Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1236/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümyəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X6 doğma bacı olmaqla yanaşı mərhum X3 vərəsələridirlər. Anaları vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı və cavabdehə miras qalmışdır. Hər iki vərəsə öz mülkiyyət hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH No ******* saylı, xx.xx.2008-ci il qeydiyyat tarixli müvafiq çıxarış verilmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzilə bacısı İddiaçı buraxılmaması üçün əlindən gələn bütün mümkün vasitələrə əl atmaqdadır və hazırda İddiaçı özünə mülkiyyət hüquqları ilə məxsus olan mənzilə daxil ola bilməməkdədir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı 1959-cu il 8 sentyabr tarixində həmin mənzildə dünyaya gəlmiş və ailə həyatı quranadək həmin evdə yaşamışdır. Nənəsi, babası, atası, anası və bacısı hazırki cavabdehlə birlikdə həmin mənzildə yaşamışdır. Onlar birlikdə mənzilin həyəti, yuxarı və aşağı mərtəbələri daxil olmaqla, ümumilikdə bütün mülkdən istifadə etmişlər. Daha sonra tərəflərin nənə və babası rəhmətə getdikdən sonra onlar yenə orada yaşamağa davam etmiş və sözügedən əmlak ana, ata və 2 bacının istifadəsində olmuşdur. Beləliklə, sonradan tərəflərin ataları vəfat etmiş və əmlak yekun etibarilə tərəflərin analarının adına rəsmiləşmişdir. Lakin, 1998-ci il tarixində cavabdeh öz anasını həmin mənzildən qovmuş və ana - X3 İddiaçı öz himayəsinə alaraq öz oğlu ilə yaşadığı Günəşli qəsəbəsində yerləşən mənzilə aparmışdır. X2 iddiaçının qeyd edilən mənzilində rəhmətə getmiş və hazırda köçürülmə predmetini təşkil edən mənzil ondan tərəflərlərə miras qalmışdır. Hazırda iddiaçı öz oğlunu evləndirmiş və onun ailəsi böyüdüyü üçün o onlarla yaşayıb ailə məişət narahatçılığı vermək istəmir. Ona görə özünə mülkiyyət hüququ ilə məxsus olan mənzilə köçürülməsini tələb edir. Mənzilə köçürülmənin məhz məhkəmə qaydasında həyata keçirilməsi üçün müraciətin zərurəti ondan irəli gəlir ki, hazırda mənzilin digər mülkiyyətçisi olan X6 iddiaçını həmin mənzilə buraxmır və aralarında sırf sonuncu anasını çölə atdığı üçün ailə konflikti mövcuddur. Qeyd edilən hərəkətlər İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Halbuki, İddiaçı, sözügedən mənzilə qanun üzrə vərəsə olaraq, mülkiyyət hüquqları qanunvericilik və dövlət tərəfindən tanınmışdır. Hazırda iddiaçı anasından ona miras qalmış və qanuni əsaslarla ona məxsus olan mənzilə - Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Ona görə sivil və qanunun tələblərinə uyğun şkildə sözügedən mənzilə daxil olmaq, öz halal mülkündən istifadə etməyə nail olmaq üçün hazırki mübahisənin məhkəmə zərurəti qaçınılmazdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək, mülki iş üzrə əlavə sübutların təqdim edilməsi və xəstəliyi ilə məhkəmənin baxış iclasını uzun bir təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində istifadədə olan 0.02954 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 1 mərtəbəli binanın, 1-ci mərtəbəsində, 29.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə, Cavabdeh ½ hissə adların daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18545 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən İddiaçı Qulamvnanın cavabdeh X1rşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər İddiaçı Qulamvna və X6 arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı ev iddiaçının və cavabdehinin ½ hissədə paylı mülkiyyətindədir. Hazırda iddiaçı ½ hissəsdə mülkiyyətçi olduğu evə köçmək isdəsə də, digə ½ hissədə mülkiyyətçi olan cavabdeh iddiaçının paylı mülkiyyətində olan yaşayış evinə maneə yaratdığından , o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən . Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı paylı mülkiyyətində olan yaşayış evinə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1236/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1236/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver