Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1200/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pulun alınaraq ona verilməsi və ödənilməli dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh etibarnamə üzrə təmsil etdiyi oğlu İddiaçı ümumilikdə 900 manat pul alaraq onlara 18 kv.metrlik 3 mm qalınlığında dəmir list gətirəcəyini vəd etmişdir. Cavabdeh 800 manat nağd pul verilmişdir, 100 manat isə kartdan karta köçürülmüşdür. Hesab edir ki, öhdəliyini yerinə yetirmədiyi üçün verilmiş pulu Cavabdeh geri tələb edə bilər. Öhdəliyini yerinə yetirmədiyi üçün aldığı 900 manat pulu geri qaytarması üçün Cavabdeh telefon vasitəsilə dəfələrlə müraciət etmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Belə ki, cavabdeh aldığı 900 manat pulu geri qaytaracağını bildirir, lakin müxtəlif bəhanlərlə pulu geri qaytarmır. Səs qeydi saxlanılmış telefon danışıqlarından müəyyən olunur ki, Cavabdeh dəmir list gətirməsi adı ilə 900 manat pulunu almışdır və öz vədini yerinə yetirməmişdir, həmçinin, 900 manat pulu geri qaytarmalı olduğunu etiraf edir. Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi və pulun geri qaytarılmasına köməklik göstərilməsi üçün polis orqanlarına müraciət olunmuşdur, lakin barəsində şikayət ərizəsi verilmiş Cavabdeh dindirilməsini polis orqanları təmin edə bilməmişdir. İş mülki xarakterli olduğu üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan HK- 1/12883 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, onun əsl iddiaçı olan oğlu İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh olduğu yerin müəyyən edilərək izahatının alınması məqsədi ilə Abşeron RPİ-nin İŞ-nə gətirilməsi üçün aidiyyəti xidmət sahəsinə tapşırıq verilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Odur ki, Cavabdeh olduğu yerin müəyyən olunaraq izahatı alınmadan toplanmış material üzrə əmələ hüquqi qiymət verilməsi mümkün deyildir. Sənan Səfərovun izahatından da görünür ki, o və oğlu Cavabdehla dəfələrlə alqı-satqı prosesində iştirak etmiş, lakin sonuncu dəfə o, 900 manat pulu verdikdən sonra Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. - əlillik haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 ikinci dərəcəli əlildir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh çayxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olur, VÖEN statusu aktivdir. - Ə № 023433 nömrəli xx.xx.2013-cü il tarixli vəsiqənin surətindən görünür ki, X2 İİ qrup müharibə əlilidir. - xx.xx.2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı üçüncü qrup əlildir. - 5404 0852 3826 0600 nömrəli “Kapital Bank” kartının surətindən görünür ki, həmin kart Cavabdeh məxsusdur. - 5169 3544 1947 7226 nömrəli “Unibank” kartının surətindən görünür ki, həmin kart İddiaçı məxsusdur. - xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, 516936******7226 nömrəli kartdan (iddiaçıya məxsus) 540408******0600 nömrəli karta (cavabdehə məxsus) 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasındakı şifahi razılığa əsasən cavabdeh iddiaçıya 18 kv.metrlik 3 mm qalınlığında dəmir list verməli, bunun müqabilində iddiaçı cavabdehə 900 manat məbləğində pul ödəməli idi. İddiaçı razılaşmanın şərtlərinə əməl edərək, 800 manat pulu nağd şəkildə, 100 manat pulu isə cavabdehin bank kartına köçürməklə öhdəliyini tam şəkildə icra etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək nə dəmir listi iddiaçıya təhvil vermiş, nə də dəmir listin dəyəri kimi iddiaçının ona verdiyi 900 manat pulu qaytarmışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh öhdəliyini icra etmədiyindən, iddia təmin edilməli, cavabdehdən 900 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1200/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1200/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver