Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1143/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh9, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1, Cavabdeh X2, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9 Məmmədhüseyn oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 Məmmədhüseyn oğlu, X3, Cavabdeh12, Cavabdeh13 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 Məmmədhüseyn oğlu, X3, Cavabdeh12, Cavabdeh13 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iki tələb birləşdirilmişdir və iki iddiaçı vardır. İddia ərizəsi İddiaçı1 nümayəndəsi tərəfindən elektron imzadan istifadə edilməklə elektron qaydada təqdim olunmuşdur. İddiaçı1 tərəfindən vəkilə verilən etibarnamə və order olsa da, digər İddiaçı2 adından təmsilçiliyi həyata keçirmək üçün etibarnamə və order təqdim olunmamışdır. Bu da onu deməyə əsas verir ki, birləşdirilmiş tələblər üzrə iddia ərizəsi İddiaçı2 münasibətdə səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmişdir. Həmçinin hər iki iddiaçı tərəfindən dövlət rüsumu ödənilməli olduğu halda bunu təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, İddiaçı2 münasibətdə ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar və digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı1 nümayəndəsi və vəkili X8 məhkəməyə ərizə ünvanlayaraq Quba Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etdiyi üçün məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və mülki iş üzrə baxış iclasını təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi nöqsanlı olduğundan baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı kimi İddiaçı1 və İddiaçı2 göstərilmişdir. İddia ərizəsinə əlavə edilən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, dövlət rüsumu yalnız bir iddiaçı- İddiaçı2 tərəfindən ödənilmiş, digər iddiaçının tələbi üzrə dövlət rüsumu ödənilməmişdir. Eyni zamanda iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş order və etibarnamənin surətindən görünür ki, Vəkil1 İddiaçı1 səlahiyyətli nümayəndəsidir. İddia ərizəsi hər iki iddiaçının adından elektron qaydada Vəkil1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5, Cavabdeh5 oğlu, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh11, Cavabdeh9 Məmmədhüseyn oğlu, X3, Cavabdeh12, Cavabdeh13 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı2 tərəfindən ödənilmiş 100.60 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1143/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1143/2025
17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver