Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-119/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X21 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X2, X5 və X6 olmaqla) “torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan 7,4 ha torpaq sahəsinin cavabdehin hesabına boşaldılaraq “Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu”na geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə 1965-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 125,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İnstituna təhkim edilmişdir. “Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu ilə “Ələkbərov” kəndli təsərrüfatı arasında xx.xx.1991-ci il tarixdə 2,4 ha və xx.xx.1991-ci il tarixdə isə 5 ha torpağın icrəyə verilməsinə dair müqavilə bağlanmışdır. “Ələkbər” kəndli təsərrüfatının direktoru Əndəhəd Ələkbərov 1995-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra “Ələkbər” kəndli təsərrüfatının qanun üzrə vərəsəsi müəyyən edilməmiş və aralarında bağlanmış icarə müqaviləsinin təzələnməsi və ya yeni icarəçi ilə bağlanması barədə yazılı müraciət olmamışdır. Cavabdeh isə qanunsuz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 7,4 ha torpaq sahəsindən istifadə etməyə davam edir. Dəfələrlə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələb edilsə də, heç bir nəticəsi olamamışdır. Cavadehlərdən “Ələkbərov” X12 vergi xidmətlərində qeydiyyatı yoxdur, Cavabdeh isə hazırda qanunsuz olaraq onlara məxsus torpaq sahəsində təsərrüfatla məşğul olur. xx.xx.2023-cü il tarixdə X3 vərəsələri X8, X2, X5 və X6 vəsatətlə məhkəməyə müraciət edərək, 09 oktyabr 2000-ci il tarixdə ölmüş X4 qanun üzrə vərəsələri olması barədə şəhadətnaməni məhkəməyə təqdim edərək üçüncü şəxs qismində işə cəlb edilmələrini xahiş etmişlər və məhkəmənin qərardadı ilə işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar ölkə xaricində olduğundan, yanvar ayının sonuna kimi məhkəmə iclaslarında iştitak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, cavabdehin vəkili ərizəsinə ölkə hüdudlarından kənarda olmasını təsdiq edən heç bir sübut əlavə etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən olmasını əsaslandırmamışdır. 01 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahatında, məhkəməyə təqdim olunmuş iddiaçıya verilmiş çıxarışın 2023-cü ilin sentyabr ayında verildiyini, həmin çıxarışın koordinatlarının hazırda tələb etdikləri torpaq sahəsinin kordinatları ilə üst-üstə düşməyəcəyini və iş üzrə ekspertizanın keçirilməsi haqqında vəsatəti məhkəməyə təqdim etmişdir. 01 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında cavabdehin onun qardaşı olduğunu, atasının bütün mirası qardaşı Ələkbərov Seyhunun adına olduğunu bildirmişdir. 01 dekabr 2023-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında cavabdehin onun qardaşı olduğunu, bu təsərrüfat sahəsinin qurucusu olduqlarını, torpaqla bağlı çox tədbirlər gördüklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri X17 xx.xx.2023-cü il tarixdə verilmiş ********** reyestr nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi/torpaq sahəsinin 7.3965 ha sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X9 X16 Şəxsinin istifadəsinə verilmişdir. X9 X16 Şəxsinə torpaq sahəsinin döngə nöqtələrinin kordinatlarının əks olunduğu BN 151582 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İş materiallarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 125,0 ha torpaq sahəsi Azərbayycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İnistituna təhkim edilməsi barədə 004331 nömrəli Akt mövcutdur. İş materiallarında olan sənədlərə əsasən Abşeron Rayon XDS İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə müqavilə əsasında 5 ha və xx.xx.1992-ci il tarixdə bağlanmış müqavilə əsasında 2,4 ha ümumilikdə 7,4 ha torpaq sahəsi X3 istifadəsinə verilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən 09 oktyabr 2000-ci il tarixdə ölmüş X4 vərəsələri arvadı X8, Cavabdeh, X6, X5 və X1r. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 722.1-ci maddəsinə əsasən, Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Məcəllənin 722.1-ci maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş materiallarında olan Abşeron Rayon XDS İcrayyə Komitəsinin 15 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə müqavilə əsasında 5 ha torpaq sahəsi X7 uzun müddətə icarəyə verilsə də icarəçinin ölümündən sonra onun vərəsələri ilə müqavilə müddətinin uzadılması və ya yeni bir müqavilənin bağlanması halı baş verməmişdir. Həmçinin xx.xx.1992-ci il tarixdə bağlanmış müqavilə əsasında 2,4 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilsə də, müqavilə müddəti bitdikdən sonra yeni müqavilə bağlanmamışdır. İş materiallarına əlavə edilmiş “Ələkbərov” fermer təsisatının başçısı Cavabdeh tərəfindən “X9 X16 Şəxsin” idarə heyətinin sədri Elmar Allahverdiyevə yazmış olduğu ərizədə istifadəsində olan 7,4 ha torpaq sahəsindən 2,4 ha torpaq sahəsinin geri qaytarmaq şərtilə 5 ha torpaq sahəsinin ayrılaraq həmin sahə ilə bağlı ona dövlət aktının alınmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iş üzrə Cavabdeh heç bir aidiyyəti olmadığı bildirilsə də hazırda istinad olunan və iş materiallarında mövcud olan Cavabdeh tərəfindən imzalanmış ərizələrdəndən göründüyü kimi 7,4 ha torpaq sahəsi hazırda caavbdehin istifadəsindədir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi/torpaq sahəsinin 7.3965 ha sahəsinin “X9 X16 Şəxsin”in istiafdəsinə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri X17 xx.xx.2023-cü il tarixdə verilmiş ********** reyestr nömrəli çıxarışı mövcutdur və bu barədə torpaq sahəsinin yerləşmə kordinatları göstərilməklə Plan və Ölçü təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi X9 X16 Şəxsinin DƏDRX-də qeydə alınmış 7.3965 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə əsaslıdır. Cababdeh sözügedən torpaq sahəsinin hansı hüquqi sənəd əsasında onun istifadəsinə və ya icarəsinə verilməsi barədə heç bir sənəd təqdim edə bilməmişdir. “Ələkbərov” fermer təsisatının başçısı Cavabdeh tərəfindən “X9 X16 Şəxsin” idarə heyətinin sədri Elmar Allahverdiyevə yazmış olduğu ərizədə istifadəsində olan 7,4 ha torpaq sahəsindən 2,4 ha torpaq sahəsinin geri qaytarmaq şərtilə 5 ha torpaq sahəsinin ayrılaraq Dövlət Aktının alınmasına köməklik edilməsini xahiş etməsi özü özlüyündə sübut edir ki, qeyd olunan sahəyə dair cavabdehin heç bir hüquqmüəyənedici sənədi yoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi/torpaq sahəsinin 7.3965 ha sahəsi cavabdeh və üçüncü şəxslər tərəfindən aparılmış tikinti işləri onların öz hesabına sökülərək, sahə boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Belə ki, 2,4 ha torpaq sahəsinə dair cavabdehin atası Əndəhət Ələkbərov kəndli təsərrüfatının başcısı kimi iddiaçı ilə xx.xx.1991-ci ildə 10 il müddətinə icarə müqaviləsinin müddəti bitənə kimi 9 oktyabr 2000-ci ildə icarəyə götürən Ə.Ələkbərov ölmməsi, həmin anda, eləcə də müqavilə müddəti qurtardıqdan sonra onun vərəsələri müqavilə münasibətlərinin davam etdirilməsi üçün müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719-cu maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Məhkəmə hesab edir ki, 2,4 ha torpaq sahəsinin icarəyə verilmə müddəti qurtardığından, torpaq icarə müqaviləsinə xitam verildiyindən, torpaq sahəsinin cavabdehin istifadəsində saxlanılmasına qanuni əsaslar olmadığından torpaq sahəsi qanuni istifadə hüququ olan iddiaçıya qaytarılmalıdır. Eləcə də, xx.xx.1991-ci il tarixli icarə müqaviləsi ilə, kəndli təsərrüfatının rəhbəri Ə.Ələkbərovun icarəsinə verilmiş 5 ha torpaq sahəsi üzrə icarəyə götürən şəxsin vəfatından sonra vərəsələrindən heç biri hüquq münasibətini davam etdirmədiyi üçün, mərhum Ə.Ələkbərovun oğlu torpaq sahəsini özbaşına istifadə etdiyi üçün torpaq sahəsini boşaltmalı, orada inşa etdiyi tikililəri öz hesabına sökməklə iddiaçıya qaytarmalıdır. Ona görə də, iddiaçının istifadəsində olan 7.3965 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa olunmuş tikililər onun hesabına sökülərək, həmin hüdudlar daxilində yerləşən torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi X10 Hüquqi şəxsin istifadəsində olan 7.3965 ha torpaq sahəsində olan tikililər Cavabdeh hesabına sökülərək, torpaq sahəsi boşaldılsın və iddiaçıya təhvil verilsin Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-119/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-119/2025
14.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver