Məhkəmə qərarları › İş №e-2(008)-122/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-122/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-122/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.08,2022-cı il tarixli müqavilə əsasında İddiaçı1 tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 10.000 (on min) manat və torpaq sahəsində sökülmüş olan mənzilin dəyəri olan 20.000(iyirmi min) manat məbləğində pul olmaqla,ümumilikdə 30.000 min manat məbləğində pulun cavabdehdən tutlaraq İddiaçı1 və ondan tutulmalı olan 11.500(on bir min beş yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini ahiş etmişdir. İddiaçı1 iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ikinci iddaçı kimi İddiaçı2 əlavə edilməsi və söküntü işlərinin düzgün aparılmaması nəticəsində qonşuluqda yerləşən evə dəymiş və tutulmalı olan 11500 manat pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı1 tərəfindən cavabdehə ödənilmiş 10.000(on min) manat, torpaq sahəsində cavabdehin sökmüş olduğu evinin dəyəri olan 20.000 (iyirmi min) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinə xx.xx.2024cü il tarixdə dəqiləşdirmə verərək xahiş etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin təmir olunması üçün xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı1 tərəfindən cavabdehə ödənilmiş 10.000(on min) manat və cavabdehin apardığı yararsız təmir nəticəsində mənzilə dəymiş 20.000 manat məbləğində pulun ümumilikdə 30.000 manat pulun cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi və söküntü işlərinin düzgün aparılmaması nəticəsində qonşuluqda yerləşən evə dəymiş və tutulmalı olan 11500 manat pulun cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə rəsmi müqavilə bağlayaraq cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində evin tikilməsi barədə razılaşmışdrq. Razılaşmaya əsasən onun tərəfindən tikintinin dəyəri olan və müqavilədə qeyd olunan 22.000(iyirmi iki min) manat məbləğində pulun hissə-hissə olmaqla 3(üç) dəfə ödəmək müqabilində cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində tikili sökülməli və müqavilədə göstərilən şəkildə yeni tikili tikilməli idi. O, müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə 10.000(on min) manat məbləğində pulu cavabdehə rəsmi formada ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilədə qeyd olunan öhdəliyini icra etməmiş və ona külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, cavabdeh tərəfindən torpaq sahəsində söküntü işləri aparılarkən söküntünün düzgün aparılmaması nəticəsində qonşuluqda olan evə maddi ziyan dəymişdir. Bunun nəticəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində qonşu X2 tərəfindən ondan dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı Elvin Məmmədovun evinə dəymiş ziyanın 11.500(on bir min beş yüz) manat məbləğində olduğu müəyyən edilmiş və məhkəmədə aralarında həmin pulun onun tərəfindən ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. Bütün bunların nəticəsində isə cavabeh tərəfindən müqavilə üzrə öhdəliyində olan tikinti işləri aparılmamışdır. Daha sonra dəfələrlə cavabdehə tərəfindən sökülmüş evinin tikintisinin başa çatdırılmasına, başa çatdırılmadığı halda evinin əvvəlki vəziyyətinə qaytarılmasını, bunları etmədiyi halda torpaq sahəsində sökmüş olduğu evin dəyəri olan 20.000(iyirmi min) manat, onun tərəfindən cavabdehə ödənilmiş 10.000(on min) manat və söküntü işinin düzgün aparılmaması nəticəsində qonşuluqda yerləşən evə dəymiş və məndən tutulmalı olan 11.500(on bir min beş yüz) manat məbləğində pulun ona ödəməsi barədə bildirsə də, "xxxx" MMC müxtəlif bəhanələrlə hər hansı razılaşmaya gəlməkdən yayınmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh MMC İddiaçı1 məxsus evdə işlər görülən zaman cavabdehə məxsus şirkətin nümayəndəsi evdə suyun açıq qoyaraq qonşunun mənzilin su axıntısı olmuş və bunun nəticəsində qonşuluğda yerləşən mənzilə 11.500 manat ziyan vurmuşdur. Bununla bağlı qonşu onu məhkəməyə vermiş və məhkəmənin qərarı ilə cavabdehə məxsus işçilərin təqsirli hərəkətləri nəticəsində qonşuya dəymiş ziyan ondan tutulmuşdur. Su axıntısı söküntü işi aparılarkən olmuşdur. İddiaçıya məxsus ev 4-cü mərtəbə yerləşmiş, axıntı isə 3-cü mənzildə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 11002 nömrəli İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqavildən görünür ki, "xxxx" MMC müqavilədə qeyd olunan işləri xx.xx.2022-ci il tarixədək görməyi, İddiaçı1 isə görülmüş işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı1 məxsus mənzilədə 3 mərhələdən ibarət aşağıda göstərilən işləri görməyi öhdəsinə götürmüşdür; dizayn, divarlar mayak: Ağdağ və ya Giper, elektrok işləri tam təhvil Türkiyə istehsalı, santexnika işləri tam təhvil-Türkiyə istehsalı; kafel-metlax: 20 manat betontəbəqə işlərinin görülməi, tavan alçipan (fiqur vəya sadə) Gilan, tavana paduqa: Gips, tavanlar emulsiya ilə boyanır: Fab vəya Sobsan, döşəmə: laqa dikt-1.5 sm, hamam və dəhliz isti pol, hamam və tualet izolyasiya olunur; divarlar boya və ya divar kaöızı 30 manat lepka çərçivə, hamamlara moydadır-300 manat, Unitaz-200 manat Sanuzel aksessuarları birlikdə 300 manat, duş kabin və ya vanna 300 manat, istilik sistemi-kombi və bütün otaqlara radiatorlar, daxili qapılar-400 manat, pəncərə altlıqları mərmər, hamam asma tavan, laklı parket-50 manat Plintus MDF, spotlar 7-8 manat.. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 11002 nömrəli tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı1 ilə Cavabdeh MMC sahəsi 85 kv.metr olan mənzilin tikintisi, söküntüsü və təmirinə görə 22000 manat pulu podratçıya ödəməyə razılaşmışlar. Cavabdeh MMC ilə İddiaçı1 arasında olan razılaşmadan görünür ki, i, xx.xx.2022-ci il tarixdə İddiaçı1 Cavabdeh MMC-yə avans olaraq 5000 manat pul ödənməsinə razılaşmışdırlar. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli 000055 qaimədən görünür ki,, İddiaçı1 xx.xx.2022-ci ildə 5000 manat avans olarq "xxxx" MMC-nin hesabına köçürmüşdir. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli 000055 nömrəli qaimədən görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixli 11002 nömrəli podra müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2277 nömrəli ekspert rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzildə aparılan söküntü işləri qüsurlu aparılmadığı müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzildə aparılan söküntü və təmir-tikinti işlərinin (tikinti materialları vəxidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 2030 manat məbləğində olduğu müəyyən edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzildə yerləşən üç yaşayış otağının və dəhliz tikilisinin bir divarı şpatlyovka materialı ilə üzləndiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Naftalan şəhər Məhkəməsinin 2(052)-34/2023 nömrəli xx.xx.2023-cü il tarixli qəraradadından görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı2 qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbinə iddiaçının iddiadan imtina etməsi və bunun məhkəmədə qəbul edilməsi səbəbindən xitam verilmişdir. Naftalan şəhər Məhkəməsinin 2(052)-34/2023 nömrəli xx.xx.2023-cü il tarixli qəraradadından görünür ki, cavabdeh İddiaçı2 məhkəməyə ərizə ilə müraciətt edərək ona qarşı olan 30.000 manat maddi ziaynın tələbi üzrə iddiaçının atası X3 məhkəmə iclasında qarşılıqlı razılığ əsasında dəymiş ziyan kimi 11500 manat pul ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı1 ilə cavabdeh Z- Zirvə İnşaat MMC arasında xx.xx.2022-ci il tarixdə podrad müqaviləsi bağlanaraq, Z-Zirvə İnşaat 4 ay müddətində 22000 manat müqabilində ümumi sahəsi 85 kv.m olan mənzilin sökməyi, tikməyi və tam şəkildə təmir etməyi öhdəsinə götürmüşdür. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən habelə İddiaçı1 vəkilinin vermiş olduğu izahatdan görünür ki, sözügedən podrat müqaviləsi üzrə podratçı tərətindən sifarişçiyə 10000 manat məbləğində pul ödənmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək podrat müqaviləsi üzrə cavabdeh təşkilatın söküntü və etmiş olduğu tikinti işlərini qüsürlü icra etməsini və bu səbəbdən söküntünün dəyəri olan 20000 manat pulu və podrat müqaviləsi üzrə isə işlərin qüsürlü və yarımçıq olması səbəbindən bütövlükdə 10.000 pulun qaytarmasını tələb etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin cavabdeh təşkilatın söküntü və etmiş olduğu tikinti işlərini qüsürlü icra etməsini və bu səbəbdən söküntü və təmirin dəyəri olan 20000 manat pulun tutulması hissəsinə müansibət bildirərək qeyd edir ki, İddiaçı1 podrat müqaviləsi üzrə cavabdehin söküntü və təmir işlərinin düzgün aparılmaması səbəbindən mənzilə 20.000 manat ziyan dəymiş olduğunu bildirsədə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/2277 nömrəli ekspert rəyindən cavabdeh təşkilat tərəfindən G.Əmraslanova məxsus evdə söküntü və tikinti işlərinin qüsürlu aparılmadığı müəyyən edildiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə İddiaçı1 podrat müqaviləsi üzrə ödənilmiş 10.000 manat pulun geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2277 nömrəli ekspert rəyindən cavabdeh tərəfindən iddiaçıya məxsus mənzildə aparılan söküntü və təmir-tikinti işlərinin dəyəri 2030 manat olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh MMC tərəfindən iddiaçıya məxsus evdə görülmüş işlərin dəyəri podrat müqaviləsi üzrə edilmiş ödənişdən çıxılmalı yerdə qalan məbləğ cavabdehdən İddiaçı1 xeyrinə ödənilməlidir. (10000-2030=7970) Bundan sonra məhkəmə İddiaçı2 söküntü işinin düzgün aparılmaması nəticəsində qonşuluqda yerləşən evə dəymiş və ondan tutulmalı olan 11.500(on bir min beş yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı2 məhkəmə izahat verərəkən, habelə Naftalan şəhər Məhkəməsinin 2(052)-34/2023 nömrəli xx.xx.2023-cü il tarixli qəraradadından məlum olmuşdur ki, qonşuluğda yerləşən evə dəymiş ziyan məhz tikinti işlərinin qüsurlu aparılması ilə bağlı deyildə təmir olunan evdə suyun açıq qalması ilə bağlı olmuşdur. İddiaçı isə məhkəmədən suyun açıq qalmasınındə təqsirli cavabdeh şirkətin işçilər olduğunu bildirsədə, bu halı sübut etməmişdir. Həmçinin ziyan dəymiş mənzilə məhz iddiaçı G. Əmraslanovanın mülkiyyətindəçi mənzildən su axması sübut edilməmişdir. Beləki sözügedən qərardada yalnız cavabdeh olan İddiaçı2 suyun axması nəticəsində ziyan dəymiş olduğu iddia edən iddiaçının iddiasını qəbul etmiş və iddiaçıya 11.500 manat pulu ödəməyə razılığ vermiş, məhz bu səbəbdəndə iddiaçı iddiadan imtina etmişdir. Beləliklə sözügedən qərardad ilə hazırki işlə əlaqədər preyudisial əhəmiyyətə malik olan hər hansı bir halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 215 manat məbləğində dövlət rüsumunun 99.70 manat hissəsi cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı1 verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, nə qədərki iddia tələbi qismən təmin edilmişdir iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflər arasında bərabər hissədə bölünməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı1 iddia tələbi qismən təmin olunsun. Cavabdeh "xxxx" MMC-dən 7970 (yeddi min doqquz yüz yetmiş) manat pul və 99.70 (doxsan doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. İddiaçı1 iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərcinin 50 manat olan hissəsi cavabdeh "xxxx" MMC-dən, 50 manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar