Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-862/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 2689.71 manat olmaqla, cəmi 2689.71 manat borcun tutulması, ödənilmiş 46.9 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********50 saylı Tam kart müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri banka ödəməyi öhdəsinə götürür. Nizami filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 2689.71 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 112.79 manat olmasına baxmayaraq 1111 manat məxaric edərək hesabından 998.21 manat artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından vəsaitlər məxaric edərək ümumilikdə 2599.75 manat vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 4.83 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 94.79 manat borcu mövcuddur. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən CavabdehBanka hazırki dövr üçün qalıq borc üzrə 2689.71 manat borcu olmuşdur. Halhazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 2689.71 manat borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46.9 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-45150/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli “Tam kart müqaviləsi“dən görünür ki, tərəflər cavabdehin adına ikitərəfli tam kart ödəniş kartının buraxılmasına, müştərinin adına bank hesablarının açılmasına, müştəri tərəfindən tam kart vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 6-cı bənddə göstərilmiş təyinat üzrə istifadə etməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesabnlanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər. Belə ki, Cavabdeh 5 il müddətinə kredit limiti 15000 manat olmaqla tam kart verilmişdir.
4. “Bank kartının sifarişinə dair ərizə”dən görünür ki, Cavabdeh "xxxx" ASC-yə etibarlılıq müddəti 5 il olmaqla, kart verilməsini xahiş etmişdir.
5. xx.xx.2024-cü il tarixli, “Əsassız varlanmanı əks etdirən” arayışdan görünür ki, əsassız varlanmaya səbəb olan məbləğ- 2599.75 manat, cəmi ödənilmiş məbləğ-4.83 manat, əsassız varlanmaya səbəb olan qalıq məbləğ-manat, hesablanmış faiz (5%)-94.79 manat, əsassız varlanmaya səbəb olan cəmi məbləğ- 2689.71 manatdır. Hüquqi əsası olmadan xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 998.21 manat, 202 manat, 196.95 manat, 404 manat, 404 manat, 393.90 manat, 0.69 manat olmaqla, cəmi 2599.75 manat kart hesabının qalığından artıq məbləğdə əməliyyat olmuş, hüquqi əsası olmadan hesabdan çıxarılmış vəsaitdən xx.xx.2024-xx.xx.2024 dövr ərzində cəmi 4.83 manat ödəniş olmuşdur.
6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış ******************** saylı hesab üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixədək dövri əhatə edən çıxarışdan görünür ki, kart üzrə kredit məbləği 50797.39 manat təşkil etmiş, kartdan 53614.57 manat xərclənmiş və qalıq borc məbləği - 2817.18 manatdır.
7. İddiaçı "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə bank xidmətlərin göstərilməsinə dair Standart Şərtlər” əlavə edilmişdir.
8. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə kart hesabının qalığından artıq məbləğdə əməliyyat apararaq, ona aid olmayan 2689.71 manat məbləğində vəsaitdən istifadə etməsi, buna görə də əsas və buna müvafiq olaraq faiz borcu yaranması bildirilmişdir. Öhdəliyi 3 gün ərzində yerinə yetirmədiyi təqdirdə tərəflərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 46.90 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir.
11. İddiaçı "xxxx" ASC elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı:
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh açılmış kart hesabından cavabdeh tərəfindən hesabdan artıq 2689.71 manat məbləğində pul vəsaitindən istifadəsi nəticəsində texniki overdrafta yol verilmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı olan “pul” tələbini cavabdehin ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitindən istifadə etməsi nəticəsində yaranmış borcun cavabdeh tərəfindən ödənilməməsi ilə əsaslandırmışdır.
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli “Tam kart” müqaviləsinə əsasən tərəflər cavabdehin adına ikitərəfli tam kart ödəniş kartının buraxılmasına, müştərinin adına bank hesablarının açılmasına, müştəri tərəfindən tam kart vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 6-cı bənddə göstərilmiş təyinat üzrə istifadə etməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesabnlanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtlər barədə razılığa gəlmişlər. Belə ki, Cavabdeh 5 il müddətinə kredit limiti 15000 manat olmaqla tam kart verilmişdir.
22. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin bank hesabı müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilməli və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək iddiaçının iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığını yoxlanılmalıdır.
23. İddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə əsassız varlanmaya əsaslanan tələbi əsassız edir.
24. Mülki qanunvericiliyə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür (Mülki Məcəllə maddə 954.1.).
25. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
26. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehə açılmış kart hesabı üzrə kredit xəttinin limiti 50797.39 manat olmasına baxmayaraq, cavabdeh tərəfindən hesab üzrə 53614.57 manat məbləğində əməliyyat həyata keçirilmiş və nəticədə - 2817.18 manat hesab üzrə borc yaranmışdır.
27. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli “Tam kart” müqaviləsinin 9.3-cü bəndində qeyd edilir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 9.3.1 Tam kartdan istifadə qaydası və şərtləri, o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, müştərinin sərəncamı olmadan hesablardan vəsaitin silinməsi şərtləri, tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması və s.
28. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin” 1.11-ci bəndində qeyd edilir ki, texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.
29. Həmin Standart şərtlərin 18.5.10-cu maddəsinə əsasən müştərinin ABB qarşısında, habelə məcburi ödənişlər və rüsumlarla bağlı dövlət qarşısında hər hansı öhdəliyi olduqda, kart hesabından və müştərinin ABB-dəki digər hesablarından ödəniş kartından/əlavə kartdan istifadə edilməklə aparılmış əməliyyatların məbləğlərini, Texniki overdraft üzrə borc məbləğlərini, ABB-nin Tariflərinə uyğun olaraq komisyon haqları Ödəniş kartından istifadə (eləcə də ABB-nin kartının ləğv edilməsi, bloklaşdırılması və.s) ilə bağlı ABB-nin çəkdiyi faktiki xərclərin məbləğlərini, Kart hesabından istifadə nəticəsində ABB-yə dəyən zərəri və bütün növ maliyyə itkilərini, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini (cashback, xallar, millər, bonuslar və s.) Müştərinin hesablarından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək və/və ya həmin öhdəliklərin icrasını təmin etmək üçün Kart hesabında/Hesabda olan pul vəsaitlərini bloklaşdırmaq; Müştərinin müvafiq öhdəlikləri Kart hesabının valyutasından fərqli valyutada olduqda, Kart hesabındakı vəsaitlər Müştəriyə məlumat verilmədən ABB-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edilərək Kart hesabından silinir.
30. Həmin Standart şərtlərin 18.5.23-cü maddəsinə əsasən texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğini artırmaq, kredit xətti mövcud deyilsə, başlanılma (Texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin etmək "xxxx" ASC-nin hüququdur.
31. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh kart hesabı üzrə ona ayrılmış limitdən artıq istifadə etmiş və nəticədə texniki overdraft yaranmışdır.
32. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kart hesabında (********************) 112.79 manat vəsait olduğu halda hesabdan xx.xx.2024-cü il tarixdə 1111 manat, xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda 998.21 manat, 202 manat, 196.95 manat, 404 manat, 404 manat, 393.90 manat, 0.69 manat olmaqla, cəmi 2599.75 vəsait silinmişdir. Beləliklə, müştəri özünün olmayan 2599.75 manat məbləği istifadə etmişdir. xx.xx.2024-xx.xx.2024 dövr ərzində cəmi 4.83 manat vəsait ödəniş edilmiş və ödənilmiş vəsait texniki overdraftdan silinmişdir və cavabdehə texniki overdraft krediti açılmışdır.
33. Mülki Məcəllənin 960.2-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
35. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.
36. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
37. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
38. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tam kart hesabı üzrə 2599.75 manat məbləğində limitdən artıq əməliyyat icra edilmiş və cəmi 4.83 manat ödəniş edilmişdir. Belə olan halda iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borc üzrə 2594.92 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.
39. “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərin” 1.11-ci bəndində qeyd edilir ki, texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır.
40. Məhkəmə tərəfindən tədqiq edilən iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 94.79 manat faiz borcu hesablanmışdır.
41. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borc 2594.92 manat, faiz borcuna görə 94.79 manat olmaqla, cəmi 2689.71 manat məbləğində pul vəsaitinin tutulması tələbi əsaslıdır.
Məhkəmə xərcləri :
42. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46.90 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
43. Məhkəmə iddiaçı "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
44. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, 2594.92 manat əsas borc, 94.79 manat faiz borcu olmaqla, cəmi 2689.71 manat pul vəsaiti və ödənilmiş 46.90 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 2689.71 manat pul vəsaiti və ödənilmiş 46.90 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva