Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1454/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5032 manat məbləğində zərərin, 6224.82 manat cari borc, 240.82 manat yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 11477,64 manat məbləğində zərər, 300 manat vəkil xərci, 126 manat dövlət rüsumunun, ümumilikdə 11903.64 manatməbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D-4094 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00002 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında Qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il il tarixli ******* saylı akt əsasında 252,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 111,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 76,90 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 95 manat, xx.xx.2017-cixx.xx.2017 ci il tarixli ******* saylı akt əsasında 136 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 185,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 188 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 23 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 24 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 16,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 611,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 445,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 136 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 157,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, cəmi əsasında 5032 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə bunu da çatdırmaq istəyir ki, cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 6224,82 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə 240,82 manat borcu qalmaqdadır. Cavabdehi 20 manat məbləğində ödəniş həyata keçirdikdən sonra İddiaçı İB-yə ödəməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar ümumi olaraq 11477,64 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin yanvar ayı üçün 11477.64 manat məbləğində borcu var. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2016-cı il il tarixli ******* saylı akt əsasında 252,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 111,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 76,90 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 95 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 185,80 manat, xx.xx.2017 ci il tarixli ******* saylı akt əsasında 136 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 188 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 23 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 24 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 16,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 611,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 445,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 136 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 157,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, cəmi əsasında 5032 manat ziyan məbləği hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 126 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan, 0106709, 0107136, 0108601, 0111756, 0114778, 0123283, 0123954, 0127355, 0125978, 0130027, 0132986, 0137663, 0152127, 0171878, 0156251, 0167756, 0175973, 0177902, 0183733, 0184700, 0190378, 0192224, 0199505, 0206128, 0210466, 0218325, 0225856, 0229370, 0248644, 0248602, 0261830, ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız ilk akt üzrəxx.xx.2016-cı il il tarixli ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 2528 kubmetr olduğu müəyyyən olunmuşdur. 2528 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 252.8 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 252.8 manat həcmində təmin edir. Məhkəmə iddia tələbinin cavabdehdən 6224.82 manat cari borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş saldodan görünür ki, abonenetin 2020-ci ilin sonu üçün 3215.4 manat, 2021-ci ilin sonu üçün isə 2527.45 manat, 2022-ci il yanvar ayının sonu üçün isə 164.28 manat sərfiyyat borcu yaranmış olduğu müəyyən edilir. İddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, iddiaçı tərəfindən sərfiyyat borcdan 20 manat hissə ödəniş olmuşdur. (3215.4+2527.45+164.28-20=5887.13). Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sərfiyyat borca münasibətdə qismən 5887.13 manat hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 240.82 manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavbdehə məxsus saldodan görünür ki, cavabdehin 2020-ci ilin sonu üçün 120.4 manat yeni tarifə keçidi ilə əlaqədr yaranmış borc, 2021-ci ilin sonu üçün 106.9 manat yeni tarifə keçidi ilə əlaqədar yaranmış borc, 2022-ci ilin yanvar ayının sonu üçün isə 13.52 manat yeni tarifə keçidi ilə əlaqədar yaranmış borcu olduğundan iddia tələbi bu hissədə təmin edilməlidir. . (120.4+106.9+13.52=240.82) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 126 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Bundan əlavə vəkil xərci olaraq 300 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi qismən təmin edilərək, cavabdehdən 50 (əlli) manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5887.13 (beş min səkkiz yüz səksən yeddi manat, on üç qəpik) manat məbləğində debitor borc, 240.82 (iki yüz qırx manat, səksən iki qəpik) manat yeni tarif keçidi ilə əlaqədar borc, 252.8 (iki yüz əlli iki manat, səksən qəpik) manat dəymiş ziyan, 60 (altmış) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5887.13 (beş min səkkiz yüz səksən yeddi manat, on üç qəpik) manat məbləğində debitor borcu, 240.82 (iki yüz qırx manat, səksən iki qəpik) manat yeni tarif keçidi ilə əlaqədar borc, 252.8 (iki yüz əlli iki manat, səksən qəpik) manat dəymiş ziyan, 60 (altmış) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat vəkil xərci İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1454/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1454/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver