Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1570/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi Vəkil Məhəmməd oğlunun iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 230 və 231 nömrəli bağ sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunan 14 dekabr 2024-cü il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərara əsasən, İddiaçı notariat ofisinə Bakı şəhərində yaşamış və vəfat etmiş X3 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2024-cü il tarixdə Notariat ofisinə ərizə ilə müraciət edərək, mərhum X10 xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X4 atası olmasını, yəni ərizəçinin qaynatası olmasını bildirmişdir. X1 qanun üzrə vərəsəliyi qəbul etmədən və vərəsəliyin qəbulu ilə əlaqədar ərizə vermədən xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı qaynatası X3 miras qalmış əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. İş materiallarına əlavə olunan 13 noyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 vərəsəsi xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi olan X5 miras əmlakdan tam hissədə pay almışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli plenum qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında vermiş olduğu ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı mirası qəbul etmiş vərəsə X2 qarşı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, **********25 nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1570/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1570/2025
06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver