Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1029/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair 2(008)- 1029/2024 saylı mülki iş və Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-979/2024 saylı mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən debitor borca görə 1930,57 manat və dövlət rüsumuna görə 39,31 manat olmaqla, cəmi 1969,88 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1930,57 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Sadalanan xüsusatlara və qanunvericiliyin normasına əsaslanaraq məhkəmə hesab edir ki, hər iki iddia üzrə mübahisə predmetinin eyniliyi, ümumi sübutların, araşdırılmalı olan ümumi halların və faktların olması səbəbindən, həmin işlərə daha dolğun və daha obyektiv baxılmasını təmin etmək məqsədilə qeyd edilən mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Bu səbəbdən, İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair 2(008)-1029/2024 saylı mülki iş və Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-979/2024 saylı mülki işlə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair 2(008)-1029/2024 saylı mülki iş və Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-979/2024 saylı mülki işlər bir icraatda birləşdirilsinlər və həmin işlərə bir icraatda baxılsın. Mülki işlərə 2(008)- 979/2024 nömrəsi verilsin. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-1029/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1029/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver