Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-100/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı vərəsəsi (hüquqi varisi) X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı vərəsəsi (hüquqi varisi) X1 Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, sonradan açılmış qapı və pəncərələrin daş hörgü ilə bağlanaraq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmənin hazırlıq iclasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı vərəsəsi (hüquqi varisi) X5 Cavabdeh qarşı “torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, sonradan açılmış qapı və pəncərələrin daş hörgü ilə bağlanaraq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 0.12 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması, həmin torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, torpaq sahəsinin giriş hissəsində qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, sonradan açılmış qapı və pəncərələr daş hörgü ilə bağlanaraq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması cavabdehin üzərinə qoyulması, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 30.000 (otuz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı vəfat etdiyindən və o, iddiaçının yeganə vərəsəsi oluğu üçün onun mülki iş üzrə iddiaçı qismində tanımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi, 4954 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənMA №0223173 saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətində olan, ümumi sahəsi 0,12 ha. olan torpaq sahəsi (Çıxarışın surətini iddiaya əlavə edir) onun bağ qonşuları olan Cavabdeh və onun oğlanları Polad və Emin tərəfindən 2012-ci il tarixdən zəbt olunmuş və orada qanunsuztikinti işləri aparılmışdır. Belə ki, vərəsəliklə əldə etdikləri ünvan 1 ünvanda yerləşən, 1990-cı illərdə inşaa edilmiş fərdi yaşayış evinin onun torpaq sahəsinə düşən arxa və yan hissəsindən qapı və pəncərə acaraq onun torpaq sahəsində qanunsuz olaraq əlavə tikintilər apararaq torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Hansıki həmən fərdi yaşayış evinin onun şəxsi mülkiyyətində olan torpaq sahəsinə baxan hissəsində heç bir qapı və pəncərəsi olmamışdır və bu fakt Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhər ərazi idarəsinin 14 dekab 2006-cı il tarixdə tərtib etdiyi Daşınmaz əmlakın texniki pasportunda öz əksini tapmışdır. Bundan əlavə onun torpaq sahəsinin giriş hissəsinin yanından qanunsuz olaraq əlavə fərdi yaşayış evi inşa edərək ona məxsus torpaq sahəsinə gələn 4 metr enində olan giriş hissəsini bağlayaraq ona məxsus torpaq sahəsini tam zəbt etmişlər. Ona görə da hesab edirik ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindənMA №0223173 saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətində olan, ümumi sahəsi 0,12 ha. olan torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən götürülməli, həmin torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalı, torpaq sahəsi iddiaçıya təhvil verilməli, eyni zamanda həmin torpaq sahəsində Cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsində və ona məxsus torpaq sahəsinin giriş hissəsində qanunsuz inşa edilmiş tikili onun vəsaiti hesabına sökülməli, sonradan açılmış qapı və pəncərələr daş hörgü ilə bağıanaraq torpaq sahəsiəvvəlki vəziyyətinə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vərəsəsi X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, caavbdehin nümayəndəsi ərizə ilə müraciət edərək 3 məhkəmə prosesi olduğunu bu səbəbdən hazırki iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4954 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4954 A saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 37.10 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 27209 nömrəli müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4954 A saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Baba-zadə Nazim Sultan oğluna verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4954 A saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 13.8 kv.m yaşayış, 23.3 kv.m köməkçi sahədən ibarət bağ evi Baba-zadə Nazim Sultan oğlunun mülkiyyətindədir. Bakı şəhəri 34 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli x/o128/23 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1937-ci il təvəllüdlü İddiaçı vərəsə vəsiyyətnamə üzrə müraciət etmiş X2r. Bakı şəhəri Nəsmi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2024-cü ildə septik şokdan vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/400 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadın 1,2,3 və 4-cü suallarının cavablandırılması mümkün olmamışdır. Cavabdehə məxsus fərdi yaşayış evində aparılmış dəyişikliklər barəsində müvafiq icra hakimiyyəti qurumunun hər hansı bir icazə sənədləri olmadığından həmin tikilinin inşası zamanı “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalan”nın 4.1 və 4.2 bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-50878/2024 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 0,12 ha təşkil edir. İki bağ sahəsi bir hasar daxilindədir. 4954A saylı bağ sahəsinin qeydiyyatdan keçmiş bağ evinə bitişik 40.0 kv.m köməkçi tikili 4954 saylı bağ sahəsinin özəl torpaq sahəsində inşa edilmişdir. Sözügedə 4954 saylı bağ sahəsinə ayrılmış yol babazadə Nazim tərəfindən darvaza qoyulmuş və iddiaçının yolunu bağlamışdır. Bundan əlavə yol tərəfdən 5.5 metr məsafədə 6.0 kvtlıq elektrok xətti keçir. Bundan əlavə qeyd olunan 4955 A saylı bağ sahəsinin qeydiyyatdan keçmiş “A” literli tikilisində rekonstruksiya işləri aparılaraq nəticədə ev genişləndirilmişdir. Həmçinin üztündə mansard mərtəbəsi inşa edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 4954 və 4954A bağ sahələri bir hasar daxilindədir. Qeydiyyatdan keçmiş iki bağ sahəsinin sənəd üzrə olan hissələrindən 13.5 kv.m torpaq sahəsi (4954A saylı bağın A tikilisinin bir hissəsi) üst-üstə düşür. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edərək bağ evini genişləndirmiş və həyət tikilisi inşa etmişdir. Cavabdeh iddiaçıya gələn keçidi bağlayaraq darvaza qoymuş və özünə məxsus keçid kimi istifadə edir. Sözügedən 4954 saylı bağ sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Topaq sahəsinin planı və ölçüsü” əsasında qeydiyyata alınmış, 4954A saylı bağ sahəsi isə X6 və İstismarı Birliyinin verdiyi arxiv cizgisi əsasında qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/4009/2025 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 17.12.24 tarixli 3-21-3-30/2-50878/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Bildiririk ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq 0.12 ha təşkil edir. İki bağ sahəsi bir hasar daxilindədir. 4954 A saylı bağ sahəsinin qeydiyyatdan keçmiş bağ evinə bitişik 40.0 kv.m köməkçi tikili 4954 saylı bağ sahəsinin özəl torpaq sahəsində inşa edilmişdir. Sözügedən 4954 saylı bağ sahəsinə ayrılmış yol Babazadə Nazim tərəfindən darvaza qoyulmuş və iddiaçının yolunu bağlamışdır. Yol tərəfdən 5.5 metr məsafədə 6.0 kvt-lıq elektrik xətinin keçdiyi müəyyən edilmişdir. 4955 A saylı bağ sahəsinin qeydiyyatdan keçmiş “A” literli tikilisində rekonstruksiya işləri aparılaraq nəticədə ev genişləndirilmişdir. Həmçinin üstündə mansart mərtəbəsi inşa edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Vəkil 180 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2- 50878/2024 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi məhkəmə üçün anlaşıqlı olmadığından məhkəmə tərəfindən yenidən ekspertiza keçirilməsi qərara alınmış bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Bundan sonra məhkəmənin qərardadı ilə mülki iş üzrə ekspert rəy verilməsi mütəxəssis rəyi ilə birlikdə mülki iş ekspertiza mərkəzinə göndərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/4009/2025 nömrəli rəyi texniki yalnışlığa yol verilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə deyildə əvvəl verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə uyğun tərtib edilmiş. Odur ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini möhtəbər sübut hesab edir və mülki işi sözügedən rəyə uyğun qiymətləndirir. Beləliklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən də müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan 4954 nömrəli bağö sahəsi cavabdehin mülkiyyətindəolan 4954A nömrəli bağ sahəsi ilə bir hasar daxilindədir.Həmçinin sözügedən rəydən həmçinin müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan 4954 A saylı bağsahəsinin üzərində yerləşən A tikilisinin 13.5 kv.m olan hissəsi iddiaçının mülkiyyətində olan hissə ilə üst-üstə tikilmiş olduğu müəyyən edilir. Bundan başqa sözügedən rəydən və əlavə edilmiş paş plandan görünür ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində “B” adlandırılan tikili inşa etmişdir. Belə olan halda məhkəməhesab edir ki, iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılmalı, həmin torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, torpaq sahəsinin giriş hissəsində qanunsuz inşa edilmiş B tikili cavabdehin vəsaiti hesabına sökülməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “sonradan açılmış qapı və pəncərələr daş hörgü ilə bağlanaraq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarından cavabdeh tərəfindən sonradan qapı və ya pəncəra açılması və həmçinin sözügedən qapı və pəncərərnin iddiaçıya hansı qaydada maneə olması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 30000 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Kontitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tələb qismən təmin edildiyindən iddia ərizi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, torpaq sahəsinə müdaxilənin müəyyən edilməsi üçün təyin edilmiş ekspertiza xərcləridə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəməyalnıztərəflərintəqdimetdiyisübutlarıaraşdırmalıvəonlardanistifadəetməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 4954 nömrəli bağ sahəsi Cavabdeh tərəfindən boşaldımaqla, Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı vərəsəsi (hüquqi varisi) X3 təhvil verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 4954 nömrəli bağ sahəsində Cavabdeh tərəfindən inşa edilmiş “B” tikilisi (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 3-21-3-30/2-21449/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş baş plana uyğun olaraq) Cavabdeh hesabına sökülsün. 150 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi iddiaçı Cavabdeh alınaraq İddiaçı vərəsəsi (hüquqi varisi) X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-100/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-100/2025
16.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver