Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1262/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan, 62 kv metr sahədən ibarət fərdi yaşıyış evini 31.12.2004-cü ildə X1 3500 ABŞ dolları qarşılığında almış və ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Ev 1997-ci ildə inşa edilmişdir. Zabrat Bələdiyyəsinin 28.12.2004-cü il tarixli, 67 №-li məktubuna əsasən Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən iddiaçıya 14.01.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabit verilmişdir. Evin abunə elektrik kodu iddiaçının arvadı X2 adına çəkilmişdir. İddiaçı işi ilə əlaqıdar Rusiya Federasiyasına getmiş və evi qaynı X7 tapşırmışdır. Quliyev Əsgər də arada Rusiyaya ledib gəlirdi. O, 2021-ci ilin iyun ayında evə gedərkən, evin cavabdeh tərəfindən zəbt edildiyini öyrənmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Həmin etiraza əsasən cavabdeh özbaşına tiikli evi zəbt etməmiş, təxminən 2010-cu ildə iddiaçıya 17000 manat verib almışdır. Həmin evin qabağında hətta «satılır» yazılmışdır. Evi almamışdan əvvəl şəkillərini çəkmişdir. İddiaçı ona evin qanuni sənədinin olmadığını demişdir. Həmin zaman evin təmiri, pəncərəsi, qapısı, döşəməsi, tavanı, darvazası, daş hasarı yox idi. Cavabdeh 5-6 il əvvəl evdə əsaslı təmir tikinti işləri aparmış – pəncərə, dəmir barmaqlıqlar, dəmir qapı, plastik pəncərələr, dəmir darvaza, döşəməyə taxta millər qoymuş, evin qabağında 5x10 metr ölçüdə daşdan zal tikmiş, bunların hamısına təxminən 25000 manat vəsait xərcləmişdir. Lakin, ev hələ də təmir işləri davam edir. Öz vəsaitinə kanalizasiya, su, qaz çəkdirmiş, əvvəl öz adına , sonra isə oğlu X3 adına qeydiyyata saldırmışdır. Hər il evə dair Bələdiyyəyə əmlak vergisi ödəyir. Evə işıq, su, qaz çəkiləndə ASAN xidmət tərəfindən evə R.Axundov küçəsi, 11011 ünvan qoyulmuşdur. Cavabdeh evi alanda heç bir sayğac olmamışdır. Qonşular iddiaçını tanımırlar, yalnız cavabdehi tanıyırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək qeyd etdi ki, o, təxmini 18-20 ildir ki, həmin ərazidə yaşayır. Cavabdehin həmin əraziyə nə vaxt köçdüyünü təxmini xatırlamır, lakin mübahisəli evin qabağında «satılır» yazılmışdır, sonradan həmin elan yığışdırıldı və cavabdeh həmin evdə yaşamağa başladı. O, mübahisəli evdə usta olaraq işləmişdir. Eyni zamanda qeyd etdi ki, kommunal xəttlərin dəqiq nə vaxt çəkildiyini bilmir, lakin cavabdehdən əvvəl orada heç bir qaz, işıq və ya su xəttləri olmayıb. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək qeyd etdi ki, o, cavabdehin qardaşı oğludur, alqı-satqıda şəxsən iştirak edib, evə görə ödəniş təxmini 17000 manat olub. Həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadə verərək qeyd etdi ki, o, mübahisəli evin yerləşdiyi ərazidə 1981-ci ildən yaşayır, cavabdehlə daima bir-birinin evlərinə gedib-gəlirlər. Cavabdeh oraya təxmini 2010-cu ildə gəlmişdir. Evin əksər təmir işlərini şəxsən görmüş, əsasən də hörgü işləri ilə məşğul olmuşdur. Ondan başqa orada 2 əlavə usta da işləmişdir. Ev ilk öncə yarımçıq vəziyyətdə idi, daha sonra əlavə otaqlar inşa edilmişdir. Eyni zamanda qeyd etdi ki, cavabdeh evə köçməmişdən əvvəl evin hər hansı su, qaz və ya işıq sayğacı olmamışdır, bütün kommunal xəttələr cavabdeh tərəfindən çəkilmişdir. Əlavə olaraq qeyd etdi ki, Elburuz adlı şəxsi tanımır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Mübahisə predmeti olan ev özbaşına tikilidir. Əvvəllər evin ünvanı Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi, 47 “a”, sonradan Ruhulla Axundov küçəsi, indi isə Ş.Axundova küçəsi, ev 0110. Ünvanlar fərqli olsa da, iddiaçının da cavabdehin iddia etdikləri ev eyni evdir. İddiaçının adına evə dair aşağıdakı sənəd mövcuddur - Bakı şəhəri Texniki İnventarladırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş 14.01.2005-ci il tarixli Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabat. İddiaçı eyni zamanda arvadı X2 adına olan Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənəd təqdim etmişdir. Həmin sənəddə abunə kodu **********20007, ünvan 1 Zabrat, Axundov, ev 0002, mənzil 0007, 05.01.2009-cu il tarixdə dəyişdirilmiş sayğacın №-si A440718879M101773 qeyd edilmişdir. Həmin sənəddən görünür ki, sayğacın 1279 olan göstəricisi 18.06.2015-ci ildən sonuna qədər dəyişməmişdir. Sayğacın sonuncu göstəricisi 10.06.2021-ci il tarixdə qeyd edilmişdir. Cavabdehin adına mübahisəli evə dair 20.04.2021-ci il tarixdə 3560 №-li qeydiyyat nömrəsi, tikintinin koordinatları, əmlak verigisi ödəyicisinə dair 1810119HJJTF kodu verilmişdir. Cavabdehin oğlu X6 adına: "xxxx" QSC tərəfindən 44/TŞ-082234/Z-1 №-0li izahat və cizgilər tərtib edilmiş; Azərişıq ASC-də abunə kodu **********00001, sayğac nömrəsi 21353732M335408, quraşdırılma tarixi 18.05.2021-ci il göstərilən abunə haqqında sənəd verilmiş; Azəriqaz İB tərəfidən **********00063 №-li kodla 01.10.2021-cxi il tarixdə qeydiyyata alınmasına dair abonentin saldosu verilmiş; "xxxx" ASC tərəfindən 44231358 №-li abonent kodu verilmişdir. Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 24.02.2022-ci il tarixli, 14 №-li məktuba əsasən İddiaçı və Quliyeva (Cəfərova) Zərifə İslam qızının adına qeydiyyatdan keçməsi və onların əmlak ödəyəcisi kimi qeydiyyatda olmaları barədə Zabrat Bələdiyyəsində heç bir məlumat yoxdur. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırda mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, iddiaçının adına yuxarıda qeyd oluna Hesabat 14.01.2005-ci il tarixdə tərtib edilmişdir. Cavabdeh tərəfindən uzun illər ərzində həmin evdə tikinti-təmir işlərinin aparlıması, kommunikasiyaların çəkilməsi evin artıq cavabdehə məxsus olmasına dəlalət edir. Ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, evə uzun illər ərzində cavabdeh və onun ailəsi tərəfindən nümayişli şəkildə sahibliyin edilməsi evin sahibliyinin ona keçməsinə dəlalət edir. İddaiçı tərəfindən təqdim edilmiş yuxarıda qeyd olunan arvadı X2 adına Azərişıq ASC tərəfindən verilmiş abunə haqqında sənədə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı həmin sənədlə son illərə qədər evin sahibliyinin onda və ailəsində olmasını sübut etməyə çalışmışdır. Lakin, qeyd edildiyi kimi, həmin sənədə son göstərici 10.06.2021-ci il tarixdə qeyd edilmiş, cavabdeh isə sayğacı 18.05.2021-ci tarixdə, yəni X2 adına olan sayğac hələ aktiv olanda, quraşdırılmışdır. Bir obyektdən sayğac çıxarılmadıqda, yeni sayğacın quraşdırılması mümkün deyil. Bu əsasdan məhkəmə həmin sənədin digər bir evə aid olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh statusu «özbaşına tikili» olan evə dair özünün və ailəsinin hüququnu təsdiq edən kifayət qədər sənədlər təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1262/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1262/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver