Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1387/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü və ya bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan məbləğin tərəflərin paylarına uyğun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, 21 A saylı evin 32 №-li mənzilin, (Yeni qaydalarla: AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ceyhun Şalıyev küçəsi, giriş 19, M4, m1) tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq, əldə olunan pulun tərəflərin paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdehlər İddiaçı, Bakı Şəhəri 16 saylı Notariat Kontoru yə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbləri barədə” iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küsəsi, 21 A №-li evin 32 №-li mənzil barəsində cavabdeh X1 adına verilmiş Bakı şəhəri 16 saylı Notariat Kontorunda 2V1/241 nömrə ilə qeyd edilmiş, xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin mənzil barəsində X2 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Kontorunda təsdiq edilmiş, reyestrdə 4Ə-85 nömrə ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilmiş, iddiaçı Cavabdeh miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küsəsi, 21 A №-li evin 32 №-li mənzilin 1/2 hissəsinə vərəsəlik - mülkiyyət hüququ tanınmışdır. xx.xx.2024cü il tarixdə adıçəkilən mənzilin 1/2 hissəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış verilmişdir. Lakin, onların həmin mənzildə birgə yaşayıb mülkiyyət hüuququ üzrə birgə istifadə etməyi mümkün deyil. Cavabbdeh Cavabdeh da mənzildə daimi yaşamır və mənzil çox vaxt boş qalır, mənzildən nə cavabdeh, nə də iddiaçı istifadə edə bilmir. Mənzilin satılaraq, bölünməsi barədə cavabdehə bildirilsə də o, cavab verməmişdir. Nəticədə iddiaçı mənzildəki mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlə aralarında razılıq əldə edildiyini, iddiadan imtina edilməsi barədə verdiyi ərizənin təmin edilməsini, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki işin icraatına iddiaçının iddia tələbinin imtina etmə əsası ilə xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü və ya bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq əldə olunan məbləğin tərəflərin paylarına uyğun ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №e-2(008)-1387/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1387/2025
10.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver