Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1374/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 27 nömrəli evin 15-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 27 nömrəli evin 15-ci mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Cavabdeh formal olaraq həmən mənzildə qeydiyyatda olsa da, faktiki olaraq 6 ildən çoxdur ki, Çexiya Respublikasında yaşayır. Cavabdeh mənzilində qeydiyyatda qalmaqla onun mülkiyyət hüquqlarını pozur. Həmçinin, cavabdehin xüsusi mülkiyyətində olan mənzilindən qeydiyyatda olmasına görə, əlavə olaraq kommunal xidmət haqqı ödəmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh mübahisə predmeti olan evi 2016-cı ildə ona bağışlayıb. Hal-hazırda cavabdeh burada deyil, Çexiya Respublikasında yaşayır, orada ailə qurub. Bildirdiyinə görə, bir daha bura gəlməyəcək. Ev öncədən cavabdehin adına olub, daha sonra bağışlama əsasında iddiaçıya verilib. Tərəflər arasında nikah 2023-cü ildə pozulmuşdur. İddianın təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili bu barədə yazılı təqdim etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə görə, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 27 nömrəli evin 15-ci mənzili X1 xüsusi mülkiyyətindədir. - Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfində xx.xx.2023-cü ildə verilmiş AZ-İ seriyalı 452876 nömrəli ″Nikahın pozulması haqqında şəhadətnamə″dən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü ildə pozulmuşdur, qadına ″Əliyeva″ soyadı verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2010-cu ildən ünvan 1 ünvanında qeydiyyatdadır. - 5 saylı Bakı ″ASAN xidmət″ mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2016-cı ildə təsdiq edilmiş ″Daşınmaz əmlakın bağışlanmısı müqaviləsi″ndən görünür ki, hədiyyə verən Cavabdeh hədiyyə alan X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50,1 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 12,1 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə arvadı hədiyyə alan X1 mülkiyyətinə verir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 nömrəli evin 15-ci mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh sözügedən mənzildən 6 ildən artıq müddətdirki, daimi yaşamaq məqsədilə başqa ölkəyə, bu günə kimi mübahisəli mənzildə yaşamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. ″Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında″ Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisi olan X5 arasında mübahisəli mənzilə dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 27 nömrəli evin 15-ci mənzilinə istifadə hüququ olmadığından, iddiaçı haqlı olaraq mövcud tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, ″Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında″ Azərbaycan Respublikasının Qanunununun müddəalarını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin hər hansı ünvan üzrə qeydiyyatda olması onun həmin yaşayış yerinə istifadə hüququnun olması anlamına gəlmir, əsasən şəxslərin uçota alınmasının təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 nömrəli evin 15-ci mənzilində qeydiyyatda olması onun həmin məzilə dair istifadə hüququnun olmasına dəlalət edə bilməz. Lakin, göründüyü kimi, cavabdehin sözügedən mənzildə qeydiyyatda olması səbəbindən iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsi, 27 nömrəli evin 15-ci mənzilinin yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Həmin müddət bitdikdən sonra tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (″Elektron məhkəmə″ informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1374/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(008)-1374/2024
04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver