Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-802/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «ATS FEED” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla, “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «ATS FEED” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqı və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə baxılarkən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixində "xxxx" MMC-də satış üzrə müşavir vəzifəsində çalışmağa başlamışdır. İşlədiyi müddət ərzində şirkətin fəaliyyətinin genişlənməsi və gəlirlərinin artması üçün ciddi səy göstərmiş, nəticədə "xxxx" MMC-nin illik dövriyyəsində kifayət qədər böyümə müşahidə edilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində poçt vasitəsilə "xxxx" MMC-nin məktubunu almışdır. Məktubda heç bir əsaslandırılmış səbəb göstərilmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 008/K nömrəli işdən çıxarma əmrinə əsasən Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə istinadən (ƏM-nin 72-ci maddəsinin “a” bəndində sadalanan hallar) xitam verildiyi bildirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində əmək kitabçası iddiaçıya təqdim edilmiş, üzrlü səbəb olmadan işə gəlməmək bahənəsi irəli sürülmüşdür. Lakin nə son haqq-hesab verilmiş, nə də işdən çıxarma əmri təqdim edilmişdir. Hər iki hal bu günə qədər də davam etməkdədir. Halbuki iddiaçının işdən çıxarma əmri xx.xx.2023-cü il tarixində verilsə də, düz bir il, yəni xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasında iddiaçıya əmək haqqı ödənilməmişdir. İddiaçının əmək haqqının köçürüldüyü bank hesabından çıxarış bunu sübut edir. İddiaçının aylıq əmək haqqının 1483.67 manat olduğunu nəzərə alaraq, 17804 manat ödənilməmiş əmək haqqı qalmışdır. Digər tərəfdən, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmanın əsaslandırılması təqdim edilməmişdir. Nəticə olaraq da, ötən müddət ərzində heç bir işdə əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. İddiaçıya kifayət qədər əlavə maddi zərər dəymişdir. 23 dekabr 2023-cü il tarixində keçirilmiş mediasiya sessiyası da faydasız olmuş, barışıq əldə oluna bilməmiş, X1 iştirak edilməməsi barədə MŞB/1/2023-00348 nömrəli arayış alınmışdır. Onu da bildirmək istəyirik, eyni VÖEN nömrəsi qalsa da, "xxxx" MMC ad dəyişikliyi edərək hazırda Cavabdeh MMC kimi fəaliyyət göstərir. Göründüyü kimi, cavabdeh tamamilə qanunsuz və əsassız olaraq, iddiaçının özünün də xəbəri olmadan onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmışdır. İddiaçının hansı hərəkətlərinin buna səbəb olduğu, cavabdehə necə və nə qədər zərər vurduğu əsaslandırılmamış və bu barədə ümumiyyətlə iddiaçıya heç bir məlumat verilməmişdir. İşdən çıxarılan iddiaçıya sadəcə əmək kitabçası verilmiş, nə son haqq-hesab, nə almadığı əmək haqqı məbləği, nə də işdən çıxarılma bərədə əmr verilmişdir. Nəticə etibarilə, cavabdeh həm milli qanunvercilik, həm ölkənin tərəfdar çıxdığı əmək hüququ ilə bağlı beynəlxalq konvensiyalarının müddəalarını kobud şəkildə pozmuş, iddiaçının isə əmək hüquqları pozulmuşdur. Qeyd olunanlardan anlaşıldığı kimi, qanunvericiliyin məhkəməyə müraciət üçün nəzərdə tutduğu müddətin axımı da başlamamışdır, çünki qanunvericiliyin tələbinə uyğun olaraq əmr və son haqq-hesab iddiaçıya təqdim olunmamışdır. xx.xx.2023cü il tarixli 008/K nömrəli işdən çıxarma əmri ləğv edilməli, iddiaçı çıxarıldığı vəzifəyə bərpa edilməli, ona ödənməmiş 17804 manat məbləğində əmək haqqı və bu müddətdə dəymiş zərər qismində 10000 manat, ümumilikdə 27804 manat ödənilməlidir. Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli 008/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsi, iddiaçıya ödənməmiş 17804 manat məbləğində əmək haqqı və bu müddətdə dəymiş zərər (əldən çıxmış fayda, dolanışıq üçün götürdüyü borclar və s.) qismində 10000 manat, dövlət rüsumunun 50 manat mediasiya ödənişi hissəsində, ümumilikdə, 27854 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, habelə iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün nəzərdə tutulmuş qalan 123.41 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, İddiaçı, Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli 008/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsi, iddiaçıya ödənilməmiş 17804 manat məbləğində əmək haqqı və bu müddətdə dəymiş zərər (işsizliyə görə əldən çıxmış qazanc, dolanışıq üçün götürdüyü borclar) qismində 10000 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə, 27924 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia tələbi əsassızdır və iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. Qeyd etdiklərini aşağıda göstərilənlərlə əsaslandırırlar. Cəmiyyətin Satış şöbəsinin keçmiş satış üzrə müşaviri İddiaçı xx.xx.2022-ci il tarixdən üzürlü səbəb olmadan işə gəlməmişdir və bu səbəbdən ona ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdə onun xx.xx.2022-ci il tarixdən işə gəlməməsi üçün üzrlü səbəb varsa, bu barədə 3 (üç) iş günü ərzində rəsmi sənəd təqdim etməsi xahiş olunmuşdur. Lakin İddiaçı tərəfindən işə gəlməməsinin üzrlü səbəbdən olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir və əsassız olaraq bildirmişdir ki, Müəssisənin Direktoru tərəfindən işdən qovulmuş və işlədiyi şöbəyə gəlməyinə qanunsuz məhdudiyyət qoyulmuşdur. Halbuki, Müəssisənin rəhbərliyi tərəfindən onun işdən çıxarılması barədə hər hansı şifahi və ya yazılı bildiriş və ya digər sənəd verilməmiş və işə gəlməməsi üçün də heç bir məhdudiyyət tətbiq edilməmişdir. Ona görə də, qeyd etdiyi səbəb işə gəlməmə üçün üzrlü səbəb olaraq qiymətləndirilə bilməz. Yalnız bütün sadalananlardan sonra iddiaçı Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduğu vəsifəsindən azad edilmişdir. Bütün sadalananlardan və irəli sürdükləri dəlillərdən görünür ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Bütün sadalananları nəzərə alaraq irəli sürülmüş iddia tələbinə etiraz etməklə tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa edilmə, ödənilməyən əmək haqqı və dəymiş zərərin ödənilməsi” tələbi ilə iddia qaldırmışdır. Həmin iddia ərizəsinin tələb hissəsinə dəyişiklik edərək (əmək haqqı və dəymiş zərərin ödənilməsi tələbindən imtina edərək), Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin ləğv edilərək iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, İddiaçı, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC (əvvəlki "xxxx" MMC) tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsi, iddiaçıya ödənilməmiş 17804 manat məbləğində əmək haqqı və bu müddətdə dəymiş zərər (işsizliyə görə əldən çıxmış qazanc, dolanışıq üçün götürdüyü borclar) qismində 10000 manat, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə, 27924 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək həmin iddia ərizəsinin tələb hissəsinə dəyişiklik edilməsini, yəni əmək haqqı və dəymiş zərərin ödənilməsi tələbindən imtina edərək AR MPM-nin 53-cü maddəsinə əsasən məhkəmədən ancaq Cavabdeh MMC tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin ləğv edilərək iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, Cavabdeh MMC tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin ləğv edilərək iddiaçının çıxarıldığı vəzifəyə bərpa edilməsinə etiraz etmirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəf ilə barışıq əldə olunub. Tələbi yalnız işdən azad olunma haqqında əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlıdır. Buna görə də, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edib, izahat verərək göstərdi ki, onlar iddiaçı ilə razılıq əldə etmişlər. İddia ərizəsinə etiraz etmirlər və iddiaçının işə bərpa edilməsinə, sözügüdən əmrin ləğv edilməsinə razıdırlar. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclaslarının yeri və vaxtı barəsində xəbardar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Vergi ödəyicilərinin məlumatları haqqında elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh (VÖEN: **********) ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxsdir. -Bakı 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00348 nömrəli X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X1 iştirak etmiş və 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -0065442 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 018/İQ nömrəli əmr ilə həmin tarixdən etibarən "xxxx" MMC-yə satış üzrə müşavir vəzifəsinə işə qəbul edilmiş, 008/K nömrəli xx.xx.2023-cü il tarixli əmr ilə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (üzürlü səbəb olmadan işə gəlməmə) tutduğu vəzifədən azad edilmişdir. - "xxxx" ASC tərəfindən təqdim edilmiş tranzaksiya cədvəlindən görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 1483.67 manat əmək haqqı ödənilmişdir. -"xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı satış üzrə müşavir vəzifəsində saxlanılması barədə ərizə ilə həmin müəssisəyə müraciət etmişdir. Müəssisənin direktorunun onu işdən qanunsuz uzaqlaşdırmasını və ona əsassız təzyiq və müdaxilə edildiyini bildirmişdir. -xx.xx.2023-cü il tarixli təhvil-təslim sənədinin surətindən görünür ki, İddiaçı məxsus 01 ədəd əməl kitabçası X2 tərəfindən İddiaçı təhvil verilmişdir. Həmin sənəd İddiaçı və X2 tərəfindən imzalanmışdır. - GP Stock Feed” MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Museyib oğluna işə gəlməməsinin üzürlü səbəblərini göstərməsi, əks halda üzürsüz səbəbdən işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar olunmuşdur. - GP Stock Feed” MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müəssisə İddiaçı, İddiaçı xx.xx.2022-ci il tarixli bildirişə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd etdiyi səbəbləri işə gəlməmə üçün üzürlü səbəb olaraq qiymətləndirilmədiyini və müvafiq tədbirlər görüləcəyini bildirmişdir. -xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən GP Stock Feed” MMC və işçi İddiaçı arasında əmək münasibətləri prosesində işçinin və işəgötürənin bir-birinə vurduqları maddi ziyanın əsaslarını müəyyən etmək, vurulmuş zərərin həcmini, zərərin ödənilməsini və müqavilə tərəflərinin əmək hüquqlarının həyata keçirilməsinin AR Əmək və Mülki qanunvericiliyinin tələbləri daxilində təmin edilməsi ilə əlaqədar müqavilə imzalanmışdır. -xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, sifarişçi "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli, M-15861 saylı müqaviləyə əsasən "xxxx" MMC arasında bağlanılmış distribütorluq müqaviləsinin öhdəliklərinin dürüstləşdirilməsinin müəyyən edilməsinin auditor yoxlaması aparılmış, "xxxx" MMC-nin "xxxx" MMC-yə hazırkı dövrə borcu ******* manat müəyyən edilmiş, qeyd edilən faktların AR hüquq mühafizə orqanları tərəfindən araşdırılması məsləhət görülmüşdür. Akt auditor hesabatına əlavə edilmişdir. -xx.xx.2020-ci il tarixli, GP/2021/08 saylı distribütorluq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (direktor X3) ilə "xxxx" MMC (direktor X6) arasında istehsalçının təqdim etdiyi malların Bakı, Bakı ətrafı və Şimal regionu üzrə ərazilərdə satışının təşkil olunması barədə müqavilə bağlanmışdır. Qiymətlərin razılaşdırılması protokolu müqaviləyə əlavə edilmişdir. -xx.xx.2019-cu il tarixli, /DİS/17012019/2 saylı distribütorluq müqaviləsindən görünür ki, "xxxx" MMC (direktor müavini Rəhimov Qoca) ilə fərdi sahibkar İddiaçı arasında istehsalçının təqdim etdiyi malların Bakı və Şimal regionu üzrə ərazilərdə satışının təşkil olunması barədə müqavilə bağlanmışdır. -xx.xx.2018-ci il tarixli distribütorluq müqaviləsindən görünür ki, "xxxx" MMC (direktor müavini Rəhimov Qoca) ilə fiziki şəxs İddiaçı arasında istehsalçının təqdim etdiyi malların Göyçay və Ucar regionlarında satışının təşkil olunması barədə müqavilə bağlanmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalından çıxarışdan görünür ki, İddiaçı (VÖEN:**********) 14 saylı Vergi Ərazi İdarəsində vergi uçotuna alınmışdır. -AR ƏƏSMN yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-802/2024 saylı məktubuna ünvanladığı məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi əsasında, aylıq əmək haqqı 1680 manat olmaqla Cavabdeh MMC-də işə qəbul edilmiş, həmin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. -xx.xx.2023-cü il tarixli orta əmək haqqının hesablanması cədvəlindən görünür ki, "xxxx" MMC-də satış üzrə müşavir vəzifəsində çalışan İddiaçı vəzifə maaşı 1679.92 manat olmuşdur. 2022-ci ilin mart ayından, 2023-cü ilin fevral ayınadək orta gündəlik əmək haqqı 55.26 manat, sosial sığorta haqqı 90.976, işsizlikdən sığorta 5.2488, icbari tibb sığortası 20.9952 manat olmaqla, alınan məbləğ 932.54 manat təşkil etmişdir. -“XalqBank” tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 80 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən (hesab nömrəsi: AZ26HAJCHCRAZN**********3001) "xxxx" MMC-yə (hesab nömrəsi AZ48HAJC**********0SK0000543) “Əmək haqqı Fevral” ödəniş təyinatı ilə 145991.69 manat məbləğ köçürülmüşdür. İddiaçı hesabına 932.54 manat əmək haqqı köçürülmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 008/K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli işçinin ünvanına göndərilən məktub əsas götürülməklə, Cəmiyyətin satış üzrə müşavirinin əmək müqaviləsinə onun heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsinə əsaslanaraq son haqq hesabı ödənilməklə xx.xx.2023-cü il tarixdən etibarən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallar) xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 018/İQ nömrəli əmr ilə həmin tarixdən etibarən "xxxx" MMC-yə müddətli əmək müqaviləsi əsasında, aylıq əmək haqqı 1680 manat olmaqla satış üzrə müşavir vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı Museyib oğluna işə gəlməməsinin üzürlü səbəblərini göstərməsi, əks halda üzürsüz səbəbdən işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar olunmuşdur. İddiaçı Museyib oğlu "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli satış üzrə müşavir vəzifəsində saxlanılması barədə ərizə ilə müraciət etmiş və müəssisənin direktorunun onu işdən qanunsuz uzaqlaşdırmasını və ona əsassız təzyiq və müdaxilə edildiyini bildirmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktub ilə İddiaçı, İddiaçı xx.xx.2022-ci il tarixli bildirişə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd etdiyi səbəbləri işə gəlməmə üçün üzürlü səbəb olaraq qiymətləndirilmədiyini və müvafiq tədbirlər görüləcəyini bildirmişdir. İddiaçı 008/K nömrəli xx.xx.2023-cü il tarixli əmr ilə xx.xx.2022-ci il tarixli işçinin ünvanına göndərilən məktub əsas götürülməklə, Cəmiyyətin satış üzrə müşavirinin əmək müqaviləsinə onun heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsinə əsaslanaraq son haqq hesabı ödənilməklə xx.xx.2023-cü il tarixdən etibarən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallar) xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus 01 ədəd əməl kitabçası X2 tərəfindən İddiaçı təhvil verilmiş və bu barədə təhvil-təslim sənədi tərtib olunaraq İddiaçı və X2 tərəfindən imzalanmışdır. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “d” və “x” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları vardır; 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir; 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir; 68-ci maddəsinin 1-ci hissəsinin əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada, o cümlədən tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda həmin əsaslarla ləğv edilə bilər. Lakin, işəgötürən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş və məhkəməyə təqdim edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin surətindən isə görünür ki, işəgötürən həmin əmrdə yalnız İddiaçı ilə MMC arasında bağlanmış müqaviləyə xx.xx.2022-ci il tarixli işçinin ünvanına göndərilən məktub əsas götürülməklə, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallar) xitam verilməsini göstərmiş, lakin əmrin verilməsinə əsas olan, yəni işçi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş səbəbi konkret şəkildə göstərməmiş, ümumi qaydada Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmr vermişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı da işəgötürən müvafiq əmrin verilməsinə əsas olan mötəbər sübutlarını sübutetmə yükü əmək mübahisəsi üzrə onun üzərinə düşməsinə baxmayaraq, sübut edə bilməmiş, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə müşayiət olunan hərəkətlərin konkret nədə ifadə olunduğunu (başqa sözlə, tərəflərdən birinin təşəbbüsünün nədə ifadə olunduğunu), müsbət halda isə bunu təsdiq edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən qeyd olunmalıdır ki, «ATS FEED” MMC-də satış üzrə müşavir işləyən İddiaçı ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün səlahiyyətli orqan tərəfindən komissiya təşkil edilməmiş və yoxlama aparılmamışdır. Yalnız «ATS FEED” MMC-nin xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallar) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh «ATS FEED” MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatı və xx.xx.2024-cü il tarixli ərizəsi ilə iddia tələbini qəbul edərək, xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmrin ləğv edilməsinə və İddiaçı «ATS FEED” MMC-də satış üzrə müşavir vəzifəsinə bərpa olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, işin faktiki hallarını, habelə cavabdeh tərəfin də iddianı tam şəkildə qəbul etməsini və iddianın təmin edilməsinə etiraz etməməsi barədə məhkəmə iclasında bildirdiklərini və bu barədə məhkəməyə təqdim etdiyi ərizəni də nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «ATS FEED” MMC-nin xx.xx.2023-cü il tarixli 008/K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə - «ATS FEED” MMC-yə satış üzrə müşavir vəzifəsinə bərpa olunmalıdır. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 008/K nömrəli əmr ləğv edilsin. İddiaçı işə- Cavabdeh MMC-yə satış üzrə müşavir vəzifəsinə işə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-802/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-802/2024
03.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver