabdeh2 tərəfindən qeyd edilən vəsaitlərin mövcudluğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

96. Digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə keçmiş əri X24 arasında olan nikaha 2019-cu il tarixdə xitam verilmişdir. Yəni belə olan halda birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzinin iddiaçı tərəfindən evin satılması ilə eyni vaxtda ödənilməsi məhkəmədə sual yaradır.

97. Həmçinin cavabdeh bildirir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri təxmini 80000 manat məbləğində olduğundan qaynanası tərəfindən ödənilmiş vəsaitin tamamlanması üçün keçmiş əri tərəfindən kredit götürülərək ona 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Bunu təsdiq etmək üçün kredit müqaviləsi təqdim edilmişdir. Belə olan halda sual yaradan məqam odur ki, həmin kredit cavabdehin keçmiş əri tərəfindən iyun ayında götürülmüş, mübahisə obyekti olan mənzil isə noyabr ayında satın alınmışdır.

98. Həmçinin vəsaitin tamamlanması üçün atasından borc aldığını bildirsə də, qeyd edilən hal öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin atası X38 məhkəmə iclasında şahid qismində dindirilən zaman məhkəməyə qeyd edilən hal ilə bağlı hər hansı bir məlumat verməmişdir. Əksinə izahatında bildirmişdir ki, mübahisə obyekti olan mənzil İddiaçı tərəfindən alınmışdır. Nəzərə alınmalı məqam odur ki, cavabdehin atası X38 iddiaçı tərəfindən məhkəməyə şahid qismində təqdim edilmiş, cavabdeh tərəf isə şahidlə aralarında münaqişəli vəziyyət olduğunu, yəni qərəzli olaraq qızı və nəvəsinin əleyhinə ifadə verəcəyi bir vəziyyət olduğunu bildirməmişlər.

99. Cavabdeh atası tərəfindən verilən izahata münasibətdə qeyd etmişdir ki, atasına onlar mənzilin İddiaçı tərəfindən satın alınması barədə məlumat verdiyindən atasının həmin mənzilin onun tərəfindən satın alınması barədə məlumatı olmamış, bu səbəbdən həmin məzmunda izahat vermişdir. Belə olan halda X19 mənzilin kimin tərəfindən satın alınması barədə məlumatı olmadığını hesab etsək, onda ona evin satın alınması üçün çəkilən vəsaitə dair verilən suallara cavabda bildirərdi ki, onun tərəfindən də pul verilmişdir. Əksinə o, izahatında bildirmişdir ki, evin ödənişi olaraq o şəxsən 70000 manatdan çox pul sayıb vermişdir. Həmin vəsait iddiaçı tərəfindən evin satılması nəticəsində əldə edilmiş vəsait, həmçinin iddiaçı tərəfindən dostlarından alınan borc vəsaiti hesabına ödənilmişdir. Hətta bildirmişdir ki, iddiaçı tərəfindən ev satın alınan zaman Cavabdeh2 pul götürülməmişdir.

100. Qeyd etdiyimiz kimi cavabdeh bildirmişdir ki, mübahisə obyekti olan evi daha geniş şəraitli evə ehtiyac olduğu üçün almışdır. Belə olan halda, yəni daha geniş evə ehtiyac olduğu halda məhkəmədə nə üçün daha geniş ev yox ikinci ev alındığı, həmin evdə isə özləri yaşamayaraq iddiaçıya kirayəyə verildiyinə dair sual yaranmış və suala isə cavabdeh ziddiyyətli cavab verərək bildirmişdir ki, evlərin dəyərinin artacağını bildirdiklərindən yatırım məqsədilə ikinci ev alınmışdır. Həmçinin əlində olan pulun (hansıki keçmiş əri tərəfindən verilmişdir deyilən) keçmiş əri tərəfindən istənilə biləcəyindən ehtiyat etdiyindən tez ev aldığını bildirmişdir.

101. İddiaçı bildirir ki, o, yeni işə başladığı üçün onun adına ipoteka krediti verilməsi mümkün olmadığından o mənzili qaynanası Cavabdeh2 adına almışdır.

102. Qeyd edək ki, cavabdehin işə yeni başlaması ilə bağlı izahatı cavabdeh tərəf tərəfindən mübahisələndirilməmiş, X11 izahatı ilə də öz təsdiqini tapmışdır. Cavabdehin vəkil-nümayəndəsi qeyd edilən izahata münasibətdə etirazı o olmuşdur ki, ipoteka krediti götürülən zaman iddiaçının keçmiş arvadı kifayət qədər əmək haqqı aldığından onun mənzili keçmiş arvadının adına alması mümkün olmuşdur.

103. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında məhkəmə tərəfindən ona ünvanlanmış “Sizə ev almaq, həmin məbləği kirayə haqqı olaraq ödəməkdən daha sərfəli idi” sualına cavabda bildirmişdir ki, “iddiaçı bildirdi ki, əlimizdə pul yoxdur, borclarımın yarısını ödəyəcəm, sənin istədiyin evi almaq üçün maşınımı satmalıyam ki, ilkin ödənişi verim. Halhazırda isə işə təzə düzəldiyim üçün buna maddi imkanım əl vermir. Mənə də 500 manatla ipoteka vermədikləri üçün, biz daxili ipoteka istəyirdik bizə ipoteka vermədikləri üçün...”

104. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatından aydın olur ki, onlar ipoteka krediti götürmək istəmişlər, lakin onun əmək haqqısı az olduğundan, onlara ipoteka krediti vermədiklərindən ipoteka krediti ilə mənzil ala bilməmişlər. Həmçinin müəyyən olunur ki, iddiaçı təzə işə başlamışdır və X11 əmək haqqısı 500 manat təşkil etmişdir.

105. Cavabdehin vəkil-nümayəndəsinin iddia tələbinə etirazın dəlilləri qismində məhkəməyə bildirdiyi məqamlardan biri ondan ibarət olmuşdur ki, iddiaçıya kredit verilməsinin mümkünsüzlüyü onun alqı-satqı müqaviləsinin bağlanılmasında iştirakına maneə olan hal olmaması olmuşdur. Qeyd edilən hal ilə bağlı Cavabdeh1 QSC-nin nümayəndəsi bildirmişdir ki, mümkün ola bilməz ki, onlar tərəfindən alqı-satqı bir şəxs ilə bağlansın, ipoteka krediti başqasına verilsin. Bildirmişdir ki, ilk öncə onlar tərəfindən bankla öncədən əldə edilmiş razılaşmaya uyğun olaraq rəsmiləşmə aparılır, daha sonra alıcı banka gedib ipoteka müqaviləsini rəsmiləşdirir.

106. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Xırdalanda yerləşən mənzil satıldıqdan sonra iddiaçı ailəsi ilə birlikdə qaynanası Cavabdeh2 mübahisə obyekti olan mənzil ilə bir binada yerləşən mənzilində yaşamağa başlamış və ev axtarmağa başlamışlar.

107. Məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında “whastapp” mobil tətbiqində aparılan yazışmalardan aydın olur ki, iddiaçı ilə cavabdeh iddiaçıya ev axtarmağa başlamışlar. Cavabdeh tərəfindən iddiaçıya Bakı şəhərində yerləşən mənzillərə dair fotoşəkil, elanlar göndərilmişdir. Qeyd edilən yazışma ilə bağlı cavabdeh bildirmişdir ki, həmin vaxt iddiaçı evi satdığı üçün göndərirdim ki, “bəlkə tərpənib özünə ev alar”. Belə olan halda sual yaranır ki, nə üçün mübahisə obyekti olan evin alınması ilə eyni vaxtda (2022-ci ilin oktyabr ayında) aparılan yazışmalarda cavabdeh tərəfindən özünə də ev axtarması ilə bağlı hər hansı bir mətn yoxdur.

108. Müəyyən edilmiş digər hal isə ondan ibarətdir ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzil ilə bağlı satıcı X17 atası X14 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlanılmışdır. Beh müqaviləsindən görünür ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, 30 №-li, 2 otaqlı mənzilin 64500 manata alqı-satqısına dair razılıq əldə edilmiş və 600 ABŞ dolları məbləğində beh verilmişdir.

109. Beh müqaviləsinin iddiaçı tərəfindən bağlanılmasına münasibətdə cavabdeh bildirmişdir ki, “keçmiş ərinə etibar etmədiyindən və atası ipoteka işlərindən başı çıxmadığından Elgizə etibar etmişdir”. Halbuki işin müəyyən edilmiş halı odur ki, evin satın alınması zamanı danışıqlar cavabdehin atası və iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X38 tərəfindən aparılmışdır.

110. Şahid qismində məhkəmə iclasında dindirilmiş X14 izahatında bildirmişdir ki, evə ilk öncə Elgiz ilə makler gəlib baxmış və aralarında məbləğ ilə bağlı danışıq olmuş, Elgiz məbləği tamamlayıb gələcəyini bildirmiş, o, isə beh verilməli olduğunu bildirmişdir. Aralarında beh müqaviləsi bağlanılmışdır. İlk öncə evin dəyəri olaraq 65000 manat tələb etmiş, daha sonra isə 500 manat endirmişdir. Elgiz həmin mənzili özü üçün aldığını bildirmişdir. Alqı-satqı zamanı ağsaqqal kişi və xanımlardan biri iştirak etmiş və evin dəyəri ona ödənilmişdir.

111. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 izahatında bildirmişdir ki, evin satın alınması zamanı danışıqlarda iştirak etmişdir. Belə ki, ona bildirmişlər ki, evin sahibi sərt adamdır, danışmaq lazımdır, o evin sahibi ilə danışıq aparmış və evin qiymətində endirim edilmişdir. Alqı-satqı müqaviləsinin bağlanılması zamanı Elgiz ondan işdə olduğu üçün gəlib pulları onun sayıb verməsini xahiş etmişdir.

112. İddiaçı ilə cavabdeh arasında mübahisə obyekti olan evin alınmasınadək “whatsapp” mobil tətbiqində aparılan danışıqlardan görünür ki, tərəflər arasında aşağıdakı məzmunlu danışıqlar aparılmışdır: xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehə “ilkin ödəniş düzəlmir, maşın gələn həftə çıxsın satacam” mətnini göndərmişdir. Həmçinin xx.xx.2022-ci il tarixində evə alınmalı olan məişət əşyalarına dair danışıqlar, “uşaqların otağını sonrada düzəltmək olar” mətnli yazışmalar, o cümlədən İlqar tərəfindən 7500 ABŞ dolları və 250 manat göndərilməsi ilə bağlı danışıqlar aparılmışdır. Qeyd edilən yazışmalardan aydın olur ki, evin satın alınması üçün lazım olan ilkin ödəniş iddiaçı tərəfindən tamamlanmağa çalışılmış, həmçinin evdə iddiaçı öz ailəsi üçün şərait yaratmağa çalışmışdır.

113. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixindən əvvəl aparılmış danışıqlarda iddiaçı tərəfindən cavabdehə “qaqaş yığmışdı məni evin yiyəsi, deyir biz səhər kristalda imtina edəcəyik, bizim pulu verəcəksiniz, sonra onlar sizin sənədi göndərəcək banka senedleşecek sizin ada, 50480 AZN + (13000 AZN İlqar göndərəcək), 800 AZN malker, 1000 AZN kristal əlavə xərclər” məzmunlu mətn göndərilmişdir. Daha sonra aparılmış danışıqlardan da görünür ki, İlqar tərəfindən 7500 ABŞ dolları və 250 manat göndərilməsi ilə bağlı danışıq aparılmışdır. Pulun göndərilməsi ilə bağlı aparılan danışıqlarda görünür ki, iddiaçı “hə azdı” mətnini göndərmişdir.

114. Qeyd edilən yazışmaları iş üzrə tərəflərin verdikləri izahatlar və şahid ifadələri ilə birlikdə tədqiq etdikdə aydın olur ki, evə dair müqavilə bağlanılmasından öncə 50480 manat məbləğində pul vəsaiti olmuş, Məmmədov İlqar tərəfindən 7500 ABŞ dolları və 250 manat məbləğində pul vəsaiti göndərilmiş, ilkin ödəniş çatmadığı üçün yenidən borc olaraq pul alınmışdır.

115. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X31 oğlu izahatında bildirmişdir ki, iddiaçı evi satdıqdan sonra 50000 manat məbləğində pul vəsaitini saxlamaq üçün ona vermişdir. Daha sonra Qarayevdə yerləşən mənzili alan zaman ilkin ödəniş üçün vəsait çatmadığından iddiaçı ondan borc olaraq pul vəsaiti istəmiş, onda 13000 manat olduğundan o, daha artıq məbləği verə bilməmiş, 7500 ABŞ dolları və 250 manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. İddiaçı çatışmayan məbləği isə dostundan almışdır.

116. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 izahatında bildirmişdir ki, iddiaçı ondan 2022-ci ildə 7000 manat məbləğində pul vəsaitini borc olaraq istəmiş və onun tərəfindən həmin vəsait iddiaçıya borc olaraq verilmişdir. Həmçinin qeyd etmişdir ki, onlar arasında tez-tez borc alınması ilə bağlı münasibət olmuşdur.

117. X19 izahatında bildirmişdir ki, iddiaçı evi satdıqdan sonra pulu çatmadığından 50000 manatdan qalan hissəni dostlarından tapmışdır. Hətta bir gün də ona görə alqısatqı yubandı, bir gün gözlədik dostlarından pul tapdı.

118. X6 izahatında bildirmişdir ki, ev satın alınan zaman iddiaçı Elvindən 7000 manat, İlqardan 13000 manat (7500 ABŞ + 250 manat) pul vəsaitini borc olaraq almışdır.

119. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçı tez-tez dostlarından borc almışdır. O, bildirmişdir ki, iddiaçının Elvin və digər dostlarından borc alması ilə bağlı klassik olaraq xəbəri olmuşdur, amma maraqlanmamışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçının Fərid ilə dostluq münasibətləri Fəridin nikahı pozulanadək ailəvi olmuşdur.

120. Qeyd edilən izahatlar işin bütün müəyyən edilmiş faktiki halları ilə birlikdə qiymətləndirildikdə onu deməyə əsas verir ki, evin satın alınması zaman iddiaçı tərəfindən dostlarından borc olaraq pul vəsaiti alınması ilə bağlı verilən şahid ifadələri mötəbər sübut olaraq qiymətləndirilməlidir.

121. Həmçinin nəzərə alınmalıdır ki, evin satın alınması zamanı ilkin ödəniş də daxil olmaqla ödənilən vəsaitin 70000 manatdan çox olması işin mübasisəsiz halı olsa da, cavabdeh tərəfindən həmin məbləğin onun tərəfindən ödənilməsini təsdiq etmək üçün, ümumiyyətlə cavabdehdə həmin məbləğin mövcudluğunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edilməmiş, iddiaçı tərəfindən isə qeyd edilən halları təsdiq edəcək və məhkəmədə həmin evin satın alınması zamanı ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsinə dair daxili inamı formalaşdıracaq kifayət qədər sübutlar təqdim edilmişdir. Həmin sübutlar işin bütün faktiki halları ilə birlikdə qiymətləndirilərək evin satın alınması ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən çəkilməsi nəticəsinə gəlinmişdir.

122. Məmmədov İlqardan borc olaraq götürülmüş vəsaitə dair cavabdeh tərəfindən verilən izahat (həmin borc məbləğini onun alması) işin faktiki halları barədə verilən digər izahatlarda olduğu kimi öz təsdiqini tapmamış, həmin borc məbləği ilə bağlı bir-birinə zidd izahat vermiş, məhkəmə tərəfindən səmimi verilən izahat olaraq qiymətləndirilməmişdir.

123. Belə ki, cavabdeh həmin məbləğ ilə bağlı bildirmişdir ki, evi satın alınması zamanı pulu çatmadığı üçün və Elgizdə evi satdığı üçün ondan pul istəmişdir. Həmin vəsaiti borc olaraq istəməmişdir. İddiaçının həmin vəsaiti kimdən borc aldığını bilməmişdir. Daha sonra isə bildirmişdir ki, həmin vəsaiti iddiaçı ondan geri tələb etməmişdir. Həmin vəsaiti o, cehizlərin puluna hesablamışdır.

124. Belə olan halda sual yaranır həmin evin satın alınması zamanı tərəflər arasında mübahisəli bir vəziyyət olmadığı halda nə üçün cavabdeh qızının ailəsindən 13 000 manat pul vəsaiti alıb, həmin pul vəsaitini evin satılması zamanı satılan cehizlərin puluna hesablayıb və alınmasında 13000 manat pul vəsaiti vermiş iddiaçıya həmin mənzili 860 manata kirayəyə verib. Halbuki cavabdeh iddiaçı ilə aralarında olan ev elanları ilə bağlı danışıqlara münasibətdə bildirmişdir ki, göndərirdi ki, bəlkə iddiaçı tərpənib ev alar. Yəni görünür ki, çalışmışdır ki, qızının evi olsun. Bu izahatı isə onun əksini göstərir.

125. Həmçinin həmin pul vəsaitinin İlqar tərəfindən göndərilməsinə münasibətdə isə bildirmişdir ki, “Elgiz deyirdi ki, evi satıb pulunu bibim oğluna vermişəm. Mən də düşündüm ki, evin alqı-satqısından qalan puldur”. Bu izahat həm də onu göstərir ki, iddiaçı tərəfindən evin alqı-satqısı zamanı əldə edilən pul vəsaitini saxlamaq üçün bibisioğlu İlqara verilməsi ilə bağlı verilən izahat hazırki mülki iş üzrə düşünülmüş izahat deyil, işin həqiqi halıdır.

126. O da nəzərə alınmalıdır ki, həmin vəsait iddiaçı tərəfindən cavabdehə verilmiş olsa idi, tərəflər arasında münasibətlər pozulduqdan sonra aparılan danışıqlara dair təqdim edilmiş yazışmalarda həmin pul vəsait də müzakirə edilərdi.

127. Tərəflər arasında münasibətlər pozulduqdan sonra aparılan danışıqlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya “evin qiymətini de mən uşaqlara alıram”, “yazıqlar divanda yatmaqdan beziblər” “mən də ona görə evi onlara (burada onlar iddiaçının uşaqları) alıram ki yollarda qalmasınlar”, “Elgiz mən uşaqları da götürüb gedib bir daxma tapıb başımı soxacam. Evi də keçirdəcəm Arzunun adına mənim də üstümdən o boyda yük qalxsın çünki mən bu ipotekaya görə heç yerdən kredit götürə bilmirəm. Sən də uje gedib Arzu ilə razbirat edərsən”, “mən maklerdən soruşdum keçən dəfə öz evimi də sizində, 165 dedi, mənimkini 130” vəs. məzmunlu mətnlər göndərilmişdir.

128. İlk növbədə qeyd edək ki, cavabdeh qeyd edilən yazışmalara münasibətdə ağlabatan izahat verməmişdir. O, bildirmişdir ki, “pulu hesabla de” dedikdə aylıq ödənişləri hesablamasını nəzərdə tutmuşdur. Nə üçün kirayəyə verdiyi evin aylıq kirayə haqqlarını iddiaçıya geri qaytarmaq istəməsinə münasibətdə “halallıq üçün” etdiyini bildirmişdir. Nə üçün halallıq üçün vermək istədiyinə münasibətdə isə bildirmişdir ki, “gözü qalmasın, evi yoxdu çöldə qalmasın deyə dedim kömək edim” .

129. Həmçinin cavabdeh tərəfindən iddiaçıya “Sizin evinizə görə məndən pul çıxılır” məzmununda səs göndərilmişdir. Həmin səs yazısına münasibətdə cavabdeh “sizin ev” dedikdə, onların yaşadığı evi nəzərdə tutub yazdığını bildirmişdir.

130. Həmçinin məhkəmənin diqqət etdiyi məqamlardan biri o, olmuşdur ki, cavabdeh “ev sizindir, üzərinizdən hansı yük qalxır” sualına cavab verən zaman “Yüx qalxır, az pul deyil, öz evimdə var axı” izahatını vermişdir. Yəni artıq cavabdeh sərbəst, öncədən hazırlanmamış izahat verən zaman izahatında öz evi ilə, iddiaçının evini fəqləndirmişdir.

131. Həmçinin digər məqamı da məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında iddiaçıdan ayrıldıqdan sonra evin aylıq ipoteka ödənişlərinin onun tərəfindən ödənildiyini və həmin ödənişləri kirayə haqqı olaraq ödəmədiyini bildirmişdir. Həmçinin “nə üçün cavabdehin iddiaçıya “evin qiymətini de uşaqlar üçün alıram” məzmunlu mətn göndərməsinə münasibətdə o, bildirmişdir ki, “ata uşaqlara görə ev üçün halallıq vermədiyi üçün anam qarşı tərəfdən halallıq istəyib”. Bu izahat onu göstərir ki, iddiaçıdan uşaqlara görə ev tələbi olmaması gözlənilmişdir.

132. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, mübahisə obyekti olan ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı mənzilin satın alınması üçün bütün xərclər iddiaçı tərəfindən ödənilmişdir. Həmin mənzil İddiaçı tərəfindən Cavabdeh2 adına alınmışdır.

133. İşin müəyyən edilmiş halları önu deməyə əsas verir ki, tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmamışdır.

134. Belə ki, ağlabatan deyildir ki, iddiaçı tərəfindən tək yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçədə inşa edilmiş bina 2, 27 saylı mənzili satıb, həmin satışdan əldə edilmiş vəsaitin üzərini borc olaraq götürdüyü pul vəsaiti ilə tamamladığı mənzili qaynanası olan cavabdehə hədiyyə olaraq alsın.

135. Məhkəmə qeyd edir ki, işin bütün müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır.

136. Tapşırığın məzmunu ondan ibarət olmuşdur ki, “mənə ipoteka krediti verilmədiyi üçün ipoteka krediti ilə daşınmaz əmlakı öz adına al, həmin əmlakın ipoteka kreditinin ödənişləri qurtardıqdan sonra evi mənim adıma rəsmiləşdir”.

137. Mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Lakin hazırki mülki iş üzrə tərəflər arasında etibarlıq müqavilə münasibətləri yaranmadığı üçün tapşrıq müqaviləsinə dair mülki qanunvericiliklə müəyən edilmiş qaydaların hazırki mülki işə tətbiqi mümkün deyildir.

138. Belə ki, qeyd etdiyimiz kimi mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələr yazılı formada bağlanılmalı və notarial qaydada təsdiq edilməlidir. Hazırkı mülki iş üzrə isə tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilməmişdir.

139. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə üzrə forma tələblərinə riayət edilmədiyindən etibarsız əqddir.

140. Belə olan halda Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti Cavabdeh2 tərəfindən İddiaçı geri qaytarılmalıdır.

141. İddiaçı tərəfindən ödənilmiş pul vəsaiti dedikdə isə işin mübahisəsiz halıdır ki, ünvan 1 ünvanında inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən 30 saylı mənzilin ilkin alış qiyməti olaraq əvvəlki mülkiyyətçiyə 64500 manat, kreditin ilkin ödənişi olaraq 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq 808.7 manat (iddiaçı tərəfindən 808 manat tələb irəli sürülməsi nəzərə alınmaqla), o cümlədən vasitəçiyə 700 manat, həmçinin mənzilin 16 aylıq ipoteka ödənişi olaraq 13376 manat məbləğində pul vəsaiti ödənilmişdir.

142. Qeyd etdiyimiz kimi işin müəyyən edilmiş halıdır ki, mənzilin alqı-satqısı zamanı 70000 manatdan çox pul vəsaiti xərclənmişdir. Qeyd edilən hal həm X19nun izahatı, həmçinin cavabdehin öz izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh izahatında bildirmişdir ki, ofisdə ödəniş həyata keçirilən zaman danışıqları, ödənişləri atası həyata keçirmişdir.

143. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat məbləğində pul vəsaiti, kreditin ilkin ödənişi olaraq 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq 808 manat (iddiaçı 808 manat tələb etdiyi üçün), o cümlədən vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişləri qismində 13376 manat məbləğində vəsait Cavabdeh2 iddiaçının xeyrində tutulmalıdır.

144. Məhkəmə qeyd edir ki, vasiitəçiyə pul vəsaiti ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmçinin tərəflər arasında aparılmış yazışmalardan da aydın olur ki, vasitəçinin ödənişi nəzərdə tutulmuşdur. Cavabdeh də izahatında bildirmişdir ki,, vasitəçi ofis ilə əlaqədar olmuş və həmin xərclər ofisə ödənilmişdir.

145. Məhkəmə vasitəçiyə ödənilmiş pul vəsaiti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən 800 manat tələb irəli sürülsə də, iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, daha sonra vasitəçi tərəfindən endirim edildiyi çün 700 manat ödəniş edilmişdir. Odur ki, vasitəçiyə ödənilmiş vəsaitə görə 700 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

146. Məhkəmə iddiaçının çəkdiyi bütün xərclərin ona ödənilməli olması ilə bağlı qərarını onunla izah edir ki, ilk növbədə cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaiti mübahisə obyekti olan mənzilin satın alınması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərdir.

147. Nəzərə alınmalıdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçədə inşa edilmiş bina 2, 27 saylı mənzili ipoteka krediti ilə almış, həmin mənzilin ipoteka kreditinin bitməsinə az məbləğ qalmış həmin evi sataraq həmin evin satışından əldə edilən vəsaitin üzərini borc olaraq aldığı pul vəsaiti ilə tamamlayaraq yenidən ipoteka krediti ilə 2035-ci ilədək aylıq ödəniş edilməsi şərti ilə mənzil almışdır. İş üzrə məhkəmə iclası zamanı tərəflərin izahatı, o cümlədən yazışmalara əsasən müəyyən edilir ki, əvvəlki mənzilin satılaraq, yeni mənzil alınmasında məqsəd X11, uşaqların Cavabdeh2 daha yaxın məsafədə yaşaması olmuşdur. Həmçinin müəyyən edilir ki, yeni evin satın alınması zamanı iddiaçı tərəfindən borc olaraq alınmış pul vəsaiti qaytarılmamış (əksi müəyyən edilməyib), həmçinin X22 tərəfindən iddiaçıya qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddia tələbi irəli sürülmüşdür.

148. Məhkəmə qeyd edir ki, məhkəmə qərar qəbul edərəkən qəbul etdiyi qərar qanuni olmaqla yanaşı ilk növbədə ədalətli olmalıdır. Hazırki mülki iş üzrə isə işin müəyyən edilmiş faktiki hallarnı nəzərə almaqla məhkəmə mübahisə obyekti olan mənzilin satın alınması zamanı çəkilmiş bütün xərclərin iddiaçının xeyrinə cavabdehdən tutulması ilə iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqularının (evin iddiaçı tərəfindən alınmasını inkar etməsi) ədalətli bərpası olacağı qənaətinə gəlir.

149. Məhkəmə qeyd edir ki, İddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 arasında “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü”nə dair məhkəmə mübahisəsi olduğundan və hazırki mülki iş üzrə X22 tərəfindən tələb irəli sürülmədiyindən hazırki mülki iş üzrə cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaiti üzrə iddiaçıya aid olan hissəyə məhkəmə tərəfindən qiymət verilməmişdir.

İddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsi ilə bağlı:

150. İddiaçı iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsini mənzilin alınması üçün onun tərəfindən ödənilmiş vəsaitin mənzilin dəyərinin 55.76%-ni təşkil etməsi və mənzilin dəyərinin 15% artaraq 173.338 manat olması nəzərə alınaraq itirilən məbləğin 55.76%-nin 13.155 manat təşkil etməsi ilə əsaslandırmışdır.

151. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi sübuta yetirilə bilmədiyindən təmin edilə bilməz.

İddia tələbinin “əmlakın qaytarılması, mümkün olmadığı halda dəyərinin ödənilməsi” hissəsi:

152. İddiaçı iddia tələbinin “əmlakın qaytarılması, olmadığı halda dəyərinin tutulması” hissəsini həmin əşyaların ona məxsus olması, mənzildə qalması ilə əsaslandırmışdır.

153. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi eyforiya yataq dəsti, soba, aspirator, televizor, paltaryuyan, soyuducu, divan-kreslo dəsti, qaz peçinin mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən bina 5, blok 1, 30 nömrəli mənzildə olması işin mübahisəsiz halı, iddia tələbinin 2000 manat məbləğində üzüyə dair hissəsi isə işin mübahisəli halıdır.

154. Belə ki, qeyd edilən məişət əşyalarının ünvan 1 ünvanında yerləşən bina 5, blok 1, 30 nömrəli mənzildə olması Cavabdeh2 vəkil-nümayəndəsinin izahatı, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatı ilə öz təsdiqini tapmışdır.

155. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab edir.

156. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

157. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

158. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli” qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

159. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi eyforiya yataq dəsti, soba, aspirator, televizor, paltaryuyan, soyuducu, divankreslo dəsti, qaz peçi İddiaçı ilə X11 birgə nikahı dövründə əldə edilmiş əmlaklardır.

160. Qeyd edilən hal cavabdeh tərəf tərəfindən mübahisələndirilməmiş, həmçinin həm məhkəmə iclasında tədqiq edilmiş iş materialları, həm də cavabdeh X13 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatları ilə öz təsdiqini tapmışdır.

161. Cavabdeh X26 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında aparılmış qeyd edilən əşyalara dair danışıqların əks olunduğu yazışmalar “onların (yəni iddiaçı və qızının) əşyaları” ilə bağlı aparılan danışıqlardır.

162. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçünçü şəxs X22 bildirmişdir ki, həmin əşyalar iddiaçı tərəfindən alınmışdır, həmin əşyalardan yataq dəstinin alınmasında o, şəxsən iştirak etmişdir. Məbləğləri ilə bağlı isə bəzilərinin məbləğinin iddia ərizəsində artıq göstərildiyini bildirmişdir.

163. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli məişət əşyaları birgə nikah dövründə əldə edilmiş əmlak olduqlarından İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

164. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

165. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

166. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

167. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

168. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

169. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

170. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır

171. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

172. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

173. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır: a. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı; b. Həmin əmlak cavabdehin sahibliyində olmalı; c. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

a) Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

174. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən tələb edilən eyforiya yataq dəsti, soba, aspirator, televizor, paltaryuyan, soyuducu, divan-kreslo dəsti, qaz peçinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır.

175. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

176. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən tələb edilən yuxarıda qeyd edilən əşyaların iddiaçı ilə X11 birgə nikah dövründə əldə etdikləri əmlak olması işin mübahisəsiz halı olduğundan həmin əşyalar ümumi mülkiyyət hüququ ilə İddiaçı və X18 məxsusdur.

b) Əmlakın cavabdehin sahibliyində olması:

177. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən eyforiya yataq dəsti, soba, aspirator, televizor, paltaryuyan, soyuducu, divan-kreslo dəsti, qaz peçi cavabdeh X3 deyildir.

178. Belə ki, işin faktiki halı odur ki, iddiaçı tərəfindən tələb edilən qeyd edilən məişət əşyaları ünvan 1 ünvanında yerləşən bina 5, blok 1, 30 nömrəli mənzildədir. Həmin mənzildə isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 yaşayır və tələb edilən əşyalar onun faktiki sahibliyindədir.

179. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə üst-üstə düşmədiyindən iddia tələbi hazırki hissədə təmin edilə bilməz.

180. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müəyyən edilmişdir ki, İddiaçı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair məhkəmə mübahisəsi mövcuddur.

181. Belə olan halda hazırki mübahisə obyekti olan məişət əşyalarına dair hissədə tərəflər arasında yaranmış mübahisə həmin məhkəmə icraatı zamanı öz həllini tapa bilər.

182. İddiaçı tərəfindən tələb edilən üzüyə münasibətdə isə məhkəmə qeyd edir ki, ilk növbədə hazırki hissədə iddiaçı tərəfindən həmin qızıl-zinət əşyasının mövcudluğu sübuta yetirilməli, daha sonra isə həmin qızıl-zinət əşyasının cavabdehin qanunsuz sahibliyində olub-olmaması istiqamətində araşdırma aparılmalıdır.

183. Hazırki halda isə iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

184. Halbuki Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

185. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 ilə məhkəmə iclasında (xx.xx.2025) qızıl-zinət əşyasının dəqiqləşdirilməsi zamanı bildirmişdir ki, o, həmin qızılzinət əşyasını görməmişdir.

186. Odur ki, iddiaçı X9 iddia tələbi qızl-zinət əşyasının Cavabdeh2 alınaraq ona verilməsi hissəsində təmin edilə bilməz.

Məhkəmə Xərcləri:

187. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

188. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 341.83 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə :

189. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat, kreditin ilkin ödənişi olaraq ödənilmiş 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq ödənilmiş 808 manat, vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişi olaraq ödənilmiş 13376 manat olmaqla, cəmi 83943 (səksən üç min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

190. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat, kreditin ilkin ödənişi olaraq ödənilmiş 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq ödənilmiş 808 manat, vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişi olaraq ödənilmiş 13376 manat olmaqla, cəmi 83943 (səksən üç min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 341.83 (üç yüz qırx bir manat səksən üç qəpik) məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar