Məhkəmə qərarları › İş №e-2(008)-1011/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1011/2025

21.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1011/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı1 Vahı̇ d qızının və Dadaşov Elməddı̇ n Vahı̇ d oğlunun və onların nümayəndəsi və vəkili Vəkil1 Amil oğlunun, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh3 iştirakı ilə, İddiaçı1 Vaşid qızının, İddiaçı2 Vaşid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “etibarnamənin qanunsuz hesab olunması, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv olunması, mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı «mülkiyyətin rəsmiləşdirilmsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 1\4 hissədə İddiaçı1 Vaşid qızının, 1\4 hissədə isə İddiaçı2 Vaşid oğlunun adına rəsmiləşdirilməklə mülkiyyətlərinə keçirlməsi vəzifəsinin (öhdəliyinin) cavabehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçıların atası mərhum X2 hazırki iş üzrə cavabdehin adına rəsmiləşdirilmiş olduğu və hazırda da onun mükiyyətində olan ünvan 1№li fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini əldə etmişdir. Vaxtı ilə cavabdehlə iddiaçıları atası razılaşmışlar ki, haqqında danışılan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi bir müddət cavabdehin adında qalsın, sonra yenidən həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evini Vahid Dadaşovun özünə və ya onun istədiyi şəxsin adına qaytarar. Qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququ cavabdehin adına AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh mərhum X5 arvadının bacısı, yəni, baldızı olmuşdur. Hətta X1 cavabdeh onun şəxsən özünə, haqqında danışılan mübahisəli evə dair əlli il müddətinə etibarnamə belə vermişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınla Komitəsinin Xətai rayon sektorunun müdirinə xx.xx.2015-ciil tarixdə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək X5 aılə üzvləri haqqında danışılan fərdi yaşayış evində məskunlaşmasına razılıq vermişdir. Bütün bunlar onu bildirir ki, bu rəsmiləşdirilmiş sənədlərin hamısı Vahid Dadaşovu sağlığında olmuş və həmin fərdi yaşayış evində də cavabdeh heç vaxt yaşamamışdır. Göstərilən mülkiyyət münasibətləri ancaq formal xarakter daşımış və hətta bu günləri cavabdeh də bilir ki, evin həqiqi mülkiyyət sahibi Vahid Dadaşov olmuşdur. Bunu hətta cavabdehin ailə üzvləri və eləcə də, qohumlar içərisində təsdiq eləcək bir çox şəxslər vardır və evin Vahid Dadaşov tərəfindən əldə edildiyini, ona məxsusluğunu, həm də daim həmin eıdə cavabdehin deyil, Vahid Dadaşovun yaşıdığını təsdiqləyə bilərlər. X10 uzun sürən ağır xəstəlikdən xx.xx.2024-cü il tarixdə ölmüşdür. Xəstəliyinin səbəbi kimi qaraciyər xərcəngi olmuş və bu zaman oun vaxtı olmamışdır ki, bu ərəfədə adı çəkilən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini öz adına yenidən rəsmiləşdirsin. İddiaçılar X5 övladları olmaqla həm də mülki qanunvericiliyin tələb və göstərişləri üzrə qanun üzrə vərəsələri sayılırlar. Bu səbəbdən iddiaçıların hər biri cavabdehə müraciət edərək atalarından qalan bu əmlakı onların adlarına keçirmələrini istəmələrinə baxmayaraq X5 ölümündən sonra müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır. Baxmayaraq ki, bunu cavabdeh özü də yaxşı bilir ki, fərdi yaşayış evi X5 olduğundan onun övladlarına və digər vərəsələri olarsa onlara çatmaladır. Lakin cavabdeh üzərinə düşən bu öhdəliyi mənəvi borcunu yerinə yetirməkdən yayınmaqla haqqı olanları iddiaçılara verməkdən imtina edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və Mülki Məcəlləsinin 152.1-ci maddələrnin tələbləri baxımından iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə baxışı dövründə iddiaçılar iddia tələblərinin həcminin artırılması və bununla əlaqədar digər şəxslərin iş üzrə cavabdeh qismində cəlb olunmaları barədə ərizə ilə müraciət edərək AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun Cavabdeh2 xeyrinə xx.xx.2024-cü il tarixlə 4 saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin etibarsız hesab olunması, Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair Cavabdeh1 adından etibarnamə ilə nümayəndəsi qismində iştirak etmiş Cavabdeh2 tərəfindən anası Cavabdeh3 adına rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqları barədə verilmiş çıxarışın ləğv olunması və iddia ərizəsi üzrə verilmiş ilkin iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanması nəzərə alınmaqla qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı dövründə iddiaçılar iddia tələblərinin həcminin artırılması və bununla əlaqədar digər şəxslərin iş üzrə cavabdeh qismində cəlb olunmaları barədə ərizənin dəqiqləşdirilməsi barədə digər ərizə ilə müraciət edərək ilk dəfə AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla (sonradan xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan sonuncu çıxarış) mülkiyyət hüquqları rəsmiləşdirilmiş və cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmuş (sonradan bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş) Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun Cavabdeh1 tərəfindən Cavabdeh2 xeyrinə xx.xx.2024-cü il tarixlə 4 saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin etibarsız hesab olunması, Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair onun adından etibarnamə ilə nümayəndəsi qismində iştirak etmiş Cavabdeh2 tərəfindən anası Cavabdeh3 adına rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********6- 10301 olan çıxarışın ləğv olunması, hazırda xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********6-10301 olan çıxarışla mülkiyyət hüquqları rəsmiləşdirilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin 1\4 hissədə İddiaçı1 Vaşid qızının, 1\4 hissədə isə İddiaçı2 Vaşid oğlunun adına rəsmiləşdirilməklə mülkiyyətlərinə keçirlməsi vəzifəsinin (öhdəliyinin) cavabeh Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adından nümayəndələri tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, ünvan 2 evin torpaq sahəsini 2009-cu ildə Cavabdeh2 almış, həmin torpaq sahəsində ev inşa etmiş, mübahisəli evi xalası Cavabdeh1 adına rəsmiləşdirmişdir. Sonradan mübahisəli ev üçün xalasından xx.xx.2024cü il tarixdə etibarnamə almış, həmin etibarnamə əsasında evi xx.xx.2024-cü ildə anası Cavabdeh3 hədiyyə etmişdir. Bu zaman qanunvericiliyin heç bir tələbi pozulmamışdır. İddiaçı tərəf mübahisəli evin və onun altındakı torpaq sahəsinin mərhum ataları Vahid Dadaşova məxsus olduqlarını göstərsələr də bu faktı təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsi hazırki iş üzrə iddiaçıların maraqları baxımından nəzərə alınmamalıdır. Mülkiyyətçi öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququ vardır. Qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçdikdən sonra yaranır. İstər iddiaçıların, istərsə də onların mərhum ataları X5 mübahisəli evə və onun altındakı torpaq sahəsinə mülkiyyətlərini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Cavabdeh1 iddia ərizəsinin təmin olunması barədə Bakı şəhəri, 7 saylı Notariat ofisində verdiyi ərizəsindən elə həmin 7 saylı ofisdə də imtina etmiş və bu barədə ərizəsini məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbləri baxımından mübahisəli ev və onun altındakı torpaq sahəsi iddia edildiyi qaydada alınsa idi, bu o deməkdir ki, onun 1\2 hissəsi Cavabdeh3 birgə nikah dövründə əldə edilmiş əmlak kimi payıdır və yalnız yerdə qalan 1\2 hissəsi miras kütləsinə daxil olmaqla onda Cavabdeh3 payı 5\8 hissə, qalan digər vərəsələrin hər birinin payı isə 1\8 müəyyən edilə bilər. Lakin yuxarıda göstərildiyi kimi nə mübahisəli evin, nə də onun altındakı torpaq sahəsinin mərhum X7 məxsus olması və ya onun mülkiyyətində olması barədə heç bir sübut yoxdur. Cavabdeh1 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********455 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, o, e-2(008)-1011/2025 nömrəli iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ona qarşı verilmiş “mənzilə mülkiyyət hüququ üzrə payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə tanışdır və həmin iddia tələbləri tərəfindən qəbul olunur. Verilmiş iddia tələblərində göstərilən bütün xüsusatlar tam həqiqəti əks etdirir, heç bir etiraz və qarşılıqlı tələb irəli sürmədən tam qəbul edir. Xahiş edir ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsinin tam şəkildə təmin olunması barədə müvafiq qətnamə qəbul edilsin. Həmçinin Cavabdeh1 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********047 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 7 saylı notariat ofisində 8i-455 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Fikrini dəyişməsi səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina edir. Xahiş edir ki, yuxarıda göstərilən ərizədən imtina etməyi barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin. Cavabdeh1 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********267 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, e-2(008)-1011/2025 nömrəli iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən ona qarşı verilmiş “mənzilə mülkiyyət hüququ üzrə payın ayrılması tələbinə dair” iddia ərizəsi ilə razı deyildir, ərizədə göstərilənləri düzgün anlamamış və ona görə xx.xx.2025-ci il tarixli 8i-455 reyestr nömrədi ərizəyə xitam vermişdir. İddiaçılar və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələblərini müdafiə edərək iddianın təmin edilməsi xahiş etdilər. Cavabdehlər və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlizadə Maarif ifadəsində göstərmişdir ki, o, Vahid Dadaşovu 15 ildir tanımış və yaxın dostu olmuş, Elnarəni və Gülnazı tanıyır. Bildirmək istəyir ki, o mübahisəli evdə Fərhad adlı şəxsin təklifi ilə elektrik və santexnik işləri görmüş, materialları Ceyhun alırdı, əmək haqqını isə Vahid verirdi. Lakin bu işlərin nə vaxt olmasını uzun müddət keçdiyi üçün xatırlaya bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 Vaşid oğlunun valideynləri X10 və Cavabdeh3dır. - 16 saylı Notariat kontorunun xx.xx.2012-ciil tarixdə təsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh1 X7 50 il müddətinə ona məxsus AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair bütün sənədləşdirmə əməliyyatları aparmağı və sair bununla bağlı müvafiq hərəkətləri aparmağı etibar edir. - Cavabdeh1 Azərbaycan Respublikasının Qaçqınla Komitəsinin Xətai rayon sektorunun müdirinə xx.xx.2015-ci il tarixdə 16 saylı Notariat kontorunda notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o özünə məxsus ünvan 2 ünvanda yerləşən evdə Cəbrayıl rayonundan məcburi köçkün olan qoşuhu X5 7 nəfərdən ibarət ailə üzvlərinin məskunlaşmasına razıdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü ildə vəfat etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ev 6 saylı dövlət notariat kontoru tərəfindn təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Sözügedən əmak sökülmüş, Xətai rayon İcra Hakimiyyəti Başçısının 421 №li xx.xx.2009-cu il tarixli sərəncamından çıxarışa, Xətai rayon İcra Hakimiyyəti Başçısının 194 №li xx.xx.2009-cu il tarixli sərəncamından çıxarışa, razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2012-ci il tarixdə ünvan 2 fərdi yaşayış evi kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı «Asan xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-2816 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə X6 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli, reyestrdə 4Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair Cavabdeh1 adından etibarnamə ilə nümayəndəsi qismində iştirak etmiş Cavabdeh2 tərəfindən anası Cavabdeh3 adına rəsmiləşdirilmişdir. - Cavabdeh1 49 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə imzası təsdiq edilmiş **********523 saylı ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisində ünvan 5i ünvanında qeydiyyatda olan Cavabdeh2 reyestrdə 7E-24560 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Xahiş edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilə etibarnamənin qüvvəsinə xitam verilmə barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsi təmin edilsin. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər qohumdurlar. Yəni, X10 və Cavabdeh3 birgə nikahdan İddiaçı1, İddiaçı2 və Cavabdeh2 oğlu anadan olmuşlar. Cavabdeh1 Cavabdeh3 bacısı, X5 isə baldızıdır. İşin materiallarından görünür ki, ünvan 2 ev 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, həmin əmlak sökülmüş, Xətai rayon İcra Hakimiyyəti Başçısının 421 №li xx.xx.2009-cu il tarixli sərəncamından çıxarışa, Xətai rayon İcra Hakimiyyəti Başçısının 194 №li xx.xx.2009-cu il tarixli sərəncamından çıxarışa, razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2012-ci il tarixdə ünvan 2 fərdi yaşayış evi kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Daha sonra işin materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisində Cavabdeh2 reyestrdə 7E-24560 nömrə ilə qeyd olunmuş etibarnamə vermiş və ünvan 6 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən anası Cavabdeh3 adına rəsmiləşdirilmiş, hazırda da mülkiyyətindədir. Hazırda iddiaçılar, yəni Cavabdeh3 mərhum X5 digər övladları olan İddiaçı1 və İddiaçı2 mübahisəli evin atalarının sağlığında ikən baldızı Cavabdeh1 adına rəsmiləşdirildiyini, evin faktiki olaraq atalarına məxsus olmasını iddia edərək hazırda ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin ayrılıqda hər birinə 1\4 hissədə adlarına rəsmiləşdirilməli olmasını iddia edirlər. Başqa sözlə, iddiaçılar mübahisəli əmlakın bütünlüklə deyil, yalnız iddia etdikləri paylarda mülkiyyət hüquqlarının rəsmiləşdirməklə mülkiyyətlərinə keçirlməli olmasını iddia edirlər. Bunun üçün isə Cavabdeh1 tərəfindən Cavabdeh2 xeyrinə xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamə də daxil olmaqla etibarnamə əsasında yaranmış bütün hüquqi nəticələrin etibarsız və ləğv olunmasını tələb edirlər. Belə olan halda dəqiqləşdirlmiş iddia tələblərindən aydın olur ki, iddiaçılar özlərinin əmlakda ayrılıqda 1\4 hissələrdə payları ilə yanaşı yalnız Cavabdeh1 mülkiyyət hüquqlarını tanımaqla mübahisəli əmlakda onunla paylı mülkiyyətdə olmalarını istəyirlər. Cavabdeh tərəfin isə iddiaya etirazın əsasını mübahisəli evin və onun altındakı torpaq sahəsinin mərhum Vahid Dadaşova məxsus olduqlarını təsdiq edən heç bir sənədin olmamasını, ünvan 2 evin torpaq sahəsini 2009-cu ildə Cavabdeh2 alaraq həmin torpaq sahəsində ev inşa etməklə onu xalası Cavabdeh1 adına rəsmiləşdirməsini, xalasının xx.xx.2024-cü il tarixdə ona verdiyi etibarnamə əsasında evi xx.xx.2024-cü ildə anası Cavabdeh3 hədiyyə etməsində qanunvericiliyin heç bir tələbi pozulmaması təşkil edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, əvvəla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 139.1-ci maddəsinin tələblərinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin MM-nin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Həmçinin Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Həmçinin də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Qərarında izah etmişdir ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Göründüyü kimi, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir. Məhkəmə daha sonra qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır Həmin Məcəllənin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcələnin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Məhkəmə işin faktiki və araşdırılmış halları ilə bağlı qeyd etməyi zəruri sayır ki, mübahisəli evin 6 saylı dövlət notariat kontoru tərəfindn təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008ci il tarixdə Cavabdeh1 adına alınması faktı mübahisəsizdir, lakin bu evin faktiki olaraq kim tərəfindən onun adına alınması mübahisələndirilir. İddiaçı tərəf bunun mərhum Vahid Dadaşov tərəfindən, cavabdeh tərəf isə onun oğlu Cavabdeh2 tərəfindən alınmasını göstərir. Məhkəmənin qənaətinə görə evin 2008-ci ildə 24 yaşı olan Cavabdeh2 tərəfindən alınması faktı, atasının həmin vaxt sağ olması baxımından az inandırıcı olsa da, hər bir halda heç biri tərəfindən həmin evin almasını təsdiq edən sübut növü təqdim edilməmişdir. Müqavilə tərəfi kimi məhkəmə Cavabdeh1 qəbul edir və yuxarıda göstərildiyi kimi dəqiqləşdirilmiş iddia üzrə onun adına olan AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarışla, (həmçinin sonradan verilmiş xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan sonuncu çıxarışla) mülkiyyət hüquqları mübahisələndirilmir. İddiaçı tərəf mübahisəli evin atadan qalmış miras əmlak kimi qiymətləndirilməklə mülkiyyət paylarının tanınmasını tələb etməsi ilə əlaqədar məhkəmə hesab edir ki, mübahisəli əmlak Cavabdeh1 mülkiyyəti olduğu üçün o mərhum X4 (hətta o evi öz vəsaiti hesabına cavabdehin adına almış olsa da belə) qalmış miras əmlak kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəfin evin mərhum X10 tərəfindən Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilməsinə dair sübutları olmuş olsa da belə, qeyd edildiyi kimi 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında sonuncunun adına xx.xx.2008ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarış (sonradan verilənxx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan sonuncu çıxarış) mübahisələndirilmədiyindən əmlak Cavabdeh1 məxsus kimi qiymətləndirilir. Başqa sözlə, mərhum X5 adına öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun olmadığı təqdirdə iddiaçıların digər şəxsin mülkiyyətində olan əmlaklara öz irəli sürdükləri arqumentlər baxımından vərəsəlik hüququ nəzərindən mülkiyyət paylarının tanınmasından söhbət gedə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı tərəfin 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə-484 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında sonuncunun adına xx.xx.2008-ci il tarixdə verilmiş 110805 qeydiyyat nömrəli çıxarış (xx.xx.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** olan sonuncu çıxarış) mübahisələndirilmədiyi halda Cavabdeh1 tərəfindən Cavabdeh2 xeyrinə xx.xx.2024-cü il tarixlə 4 saylı Bakı «Asan Xidmət» mərkəzində yerləşən notariat ofisində verdiyi 7 E-24560 №li etibarnamənin və ondan sonrakı hüquqi nəticələri mübahisələndirilməsi əhəmiyyətsizdir. Belə ki, bu halların mövcudluğunda belə (iddia təmin olunarsa) əmlak əvvəlki vəziyətinə, yəni, Cavabdeh1 mülkiyyətinə qayıdır ki, bu halda da iddiaçıların sonuncunun əmlakına vərəsə olaraq atadan qalmış miras kimi mülkiyyət paylarına dair iddiaları əsaslı sayıla bilmir. Məhkəmə hesab edir ki, mübahisələndirilən etibarnamənin və onun əsasında bağışlanma müqaviləsinin bağlanması mülki və notariatla bağlı qanunvericiliyin tələblərinə uyğun aparılmış və onların etibarsızlığı, həmçinin də bu əqdin əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********6- 10301 olan çıxarışın ləğv olunması üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Cavabdeh1 49 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə imzası təsdiq edilmiş **********523 saylı ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisində Cavabdeh2 reyestrdə 7E-24560 nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam versə də işin materiallarından görünür ki, bağışlama müqaviləsi xx.xx.2024-cü ildə təsdiq edilərkən sözügedən etibarnamə hüquqi qüvvəyə malik idi. Qeyd edilən etibarnamənin hüquqi nəticə yaradandan sonra ona xitam verilməsi əhəmiyyətsizdir. Həmçinin də işin materiallarından görünür ki, sözügedən etibarnaməyə xitam vermiş Cavabdeh1 xx.xx.2024-cü il tarixli, reyestrdə 4 Ə-2816 № ilə qeydə alınmış bağışlama müqaviləsinin qanuniliyini belə mübahisələndirməmişdir. Məhkəmə Cavabdeh1 iddiaçılar tərəfindən verilmiş iddia tələblərində göstərilən bütün xüsusatların tam həqiqəti əks etdirməsi, heç bir etiraz və qarşılıqlı tələb irəli sürmədən tam qəbul etməsinə dair 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********455 saylı ərizəsi ilə əlaqədar qeyd edir, onun 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********047 saylı digər ərizəsi ilə sözügedən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 7 saylı notariat ofisində 8i-455 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina edərək xitam etdirmiş, daha sonra 7 saylı Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzası təsdiq edilmiş **********267 saylı növbəti ərizəsində isə bunu iddia ərizəsində göstərilənləri düzgün anlamaması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçı tərəfin vəsatəti üzrə dindirilmiş şahid ifadəsi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsinə qiymət verərək hesab edir ki, şahidin verdiyi məlumatlar iddiaçı tərəfin tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahid xatırlamadığı dövrdə mənzildə təmir işi aparmış, mərhumun ona əmək haqqı, oğlu Ceyhunun isə material almasını göstərməkən başqa mübahisə ilə bağlı əhəmiyyətli məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatları da özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və tələblərini əsaslı olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli evin, nə də onun altındakı torpaq sahəsinin mərhum X7 məxsus olması və ya onun mülkiyyətində olması barədə heç bir sübut təqdim edilmədiyi üçün iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır. Məhkəmə tərəflərin yaxın qohum olmasını bir daha qeyd etməklə vurğulayır ki, hazırda Bakı şəhəri, Həzi Aslanov qəs. İ.Abbasov küç. 33 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi tərəflərin anası Cavabdeh3 mülkiyyətində olmaqla onlar sonuncunun İ növbə vərəsələr dairəsinə daxildirlər və yaranmış mübahisənin öz ailədaxili məsləhətləşmələri əsasında sülh yolu ilə həllini tapmaları daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia rədd olunmalıdır. QƏT ETDİ: İddiaçı1 Vaşid qızının, İddiaçı2 Vaşid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “etibarnamənin qanunsuz hesab olunması, bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv olunması, mülkiyyətin rəsmiləşdirilməsi tələbinə dair» iddia tələbləri rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar