Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1397/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehdehlər Cavabdeh ASC-yə qarşı işə bərpa barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edrək, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli MİHO 1.2.4-3.1-20 1662 saylı əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh ASC-nin Şəki regional nümayəndəliyinin mühəndis-mexaniki vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehin (həmin vaxtkı adı ilə "xxxx" ASC) xx.xx.2015-ci il tarixli 309/k №-li əmri ilə xx.xx.2015-ci il tarixdən "xxxx" ASC-nin Şəki regional nümayəndəliyinə mühəndis mexanik vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehin xx.xx.2017-ci il tarixli 78/k №-li əmri ilə xx.xx.2017-ci il tarixdən Şəki regional nümayəndəliyinin mühəndisi hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 saylı Fərmanının 1- ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Cavabdehin xx.xx.2021-ci il tarixli 132/k saylı əmri ilə xx.xx.2021-ci il tarixdən Şəki regional nümayəndəliyinin mühəndis-mexaniki hesab edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MİHO/1.2.4-3.1-20 1662 saylı əmr vermişdir. Həmin əmri qanunsuz sayır. Belə ki, ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İddiaçı ilə əmək müqaviləsi bağlanarkən müddətsiz bağlandığı elan olunmuşdur. Bundan başqa, ƏM-in 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. xx.xx.2015-ci il tarixdən başlayan və 7 ildən artıq davam edən əmək fəaliyyəti dövründə başqa işə keçirilməmiş, yalnız vəzifəsinin adı dəyişdirilmişdir. Hesab edir ki, əmək müqaviləsi müddətsiz bağlandığından, cavabdeh mübahisəli əmri qəbul etməklə əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il 27 iyul tarixdən Cəmiyyətin Şəki Regional Nümayəndəliyinə mühəndis-mexanik vəzifəsinə qəbul olunmuş və 2017-ci il 10 mart tarixindən həmin nümayəndəliyin mühəndisi vəzifəsində çalışmışdır. 1137 saylı Fərmanın tələblərinin icrasını təmin etmək məqsədilə müvafiq struktur dəyişiklikləri təsdiq edildikdən sonra Cəmiyyətin bütün işçiləri ilə, o cümlədən İddiaçı ilə 09 aprel 2021-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli MİHO/1.2.4-3.1-20 1662 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hesab edirlər ki, İddiaçı iddiası tamamilə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1967-ci il tarixdə Şəki rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 saylı Fərmanının 1- ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. İddiaçı ilə cavabdeh arasında aşağıdakı əmək müqavilələri bağlanılmışdır: xx.xx.2015-ci il tarixdə 412/15 №-li müddətsiz ("xxxx" ASC-nin Şəki Regional Nümayəndəliyinə mühəndis-mexanik vəzifəsinə qəbul olunmuşdur); xx.xx.2021-ci il tarixli müddətli 6 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək (eyni vəzifəyə dair). Hər iki müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış və müvafiq olaraq xxxxxxx000100 və xxxxxxx000104 №-li bildirişlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli MİHO/1.2.4-3.1-20 1662 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini və işə bərpa olunmağını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır; 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinə riayət etmişdir. Həmin Məcəllənin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, cavabdeh bildirişləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1397/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1397/2023
06.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver