Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-985/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,İddiaçı ünvan 1ünvandakı 113 saylı mənzildə yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Cavabdeh onun keçmiş gəlinidir və hazırda yuxarıda qeyd edilən ünvanda uşaqları ilə birlikdə yaşayır.Belə ki, Cavabdeh ilə iddiaçının oğlu X6 xx.xx.2013-cü il tarixdə ailə qurublar və birgə nikahdan 2 övladlarıı - xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olub. Nikah bağlandıqdan sonra Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzilə köçərək hal-hazıra kimi orada yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2765/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cu il tarixdə 1339 № ilə qeydə alınan nikahın pozulması və birgə nikahlarından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalması qət edilib.Cavabdeh boşandıqdan sonra iddiaçının dəfələrlə etdiyi təkliflərə baxmayaraq mənzili tərk etməkdən imtina edib. Mənzil 2 otaqlıdır, bir otaqda iddiaçı həyat yoldaşı ilə, digər otaqda isə cavabdeh uşaqları ilə birgə yaşayır.Cavabdeh valideynlərinə məxsus ünvan 2 ünvanda pasport qeydiyyatındadır və mübahisəli mənzilə cavabdehin heç bir hüququ olmadığı halda öz hərəkətləri ilə İddiaçı mülkiyyət hüquqlarını pozur. İddiaçı öz mülkiyyətindən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından məhrum edilir.Bu da İddiaçı ünvan 1 ünvandakı 113 saylı mənzil üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması hesab edilir. Qeyd olunanlara əsasən Cavabdeh ünvan 1ünvandakı 113 saylı mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılması,mənzilin iddiaçıya təhvil verilməsi və Cavabdeh həmin mənzildən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər,bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasın mümkün hesab etmiş, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materallarnda olan: ƏMDX-nin DƏDK və RPHŞ xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1ünvandakı 113 saylı mənzil ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2765/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 Cavabdeh qarşı nikahın pozulması və s.tələblərinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərib ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunan geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınan həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir İşin hallarından görünür ki,İddiaçı xx.xx.2020-ci il tarixdən ünvan 1ünvandakı 113 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının gəlini olmaqla 2013-cü ildən həmin mənzildə yaşayır.2022-ci il tarixdə iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabde mənzildə yaşadığı müddət ərzində yaşayış sahəsindən istifadə etmək barədə iddiaçı ilə müqavilə bağlamamışdır,ona görə də cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh ünvan 1ünvandakı 113 saylı mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılmalı,mənzil iddiaçıya təhvil verilməlı və Cavabdeh həmin mənzildən istifadə hüququ olmaması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1ünvandakı 113 saylı mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılsın. Mənzil İddiaçı təhvil verilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2561-ci məhəllə, ev 72E (72F, 72D) ünvandakı 113 saylı mənzildən istifadə hüququ olmaması müəyyən olunsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-985/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(007)-985/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver