Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-605/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil İsak oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı istifadə hüququna xitam veridməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil İsak oğlu iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh Nümayəndə Nilal qızı iddiaçının oğlu X2 ilə 15.09.2000-ci il tarixində rəsmi nikaha daxil olublar. Həmin nikahdan 24 avqust 2001-ci il tarixdə Hacızadə X6 və xx xxxxxxx 2003-cü il tarixdə Cavabdeh1 adlı uşaqları doğulub.Cavabdehlər 2001 və 2003-cü illərdə iddiaçının xüsusi mülkiyyətində olan mənzilinə qeyddiyyata düşüblər. Mənzil sovetlər dönəmində iş yerindən iddiaçıya verilib, 1997-ci ildə isə iddiaçı tərəfindən mənzilə dair ilkin qeydiyyat vəsiqəsi alınıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(007)-387/2021 saylı qətnaməsinə əsasən iddiaçının oğlu X2 ilə Nümayəndə arasında Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsində 15 sentyabr 2000-ci il tarixdə bağlanan və 746 nömrəsi ilə qeyd edilən nikah pozulub. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan anadan olan xx xxxxxxx 2003-cü il təvəllüdlü Cavabdeh1 anası Nümayəndə himayəsinə verilməsi qət edilib. Lakin tərəflərin münasibətləri məhkəməyə müraciət edilməsindən xeyli əvvəl pozulduğundan cavabdehlər hələ 2020-ci ilin 15 noyabr tarixində özlərinə məxsus əşyaları götürüb naməlum ünvana köçüblər. Bu barədə hal şahidləri olan qonşuların iştirakı ilə müvafiq akt tərtib olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehlər bir il iki aydır ki digər daimi yaşayış sahəsinə könüllü surətdə köçüblər. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzildən onların istifadə hüquqlarına xitam verilməlidir.Qeyd edilənlərə əsasən cavabdehlər Nümayəndə və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 Mir Elşən qızı və Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini-vəkilini dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı,0208602 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ 21.05.2011-ci il tarixdən qeydiyyatdan keçmişdir. Şəxsiyyət vəsiqəsinin portal məlumatlarından görünür ki, Hacıyeva (Quliyeva)Rəna Hilal qızı həmin mənzildə qeydiyyatdadır. Bakı Şəhəri Nizami Rayon məhkəmsəinin 2(007)-387/2021 saylı iş üzrə qəbul etdiyi 30.03.2021-ci il tarixli qətnamə ilə X2 ilə Hacıyeva (Quliyeva) Rəna Hilal qızı arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində 15 sentyabr 2000-ci il tarixdə bağlanmış və 746 saylı nikahın pozulması,nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxx 2003-ü il təvəllüdlü Cavabdeh1 anası Nümayəndəının himayəsində qalması və cavabdehdən iddiaçının xeyrinə aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 40 saylı mənzilində yaşayan Səfərova Gülnarə Alqaç qızı,30 saylı mənzilində yaşayan X4 və 20 saylı mənzilində yaşayan X1 tərəfindən tərtib olunaraq imzalanmış 05.01.2020-ci il tarixli aktın məzmunundan görünür ki, cavabdehlər 15.11.2020-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzilində yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzil İddiaçı mülkiyyətindədir. Onun mübahisəli mənzilə xüsusi mülkiyyət hüququ 21.05.2011-ci il tarixdən qeydiyyatdan keçmişdir. Cavabdehlərdən Nümayəndə iddiaçının keçmiş gəlini, Cavabdeh1 Mir Elşən qızı isə nəvəsidir. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Cavabdehlərlə mülkiyyətçi arasında mənzildən istifadə ilə əlaqədar notarial qaydada bağlanmış yazılı razılaşma mövcud deyil. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 Mir Elşən qızının və Nümayəndə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Nümayəndə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-605/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-605/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver