Məhkəmə qərarları › İş №e-2(007)-96/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-96/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-96/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi və öhdəliyini icra etmədiyi üçün 20.542 (iyirmi min beş yüz qırx iki) manat ödənilmiş əsas məbləğin, 80000 (səksən min) manat real zərərin, 50400 (əlli min dörd yüz manat) əldən çıxmış faydanın, 5000 (beş min) manat mənəvi zərərin, 452 (dörd yüz əlli iki) manat dövlət rüsumu, o cümlədən iddiaçı tərəfindən çəkilmiş xərclər olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh MKM-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-9074/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəsi minmiş qətnaməsi icra olunmamışdır. Dəfələrlə bununla bağlı icra şöbəsinə müraciət edilib. Cavabdeh direktoru V. Novruzov icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 40 nömrəli məktubunda bildirir ki, 206 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMCdə həmin mənzili X2 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə Cavabdeh MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Onlar kömək məqsədilə həmin ərazidə bina tikərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz verir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin hüquqi şəxs Cavabdeh MKM-nin direktoru Nümayəndə2 barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsində qeyd olunan ünvanın yaxınlığında tikintisi başa çatdırılmış yaşayış binası olmadığından İddiaçı yeni mənzillə təmin edilməsi mümkün olmamışdır. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsi icrası mümkün olmayan icra sənədlərinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qeyd edim ki, hazırda iddiaçı illərdir rayonda qohumların evində qalmaq məcburiyyətindədir. Bu müddət ərzində öz evi olmadan ailəsi ilə birlikdə başqa şəxslərin evində yaşadığı və keçirdiyi mənəvi əziyyətlər bir yana, cavabdehin təqsiri üzündən 7 il məhkəmələrə get-gəllər, xərclər çəkib və bu səbəbdən də mənəvi maddi zərərə məruz qalmışdır. İndi həmin ərazidə həmin kvadratda evin qiyməti 100000 (yüz min) manatdan artıqdır. İndi iddiaçını evlə təmin edə bilməyən cavabdeh həmin evin real bazar qiymətini iddiaçıya ödəməlidir. Müqavilə öhdəliyi üzrə 20542 (iyirmi min beş yüz qırx iki) manat ödənilmiş əsas məbləğin və 80000 (səksən min) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Sözü gedən ərazidə 82.5 kvadrat metr 2 otaqlı mənzilin real alğı-satqısını edə bilməsi üçün 2008-ci ildə ödədiyi məbləğlə real bazar qiyməti arasındakı fərq iddiaçının cavabdehin hərəkətləri nəticəsində çəkdiyi zərərdir. Eyni zamanda illərdir məhkəmələrdə iştirak və hüquqlarının müdafiəçi üçün xərclər çəkmişdir. 7 il ərzində 5000 (beş min) manat xərci çıxmışdır. Bu stress və əsəb səbəbindən hazırda yataq xəstəsinə çevrilən iddiaçının mənəvi ziyana görə tələbi 5000 (beş min) manatdır. Göründüyü kimi, Cavabdeh MKM xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməmiş və təhvil verilməli olan mənzili bugünədək iddiaçıya verməmişdir. Hətta öz məktubunda, tikintiyə icazə alınmış bina tikiləndə mənzilin veriləcəyini bildirməklə təqsirli olduqlarını və iddiaçıya məxsus əmlakın təhvil verilməməsini ehtiraf etməkdədirlər. Əgər həmin dövrdə sözügedən ərazidə mənzilin dəyəri 20542 manat idisə, bugün sözügedən ərazidə həmin sahəyə məxsus mənzilin təxmini dəyəri 100000 manatdan artıqdır. Buna görə də Cavabdeh MKM iddiaçıya vurulmuş 80000 (səksən min) manat real zərəri ödəməldir. Habelə Cavabdeh MKM ona məxsus mənzili vaxtında vermiş olsa idi, o, 12 il ərzində həmin mənzili kirayə verməklə 50400 (əlli min dörd yüz) manat fayda qazanmış olardı. Məhkəmənin 08 fevral 2023-cü il tarixli iclasında Cavabdeh X5 rəhbəri Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh X5 vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına görə “iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinin surəti ilə müəyyən edilir ki, İddiaçı Cavabdehnə qarşı "əmlak dəyərinin tələb edilməsi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MKM arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə öhdəliyini icra etmədiyi üçün 20542 manat ödənilmiş əsas məbləğin və 80000 manat real zərərin, 50400 əldən çıxmış faydanın, 10000 manat çəkdiyi xərclər, o cümlədən 50000 manat mənəvi zərərin Cavabdeh MKM-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Cavabdeh üzərinə MKM tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi qoymuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlamışdır. Beləliklə hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5371/2017 nömrəli 16 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən 28 mart 2018-ci il tarixdə icra icraatına başlanılmışdır. Göründüyü kimi həmin icra icraatına xitam verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində göstərilən hallar mövcud deyil və icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməmişdir. Eyni zamanda xx.xx.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir”. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsini mübahisələndirməmiş, qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş, Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia ərizəsindən görünür ki, o, məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış mübahisə barədə mahiyyət etibarı ilə eyni olan ərizə ilə, sadəcə tələbin adında "əmlak dəyərinin tələb edilməsi" ifadəsini "müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” ifadəsi ilə əvəz etmiş və törəmə tələblər olan “mənəvi zərərin” məbləğini 50000 (əlli min) manatı azaldaraq 5000 (beş min) manat, “çəkilmiş xərclər” məbləğini 10000 (on min) manatı azaldaraq 5000 (beş min) manat kimi qeyd edərək təkrarən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizənin əsasını təşkil edən faktiki hallar isə dəyişməmişdir. Belə ola halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Beləliklə məhkəmə xx.xx.2022-ci il tarixli qərardadında 2(103)-5371/2017 nömrəli, 16 iyun 2017-ci il tarixli icra vərəqəsi üzrə icra icraatına xitam verilməməsini, habelə “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində gösrərilən halların mövcüd olmamasını, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməməsini, xx.xx.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin hal-hazırda qüvvədə olmasını, ləğv və ya etibarsız hesab edilməməsini əsas tutaraq İddiaçı Cavabdehnə qarşı "müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina etmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmışdır. Həmin qərardaddan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, (hansı ki, həmin şikayət iş materialları arasında yoxdur) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli, eyni nömrəli qərardadı ləğv edilmişdir. Ona görə ki, iş materiallarında olan Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun 18 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, icrası mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi üçün əsaslar yoxdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, eyni nömrəli, xx.xx.2022-ci il tarixli qərardadda göstərilən, iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas olmuş əsaslar aradan qalxmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərardadda göstərilən bütün əsaslar xx.xx.2022-ci il tarixli qərardadın qəbulu zamanı da mövcud olmuş, yalnız Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun 18 aprel 2021-ci il tarixli icrası mümkün olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərarının surəti əlavə edilmişdir. Hansı ki, bu qərar icra üzrə icraata xitam verilməsi barədə yox, icra sənədinin məhkəməyə qaytarılması barədədir. Deməli məhkəmə eyni nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə əvvəlki xx.xx.2022-ci il tarixli qərardadında qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinə istinadən göstərilən hüquqi əsasları (Beləliklə hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5371/2017 nömrəli 16 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən 28 mart 2018-ci il tarixdə icra icraatına başlanılmışdır. Göründüyü kimi həmin icra icraatına xitam verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun 20.1-ci maddəsində gösrərilən hallar mövcüd deyil və icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilməmişdir. Eyni zamanda xx.xx.2008-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqavilə hal-hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir) nəzərə almamış, bununla da özlüyündə bir-biri ilə ziddiyyət təşkil edən, qanuni qüvvədə olan məhkəmə aktına zidd və AR MPM-nin 153.2.2 və 153.5-ci maddələrinin tələblərinə cavab verməyən nəticəyə gəlmişdir. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, işdə olan tərəflər, predmet və əsaslar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi üzrə olan tərəflər, predmet və əsaslardır. Hazırkı iş üzrə iddia ərizəsində əvvəlki iddia ərizəsinə əlavə edilmiş – iddiaçı ilə Cavabdeh MKM arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin ləğv edilməsi tələbi üzrə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Hazırki iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən gürünür ki, iddaçı AR Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə riayət etməmiş, ləğv etməyi tələb etdiyi xx.xx.2008-ci il tarixli müqaviləni ləğv etmək barədə Cavabdeh MKM-nə təklif verməmiş, sonuncunun imtinasını almadan və qanunda nəzərdə tutulmuş müvafiq müddəti gözləmədən tələb irəli sürmüşdür. Yuxarıda göstərilənlərə əsasən iddia tələbini etiraf etmirlər. Ona görə ki, digər əsaslarla yanaşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi mövcuddur. Bundan başqa maddi, mənəvi zərər və əldən çıxmış fayda ilə bağlı iş materilları arasında mötəbər sübutlar mövcud deyildir. Hazırki iş üzrə iddia ərizəsi və məhkəmə iclası barədə məlumat cavabdehin rəsmi hüquqi ünvanına göndərilibsə də, cavabdeh həmin ünvanda mövcud olmadığından və ümumiyyətlə, bu ünvan cavabdehə tam yad olduğundan uzun müddət iddia tələbindən məlumatsız olmuş, daha sonra 18 yanvar 2023-cü ildə məhkəməyə yazılı müraciət edilmiş, bundan sonra cavabdehin direktorunun telefon nömrəsinə məhkəmə iclasının 08 fevral 2023-cü il tarixinə təyin edilməsi barədə sms-bildiriş göndərilmiş, direktor həmin gün keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş və ona iddia ərizəsinin surəti təqdim edilməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh X10 ilə İddiaçı nümayəndəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyəri 20542 manat iddiaçı tərəfindən ödənmiş və müqavilə üzrə dəyər tam ödənildiyi üçün mənzil iddiaçıya təhvil vermək öhdəliyi Cavabdeh öz üzərinə götürmüşdür. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmlak dəyərinin tələb edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. - xx.xx.2022-ci il tarixli, 27454 nömrəli qəbzdən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 452 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Ali Məhkəmənin 2(02)-9074/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - 04 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İcra hərəkətləri həyata keçirilən zaman tərəflərindən Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır. - Cavabdeh direktoru V. Novruzov icra şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 40 nömrəli məktubundan görünür ki, 206 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, “Azərtikinti-ATF2 MMC-yə verilmişdir. “Azərtikinti-ATF2 MMC də həmin mənzili X2 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə Cavabdeh MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Cavabdeh MKM kömək məqsədilə həmin ərazidə bina tikərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz vermişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 24 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2062/2022 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. - Məhkəmənin qərardadına əsasən “X8 Mərkəzi” MMC tərəfindən iş üzrə Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyərinin və aylıq kirayə haqqının müəyyən edilməsi həyata keçirilmişdir, verilmiş 06 yanvar 2023-cü il tarixli 007-121/2022 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyəri 86210 manat, aylıq kirayə haqqı 565 manat təşkil edir. - İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən iş üzrə Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyərinin və aylıq kirayə haqqının müəyyən edilməsi həyata keçirilmişdir, verilmiş 18 iyul 2022-ci il tarixli KC/O 10- 20/22 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin 18 iyul 2022-ci il tarixə olan bazar dəyəri 110000 manat, aylıq kirayə haqqı 400-450 manat təşkil edir. - xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı vəkilə müraciət etmək üçün “Faiq Nağıyev və partnyorları” vəkil bürosunun bank hesabına 110 manat və 50 manat pul ödəmişdir. - Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinin 18 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(011)-785/2022 nömrəli qərarının surətindən görünür ki, hüquqi şəxs Cavabdeh MKM-nin direktoru Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qərardan məlum olur ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən və tərəflərin izahatlarından aydındır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsində qeyd olunan ünvanın yaxınlığında tikintisi başa çatdırılmış yaşayış binası olmadığından İddiaçı yeni mənzillə təmin edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyəri 20542 manat iddiaçı tərəfindən ödənmiş və müqavilə üzrə dəyər tam ödənildiyi üçün mənzil iddiaçıya təhvil vermək öhdəliyi Cavabdeh öz üzərinə götürmüşdür. Lakin sonradan Cavabdeh müqavilə üzrə öhdəliyi icra etməkdən yayınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Ali Məhkəmənin 2(02)-9074/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-5371/2017 nömrəli qətnaməsini İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 04 aprel 2021-ci il tarixli akta əsasən icra zamanı Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, 206 saylı mənzil məhkəmə qərarına əsasən Cavabdeh MKM-dən alınaraq, "xxxx" MMC-yə verilmişdir. "xxxx" MMC də həmin mənzili X2 vermişdir. Məhkəmə qətnamələrində nəzərdə tutulmuş ərazidə Cavabdeh MKM-ə məxsus torpaq sahəsi və həmin ərazidə bina tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı var. Cavabdeh MKM kömək məqsədilə həmin ərazidə bina tikərkən İddiaçı bir ədəd 2 otaqlı mənzil verməyə söz vermişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 18 aprel 2021-ci il tarixli qərarından məlumdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə ilk növbədə cavabdehin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsi fikrinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, birincisi cavabdehin qeyd etdiyi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3496/2021 saylı, xx.xx.2021-ci il qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “əmlak dəyərinin tələb edilməsi” tələbi yalnız rəqəmlərin dəyişilməsindən ibarət deyil. Həmin iddia tələbindən fərqli olaraq hazırki tələbdə iddiaçı Cavabdeh ilə arasında bağlanmış 17 fevral 2008-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmişdir. İkincisi göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Lakin iş materiallarına da əlavə edilmiş 04 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İcra hərəkətləri həyata keçirilən zaman tərəflərindən Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılan yaşayış binası aşkar olunmamışdır. Həmçinin Bakı Şəhəri Xətai Rayon İcra şöbəsinin 18 aprel 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılmışdır. Bu da şəraitin dəyişməsi və qanuni qüvvəyə minmiş qətnamənin icra oluna bilməməsi deməkdir. 18 aprel 2021-ci il tarixli qərardan və 04 aprel 2021-ci il tarixli aktdan görünür ki, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi icra oluna bilmir və formal olaraq kağız üzərində qalır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Cavabdeh X10 ilə bağladığı 17 fevral 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 2942 "A" məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı, ümumi sahəsi 82.5 kvadrat metr olan mənzilin tam dəyərini 20542 manat pulu ödəmişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmış və qeyd olunan mənzili iddiaçıya təhvil verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5371/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin əvəzi olaraq Cavabdeh tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsa da Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 18 aprel 2021-ci il tarixli qərarı ilə qətnamənin icrası mümkün olmamışdır. Hal-hazırda həmin mənzilin yerləşdiyi bina faktiki olaraq mövcud deyildir. Məhkəmə iclasında da müəyyən olundu ki, Cavabdeh həmin ərazidə bina tikməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı olsa da 15 il keçməsinə baxmayaraq MKM maddi vəsaiti olmadığından bina tikmək iqtidarında deyildir. Bu səbəbdən iddiaçı müqavilənin ləğv edilməsi və ödənilmiş pulların geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin 80000 manat real zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, “X8 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 2942 «a» məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 saylı mənzilin bazar dəyəri 86210 manat, aylıq kirayə haqqı 565 manat müəyyən edilmişdir. İddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 65668 manat pul tutulmalıdır. Beləki, iddiaçı tərəfindən ödənilmiş mənzilin tam dəyəri 20542 manat təşkil edir.(20542+65668=86210) Məhkəmə iddia tələbinin 5000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həqiqətən xəstədir. O, bunu məhkəməyə təqdim etdiyi müayinə sənədləri ilə sübut edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdehdən 4000 manat pul tutulub iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin çəkilmiş xərclərin tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün 150 manat ödənilməsini təsdiq edən qəbzlər təqdim edilmişdir, belə olan halda, iddianın həmin hissədə də qismən təmin edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 452 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh X10 arasında bağlanmış 17 fevral 2008-ci il tarixli müqavilə ləğv edilməli, Cavabdeh X6 20.542 manat əsas, 65.668 manat real zərər, 4.000 manat mənəvi zərər, 150 manat vəkilə ödənilmiş xərc məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 452 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh X10 arasında bağlanmış 17 fevral 2008-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh X6 20.542 manat əsas, 65.668 manat real zərər, 4.000 manat mənəvi zərər, 150 manat vəkilə ödənilmiş xərc məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 452 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar