Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1598/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X22 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 və onun nümayəndəsi X10 və nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X22 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və X14rşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X47 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və X14rşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 verilmiş tam payda vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı X11 qanun üzrə vərəsəsi olaraq tanınması və miras qoyanın əmlakına ½ pay üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X23 və Quliyeva (qızlıq soyadı Əliyeva) Leyla Dadaşbala qızı X26 və X48 övladlarıdır. X23 xx.xx.2019-cu il tarixində vəfat etmiş və miras qoyanın qanun üzrə vərəsə hesab ediləcək qohumları onun bacısı Leyla Quliyevanın övladları - İddiaçı və X4r. X11 ölümündən sonra xx.xx.2019-cu il tarixində 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisində miras açılmış və miras qoyanın sahib olduğu əmlaka dair yalnız X3 tam payda vərəsəlik şəhadətnaməsi verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mirasqoyan şəxs X11 vərəsələrinin dairəsi lazımi qaydada müəyyən edilməmiş, X6 vərəsə olaraq tanındığı halda, qardaşı İddiaçı tanınmamışdır. Halbuki, miras qoyanın əmlakına dair hər iki vərəsənin bərabər payda hüququ olmalıdır. Bu barədə İddiaçı xx.xx.2022-ci il tarixində 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisinə rəsmi qaydada müraciət ünvanlamışdır. Müraciətində şəxs mərhum X11 İİ dərəcədən qanun üzrə vərəsəsi olaraq tanınmasını və mirasqoyanın əmlakına paya dair vərəsəlik şəhadətnaməsi verilməsini tələb etmişdir. İddiaçının müraciətinə sözügedən orqan tərəfindən baxılmış, xx.xx.2022-ci il tarixli, 2550 nömrəli cavab məktubu ilə tələb rədd edilmişdir. Həmin məktubda tələbin rədd edilməsi əsası kimi qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində miras açılmış və həmin tarixdən 6 ay müddətinədək İddiaçı tərəfindən müraciət edilməmişdir. Halbuki, şəxsin həmin müddət ərzində vərəsəlik iddiası etməməsi onun vərəsə kimi tanınmasını istisna edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, mirasqoyan X23 12 may 2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə 24 mart 1956-cı il təvəllüdlü, ünvan 3da qeydiyyatda olan X23 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. 20 sentyabr 2018ci il tarixli 33 N°-li Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə X6 (hazırki iş üzrə cavabdeh) Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 9 ünvanında qeydiyyatda olan 24 mart 1956-cı il təvəllüdlü X11 üzərində qəyyum təyin edilmişdir. X51 özü evli olmamış və onun övladları olmamışdır. Daha sonra mirasqoyan X11 valideynləri - ata Əliyev X63 1965-ci ildə, ana - X56 1994-cü ildə vəfat etmişdirlər. X55 üç bacısı olmuş: Quliyeva (Əliyeva) Leyla Dadaşbala qızı - 1986-cı ildə vəfat etmişdir, Qədimova (Əliyeva) Minaxanım Dadaşbala qızı - 2001-ci ildə vəfat etmişdir, X12 - 2007-ci ildə vəfat etmişdir. Mirasqoyanın mərhum bacısı Qədimova (Əliyeva) Minaxanım Dadaşbala qızının oğlu X62 üzərinə düşən miras payından imtina etmişdir. Mirasqoyanın mərhum bacısı X12 evli olmamış və onun övladları olmamışdır. Mirasqoyanın mərhum bacısı Quliyeva (Əliyeva) Leyla Dadaşbala qızının dörd övladı olmuş - Gülnazxanım (hazırki mülki iş üzrə cavabdeh), Hacəli (hazırki mülki iş üzrə iddiaçı), Hüseyn, Zülgünaz. Bundan əlavə Belqeis Əliyeva vəfat etdikdən sonra, onun yas və dəfn mərasimində cavabdeh İddiaçı ümumiyyətlə iştirak etməmiş, mübahisəli evdə yaşamamış, qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakın qəbul olunması ilə bağlı notariusa müraciət etməmişdir. Halbuki, cavabdeh İddiaçı X55 ölümündən məlumatı olmuş, yalnız üç il keçdikdən sonra cavabdeh İddiaçı notariusa müraciət etmiş və tam əsaslı imtina cavabı almışdır. İddiaçı X29 cavabdehlər X3, Bakı 4 saylı «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - 4 saylı Bakı “ASAN Xidmət” X21 xx.xx.2022-ci il tarixli, 2550 nömrəli imtina məktubdan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyindən və təqdim edilən doğum haqqında şəhadətnamənin ana qarafasında soyad Əliyeva qeyd edildiyindən, qohumluq münasibətləri təsdiq edilmədiyindən və X3 vərəsəlik şəhadətnaməsi verildiyindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X27 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Əliyev X63, anası isə X49r. 5 saylı Bakı “ASAN Xidmət” X21 xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə, 641 nömrəli qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin DA-02294-2022 nömrəli müraciətə cavab məktubundan görünür ki, 1934-cü ilə dair Bakı şəhər Lenin (Sabunçu) rayonu və Lenin (Sabunçu) rayonu və Lenin (Sabunçu) Kürdəxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Leyla Dadaşbala qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Bakı şəhəri Sabunçu Rayon Zabrat qəsəbəsi İcra Nümayəndəliyinin AZ İİ seriyalı, 260092 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1986-cı ildə ölmüşdür. xx.xx.1986-cı il tarixdə, 59 nömrəsi ilə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X9, X25r. - 30.11.2019-cu il tarixli qanun üzrə Qanun üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X11 vərəsəsi atası xx.xx.1986-cı il tarixdə ölmüş X30- Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İlqar Quliyev küçəsi, ev 14 olan bacısının qızı X6-Bakı şəhəri, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 9 və o miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak X15 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 74.4 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2019-cu il tarixdə X6 ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə ölmüş xalası X11 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə verilməsini xahiş etmişdir. - X62 xx.xx.2019-cu il tarixdə vəfat etmiş xalası X7 miras qalmış əmlakdan imtina etmişdir. - 13.03.2019-cu il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X23 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 333 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamın surətindən görünür ki, X1 rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 9 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü X11 üzərində qəyyum təyin edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş X11 atası X39, anası X49r. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli ölüm şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, Əliyev X63 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ölümü haqqında xx.xx.1965-cı ildə 26 nömrəli akt qeydi tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli ölüm şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X56 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölümü haqqında xx.xx.2006-cı ildə 1213 nömrəli akt qeydi tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli doğum şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X12 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X26, anası isə X49r. - Bakı şəhəri Sabunçu Rayonu VVADQ Şöbəsinin xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, 16 may 2007-ci il tarixdə X12 ölmüşdür. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli doğum şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X16 xx.xx.1941-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X26, anası isə X49r. - Nəsimi Rayon VVADQ Şöbəsinin AZ 108065 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə X13 ölmüşdür.xx.xx.2001ci il tarixli, 1026 nömrəsi ilə qeyd aparılmışdır. - Masallı Rayon Qeydiyyat Şöbəsi AZ-T seriyalı, 071078 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1978-ci il taruxdə X62 doğulmuşdur. X34, anası isə X5r. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-875/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, ərizə təmin edilmiş, 09 iyun 1986-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X17 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X40 qızı olması faktı müəyyən edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1986-cı il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il tariixdə X18 doğulmuş, atası X50, anası isə X19r. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3416/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməyə əsasən xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3-da qeydiyyatda olan X23 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qərara alınmışdır. - X31, X41, X42 ərizə ilə müraciət edərək bildirmişlər ki, həqiqətən X47, ünvan 3 ünvanında yaşamamış, X8 dəfn və yas mərasimində iştirak etməmişlər. Onun dəfn və yas mərasimini X6 öz vəsaiti hesabına keçirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X73 ifadəsində bildirmişdir ki, o İmayılova Gülnazxanım ilə Zabrat qəsəbəsində yerləşən ev ilə qonşudur. Sözügedən evdə Gülnazxanım, inun həyat yoldaşı, oğlu İbrahim və Bilqeis yaşamışdır. Hacəli həmin ünvana əvvəllər gəlib getsədə oradada heç vaxt yaşamamışdır.Hacıəli Bilqeyisin yas mərasimində heç vaxt iştirak etməmişdir. Eyni zamanda Bilqeysə məxsus ev təmir olunan zaman Hacəlidə orada işləmişdir, lakin həmin vaxt Bilqeyis özü sağ olmuşdur. Hacəlinin qızı Gülnazxanımgilin evində gəlin olmuşdur. Sonra onlar arasında münasibət pozulduğundan ola bilsin Hacəli o evə gəlməmişdir. Hacəlinin qızı ilə Gülnazxanımgil arasında mübahisə olan zaman hələ Bilqeys sağ olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X32 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə onun bacısıdır. Xalası Bilqeys 2019-cu il tarixdə vəfat etmişdir. O ölən zaman onun Zabrat qəsəbsəində yerləşən evində yalnız bacıssı Gülnazxanım və onun ailəsi yaşamışdır. Xalasının bütün əziyyətinidə Gülnazxanım çəkmişdir. Qardaş Bilqeyis heç vaxt nə xalası pləndən əvvəl nədə sonra sözügedən ünvanda yaşamamışdır. O hətta xalası öldükdən sonrada onun yas mərasimində iştirak etməmişdir. Bilqeys ölməmişdən əvvəl Gülnazxanımın oğlu İbrahim həmin evi yenidən təmir etmişdir. O vaxtı Hacəlinin qızıda onların evində gəlin olmuşdur. Hacəlidə evin tikintisində onalara kömək etmişdir Xalası may 12 ölmüşdür. Yas mərasimlərində iştirak etmiş, lakin Hacəlinin o mərasimlərdə iştirak etmədiyini bildirmişdir. Hacəlinin Kürdəxanıda bir iki dəfə görmüşdür. Əvvəllər o evdə yaşadığını bildiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X33 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun əmisi uşağlarıdır. Cavabdeh Gülnazxanım hərzamanı Bilqeyisə məxsus evdə yaşamışdır. X78 öldükdən sonra yas mərasimlərinə gəlməmişdir. Ümumiyyətlə o hərdən bir yasdan sonra Gülnazxanımgilin eviə gedən zaman Hacəlini orada görməmişdir. Ev tikiləndə Hacəli ilə birlikdə orada olmuşlar. Onlar birləşib ev tikdiklərini, el adətinə görə qohum olaraq hər kəsin bir birinə kömək etdiyini, bunun qarşılığında pul almadıqlarını bildirmişdir. Evin tikintisi təxminən 2009-cu il tarixdə olmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X57 ifadəsində bildirmişdir ki, cavabdeh Gülnazxanım onun qaynanasıdır, Hacəli isə onun qardaşı, O Gülnazxanımgillə 2011-ci il tarixdən qohum olmuşlar. Onların nişan mərasimidə məhz sözügedən evdə olmuşdur. Evda Gülnazxanımgillin ailəsi və Bilqeys xala yaşamışdır. Hacəlini isə toydan toya görmüşdür. Hacəlinin qızı Gülnazxanımın oğlu ilə ailəli olmuş, sonra isə boşanmışlar. Bu hadisə Bilqeysin ölümündən əvvəl olmuşdur. Bilqeys öləndə o Hacəılini nə yas mərasimlərində nədəki sonralar həmin evdə görməmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X62 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun xalasının uşağlarıdır. Tərəflərlə düşmənşiliyiin və ədavətinin olmadığını bildirmişdir. Bilqeys öldükdə Hacəli yas mərasimlərində və ondan sonra heç vaxt xalasınaməxsus Zabrat qəsəbsəində yerləşən evdə görməmişdir. Həmin ev köhnə olduğu üçün gülnazxanımın oğlu tərəfindən yenidən inşa edilmişdir. Ev hardasa 10 ildən çox müddətdir ki, inşa edilmişdir. Həminvaxt Bilqeis sağ olmuşdur. Hacıəli orda hörgü işləri görmüşdür. Onun görüdüyü işə görə onnun eşitdiyinə görə 1500 manat pul verilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X43 ifadəsində bildirmişdir ki, o cavabdehin oğlunun dostu olduğunu, Hacıəlinin 1-2 dəfə gördüyünü bildirmişdir. Yas mərasimlərində iştirak etdiyini, lakin Hacıəlinin həmin yas mərasimlərində görmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə mülki işin hallarından məlum olur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X11 xüsusi mülkiyyətində olmuşdur. X23 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və onundan qalan miras əmlakını qəbul etmək üçün qanunu üzrə ikinci növbədən vərəsə olan bacısı qızı X6 xx.xx.2019-cu il tarixdə notariat ofisinə ərizə vermişdir. Eyni zamanda mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, ikinci növbədən vərəsə olan X6 həmçinin miras əmlakını faktiki olaraqda qəbul etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, o İddiaçı miras əmlakdan ½ hissədə pay hüququnun alınması üçün vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini xahiş etsədə, məhkəmə iclasında iddiaçının miras əmlakını nə faktiki nədəki mirasın açıldığı yer üzrə notariat ofisinə qanunla müəyyən edilmiş müddətdə müraciət etməsini halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı X22 cavabdehlər 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə və X3 qarşı “şəhadətnamənin ləğv edilməsi və mirasa pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1598/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1598/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver