Məhkəmə qərarları › İş №e-2(007)-79/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-79/2023

26.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-79/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, istifadə olunmayan məzuniyyət pulunun və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə xx.xx.2006-cı il tarixində cəmiyyətin 02K nömrəli əmri ilə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə nümunəvi işçi olmuş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Cavabdeh müəssisənin rəhbərliyinin şəxsi qərəzli münasibətinin nəticəsi olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edilməsi barədə əmr iddiaçıya təqdim edilməmişdir. AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ümumi normadır. Belə ki, həmin normada tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilmişdir. Qeyd edilən ümumi normaya münasibətdə AR ƏM-nin 69-cu maddəsi (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) və 70-ci maddəsi (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) xüsusi norma təşkil edir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsası qeyri-müəyyəndir. İddiaçı işə bərpa olunması üçün cavabdehə mediasiyada iştirak etmək üçün təklif göndərmişdir. Cavabdehin 19 aprel 2022-ci il tarixli xx/xx/2022M nömrəli iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində öz ərizəsiylə işdən azad edildiyi üçün mediasiya prosesinin tətbiqinə zərurət yoxdur. Məhz bu zaman iddiaçıya məlum olmuşdur ki, onun adından yazılan saxta ərizə əsasında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçı işdən azad olunması barədə cavabdehə ərizə verməmişdir. Eyni zamanda bildirir ki, iddiaçı xx.xx.2022-ci il tarixində məzuniyyətə çıxmışdır. Məzuniyyətdə olduğu dövrdə onun əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçı işdən öz arzusu ilə çıxması barədə ərizəni özü yazmış olsaydı da işəgötürən (cavabdeh) tərəfindən AR ƏM-nin 69-cu maddəsi kobud şəkildə pozulmuşdur. Həmçinin bildirir ki, iddiaçı işlədiyi əvvəlki illərdə əmək məzuniyyətinə çıxmamışdır. İstifadə etmədiyi məzuniyyət üçün kompensasiya da ödənilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi; İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa edilməsi; İddiaçı xx.xx.2022-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək hər ay üçün 980,00 (doqquz yüz səksən) manat olmaqla məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi; İddiaçı Cavabdehndə işlədiyi 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci il illər üzrə ödənilməmiş məzuniyyət pullarının hesablanaraq İddiaçı ödənilməsi; 3000 (üç min manat) məbləğində mənəvi ziyanın, 150 (bir yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 50 (əlli manat qəpik) manat mediasiya xərcinin Cavabdehn tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsində qeyd olunmuş 4-cü bənddəki tələbin, yəni “İddiaçı Cavabdehndə işlədiyi 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci il illər üzrə ödənilməmiş məzuniyyət pullarının hesablanaraq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı iddiaçı həmin hissədə iddia tələbinin baxılmamış saxlanılmasını, eyni zamanda digər tələblərin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, heç bir səbəb olmadan onu işdən azad ediblər. Cavabdeh MMC tərəfindən ona məzuniyyət ərizəsi yazdırıblar. Ona xx.xx.2022-ci il tarixdə ağ vərəqə qol çəkdirdilər. Onun onlara inamı var idi 16 il o idarədə işləyib, ona görə vərəqə qol çəkdi, vərəqdə nə yazıldığını bilmirdi, bir-iki söz var idi, guya məzuniyyətə görə qol çəkdirdiklərini demişdirlər, başqa işçilərə də qol çəkdirmişdilər. Onu çağırdılar, təzyiq altında işdən çıxardılar, maaş kartının da daha ona lazım olmadığı üçün qaytarmağı tələb etmişlər o, da qaytarıb. Avtomobilin açarlarını da aldılar. Onu iki nəfər qoluna girərək qorxuzmuşdular. Həmin ayın 28-də onun əmək haqqı kartına 1797,76 manat pul vurmuşdurlar, amma kart onlarda olduğu üçün həmin pulu onlar çıxarmışlar. O, sadə mənzuniyyət ərizəsinə qol çəkmişdir. O, onların özbaşınalıq etdikləri üçün 102 zəng etdi, polisə müraciət etdi. Əmək haqqı aylıq 890 manat karta köçürdü. Ona guya məzuniyyət veriblər daha sonra heç bir xəbərdarlıq etmədən məzuniyətdə olan zaman işdən çıxarmışlar. O, Əmək Müfəttişliyinə şikayət etmiş, 2-3 dəfə araşdırma olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirimişdir ki, İddiaçı işdən çıxma ərizəsi yazmayıb ona məzuniyyətə çıxma barədə ərizəyə imzaladıblar. Həmin ərizəni isə sorğu da versək cavabdeh məhkəməyə təqdim etmir. Ekspert rəyindən də görünür ki, xx.xx.2022-ci il tarixli ərizənin nə mətni nə imza iddiaçıya məxsus deyil. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh vəkili Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı öz ərizəsi ilə işdən azad olunub. İddiaçı işlədiyi dövrdə MMC-nin əməkdaşı Tural adlı şəxsdən 600 manat pul almış və həmin pula görə Tural iddiaçının kartını alıb və bununla bağlı iddiaçı polisə şikayət edib, sonra iddiaçı polisə şikayətini geri götürmə ilə bağlı ərizə yazıb. İddiaçının şikayəti ilə bağlı Əmək Müfəttişliyi yoxlama aparmış və qanun pozuntusu olmamışdır. İddiaçının məzuniyyətdə olması barədə sənəd yoxdur. İşdən azad olma barədə ərizənin məzmununun başqa şəxs tərəfindən yazılması labüddür, lakin imza iddiaçıya məxsusdur. İddiaçının məzuniyyətlə bağlı əmri yoxdur. Şirkətdə heyət dəyişdiyi üçün əvvəlki məzuniyyət ərizələrini tapmaq mümkün olmamışdır. Son haqq-hesab 1797 manat verilib. Əmək Müfəttişlində araşdırma olunub heç bir qanunsuzluq olmadığı üçün heç bir tənbeh yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi azaldılmış həcmdə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçın Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təklif göndərərək “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, istifadə olunmayan məzuniyyət pulunun və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. - İddiaçı 6 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 6 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciət etmişdir. - Bakı şəhər 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6-2285 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2006cı il tarixdə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR Əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli məktuba əsasən, mediasiya prosesinin tətbiqinə zərurət görməmiş, çünki İddiaçı xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Bakı Şəhər Nizami RPİ-nin 24 saylı Polis şöbəsinin 31 may 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Kapital bankın İddiaçı “416974******7588” nömrəli “VSDC Electron Salary” növlü ödəniş kartı üzə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, hesaba xx.xx.2022-ci il tarixdə 1797,76 manat son haqq hesab mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə 1806 manat məxaric olmuşdur. - İddiaçı Cavabdeh MMC-nin direktoru Gündüz Cəfərova xx.xx.2022-ci il tarixdə ünvanladığı ərizədən görünür ki, İddiaçı həmin tarixdən tutduğu vəzifədən azad olunmasını ondan xahiş etmişdir - SS **********275 nömrəli əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə edilmiş 7-ci dəyişiklikdən görünür ki, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsinə aylıq 300 manat məbləğində əmək haqqı ödənilməklə qəbul olunmuşdur. - Kapital Bankın xx.xx.2022-ci il tarixli KM1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 1797.76 manat məbləğində pul vəsaiti ödənilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarində Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-dən sürücü vəzifəsindən işdən çıxmış və əmək haqqı kartı artıq ona lazım olmayacağından Babayev Turala təhvil vermişdir. Kartın təhvil vermə səbəbi isə, ona çatacaq olan mart ayı üçün əmək haqqı və son haqq-hesab və kartda qalan 9 manat məbləğindəki pul vəsaiti ona nağd şəkildə verilməsidir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli 4/1450 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə olan yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin ərizənin aşağı hissəsində imza qrafasındakı imzanın İddiaçı tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 4/64 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin imza ilə P4428828 nömrəli xarici pasportda “Pasport sahibinin imzası” qrafasındakı, xx.xx.2022-ci il tarixli 7E-19547 reyestr nömrəli etibarnamənin (i.v.18) aşağı hissəsində imza qrafasındakı, xx.xx.2021-ci il tarixli (i .v. 43) və xx.xx.2021-ci il tarixli (i.v.60) məhkəmə bildirişlərinin kötük hissələrində “qəbul etdi” qrafalarındakı imzalarıneyni şəxs tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli 4/778 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imza ilə P4428828 nömrəli xarici pasportda “Pasport sahibinin imzası” qrafasındakı, xx.xx.2022-ci il tarixli 7E-19547 reyester nömrəli etibarnamənin (i.v.18) aşağı hissəsində imza qrafasındakı, xx.xx.2022-ci il tarixli 3276nkNFTb/22 saylı, xx.xx.2022-ci il tarixli 1369sNFTb/22 saylı, xx.xx.2018-ci il tarixli 839sAHM/18 saylı, xx.xx.2018-ci il tarixli 10277sAHM/18 saylı kredit müqavilələrində İddiaçı adından olan imzalar, xx.xx.2022-ci il tarixli 3276nkNFTb/22 saylı kredit müqaviləsinə sazişdə olan İddiaçı adından olan imza, xx.xx.2014-ci il tarixli 10588nkAHM/14 saylı kredit və bank hesabı müqaviləsində İddiaçı adından olan imza, xx.xx.2011-ci il tarixli AN-İ ******* saylı 4Ə 2-285 saylı reyestrlə qeydiyyatdan keçmiş Daşınmaz əmlakın alqı-satqısı müqaviləsində İddiaçı adından olan imzalar, 536986 saylı, 68246 saylı, DB3192 saylı, ZE5348 saylı, 20382402 saylı məxaric orderində orderi göstərilən məbləği aldım qrafasındakı imzalar, 2 ədəd xx.xx.2011-ci il tarixli, 2 ədəd xx.xx.2011-ci il tarixli ödəniş qəbzlərində ödəyənin imzası qrafalarında olan imzalar, xx.xx.2021-ci il tarixli (i .v. 43) və xx.xx.2021-ci il tarixli (i.v.60) məhkəmə bildirişlərinin kötük hissələrində “qəbul etdi” qrafalarındakı imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. - xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 300 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur. - xx.xx.2019-cu il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 350 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur. - xx.xx.2022-ci il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur. - xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 6 saylı Vəkil Bürosuna 150 manat məbləğində ödəniş etmişdir. - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 23/K nömrəli əmrindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu sürücü vəzifəsindən azad edilmişdir. İddiaçı ilə son haqq-hesab aparılmış və əmək kitabçasında müvafiq qeydlər aparılaraq özünə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. Onunla xx.xx.2014-cü il tarixdə əmək haqqı 300 manat, xx.xx.2019-cu il tarixdə əmək haqqı 350 manat, xx.xx.2022-ci il tarixdə əmək haqqı 980 manat olmaqla əmək müqavilələri bağlanmşdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yazmadığı ərizə əsasında Əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixli 23/K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu sürücü vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2022ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Həmin təklifə Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə cavab yazaraq bildirmişdir ki, mediasiya prosesinin tətbiqinə zərurət görmürlər, çünki İddiaçı xx.xx.2022-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Məhkəmə İddiaçı iddia tələbinin “Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli əmək müqaviləsinə xitam verilməsi və İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Cavabdeh nümayəndəsi iddiaçının öz ərizəsi əsasında işdən azad edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli işdən çıxma ərizəsini İddiaçı yazmamış və imzalamamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 noyabr 2022-ci il tarixli 4/1450 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə olan yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2023-cü il tarixli 4/778 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 70-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizənin aşağı hissəsində imza sözünün qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi qeyd olunan ərizənin iddiaçı tərəfindən yazılmadığı və imzalanmadığı ekspert rəyləri ilə sübut olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi ekspertin rəyi də digər sübutlarla yanaşı qiymətləndirilir və məhkəmə qeyd olunan rəyləri mötəbər sübut kimi qəbul edir. Bu səbəbdən Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə iddia tələbinin “İddiaçı xx.xx.2022-ci il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək hər ay üçün 980,00 (doqquz yüz səksən) manat olmaqla məcburi iş buraxmaya görə əmək haqqının İddiaçı birdəfəlik ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqavilə bağlanmış və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla Cavabdehndə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsi ilə 980 manat əmək haqqı almaqla sürücü vəzifəsinə qəbul olunmuşdur. Beləliklə, Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 154-cü maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə iddia tələbinin “3000 (üç min manat) məbləğində mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. İddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi ziyanın ona dəyməsi barədə məhkəməyə sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin “150 (bir yüz əlli) manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqının və 50 (əlli) manat mediasiya xərcinin Cavabdehn tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödədiyi rüsumlarla bağlı məhkəməyə sübutlar təqdim etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri ləğv edilməli, İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir. Hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə verilməsinə görə ödənilmiş 17.25 manat xidmət haqqı və 50 manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 372 manat məbləğində pul Cavabdehndən tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumu Cavabdehndən tutulub dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 mart 2022-ci il tarixli 23/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri ləğv edilsin. İddiaçı Cavabdehndə əvvəlki vəzifəsinə işə bərpa edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hər ay üçün 980 manat məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə verilməsinə görə ödənilmiş 17.25 manat xidmət haqqı və 50 manat mediasiya xərci Cavabdehndən tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 372 manat məbləğində pul Cavabdehndən tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Ödənilməli olan dövlət rüsumu Cavabdehndən tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar