Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1354/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehin çıxarılması tələbinə dair ilk iddiası üzrə, Cavabdeh qızının Cavabdeh İddiaçı qarşı daş hasarın İddiaçı hesabına sökülməklə torpaq sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, boşaldılaraq geri qaytarılması, inşa edilən hasarların tikintisi ilə bağlı çəkilən xərclər maddi ziyan kimi qiymətləndirilərək, dəymiş maddi ziyanın, mənəvi ziyanın və dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın cavabdehin hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin cavabdehin hesabına təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX tərəfindən verilmiş ******* №-li Çıxarışa əsasən Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı bağ evinin sahibidir. 2021-ci ilin aprel ayında qarşıdakı 1986 və 1986 saylı bağ sahələrini cavabdeh almış, iddiaçıdan xəbərsiz onun torpağının bir hissəsini zəbt etmişdir. Cavabdehlə olan aralarındakı şifahi razılaşmaya əsasən yolun enini böyütmək qərarı alaraq 3,60 metr müəyyən etmişdilər. Əvəzində isə aralarındakı qonşu hasar iddiaçının ərazisinə 0,60 metr (0,15 kv metr) girilməklə çəkilməli idi. lakin, Cavabdeh qızı tam olaraq 0,80 sot torpaq hissəsini zəbt etmişdir. Cavabdeh qızı cavabdeh İddiaçı qarşı daş hasarın İddiaçı hesabına sökülməklə torpaq sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, boşaldılaraq geri qaytarılması, inşa edilən hasarlarların tikintisi ilə bağlı çəkilən xərclər maddi ziyan kimi qiymətləndirilərək, dəymiş maddi ziyanın, mənəvi ziyanın və dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan şiyahi razılaşmaya əsasən onun tərəfindən hasarlar çəkilmişdir. Lakin, İddiaçı onu aldatmış, onu əlverişsiz şəraitə salmışdır. Odur ki, ona dəyən maddi və mənəvi ziyan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı, nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X2 ilk iddianı qəbul etməyərək, rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İş üzrə tərəflər qonşudular. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1986A saylı bağ sahəsi (0,12 ha) İddiaçı mülikyyətindədir (DƏDRX tərəfindən verilmiş 06.11.2013-cü il tarixli, ******* №-li Çıxarış 054007 №-li Torpaq sahəsinn planı və ölçüsü). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1986 saylı bağ sahəsi (0,0528 ha) və 1986K saylı bağ sahəsi (0,06 ha) Cavabdeh qızının mülikyyətindədir (DƏDRX tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07.05.2021-ci il və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 19.04.2021-ci il verilmiş Çıxarışlar). İki bağ sahəsi bir hasarın içində yerləşir. İddiaçı ilə Cavabdeh qızının torpaq sahələri arasında eni 3 metrdən ibarət olan ümumi istifadədə olan yol mövcud olmuşdur. Tərəflər arasındakı şifahi razılaşmaya əsasən Cavabdeh qızı həmin yolu öz torpağı hesabına 0,60 metr enləndirməli, və həmin 0,60 metr ümumi hasarı çəkən zaman İddiaçının torpağı hesabına kompensasiya etməli idi. Məhkəmə sübutlara yerində baxış keçirdən zaman aşağıdakıları müəyyən etmişdir. Ümumi istifadədə olan yol Cavabdeh qızı tərəfindən öz torpağı hesabına 0,60 metr genişləndirilmiş, lakin tərəflərin ortaq hasarı İddiaçının inşa etdiyi evindən 0,80 metr məsafədə inşa edilmişdir. İddiaçı torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar Sabunçu RPİ-nə şikayət vermişdir. Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, M.Cümşüdov tərəfindən 20.09.2021-ci il tarixli cinayət işini başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli məktuba əsasən 1986A bağ sahəsinin 68,0 kv metr hissəsi qonşu 1986 saylı bağ sahəsinin mövcud hasarı daxilindədir. Hazırda İddiaçı həmin hasarın cavabdehin hesabına sökülməsini, Cavabdeh qızı isə sökülməni İddiaçı hesabına həyata keçirilməsini və ona dəyən maddi və mənəvi ziyanın tutulmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın qanuni, qarşılıqlı iddianın isə əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh qızı 1986A saylı bağ sahəsinin 68,0 kv metr hissəsinə qanunsuz olaraq daxil olduğundan həmin torpaq sahəsindən çıxarılmalı, zəbt olunmuş torpaq sahəsində çəkilən hasar onun hesabına sökülməli və həmin sökülən torpaq sahəsi onun hesabına təmizlənməlidir. Cavabdeh qızı şifahi razılaşmanı pozduğuna görə məhkəmə hesab edir ki, artıq həmin razılaşmanını heç bir hüquqi qüvvəsi yoxdur və bu əsasdan qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh qızı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılsın, zəbt olunmuş torpaq sahəsində çəkilən hasar onun hesabına sökülsün və həmin sökülən torpaq sahəsi onun hesabına təmizlənsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1354/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1354/2022
16.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver