Məhkəmə qərarları › İş №e-2(008)-1544/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1544/2022

03.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1544/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 adına Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2 və X6 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla İddiaçı1, İddiaçı2 və X11 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qovulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X6 adına Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Gədəbəy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 və İddiaçı2 tərəfindən miras əmlakın (Gədəbəy rayonu. Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi) faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı1, İddiaçı2 və X6 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla İddiaçı1, İddiaçı2 və X11 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edəsiniz. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh X22 iddiaçıların qardaşıdır. İddiaçıların anası X23 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Nazlı İsmayılova vəfat etdiyi tarixə qədər Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Nazlı İsmayılova ölməmişdən əvvəl cavabdeh Zövqi Məmmədov onun yanında olmuş, bununla belə o, çox pis vəziyyətdə olmuşdur. Belə ki, Zövqi Məmmədov arvadı ilə birlikdə onu natəmiz şəraitdə saxlamışlar, natəmizlik onun vəziyyətini pisləşdirmişdir. Həmin ərəfədə Zövqi Məmmədov bacıları İddiaçı2 və İddiaçı1 zəng edərək analarının vəziyyətinin pis olduğunu bildirmiş, İradə dərhal Moskvadan Bakıya gəlib, anasını digər bacısı Nailənin evinə aparmışdır. Bacılar həmin gün analarına baxmış, onun qulluğunda dayanmışlar və yalnız bundan sonra ana özünü yaxşı hiss etmiş və günlərdir yata bilmədiyi halda dərin yuxuya getmişdir. X44 bacılarından ananın bir gün ərzində necə yaxşılaşdığının səbəbini soruşmuş, bacılar da sadəcə anaya qulluq etdiklərini, nəticədə bu vaxta qədər baxımsız qalan ananın vəziyyətinin yaxşılaşdığını bildirmişlər. Beləliklə, bacılar bir ay müddətində anaya baxıb onu sağaltmışlar. Bundan sonra ana onlardan razı qalıb, məhz onlarla birlikdə yaşamaq isdədiyini bildirmişdir. Bir müddət sonra Zövqi Məmmədov anasını gəzdirmək adı ilə onu bacısının evindən götürüb aparmış və iradəsinin ziddinə olaraq ölənə qədər öz evində saxlamışdır. Yaşlı qadın qızıyla yaşamaq istədiyini bildirsə də oğul buna imkan verməmişdir. Bacılar ananı qardaş evində ziyarət etmişlər və qardaşla mübahisələri yaranmaması üçün güzəştə getməyə məcbur olmuşlar. Qısa müddət sonra Nazlı İsmayılova xx.xx.2018-ci il tarixində vəfat elmişdir. Mərhumun dəfn, həmçinin bütün mərasim xərcləri İddiaçı2 ilə İddiaçı1 tərəfindən qarşılanmışdır. Mərasim müddətində İddiaçı2 ilə İddiaçı1 miras əmlakda birgə yaşamış, həmin əmlakı saxlamış, xərclərini çəkmişlər. Qırx mərasimindən sonra Zövqi Məmmədovun arvadı ilə İddiaçı2 və İddiaçı1 arasında mübahisə düşmüş, gərgin münaqişə yaşanmışdır. Cavabdehin yoldaşı iddiaçılara böhtan alaraq hüquq-mühafizə orqanlarına müraciət edərək döyüldüyünü iddia etmiş, lakin bu iddiası təsdiq olunmadığına görə heç bir araşdırma aparılmamışdır. Yas mərasimindən sonra Zövqi Məmmədov atasının ona bağışladığı, Bakı şəhərində yerləşən evinə qayıtmış, ata isə ölənə qədər miras əmlakda yaşamışdır. Həmin müddət ərzində cavabdeh və ailəsi ataya baxmamış, onun yaşadığı evə belə getməmişlər. İddiaçılar isə həmin evə gəlib-getmiş, ananın qulluğunda dayanmış, ev təsərrüfatı ilə məşğul olmuşlar. Hətta iddiaçılar hal-hazırda həmin evdə pasport qeydiyyatındadırlar. 2020-ci ilin dekabr ayında ata yıxılaraq xəsarət alır, tək yaşadığına görə heç kəs səsini eşilmir. Miras əmlakın qonşuluğunda yaşayan əmigəlini Nuranə xanım Zövqi Məmmədova zəng edərək atanın vəziyyətinin pis olduğunu bildirir, lakin cavabdeh atasına baxmaq üçün kəndə gəlmir. Belə olan halda Nuranə xanım daha sonra iddiaçılara zəng edir və İddiaçı1 bununla əlaqədar Moskva şəhərindən Azərbaycana gəlir. Həmin ərəfədə pandemiya dövrü olduğundan Moskvadan birbaşa reyslər həyata keçirilməmiş və İddiaçı1 İstanbuldan keçməklə min bir əziyyətlə özünü atasının yanına çatdırmışdır. Zövqi Məmmədov isə Bakıdan rayonda yaşayan atanın yanına getməmişdir. İddiaçılar ataya bir ay ərzində özləri baxmış, onun bütün xərclərini qarşılamış, qulluğunda olmuşlar. Lakin ata bir aydan sonra öz evində (miras əmlakda) yaşamaq istədiyini bildirmişdir. Bu səbəbdən İddiaçı2 öz ailəsini və evini qoyub xəstə atasına baxmaq üçün miras əmlakda atası ölənə qədər onunla birlikdə yaşamışdır. Həmin evin açarları indiyə qədər də iddiaçılardadır. Bütün bu hallar bir daha təsdiq edir ki. miras əmlakı iddiaçılar faktiki olaraq qəbul etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 eyni məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh ona verilən suallara cavab verərək bildirmişdir ki, anası öldükdən sora bacıları həmin evə gəlib getmişlər, yas mərasimlərini orda onlar üçü birlikdə vermişlər. Bacısı hər dəfə gəldikdə həmin evə düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonunun Söyüdlü kəndində ailəsi ilə birlikdə yaşayır. İddiaçılar və cavabdehlər onun qardaşı uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra onun qardaşı övladları hər üçü yas mərasimində iştirak etmiş, 40 mərasiminədək qardaşına məxsus evdə yaşamışlar. Yas mərasimindən sonrada onlar qeyd olunan evə gedib-gəlmişlər. Dəqiq xatırlamadığı tarixdə qardaşı oğlu Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və lakin həmin mətinlə hazırda məhkəmə iclasında oxunan mətin eyni deyildir. Mətinin məzmunun tam xatırlaya bilmir. O, həmin sənədə imza etmiş, bir müddət sonra İddiaçı2 ona həmin sənədə imza etdiyinə görə öz iradını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, ona imza etdirdikləri mətn tamam fərqlidir və həmin mətndə İddiaçı1 və İddiaçı2 ailə qurduqdan sonra həmin kənddə qayıtmadıqları qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, İddiaçı2 onun həyat yoldaşıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada yaşamış, yas mərasimi onlar tərəfindən keçirilmiş və bütün yas məsrəfləri onlar tərəfindən qarşılanmışdır. İddiaçı1 bütün yas mərasimində Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evində qalmışdır. İddiaçı2 həmin kəndə evi olsada tez tez ata-ana evinə gedirdi, getməsinin səbəbidə onun orda atasının olması idi. Anan öləndən sonra ata tək qalmış, Nailə isə gedib ona qulluq edir, ev işləri ilə məşğul olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndinin sakinidir. O, evdə olan qazın təmiri ilə bağlı müxtəlif vaxtlarda bir neçə dəfə həmin evdə olmuşdur. Bir dəfə dəqiq xatırlanmadığı tarixdə həmin evdə olarkən İraə xanımı həmin evdə görmüşdür. İddiaçı1, İddiaçı2, o cümlədən Cavabdeh kənd sakini kimi tanıyır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Nazlı İsmayılova məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş lakin həmin mətindəİ brahimova İradə Qurban qızının, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunmamışdır. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun xalası uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Qurban kişiyə məxsus evdə keçirilmişdir. İddiaçı1 və İddiaçı2 hər ikisi 40 mərasiminədək yasda iştirak etmiş və həmin müddətdə qeyd olunan evdə yaşamışlar. İddiaçı1 Rusiya Federasiyasına qayıtdıqdan sonra ona pul göndərmiş o, həmin vəsaiti məzar daşını düzəldilməsinə sərf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Gədəbəy rayonu, Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. İddiaçı1 yas mərasimin 7-ci günündən sonra Moskvaya getmiş, lakin, 40 mərasiminə kimi geri qayıtmışdır. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Gədəbəy rayonu, Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. O, dəfn, 3 və 7 mərasimlərində iştirak etmişdir və həmin vaxt İddiaçı1, İddiaçı2 və Cavabdeh orada olduğunu görmüşdür. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür. İddiaçı1 və İddiaçı2 40 mərasimindək orada yaşamaları barədə dəqiq məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - İş materiallarında olan AZ-İ seriyalı 934761 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2018-ci il tarixdə miokard deqenorasiyasından vəfat etmişdir. - İş materiallarında olan AZ-İİ seriyalı 154980 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə miokard infarktdan vəfat etmişdir. İş materiallarında olan iddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixli Gədəbəy rayon Notariat Ofisinə ünvanlanmış ərizədən görünür ki, X3 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh aedına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. - İş materiallarında olan Gədəbəy rayon notariat ofisinin 813 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayon Notariat ofisiinin xx.xx.2019-cu il tarixli 2V- 466 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X8 vərəsəsi oğlu X22 təyin edilmişdir. İddiaçı2 və X4 məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - X3 X5 adına verilmiş vərəsəlik haqqında şəhadətnamədə əsas götürürlmüş sənədlərdən görünür ki, Cavabdeh notariat kontoruna xx.xx.2018-ci il tarixli ərizə ünvanlayaraq xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras əmlakı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi verilməsinin xahiş etmişdir. - Qeyd edilən notariat işinə əlavə edilmiş Gədəbəy şəhəri Söyüdlü İcra Nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X13 mərhum X1 ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamışdır. Ailə üzvüləri: X20, İddiaçı2 və X9r. - Qeyd edilən Notariat işinə əlavə edilmiş X20 tərəfindən xx.xx.2019-cu il tarixdə əlavə edilmiş sənəddən görünür ki, X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra nədən və haradan olmasından aslı olmayartaq ona düşən miras əmlakdan istifadə etməmiş və etməkdə fikiri olmadığını bildirmişdir. - xx.xx.2019-cu il tarixli Qanunu üzrə vərəsəlik haqqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X23 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96.5 kv.m olan fərdi yaşayış evinə X20 vərəsə hesab edilərək tam pay üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X37 Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/173 saylı məktubundan görünür ki, X14 xx.xx.2018-ci il tarixdə ölkə əarzisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə isə çıxış etmişdir. Bundan sonrakı tarixlərədən xx.xx.2021-ci il tarixlərədək İddiaçı1 çoxsaylı olaraq ölkə ərazisinə giriş-çıxış etmişdir. . - İş materiallarında olan 19.02.22-ci il tarixli X27, X15, X24 və X16 notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı2 və İddiaçı1 1985-ci il və 1987-ci il tarixlərdə ailə qurduqları vaxtdan bu günə qədər valideyinlərinə məxsus olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evində yaşamayıblar. - İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/00765 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən X17 məxsus torpaq sahəsi 30000 (otuz min) manat dəyərində qiymətləndirilmişdir. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1962-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, atası X12 və anası X18r. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1965-ci ildə Gədəbəy rayonu Söyüdlü kəndində anadan olmuş, atası X12 və anası X18r. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 saylı xx.xx.2021-ci il tarixli Cavabdeh adına ünvan 3 ünvanı 16 saylı DNK-nın xx.xx.2016-cı il tarixli,4ə-709 reyestri nömrəli bağışlama müqaviləsinə əsasən, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən ümumi sahəsi 137.5 kv.m olan fərdi yaşayış evi isə Gədəbəy rayonu notariat ofisiinin xüsusi notariusu X28 tərəfindən təsdiq edilmiş 2V-466 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X10 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. - İş matriallarına əlavə edilmiş məhkəməyədək sadələşdirilmiş icraatın açılmasından imtina edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarə əlavə edilmiş ərizədən görünür ki, X2 həyat yoldaşı olan X19 xx.xx.2018-ci il tarixli gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirir ki, baldızları Nailə və İradədən 102 xidmətinə məlumat vermişəm, lakin hal-hazırda onlardan heç bir şikayyəti və tələbi yoxdur, xəsarəti olmadığından həkim müayinəsindən keçməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Beləliklə işin mübasəsiz halı ondan ibarətdir ki, X23 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsəiz olmuşdur, əri, oğlu və 2 qızları. Lakin qeyd edilən vərəslərdən yalnız mərhumun oğlu olan hazırki iş üzrə Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisini müraciət etmişdir, mərhumun əri is notariat ofisini ərizə yazaraq arvadından qalan miras paysdan imtina etmiş olduğunu bildirmişdir. Beləliklə qanunu üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnəz Cavabdeh verilmişdir. İddiaçılar yalnız miras qoyan öldükdən 2 ildən çox müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Notariat Ofisinə müraciət edərək Cavabdeh aedına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş, lakin notariat orqanı tərəfindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icalsı zamanı İddiaçı1 “nə üçün vaxtında evlə bağlı notariat orqanına müraciət etməmisiniz” sualına, “həmin vaxtı atalarının sağ olduğunu, atası sağ ola-ola bu cür hərəkətin etməsi yaxşı qəbul edilə bilməz olduğunu, yalnız qardaşının olnardan xəbərsiz şəhadətnamə aldığını bildikdən sonra notariat oofisinə müraciət emiş olduğunu bildirdi. Bundan sonra iddiaçılar miras əmlakının faktiki qəbul edilməsini bu səbəbdən hər üç vərəsəyə bərabər paylar üzrə vərəsəlik şəhadətnmaəinin verilməsi üçün məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar miras əmlakını qəbul edilməsi üçün notarial orqana müraciət etməslərədə mirası əmlakını faktiki qəbul etmişlər. Belə ki, 40 mərəsimi dövürdə iddiaçıların həmin evə gedib-gəlməsi, o cümlədən qeyd edilən evdə gecələmələri, 40 mərasimini onlar tərəfindən yola verilməsi, 40 mərasimindən sonrada İradə xanımın Azərbaycan Respublikası hüdudlarına daxil olarkən həmin evdə qalması, o cümlədən öz növbəsində İddiaçı2 atasına baxması mirasın faktiki qəbuluna dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçılar miras əmlakını yas mərasimlərini yola verməklə, o cümlədən bəzi zamanlarda ata evinə gələrək orada yaşamaqla o cümlədən valdeyinə qulluq etmək mirası fəktiki qəbul etmiş olduğları israr etsədə məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən miras əmlakda daimi olaraq və ya mütamadi olaraq yaşamamış, ev və evin həyətyanı torpaq sahəsi oların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri məhkəmədə sübut edə bilməmişdir. ( komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və.s kimi hərəkətlər) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki işin matriallarına əlavə edilmiş Gədəbəy rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-466 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsinə dair sənədlərin təsdiq olunmuş surətini iddiaçıların vəkilinə göndərilməsinə dair Gədəbəy rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçılar ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu xx.xx.2021-ci il tarixdə bilmiş və bildiyi gündən iki ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin və tərəflərin bərabər pay hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinin və tərəflərin bərabər pay hüquqularının tanınması" tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar