Məhkəmə qərarları › İş №e-2(007)-617/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-617/2025

11.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-617/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmlak, vəsiyyətnamə, pul, yaşayış sahəsi və s.) X38 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bərpa edilərək qaytarılması və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bərpa edilərək qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “B” tikilisinə aid 17.2 kv.metr yaşayış sahəsinin (otağın) bərpa edilərək cavabdeh tərəfindən ona qaytarılmasına və yə 17.2 kv.metr yaşayış sahəsinin bazar qiyməti ilə dəyərinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar:. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1985-ci il 29 yanvar tarixli, 2-944 №-li Şaumyan rayon xalq məhkəməsi tərəfindən verilmiş icra vərəqinə əsasən dayısı X21 ünvan 2 ünvanda "B" tikilisinə sahəsi 17.2 kv.m olan bir otaq və 12 kv.m. sahəsi olan mətbəx, "D" tikilisində 21.9 və 12.3 kv.m. sahəsi olan iki otaq ayrılmışdır. Dayısı Mirzə X13 Sabah Həmid qızı ilə nikahda olmuş, övladları olmamışdır. Dayısı dünyasını dəyişdikdən sonra X18 yuxarıda qeyd olunan daşınmaz əmlakla bağlı yeganə vərəsə olmuşdur. 14 iyul 1990-cı il tarixdə X17 Bakı şəhəri 15 saylı notarial kontorda tədiq edilməklə Keşlə qəsəbəsi Əhmədlinskaya (hazırda Rafiq Ağayev) küçəsi 21 saylı ünvanda yerləşən ona məxsus evini ona vəsiyyət edilməsinə dair vəsiyyətnamə vermişdir. X30 04 dekabr 2013cü ildə dünyasını dəyişmişdir. Vəsiyyət üzrə yeganə vərəsə olaraq, həmin ünvanda yaşadığından X11 (vaxtı ilə dayısı X21) məxsus yaşayış sahəsinə faktiki sahiblik etməyə başlayaraq mirası qəbul etmişdir. 2009-cu il tarixdən yaşadığı Keşlə qəsəbəsi, Rafiq Ağayev küçəsi 21 ünvanda "A" tikilisində ev almış Cavabdeh adlı vətəndaş onlara məxsus vərəsəlik üzrə ona vəsiyyət edilmiş "B" tikilisində yerləşən 17.2 kv.m sahəni özbaşına olaraq zəbt edərək mənimsəmiş və özünə məxsus "A" tikilisinə birləşdirilmişdir. Bu barədə hələ dayısının həyat yoldaşı hazırda mərhum X14 tərəfindən Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciət edilmişdir. O cümlədən bacısı Nümayəndə Həmid qızı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə müvafiq şikayətlər olmuşdur. Həmçinin mərhum X17 tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə də müvafiq müraciətlər olmuşdur. Beləliklə Cavabdeh vərəsəlik üzrə ona miras qalmış daşınımaz əmlakdan məhrum olmağına səbəb olmuşdur. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ seriyalı, 657329 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17, 04 dekabr 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X6 vərəsəsi X3r. Miras əmlak Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş 201 nömrəli reyestr kitabının11109 səhifəsində yazılmış 30/782 qeydiyyat nömrəli xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsinə və 11/3677 nömrəli xx.xx.2010-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əhmədli küçəsi ünvanında yerləşən ümumi sahəsi 837 kv/m olan mənzildən (Şəxsi Evdən) ibarətdir. Daşınmaz əmlakın dövlət reyestrindən MA Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 122 kv.m olan ünvan 3 ünvanında yerləşən əmlakdan B tikilisindən 1 otaq 45.2 kv.m. yaşayış sahəsi, V tikilisi 2 otaq 27.1 kv.m. yaşayış sahəsi, Q tikilisi 2 otaq 18.5 kv.m. yaşayış sahəsi, D tikilisi 2 otaq 31.2 kv.m. yaşayış sahəsi xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, X8 ünvan 4 ünvanında yerləşən onun mülkiyyətində olan B tikilisi 2 otaq (45.2 kv/m), V tikilisi 2 otaq (27.1 kv/m), Q tikilisi 2 otaq (18.5 kv/m), D tikilisi 2 otaq (31.2 kv/m) hissəsini Nümayəndə bağışlamışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X19, ünvan 4 ünvanında yerləşən mənzilin 2 otaq ümumi sahəsi 29.2 kv.m. hissəsini alıcı X20 17000 manat dəyərinə satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 508.0 kv.m olan ünvan 4 ünvanında yerləşən əmlakdan B tikilisindən 1 otaq 28 kv.m. yaşayış sahəsi, V tikilisi 2 otaq 27.1 kv.m. yaşayış sahəsi, Q tikilisi 2 otaq 18.5 kv.m. yaşayış sahəsi, D tikilisi 2 otaq 31.2 kv.m. yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququ üzrə Nümayəndə adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 508.0 kv.m olan ünvan 5 ünvanında yerləşən əmlakdan B tikilisi 2 otaq 29.2 kv.m. yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə X25 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 508.0 kv.m olan ünvan 3 ünvanında yerləşən əmlakdan B tikilisindən 1 otaq 28 kv.m. yaşayış sahəsi, V tikilisi 2 otaq 27.1 kv.m. yaşayış sahəsi, Q tikilisi 2 otaq 18.5 kv.m. yaşayış sahəsi, D tikilisi 2 otaq 31.2 kv.m. yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə Nümayəndə adına qeydiyyata alınmışdır. - AN-İ seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Nümayəndə, ünvan 3 ünvanında yerləşən mənzilin 2 otaq 31.2 kv.m. hissəsini alıcı X2 26000 manat dəyərinə satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 508.0 kv.m olan ünvan 3 ünvanında yerləşən əmlakdan B tikilisindən 1 otaq 28 kv.m. yaşayış sahəsi, V tikilisi 2 otaq 27.1 kv.m. yaşayış sahəsi, Q tikilisi 2 otaq 18.5 kv.m. yaşayış sahəsi, xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə Nümayəndə adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 502.6 kv.m olan ünvan 3 ünvanında yerləşən əmlakdan D tikilisi 2 otaq 31.2 kv.m. yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X25, ünvan 3 ünvanında yerləşən mənzilin 2 otaq ümumi sahəsi 29.2 kv.m. hissəsini alıcı X5 15000 manat dəyərinə satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 502.6 kv.m olan ünvan 3 ünvanında yerləşən əmlakdan B tikilisi 2 otaq 29.2 kv.m. yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. Nizami Rayon Məhkəməsinin 2(007)-1760/2008 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, Əhmədli küçəsi, 21 nömrəli evin 2/7 hissəsinə X22 pay və mülkiyyət hüququ tanınmışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X29, ünvan 3 ünvanında yerləşən mənzilin 9 otaqlı fərdi yaşayış evinin A tikilisindən 5 otaqdan 4 otaq (13,0 kv.m., 21,1 kv.m., 23.4 kv.m., 15.2 kv.m) hissəsini alıcı Cavabdeh 52000 manat hissəsini Bakı şəhər 6 saylı DNK-da xx.xx.2008-ci il tarixli 3M-1117 reyestri ilə təsdiq edilmiş borc müqaviləsi əsasında, yerdə qalan 5000 manatı nağd formada satmışdır. xx.xx.2003-cü il tarixli, 202551 saylı müqavilənin surətindən görünür ki, X7 tərəfindən ünvan 4 ünvanda yerləşən üç otaq olmaqla 19 kv.m., 14.6 kv.m., və 11.8 kv.m. sahəni və 10.8 kv.m. olmaqla mətbəx sahəsini X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən sorğuya cavab məktubundan görünür ki, “Elektron notariat” İnformasiya sistemində X10 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. X10, xx.xx.1990-cı il tarixli vəsiyyətnaməsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlakını İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyət Bakı şəhəri 15 saylı dövlər notariat ofisində xx.xx.1990-cı ildə, 2V-2869 reyestr nömrəsi ilə təsdiq edilmişdir. xx.xx.2024-cü tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsu Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar Emil ilə ana bir, ata ayrı bacı-qardaşdırlar. 2009-cu ildə Cavabdeh qonşuluqda sahə almışdır. Sabah Vəliyevaya məxsus olan ərazini qismən zəbt edərək, söküb özünə məxsus əmlaka birləşdirmişdir. İndiyədək şikayət etmədiyi yer qalmamışdır. Anası ağır xəstə olduğu üçün başı ona qarışmışdır. Bütün işlər onun üstündə olmuşdur. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh etiraf etmişdir ki, həmin sahəni torpaq şəklində Sabah xanımdan almışdır. Orada yaşayış sahələri mövcud olmuşdur. Cavabdeh özü bunu etiraf etmişdir. Hansı yolla alması isə onlara məlum deyil. Sabah xanım iddiaçının dayısının yoldaşıdır. İddiaçının gözləmə hüququ var. Amma əmlak mövcud olmadığı üçün qəbul edə bilmir. Cavabdeh əmlakı bərpa etməli, ya da bazar dəyərini ödəməlidir. İcra hakimiyyəti və başqa müxtəlif orqanlar var ki, Sabah xanım şikayət etmişdir. Əmlak mövcud olmadığı üçün texniki baxış edib çıxarış verə bilməmişlər. Lakin iddiaçı mirası faktiki qəbul etmişdir. Emilə keçməyi barədə vəsiyyətnamə mövcuddur. Cavabdeh iddiaçıya məxsus olan 17.2 kv.m sahəni zəbt edərək özünə məxsus olan tikiliyə birləşdirmişdir. Əmlak Sabah Vəliyevadan İddiaçı vərəsə qalmışdır. Sabah Vəliyeva bununla bağlı Milli Məclis daxil olmaqla müxtəlif orqanlara şikayətlər etmişdir. İddiaçının hüquqi savadı olmadığından məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ora boş torpaq, neytral ərazi, dərə olmuşdur. O, aldığı müddətdə orada tikili olmamışdır. O, 20 ildir həmin yerdədir, amma iddiaçını görməmişdir. Gülzar xanımın ondan şikayət etmədiyi orqan qalmamışdır. Sonra balaca torpağı ona satıb pulu alıb sakitləşmişlər. Oraya 5500 manat pul vermişdir və həmin yer ona satılmışdır. Sabah xanımın yasını o, etmişdir. İki-üç ildir orada yaşamır, evin qabağına hasar hörmüşlər, o da onu şikayət etmişdir. Dayısı yoldaşı olduğunu deyir. Amma Sabah xanımın iddiaçının dayısı ilə heç rəsmi nikahı olmamışdır. Sabah xanım rəhmətə gedəndə polisə o özü yığmışdır, dəfn etmişlər. Məsciddə ehsan vermişdir, demir, amma qonşular üçün etmişdir. Oranı alanda heç sənədi olmamışdır. Sabah xanım ondan heç yerə yazmamışdır. Gülzar xanım yazmışdır. O hissə sökülüb dövlətin yoluna, küçəyə qatılmışdır. Sabah xanımın dəfnini o, etmişdir. Qonşular şahiddir. Sağlığında heç qapısını açmamışlar. Həmin evin sənədi olmuşdur. O, oranı 2004-cü ildə almışdır. 6 kvadratmetr yerdən söhbət gedir. Onun çıxarışı var. Orada hasar tikimişlər, ona aid olan sayğaclar hasarın arxasında qalıb, bununla bağlı 23-cü PB-nə müraciət etmişdir. O, oranın sökülməsini xahiş etmişdir ki, sayğaclarım hasarın o biri tərəfində qalmışdır. O, nə Gülzar xanımı, nə də onun qardaşını tanımır. Orada 3 pay olmuş, biri Əli adlı şəxsin, biri onun özünün, biri Sabah xanımın adına olmuşdur. Sənədləri o, həll etmişdir. Ora sökülüb küçəyə qatılmışdır. 20 il əvvəl çıxarış alınmışdır, indi niyə şikayət etmişlər? Özünü Gülzar xanımın yaxını kimi təqdim edən şəxs gəlmişdir, o da, ona 300 dollar pul vermişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin maddəyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir.Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə edilən hüquqi mövqeyə görə nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə olan halda məhkəmə iddia ərizəsində istinad olunan dəlillərdən asılı olmayaraq sözügedən məsələnin yoxlanılmasının zəruri olduğu qənaətinə gəlir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə İddiaçı müvafiq qaydada əmlakın cavabdeh tərəfindən ona bərpa edilərək qaytarılması və ya həmin əmlakın dəyərinin ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmamışdır. Məhkəmə Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının adına X17 tərəfindən mübahisə predmeti olan əmlakın vəsiyyət edilməsi barədə vəsiyyətnamə mövcud olsa da, iddiaçı miras qalmış əmlakı nə faktiki, nə də ki, rəsmi qaydada notariat orqanına ərizə verməklə qəbul etməsini sübut edə bilməmiş, bununla da o, da qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquq əldə edə bilməmişdir. Bu mənada ki, iddiaçı miras qaldığını iddia etdiyi əmlaka dair mirasın qəbul edilməsini sübuta yetirə bilmədiyi halda, həmin əmlakın sonrakı taleyi ilə bağlı tələbləri irəli sürmək hüququnu da itirmiş olur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, vəsiyyətnamə üzrə vəsiyyət edilmiş əmlakın vəsiyyət edilən zaman X10, yəni vəsiyyət edənin mülkiyyətində olduğunu təsdiq edən sübutlar nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, nə də məhkəmənin sorğusu əsasında əldə edilən sənədlər sırasında mövcud olmamışdır. Belə ki, mübahisə predmeti olan “B” tikilisində yerləşən əmlak məhkəməyə təqdim edilmiş çıxarışlara əsasən mərhum X15 mülkiyyətində olmuş və bu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin iddia tələbində göstərilmiş, cavabdeh tərəfindən “B” tikilisinin zəbt edilərək, sökülməsi və.s kimi hallara qiymət verərək qeyd edir ki, iddiaçı tələbində istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bərpa edilərək qaytarılması və pul” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bərpa edilərək qaytarılması və pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar