Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1171/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X1 aralarında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 mart 2022-ci il tarixdə 6 saylı Bakı Asan Xidmət X1 nikah qeydi bağlamışlar. Amma nikah qeydi aralarında formallıq daşıyıb. Çünki o, valideynlərinin təkidi ilə, könüllü razılığı olmadan Cavabdehlə nikah bağlamışdır. İddiaçının təkidi ilə toyları baş tutmamışdır. Aralarında bağlanmış nikah formal xarakter daşıdığından, onun Cavabdehlə ailə qurmaq niyyəti olmaması səbəbindən hesab edir ki, bağlandığı gündən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olnmasını xahiş etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 496760 saylı 6 saylı Bakı “Asan xidmət” X3 tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah haqqında xx.xx.2022-ci il tarixdə 490 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Sofiyev, arvada Sofiyeva soyadı verilmişdir; Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin izahatı ilə müəyyən olunmuşdur ki, tərəflər valideynlərinin vasitəsilə bir-birilərini tanımış və rəsmi nikaha daxil olmuşlar. İddiaçının dəlili ondan ibarətdir ki, tərəflər nikaha daxil olarkən ailə qurmaq niyyətləri olmamışdır. Cavabdeh də iddianın təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 12.0-cı maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə belə hesab edir ki, hazırkı işdə nikahın etibarsız hesab edilməsinə dəlalət edən hallar mövcud deyildir. İddiaçının istinad etdiyi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən maddə baxımından əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı tərəfindən cavabdehlə rəsmi nikaha daxil olarkən ailə qurmaqdan başqa bir məqsədinin olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmiş, əksinə iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, tərəflər valideynlərinin təkidi ilə nikaha girsələr də, gələcəkdə ailə ola biləcəklərinə ümid edərək bu addımı atmışlar, sonradan bu həyata keçməmişdir. Məhkəmə iddiaçının ərizədə göstərdiyi “ tərəflərin valideynlərinin təkidi ilə, könüllü razılığı olmadan nikaha girdikləri” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı, ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, nikah qeydə alındığı andan hüquqi nəticələr yaratdığından, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə, cavabdehin iddia tələbinin qəbul edilməsi barədə ərizəsinin etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd edir ki, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bu halda iddianın etirafı məhkəmədə nikahın etibarsız hesab edilməsinin hər hansısa hüquqi nəticələrinin aradan qaldırılmasına dair şübhə yaratdığından məhkəmə tərəfindən qəbul olunmur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1171/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1171/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver