Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1073/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əli qızının Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Əli qız Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzil mərhum atası X16 və 5 (beş) nəfər ailə üzvü İddiaçı2 Əliheydər qızı, İddiaçı1, X14, X15 və X6 adına 01 avqust 1986-cı il tarixli order verilmişdir. Atası X16 10 dekabr 1990-cı ildə vəfat etmişdir. Cavabdeh X15 ilə faktiki nikah münasibətlərində olmuşlar, rəsmi nikahları 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. X15 ilə cavabdeh arasında 2013-cü ilin noyabr ayında mübahisə olduğundan cavabdeh 28 yanvar 2008-ci il təvəllüdlü X2 götürərək evdən çıxıb getmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə X15 ilə cavabdeh arasında 10 dekabr 2011ci il tarixdə qeydiyyata alınmış nikahları pozulmuşdur. Cavabdeh həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamamışdır. Hal-hazırda onlarda olan məlumata əsasən cavabdeh Bakı şəhəri, Məştağa qəsəbəsində yaşayır. Onlara məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzildə cavabdeh yaşamadığından və o onların ailə üzvü hesab edilmədiyindən mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin Bakı şəhəri Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, cavabdeh mübahisəli mənzili 2013-cü ilin noyabr ayında könüllü tərk edib gedərək özünə başqa yaşayış yeri seçilmiş və həmin vaxtdan bu günə kimi həmin ünvanda yaşamır. X1 ilə cavabdeh arasında olan 10 dekabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2014-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncüsü, cavabdeh artıq ailə üzvü olmadığından, mübahisəli mənzildən 9 (doqquz) ilə yaxın müddətdir ki, çıxıb özünə başqa yaşayış yeri seçmişdir. Bununla da onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, onun başqa yayış yerinin olmadığını, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(008)-2551/2014 saylı qətnaməsi ilə qeyd edilən mənzilə istifadə hüuqu tanınmış və həmin mənzilə köçürülməsi qərara alınmışdır. Lakin evdə yaşayan şəxslərin qanunsuz əmməlləri nəticəsində, yəni ona qarşı zor tətbiq etdiklərindən icra sənədi icra məmurunun İcra haqqında Qanunun 23.1.5-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırlımış digər iddiaçı məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Vətəndaşların vəziyyəti aktlarının Qeydiyyatı Şöbəsinin İV-ЖГ seriyalı, 268553 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1990-cı il tarixdə ürək çatışmazlığından ölmüşdür. 146 saylı MKİS-nin arayışından görünür ki, mərhum X16 xx.xx.1990-cı il tarixli ölüm şəhadətnaməsinə əsasən vəfat etmişdir. Vəfat edən günədək Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 15/ 74 saylı bina 40 nömrəli mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olub, yaşamışdır. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X10, X4, X11, Cavabdeh, X18, X15 ünvan 2 ünvanında qeydiyyatdadır. 218972 nömrəli oredrin surətindən görünür ki, Razin qəsəbəsi, 15/74, mənzil 40 ünvanında 2 blok, 9 mərtəbədə 4 otaqlı saəsi 63.32 kv.m olan mənzil X9 mülkiyyətində olması görünür. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 409206 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X15 və X3 nikahı xx.xx.2014-cü il tarixdə nikahları ləğv edilmiş, xx.xx.2014-cü il tarixdə 163 nömrəsi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 15/17 saylı evin, 40 nömrəli mənzilindən istifadə hüququ tanınmış və o, azyaşlı uşağı – 28 yanvar 2008-ci il təvəllüdlü X4 ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadına əsasən iddiaçı X3 cavabdehlər İddiaçı2 Əliheydər qızına, İddiaçı1 Tafiq oğluna, X7, X8, X12 və X5 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri ünvan 3 ünvan “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində 15/74 sayı evin, 40 nömrəi mənzil” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.1-ci maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək cavabdehin istifadə hüququ tanınmış olduğu mənzildən onun istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etsədə, məhkəmə iddiaçıların diqqətin çatdırarq qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2551/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh hazırki mənzilə istifadə hüququ tanınması hazırki mülki iş üzrə preyduysal əhmiyyətə malik olduğundan, hazırki iddia tələbi təmin edilə bilməz. İddiaçılar yalnız kompensasiya verməklə cavabdehin qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1073/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1073/2023
16.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver