Məhkəmə qərarları › İş №e-2(007)-674/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-674/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-674/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X1” MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1” MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında tərəflər barışıq sazişinin bağlandığını bildirərək onun təsdiq olunmasını,bununla əlaqədar işin icraatına xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə: 1.Cavabdeh iddia ərizəsi üzrə tələbi 2500.00 (iki min beş yüz) AZN hissədə könüllü olaraq etiraf edir. 2.Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür: № Tarix Ödəniş Ödəniş üsulu

1. xx.xx.2023-cü il 1000.00 (bir min) AZN Bank hesabı

2. xx.xx.2023-cü il 1000.00 (bir min) AZN Bank hesabı

3. xx.xx.2023-cü il 500.00 (beş yüz) AZN Bank hesabı 3.İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehə qarşı e- 2(007)-674/2023 saylı mülki iş üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır. 4.Tərəflər razılaşırlar ki, cavabdeh X2 üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, X2nin məcburi qaydada icra olunması üçün Məhkəməyə ərizə ilə müraciət etsin. 5.X2 hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir. 6.X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-674/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 7.X2 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir. 8.X2 üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılacaqdır. Azərbaycan Respublikası MPM-nin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı cavabdeh “X1” MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair aşağıdakı məzmunda bağlanmış barışıq sazişi təsdiq olunsun: 1.Cavabdeh iddia ərizəsi üzrə tələbi 2500.00 (iki min beş yüz) AZN hissədə könüllü olaraq etiraf edir. 2.Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür:

№ Tarix Ödəniş Ödəniş üsulu

1. xx.xx.2023-cü il 1000.00 (bir min) AZN Bank hesabı

2. xx.xx.2023-cü il 1000.00 (bir min) AZN Bank hesabı

3. xx.xx.2023-cü il 500.00 (beş yüz) AZN Bank hesabı 3.İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehə qarşı e- 2(007)-674/2023 saylı mülki iş üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır. 4.Tərəflər razılaşırlar ki, cavabdeh X2 üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, X2nin məcburi qaydada icra olunması üçün Məhkəməyə ərizə ilə müraciət etsin. 5.X2 hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir. 6.X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-674/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 7.X2 ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir. 8.X2 üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılacaqdır. İddiaçı cavabdeh “X1” MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(007)- 674/2023 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar