Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1502/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı ev atası X9 məxsus olmuşdur. Cavabdeh ailə qurduqdan sonra mərhum atası 2006-cı ildə onlara üzərində bir otaqlı ev olmaqla altı sot torpaq sahəsi verərək onları ayırmışdır. Sonradan cavabdeh özü də əlavə üç otaq tikməklə 2006-cı ildən 2011-ci ilədək həmin evdə daimi olaraq yaşamışdır. 2011-ci ildə isə cavabdeh özünə məxsus olan və daimi yaşadığı evini satmışdır. Bundan sonra Cavabdehlər X16, İddiaçı1, X2, X23, X5 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin ünvan 7-in yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 554/2012 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Ataları mərhum X16 2013-cıi ildə əməliyyat olmuşdur. O vaxtdan da iddiaçıların cavabdehlə əlaqəsi yox idi. 2015-ci ilin iyun ayında atası rəhmətə getdi. 2016-cı ildə atasının ili çıxmamış küçədən arxa qapının qıfılını kəsib içəri girib oğuluqlar etmişdi. Anaları xəbər tutanda Sabunçu rayonu 15-ci bölməyə xəbər vermiş və gəlib aparıb tənbeh edib oğurlanan əşyalar qaytarılmışdır. Daha sonra cavabdeh ailəsi ilə birlikdə iddiaçıların razılığı olmadan mübahisəli evə girmişlər. Dəfələrlə cavabdehlərə evdən çıxmağı tələb edəndə mübahisələr düşmüş və evdən çıxmamışlar. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, ev 15/74, 40 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişir. Cavabdeh Şahiddin oğlu etiraz ərizəsi ilə müraciət edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 mənə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2 , 1 1 saylı evdən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. Əvvəla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2 , 1 1 saylı ev atasına deyil, babası X24 məxsus olmuşdur. O, həmin evdə doğulmuş, boya başa çatmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və birgə nikahdan doğulmuş övladları da həmin evdə bugünə kimi yaşayırlar. X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışında göstərilir ki, o ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və 2 uşağı) həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə onun bacısı xx.xx.1975-ci il təvəllüdlü X5 da yaşayır. Göründüyü kimi, həmin arayışda iddiaçıların həmin evdə yaşadığı qeyd edilmir. İddiaçıların mübahisəli mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa gəldikdə isə, qeyd edilməlidir ki, tərəfindən sorğu əsasında alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,703 ha torpaq sahəsi ünvan 2 Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixdə 11/24 hissə İddiaçı2 və 11/24 hissə İddiaçı1 adlarına qeydiyyata alınması göstərilmişdir. İddiaçıların təqdim etdiyi çıxarışla tanış olduqda aydın olur ki, sözügedən mənzilə İddiaçı2 adma 11/24 hissə, İddiaçı1 adma da eyni payda hissə mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Lakin, mənzilin 2/24 hissə mərhum babası X19 adında açıq qalmışdır. Sorğu əsasında ünvan 2 Notariat Ofisi tərəfindən notariat işi ilə bağlı vərəsəlik işi təqdim edilmişdir. Həmin vərəsəlik işi ilə də müəyyən olunur ki, mərhum babası X19 vərəsəsi kimi: X8 (mərhunun oğlu), X12 (mərhunun oğlu), X6 övladları (mərhumun nəvələri) - İddiaçı1, X5, İddiaçı2 və o - Cavabdeh tanınmışlar. Bacıları və qardaşı mirasın qəbuluna dair yazdıqları ərizələrdə onun da vərəsə olduğunu qeyd etmişlər, ona görə də həmin mənzilin 2/24 hissə mərhum babası X19 adında açıq qalmışdır. Çünki həmin vaxt o orada iştirak etməmişdir. Hazırda isə ona düşən payın qəbul edilməsi üçün notariusa müraciət etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2,11 saylı ev üzərində iddiaçıların və onun paylı mülkiyyət hüququ vardır. İddiaçılar tam mülkiyyət hüququ ilə onlara məxsus olmayan evdən onun çıxarılmağını tələb edə bilməzlər. İddiaçıların iddia tələbini qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 11/24 hissəsi İddiaçı2 , 11/24 hissəsi İddiaçı1, 24/2 hissəsi isə X19 mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdehlər X16, İddiaçı1, X2, X23, X5 və İddiaçı2 qarı “ özünün və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 saylı evin yaşayış sahəsinə köçürülmələri barədə” iddiası rədd edilməsi qərara alınmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş xx.xx.2011-ci il tarixli X3, X13, Cavabdeh Şahiddin oğlu, X14, X25 tərəfindən imzalanmış aktın surətindən görünür ki, Məşədi Adil küçəsi, ev 11 döngə 2 yaşayan Cavabdeh ona məxsus olan 12 sot torpaq sahəsini daima ona maddi yardım göstərən İlkinə 3 sot, Elsevərə 3 sot bağışlamışdır. Onların xahişi ilə yerdə qalan 6 sotu atası Şahiddinə bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X1 ünvanlanmış 09/Ə-1251 nömrəli, xx.xx.2011-ci il tarixli müraciətə cavab məktubundan göstərilmişdir ki, sizin və ailə üzvülərinizə verilmiş 0.24 ha torpaq sahəsinin 0.12 ha hissəsi qanunvericliyin tələblərinə uyğun olaraq sənədləşdirilməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi sizin istifadənizdə olmuş və sonradan həmin sahədən 0.06 ha torpaq sahəsi sizin tərəfinizdən oğlunuz Cavabdeh verilmişdir. Oğlunuz Cavabdeh ayırdığınız 0.06 ha torpaq sahəsindən digər şəxslərə hissə-hissə torpaq sahəsinin satılmasına dair Kürdəxanı Bələdiyyəsi heç bir qərar verməmişdir. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı2 Şahiddin qızı, İddiaçı1 Şahiddin oğlu, Cavabdeh və başqaları rəsmi qeydiyyatdadırlar. Əlistan Məmmədov, Mirzətağı Salah oğlu, X10 tərəfindən tərtib edilmiş aktın mətnində qey edilmişdir ki, ünvan 4 ünvanında X16 ailəsi ilə birgə yaşayır. Şahiddin Əliyev kiçik oğlu Cavabdeh 2005-ci ildən toy edərək gəlin gətirmiş, Cavabdeh ata-ana, bacı qardaşı ilə yola getmədiyindən 1 il sonra ayrılaraq, atasının 1992-ci ildə götürdüyü təzə torpaq sahəsinə 6 sot içində 1 otaq olmaqla ona vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bütütn əşyalarını götürərək ordan getmişdir. 5 ildən artıqdır ki, Cavabdeh valideynləri ilə birgə yaşamırlar. ünvan 2 Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və 0.070320 ha torpaq sahəsinin mərhum X20 adına açıq qalmış 1/12 hissəsinə Cavabdeh vərəsə olması səbəbindən, ona çıxarış verməsi xahiş etdilmişdir. xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X19 vərəsəsi oğlu-X16 idi, lakin onun xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 7 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh adına keçmiş və o miras əmlakdan tam şəkildə pay almalı olduğu qeyd edilmişdir. ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 87.70 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0.07032 ha torpaq sahəsinin mərhuma məxsus 2/24 hissəsindən ibarətdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh kimi Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, ev 11, döngə 2 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X19 vərəsəsi oğlu-X16 idi, lakin onun xx.xx.2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 7 ünvanında qeydiyyatda olan vərəsələri – İddiaçı1, X4, İddiaçı2 adına keçir və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almalıdır. Qalan 1/12 hissə isə mərhumun adında açıq qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə mülkin işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı ev iddiaçıların hər birinə münasibətdə 11/24 hissədə paylı mülkiyyətində olmuşdur, 2/24 hissə isə açıq qalmışdır. Məhkəmə iclasları zamanı cavabdeh tərəfindən təqdim edilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamədən məlum olmuşdur ki, cavabdehin miras əmlakının açıq qalmış 2/24 hissəsinə onun vərəsəliyi tanınmışdır. Beləliklə məlum olur ki, Cavabdeh Şahiddin oğlununda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil (Hüsü Hacıyev) küçəsi, 2-ci döngə 11 saylı evə və torpaq sahəsinə münasibətdə paylı mülkiyyətçi kimi mülkiyyət hüququ tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin digər mülkiyyətçilər kimi çıxarılması tələb edilən mənzilə sahiblik, istifadə və sərəncam hüququ olduğundan hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1502/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1502/2023
13.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver