Məhkəmə qərarları › İş №e-2(008)-1170/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1170/2023

14.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1170/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili ) Vəkil iştiraklarıı ilə, İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixli No-03-2022 №-li əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi cavabdehə həvalə edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, ödənilməmiş əmək haqqının və İddiaçı məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi ilə xx.xx.2021ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə mühasib vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə vəzifə dəyişikliyi edilərək baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. 2022-ci il yanvar ayından etibarən əmək haqqının verilməsində gecikmələr olmağa başlamışdır. Mart ayından etibarən əmək haqqının gecikdirilməsi davamlı olmağa başladı. İddiaçı bu barədə MMC-nin müdiriyyəti ilə maraqlananda o, MMC-də işlərin qaydasında getmədiyini və bu səbəbdən əmək haqqının gecikdirildiyini bildirirdi. 2022-ci ilin aprel ayında isə satiş işçiləri və mühasib vəzifəsində işləyən köməkçini işdən azad etdilər. MMC-də sürücü, xadimə, baş mühasib və direktor vəzifəsində dörd nəfər qaldılar. 2022-ci ilin may ayının sonunda isə əmək haqqının ödənilməməsinə dözməyib işdən çıxmaq istəydiyini direktora bildirdi. O, normal qaydada işlərini Consultingə tapşırmağını bildirdi. xx.xx.2022-ci ildə işə gəldiyi zaman artıq ofislərində başqa şirkətin olduğunu gördü. Direktor isə iddiaçıya sənədləri bir otağa ayırdığını, gedib ordan seçməyini bildirdi. xx.xx.2022-ci il tarixdə iddiaçı artıq MMC-nin onun əmək haqqını ödəmədiyini görüb, öz xahişi ilə xx.xx.2022-ci il tarixdən işdən azad olunmağı barədə ərizəni MMC-nin mailto:mrza.jafarov@brg.azElektron ünvan ünvanına göndərdi. Bundan sonra iddiaçıya işlərin təhvil verilməsi tapşırıldı və təvil-təslim olunduqdan sonra işdən azad olunacağı və ödənilməmiş əmək haqqlarının və son haqq hesabının ödəniləcəyi bildirildi. Bundan sonra ona kompüteri götürüb evdə təhvil-təslim sənədlərini hazırlamağı tapşırdılar. İddiaçı əmək haqqını tələb etdikcə hər növbəti günə söz verərək gecikdirirdilər. Buna istinadən isə əmək haqqı ödənilməzsə təhvil-təslim etməyəcəyini direktora dedi. xx.xx.2022-ci ildə mart ayı üçün əmək haqqı tam və aprel ayı üzrə əmək haqqının yarım aylıq hissəsi sənəd imzalatdıraraq qeyri-rəsmi iddiaçıya ödənildi. xx.xx.2022-ci ildə direktorun iştirakı və tapşırığı ilə bütün sənədləri akt üzərində Cavabdeh MMC-nin müqavilə əsasında işlərini aparan "xxxx" MMC-nin direktoru Sahib adlı şəxsə təhvil verdi. xx.xx.2022-ci il tarixdən etibarən əmək haqqının ödənilməsini tələb edəndə, onlar tərəfindən təhdid edildi. Onlar, yəni MMC-nin rəhbərliyi, əgər əmək haqqını tələb edəcəksə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcəklərini bildirdilər və əmək haqqını ödəməkdən yayındılar. Bununla bağlı iddiaçı Əmək Müfəttişliyinin qaynar xəttinə zəng edərək bu barədə şikayət etdi. xx.xx.2022-ci tarixdə X4 elekton poçtuna onlayn şikayət etdi. Bügünə qədər 3 dəfə olmaqla Əmək müfəttişliyinə yazılı şikayət etmişdir. Bundan sonra əmək haqqının ödənilməsini və işdən öz xahişiylə azad olunmağı barədə maraqlanmaq üçün Cavabdeh MMC-nin baş ofisinin yereləşdiyi ünvana gedəndə artıq Cavabdeh orada olmadığını, həmin ünvanda başqa bir şirkətin olduğunu gördü. O, bu barədə DƏM-nə məumat verdi, onları telefon nömrələrini də DƏM-ə təqdim etdi. DƏM-in əməkdaşları və iddiaçı dəfələrlə telefon vasitəsi ilə Cavabdeh MMC-nin yeni ünvanı barədə soruşanda onlar yeni ünvanları barədə məlumat vermirdilər. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyindən işdən azad olunmağını, adının sistemdən çıxarılmasını tələb edəndə o, ödənilməmiş əmək haqqlarından və son haqq hesabdan imtina edəcəyi halda öz xahişiylə işdən azad olunacağı barədə əmr verəcəyini bildirdi. İddiaçı bu barədə də DƏM-ə şikayət etdi. DƏM-in əməkdaşları da heç bir köməklik göstərmədilər. xx.xx.2022-ci il tarixdə iddiaçı sistemə baxanda gördü ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər. İşdən azad olunmağı barədə əmri onun təkidlərinə əsasən xx.xx.2022-ci il tarixdə əldə edə bilmişdir. İddiaçıya işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək, təhdid edilərək öz iradəsi əleyhinə əmək haqqından imtina edilməsinə, bunun müqabilində işçinin öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsinə nail olmağa məcbur edilmiş, lakin onlar buna nail olmadıqda o, işə götürən tərəfindən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Cavabdehin nümayəndəsi (vəkili ) Vəkil iddia ərizəsinəi etiraz vermişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2022-ci ildə işə gəlmiş və ofisdə başqa şirkətin olduğunu görmüşdür. Həmin gün təqvim üzrə həftənin bazar günü olduğundan bu inandırıcı deyil. İddiaçı tərəfindən göstərilmişdir ki, o işdən azad olunmağı barədə ərizəsini xx.xx.2022-ci il tarixdə MMC-nin mailto:mrza.jafarov@brg.azElektron ünvan ünvanına göndərmişdir. Cavabdeh müəssisənin yuxarıda qeyd edilən adda elektron ünvanı olmamışdır və həmin email ünvanın cavabdehə heç bir bağlılığı yoxdur. X11 bildirdi ki, iddiaçının işdən çıxması barədə ərizəni o, özünün şəxsi email ünvanından Məmmədrza adlı şəxsin ünvanına göndərmişdir. Hazırki işdə Məmmədrza cavabdeh deyil, belə bir şəxsin kim olduğunu bilmirlər. Həmçinin cavabdeh elə bir şəxslə işçilərin işə götürülməsi və işdən çıxması üçün kadr sənədləşmələrinin aparılmasını tapşırmamışdır. İddia ərizəsində və məhkəmədə İddiaçı izahat verərkən bildirmişdir ki, xx.xx.2022-ci ildə direktorun iştirakı və tapşırığı ilə bütün sənədləri akt üzərində Cavabdehin müqavilə əsasında işlərini aparan "Birgə Consulting” MMC-nin direktoru Sahib adlı şəxsə təhvil vermişdir. Onunla Cavabdeh arasında bir dəfə təhvil-təslim olduğunu və öz imzası ilə akta imzaladığını və heç bir çatışmazlıq və natamamlığın olmadığını bildirmişdir. Lakin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, müəyyən natamamlıqlar olmuşdur. İddiaçı tərəfindən “işlərin yekunlaşdırılması və təhvil verilməsinə hazırlıq barədə xx.xx.2022-ci il tarixdə D-11 saylı əmr verilmişdir. Həmin əmrdə İddiaçı 15 iyun 2022-cı il tarixdə yekun hesabat hazırlayaraq tərtib etməsi qeyd edilmişdir. Əmrin məzmunu ilə iddiaçı tanış olmuş və bununla bağlı qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Lakin İddiaçı qeyd edilən əmr üzrə ona tapşırılan işləri görməmiş və yekun hesabat təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçıya dəfələrlə zəng olunaraq işə çıxmağı tələb edilmişdir. Lakin İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdehlə iddiaçının arasında Whatsapp proqramı üzərindən xx.xx.2022-ci il tarixdə aparılmış yazışma zamanı iddiaçı başqa yerdə işlədiyini, işə yeni girdiyini və buna görə icazə ala bilmədiyini yazaraq sənədləri təhvil verə bilmədiyini göstərmişdir. Bu yazışmadan aydın olur ki, iddiaçı başqa yerdə işlədiyi üçün öz istəyi ilə işə çıxmamışdır. Cavabdeh iyun, iyul, avqust və sentyabr aylarında “işçinin iş vaxtında iş yerində olmaması haqqında” hər ay (ümumi dörd akt olmaqla) akt tərtib edərək İddiaçının icazə almadan işə gəlmədiyini rəsmiləşdirmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə İddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdehlə Birgə Consulting MMC arasında xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncu cavabdeh tərəfindən bu müqavilənin müddəti ərzində sifariş verilmiş mühasibatlıq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Birgə Consulting MMC Cavabdehin yalnız maliyyə işlərini görərək ona mühasibatlıq üzrə xidmət göstərmişdir. Həmin müəssisənin cavabdehin iscisinin əmək müqviləsinə xitam vermək səlahiyyəti olmamışdır. Ona görə də işdən çıxma barədə ərizənin həmin müəsısəyə göndərilməsinin əsası yoxdur. Ümumiyyətlə işdən çıxma barədə ərizə qanunvericiliyə əsasən işəgötürənə təqdim edilməlidir. İddiaçı, onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, MMC-nin qanuni təmsilçisi X5 özünün elektron ünvanı var və iddiaçı ərizəni həmin ünvana göndərmək əvəzinə, konsaltinqin əməkdaşına göndərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X7r, hüquqi ünvanı Sabunçu rayonu, Zabrat ŞT Q, Zabrat qəçsəbəsi, ev 15, mənzil 21-dir. Lakin MMC Nərimanov rayonu, Məmməd Araz küçəsi, 43 (keçmiş Teymur Əliyev küçsi, 25A) «English Yard» kompleksinə aid 259 kv metrlik sahənin 80 kv metrlik hissəsində fəaliyyət göstərib. xx.xx.2022-ci il tarixdə həmin ofisdə başqa bir şirkət fəaliyyət göstərməyə başlamışdır (xx.xx.2022-ci il tarixli, 06/22 №-li subicarə müqaviləsi). Cavabdeh MMC ilə Birgə Consulting MMC arasında xx.xx.2021-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Consulting cavabdeh tərəfindən bu müqavilənin müddəti ərzində sifariş verilmiş mühasibatlıq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsinə 662,15 manat olmaqla işə qəbul olunmuşdur. Sonradan iddiaçının əmək haqqı 898,29 manat olmuşdur (xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişi). İddiaçı tərəfindən təqdim edilmiş Bank Respublika-nın çıxarışından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 600 manat əmək haqqı (noyabr ayı üçün, xx.xx.2022-ci il tarixdə 600 manat (dekabr ayının əmək haqqı), xx.xx.2022-ci il tarixdə 593,38 manat yanvar ayının əmək haqqı), xx.xx.2022-ci il tarixdə 731,13 manat fevral ayının əmək haqqın, xx.xx.2022-ci il tarixdə 1300 manat əmək haqqı almışdır. İddiaçının mart ayının yarısı, aprel və may ayları üzrə əmək haqqını almaması işin mübahisəsiz halıdır. Cavabdeh 2022-ci ilin may ayının sonu-iyul ayının əvvəli işləri getmədiyindən icarəsində olan ofisi tərk etmişdir. İddiaçının dediyinə görə iddiaçı onun yerini bilməmiş, cavabdehiqn mövqeyinə görə MMC Birgə Consulting MMC-nin binasına köçmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəsini Birgə Consulting MMC-nin icraçı direktoru X1 elektron ünvanına göndərmiş, lakin votsap yazışmalarından göründüyü kimi, həmin ərizə X2 çatmamış, və iddiaçı yenidən köməkçisnin ünvanından xx.xx.2022-cil tarixdə göndərmiş, ərizə ünvana çatmışdır. İddiaçı ilə Hüseynov Fuad arasında xx.xx.2022-ci il tarixdə votsap yazışması olmuş, iddiaçı artıq işə girdiyini bir neçə dəfə həmin yazışmalarda vurğulamış, Hüseynov Fuad bu hala təəcüblənməmişdir. Bunun səhərisi gün, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh Cəmiyyətin Direktoru Hüseynov Fuad arasında təhvil-təslim aktı imzalanmışdır. Həmin aktdan görünür ki, maliyyə-mühasibatlıq üzrə aşağıda qeyd olunan qalıqlar tam işlənilərək mühasib İddiaçı tərəfindən təhvil verilmiş, cəmiyyətin direktoru X9 tərəfindən isə təhvil alınmışdır. Eyni tarixdə Hüseynov Fuad tərəfindən «İşlərin yekunlaşdırılması və təhvil verilməsinə hazırlıq barədə» adlı İddiaçı vəzifə öhdəlikləri çərçivəsində işlərinin yekunlaşdırılması və təhvil verilməsi istiqamətində hazırlığın aparılması haqqında əmr imzalanmışdır. Həmin əmrdə qeyd olunanlar xx.xx.2022-ci il tarixlə təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçının mövqeyinə görə əmr verilmiş, sonra təhvil-təslim həyata keçirilmiş, cavabdehin mövqeyinə görə təhvil-təslim qüsurlu keçirildiyndən adıçəkilən əmr verilmişdir. Hazırki hal ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mövqeyi daha ağlabatandır, çünki əmrdə göstərilənlər təhvil-təslim aktı ilə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı elektron sistemdən adının çıxmadığını gördükcə Konsaltinqin icraçı direktoruna narahatçılığını votsap vasitəsilə bildirmişdir. Məhkəmə iclasında ifadə verən şahid X6 qeyd etmişdir ki, o, iddiaçnın köməkçisi vəzifəsində işləmişdir. Həqiqətən, şirkət işçilərin əmək haqqını yubadırdı, Gülnurun isə əmək haqqını tam verməmişdir. Onun elektron ünvanından təkrar olaraq 17 iyun tarixində ərizə Birgə Consulting MMC-nin icraçı direktoru X1 elektron ünvanına göndərmişdir. Şirkətdə işləyən hər kəs bilirdi ki, bütün məsələlərlə əlaqədar məhz Birgə Consulting MMC-yə müraciət etmək lazımdır. Sonradan cavabdeh şirkət tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində iddiaçının iş vaxtı işdə olmaması barədə aktlar tərtib edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə yazılı bildiriş göndərərək xx.xx.2022-ci il tarixdən etibarən işə gəlməməyinin səbəbini bildirməyi, əks halda onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Və xx.xx.2022-ci il tarixdə No-03-2022 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Hazırda iddiaçı:

1. həmin əmrin ləğv edilməsini,

2. Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) əmək müqaviləsinə xitam verilməsini cavabdehə həvalə edilməsi,

3. məcburi işburaxma müddəti üçün əmək haqqının, yəni 2022-ci ilin iyun, iyul, avqust, sentyabr ayları üçün;

4. ödənilməmiş əmək haqqının, yəni 2022-ci ilin aprel ayının yarısı və may ayları üçün,

5. məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək əmək haqqının ödənilməsini istəyir.

Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsasla olduğu qənaətinə qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur, 2-ci hissəsinə əsasən işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Qeyd edildiyi kimi, iddiaçı 2022-ci ilin iyun ayının 1-dək işlədiyi halda (bu işin mübahisəsiz halıdır), aprel ayının yarısı və may ayının əmək haqqını almamşıdır. Bu əsasdan məhkəmə hesab edir ki, iddia həmin hissədə qanuni və əsaslıdır (dördüncü tələb) və təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli No-03-2022 №-li əmrin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Bel ki, həmin Məcəllənin: 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72.-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, MMC 2022-ci ilin iyun ayından etibarən fəaliyyət göstərdiyi ofisi tərk etmiş, işçilərə bu barədə xəbər verməmiş, iddiaçı işdən çıxması barədə ərizəni lazımi qaydada təqdim etməsə də, MMC bu ərizə barədə məlumatlı olmuş, aralarındakı təhvil-təslim, votsap yazışması buna dəlalət etmişdir. İddiaçı "xxxx" mesajına MMC "xxxx" xəbərdarlığı edilməmiş, MMC-nin qanuni təmsilçisi şirkətin işlərinin getmədiyini yazışmada özü də bildirmişdir. Belə olan halda, iddiaçı işə çıxmamaqda özünü haqlı hesab etmiş, şirkət buna etiraz etməmiş, işə mütləq çıxması barədə xəbərdarlıq etməmiş və yalnız iki aydan sonra ayda bir akt tərtib etməklə, iddiaçını işdən azad etmişdir. İddiaçı işə çıxmamaqala fəaliyyəti olmayan şirkətdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Halbu ki, bu halların mövcudluğu 70-ci maddənin «ç» bəndi ilə işdən azad olmanının mütləq əsasıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli No-03-2022 №-li əmrin ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin mənasına görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə təkrarən qeyd edir ki, , iddiaçı işdən çıxması barədə ərizəni lazımi qaydada təqdim etməsə də, MMC bu ərizə barədə məlumatlı olmuş, buna hər-hansı etirazını bildirməmiş və susaraq faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinin mənasına görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən müqavilənin təfsiri zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edildiyi kimi, cavabdeh tərəf iddiaçının işdən çıxmaq barədə ərizə verdiyindən məlumatlı idi, bu hal onların yazaşmalarından, təhvil-təsli aktından görünür. Yuxarıda adıçəkilən xx.xx.2022-ci il tarixli əmr İddiaçı vəzifə öhdəlikləri çərçivəsində işlərinin yekunlaşdırılması və təhvil verilməsi istiqamətində hazırlığın aparılması haqqında olmuşdur. Yəni, cavabdeh, artıq xx.xx.2022-ci il tarixdə iddiaçının işinin yekunlaşmasını qəbul etmişdir. Belə olan halda, iddiaçı 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq hüququna malki olmuşdur və o, öz arzusu ilə işdən çıxmış hesab edilir. Odur ki, bu hissədə iddianın təmin edilməsinə zərurət qalmır. Lakin, məhkəmə hesab edir ki, iddia məcburi işburaxma müddəti üçün əmək haqqının və İddiaçı məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək əmək haqqının ödənilməsi hisssində rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı hazırki münasibətlərdə Əmək Məcəlləsinin tələblərinə tam riayət etməmiş, işdən çıxma barədə ərizəsini lazımi qaydada təqdim etməmiş, o, qeyri-rəsmi olsa da həmin dövr başqa yerdə işləmişdir. Yəni, iddiaçı işi məcburi deyil, könüllü buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022ci il tarixli No-03-2022 №-li əmri ləğv edilsin. İddiaçının ödənilməmiş əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar