Məhkəmə qərarları › İş №e-2(007)-958/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-958/2025

17.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-958/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmək haqqı; məzuniyyət haqqı; gecikdirilmiş vaxt üçün cərimə; əmək müqaviləsi və s.) X13 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2022-ci ilin dekabr, 2023-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2024-cü il yanvar ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 2500 manat olmaqla, cəmi 35000 AZN, 2021-2022, 2022-2023, 2023-2024-cü illər üzrə 68 gün ödənilməmiş məzuniyyat haqqı olaraq 5592 manat olmaqla, cəmi 40592 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixindək 760 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0.1 faiz cərimə hesablanmaqla 30849 manatın və mediasiya xərci olaraq ödənilmiş 60 manat mediasiya xərcinin İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən şirkətin İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi üzrə 400 (vergi və ödənişlər çıxılmaqla) manat, xx.xx.2022-ci il tarixindən 2500 (vergi və ödənişlər çıxılmaqla) manat əmək haqqı təyin edilmişdir. 2021-ci il tarixindən 2022-ci ilin noyabr ayınadək əmək müqaviləsinə əsasən işçinin əmək haqqısı gecikmələrlə də olsa ödənilmişdir. İşçinin əmək müqaviləsinə öz ərizəsi ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. 2022-ci ilin noyabr ayından 2024-cü il yanvar ayının 21-dək işçiyə əmək haqqı, son haqq hesab və DSMF üzrə ödənişləri ödənilməmişdir. Bank çıxarışı və "xxxx"-dan əldə edilən çıxarışlardada bütün ödənilmiş məbləğlər qeyd edilib. Şirkətin rəhbəri işçiləri aldadaraq, ödənişlərdən boyun qaçırmış, şirkətin maliyyə meneceri X2 ilə əlbir olaraq şirkətin hesabına layihələrdən daxil olan pul vəsaitini mənimsəyərək, öz əmək haqqı və xidmət müqavilələrinin ödənişlərinə yönəldərək şirkət hesabındakı pulu mənimsəmiş, vergi və DSMF üzrə verilən uçotlarda ödənilməli məbləğləri ayda 750 (yeddi yüz əlli) manat qeyd edərək cəmisi il ərzdinə 8 (səkkiz) manat ödəmişdir. Ödənişləri ödəməməklə yanaşı işçiləri işdən çıxmağa qoymurdu, müxtəlif yollarla işçilərin qarşısı alaraq aldadıb yubadırdı. Yuxarıda qeyd edilen hallarla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinə müraciət olunmuşdur. Müraciətlə bağlı X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və şirkətin təsisçisi və direktoru X5 barəsinda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə Vergi Cinayətlərindən şirkətin rəhbəri X5 barəsində araşdırılma başladılmış və ondan , həmçinin şirkətin digər işçilərindən izahatlar alınmışdır. İstintaq davam edir. İşsizlikdən Sığorta bürosuna müraciət etməyinə baxmayaraq, əmək haqqından tutulan işsizlik sığortası borcu ödənilmədiyi üçün imtina verilmişdir. Bu cür şirkət rəhbərlərinin vergi borcu olduğu halda, bütün işçilər tərəfindən məhkəmə, icra orqanlarına, Respublika Baş Prokurorluğuna, Rəqəsmal İnkişaf və Nəqliyyat Nazirliyinə, Korrupsiya İdarəsinə, Polis və digər qurumlara kollektiv şikayət etməyimizə baxmayaraq rəhbər öz şəxsi villasında (Mərdəkan qəsəbəsi, KHALCH restoranın yaxınlığı) yaşayaraq, şəxsi obyektlərini (Malakan bağının yanında yerləşən Cool bərbərxana) icarəyə verərək aylıq 5000 (beş min) manatdan çox gəlir əldə etməsinə baxmayaraq, şəxsi avtomobili, “Chevrolet Captiva” 77DP123 nömrə nişanı ilə şəhəri dolanır və əvəzində pullarını ödə dedikdə işçiyə “bunları niyə satmalıyam” deyə cavab verir. Bütün bu hərəkətləri ilə maddi və mənəvi ziyan vuraraq, şirkətin işçilərini və onun rifah halını pisləşdirmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsinin vəsatətinə əsasən məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: - MŞB/11/2024-01258 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir. “X12” MMC-nin fərdi şəxsi hesab çıxarışından görünür ki, aylıq əmək haqqı 2842 manat (işçinin vergilər çıxılmadan əmək haqqısı) olmaqla gəliri 34.104 mnat olmuşdur. xx.xx.2024-cü il tarixli Həsənova Gülnara məxsus bank hesabının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan mədaxil və məxaricləri göstərən çıxarış iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinin surətindən görünür ki, İddiaçı əmək qanunvericiliyinin pozulmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMCnin hüquqi ünvanı ünvan 1zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı izahatına əlavə olaraq təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışdan inzibati xəta əlamətlərnin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı son haqq-hesabının ödənilməməsi ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İXM-nin 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2122982 nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən 15.01.225-ci il tarixli MN1808424 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli Əmək müqaviləsindən və xx.xx.2022-ci il tarixli, xxxxxxx000403 saylı Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişin surətindən görünür ki, işçinin vəzifəsinin adı İnsan Resursları şöbəsinin rəhbəri olmuş, 2842 manat vəzifə maaşı müəyyən olunmuş, müqavilə müddətsiz bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 059-AND-İR saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC bölməsində “İnsan Resursları şöbəsinin rəhbəri” vəzifəsində işləyən X4 ilə bağlanmış xxxxxxx000403 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2“a”- tərəflərin birinin təşəbbüsü maddəsinə əsasən xitam verilməsi, işçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 67 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasına lazımi qeydlərin aparılara özünə təhvil verilməsi əmr edilmişdir. xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Cavabdeh MMC-nin direktoru Elçin Qasımov ilə əlaqə saxlanılmış, ondan məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə əlaqədar sənədlərin məhkəməy təqdim edilməsi xahiş edilmiş, sonuncu sənədləri gün ərzində məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən normalar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 83.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 154.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155.

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 172.

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iddia tələbinə, yəni əmək haqqı, məzuniyyət haqqı və gecikdirilmiş gün üçün faiz məbləğinin tutulması tələblərinə ümumilikdə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında işin faktiki halları, iddiaçının təqdim etdiyi sübutlar araşdırılaraq müəyyən edilmişdir ki, cavabdeh işəgötürən tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş iddiaçı işçinin qanunla qorunan hüquqları kobud surətdə pozulmuş, onun aylıq əməkhaqqı və son haqq-hesab məbləği ödənilməmişdir. Habelə son haqq-hesab məbləğinin ödənilməməsi ilə bağlı işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırmasının obyektivliyini təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, işəgötürən tərəfindən ekspert vəsatəti ilə tələb edilmiş materiallar lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh əmək müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə iddiaçıya əmək haqqı ödəməyi öhdəlik götürdüyündən və cavabdeh əmək müqaviləsinin və qanunun tələbini pozduğundan, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri: "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; cavabdehin axtarılması ilə əlaqədar xərclər; qətnamənin icrası ilə əlaqədar xərclər; məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçının ödəməkdən azad edildiyi, ödənilməli olan dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2022-ci ilin dekabr ayı, 2023-cü ilin bütün 12 ayı, 2024-cü il yanvar ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 2 500 (iki min beş yüz) manat olmaqla, cəmi 35 000 (otuz beş min) manat əmək haqqı, 2021-2022, 2022-2023, 2023-2024-cü illər üzrə 68 (altmış səkkiz) gün ödənilməmiş məzuniyyət haqqı olaraq 5592 (beş min beş yüz doxsan iki) manat olmaqla, ümumilikdə 40592 (qırx min beş yüz doxsan iki) manat məbləğ və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 760 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0.1 (sıfır tam onda bir) faizi cərimə hesablanmaqla, 30849 (otuz min səkkiz yüz qırx doqquz) manat gecikdirilmiş vaxt üçün pul və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi iddiaçi İddiaçı xeyrinə ödənilməli, ödənilməli olan dövlət rüsumunun əvəzi olan 304.32 manat pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 2022-ci ilin dekabr ayı, 2023-cü ilin 12 ayı, 2024-cü il yanvar ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 2 500 (iki min beş yüz) manat hesablanmaqla, cəmi 35 000 (otuz beş min) manat ödənilməmiş əmək haqqı və 2021- 2022, 2022-2023, 2023-2024-cü illər üzrə 68 (altmış səkkiz) gün ödənilməmiş məzuniyyət haqqı olaraq 5592 (beş min beş yüz doxsan iki) manat pul olmaqla, ümumilikdə 40592 (qırx min beş yüz doxsan iki) manat pul məbləği və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 760 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0.1 (sıfır tam onda bir) faizi cərimə hesablanmaqla, 30849 (otuz min səkkiz yüz qırx doqquz) manat gecikdirilmiş vaxt üçün pul və 60 (altmış) manat mediasiya xərcinin əvəzi İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 304.32 manat pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar