Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1654/2023 06.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehlər Koroğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5nə və Cavabdeh4 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4, Cavabdeh5nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məzkəməyə müraciət edərək 237115 manat məbləğində əsas və məbləğə hesablanmış 19759 manat faiz borcu olmaqla, ümumilikdə 256874 manat və 546,87 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən olan Cavabdeh4 digər cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh5 MMC Cavabdeh1 KM-nin (bundan sonra “Şirkətlər”) təsisçisi, eyni zamanda, aralarında müqavilə bağlanan vaxt həmin şirkətlərin direktoru olmuşdur. xx.xx.2019-cu il tarixdə onunla Cavabdeh4 arasında şirkətlərin təsisçisi və direktoru olaraq “Tapşırıq müqaviləsi” bağlanmışdır. Qeyd etmək istəyir ki, həmin dövrdə o, cavabdehlərdən olan Cavabdeh2 MMC-də təftişçi vəzifəsində işləyirdi. Həmin müqavilənin 1.1 bəndinə görə, “Vəkalət alan” olaraq o, şirkətlərə ("xxxx") onların tapşırığı əsasında nəzarət etmək, təsisçinin şəxsi tapşırıqlarını icra etmək, hər hansı bir qanun pozuntusu aşkarlanarsa, "xxxx"ə məlumat verməli idi. Müqavilənin 3.1 bəndinə görə, Cavabdeh2 MMC-dən aldığı əmək haqqından əlavə ona ödəniləcək məbləğ hər ay 5000 manat təşkil etməliydi və 3.2 bəndinə görə, müqaviləyə xitam verildiyi gün “Vəkalət alan” olaraq ona əlavə 100000 manat ödənilməli idi. Müqavilənin bağlandığı gündən Cavabdeh4 cavabdeh şirkətlərlə bağlı, o cümlədən, onun öz şəxsi tapşırıqlarını vicdanla yerinə yetirsə də, cavabdehlər tərəfindən ona Cavabdeh2 MMC-dən aldığı əmək haqqından başqa, müqavilə ilə nəzərdə tutulmuş haqq ödənilməmişdir. Cavabdeh4 tezliklə haqqın ödəniləcəyinə vəd verərək, onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olurdu. Müqavilə üzrə öhdəliklərini icra etdiyi müddətdə Cavabdeh4 tərəfindən ona bir neçə dəfə şirkətlərin fəaliyyəti ilə sənədləşmə işlərində saxtakarlıq edilməsi təklif edilsə də, o, bunun qanunsuz olduğunu bildirib, həmin hərəkətləri etməkdən imtina etdiyindən, getdikcə Cavabdeh4 ilə aralarında olan münasibətlər soyumağa başladı. Sonuncu dəfə 17 yanvar 2021-ci ildə tarixdə Cavabdeh4 “Whatsapp” vasitəsi ilə ona səs ataraq, bir işçinin bağladığı müqavilənin dəyişdirilməsi və onu yalançı borc yaratmaq kimi tapşırıq vermişdir. O bu kimi tapşırıqları icra etməyəcəyini bildirdi və onunla bağlanmış tapşırıq müqaviləsində bu kimi öhdəliyinin olmadığını xatırladı. Bundan sonra, cavabdeh 2021 aprelin 21-nə kimi onu “şirin dil”ə tutmağa çalışsa da, o hər hansısa sənədləri saxtalaşdırmayacağını tam qətiyyətlə bildirdiyindən, cavabdehlə münasibətləri konkret olaraq pisləşdi. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yuxarıdakı abzasda yazdıqları Cavabdeh4 hər hansı bir şər böhtanın atılması deyil, bunu təsdiq edəcək aralarındakı “Whatsapp” yazışmalarını zərurət olarsa məhkəməyə təqdim edə bilər. Cavabehlərlə münasibətlərini bitirdiyinə dair bir neçə dəfə ona müraciət edərək, müqavilə üzrə nəzərdə tutulmuş haqqın tam ödənilməsini tələb etsə də, bununla bağlı sonuncu dəfə cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya ilə müraciət etsə də, hazıradək heç bir nəticəsi olmamışdır. Cavabdehin müqavilə üzrə tapşırıqlarını icra etdiyi müddətin xx.xx.2021-ci il tarixədək, yəni Koroğlu MMC-dən xx.xx.2021-ci il tarixdən,”Nur Retail” MMC-dən isə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifələrdən azad olunduğunu nəzərə alsaq, müqavilə üzrə öhdəliklərini 27 ay 12 gün ərzində tam icra etmişdir. Həmin müddət üçün aralarında bağlanmış müqavilənin şərtlərinə görə cavabdehlər tərəfindən 137115 manat haqq ödənilməli idi. Eyni zamanda müqavilənin 3.2 bəndinə əsasən, həmin haqqa müqaviləyə xitam verilərkən ödənilməsi nəzərdə tutulan 100000 manatı da əlavə etsək, cavabdehlərin ona olan ümumi borcu 237115 manat təşkil edir. Yuxarıda göstərdiyi kimi, aralarında bağlanmış tapşırıq müqaviləsinə xitam verilməsinə səbəb Cavabdeh4 müqavilə öhdəliklərini icra etdiyi müddətdə ona müqavilə ilə nəzərdə tutulmuş haqqı ödəməməyi və ondan qanunsuz hərəkətlər etməyə təhrik etməsi olmuşdur. Bundan başqa, cavabdehlər müqavilə münasibətlərinə xitam verildiyi xx.xx.2021-ci il tarixdən hazırki iddianı məhkəməyə təqdim etdiyi 20 ay müddətində cavabdehlər tərəfindən ona müqavilə ilə nəzərdə tutulmuş haqqın vaxtında ödənilməməsinə görə, AR MM-nin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün ümumilikdə 19759 manat faiz ödəməlidirlər. Beləliklə, hesab edir ki, müqavilə üzrə ödənilməmiş 237115 manat məbləğində əsas borc və AR MM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğ 20 ay üçün hesablanmış illik 5% olan 19759 manat faiz olmaqla, ümumilikdə 256874 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 546,87 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutulmalıdır. İddiaçı və vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Cavabdehlərin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, onlar inkar etmirlər ki, Emin əmək müqaviləsi üzrə işçi olub, hüquq və təftiş şöbəsinin müdiri və müavin vəzifəsində işləyib, ***-**** manat maaş alıb. İddiaçı və cavabdeh arasında qohumluq münasibətləri olubdur. Etibarnamə bütün orqanlarda təmsil etmək üçün verilib, onun da etibarnaməsi eynidir, lakin o xidmət müqaviləsi ilə işləyir. Emin hüquq şöbəsinin müdiri olub və ona etibarnamə verilməsi normal haldır. Müqavilədəki 1-ci möhür onlara aiddir, yəni yumru möhür, lakin imza Cavabdeh4 aid deyil. Direktor müavini olduğuna və qohumluq münasibəti olduğuna görə möhür onda olub. Müqavilənin əsli yoxdur, şirkətin künc formasında möhürü yoxdur, imza əl ilə imza olunmayıb, faksmil vasitəsi ilə icra edilib. Məhkəmə iclasında dindirilmiş ekspert X6 verdiyi rəyi müdafiə edərək rəydə “istisna edilmir” deyəndə Montaj olunması başa düşülduyunü, montajın “köçürtmə” demək olmasını, montajın Scaner, surətçıxarma və kresoks növlərinin olmasını, əgər mətndəki imza və möhür eyni vaxtda çıxarılıbsa, hamısı eyni cürə olmalı olduğu halda tədqiqat predmetində əlavə izlər yaranmasını, hər bir möhürün çap edici başlıqları olmaqla, onların birlikdə əks olunmasının klişe adlandırmasını göstərmişdir. Məhkəmə iclasında dindirilmiş digər ekspert X3 verdiyi rəyi müdafiə edərək imzaların texniki saxtalaşdırılmasını müəyyən etməyin hər bir ekspertin borcu olmasını göstərək tədqiqat predmetindəki imza həmin şəxsin imzası olsa da, lakin icra edilməsi formasının montaj edilməsini göstərmişdir. Ekspert hmçinin qeyd etmişdir ki, ekspert rəyinin nəticə hissəsində, 2-ci suala cavab kimi qeyd edilən “istisna edilmir” məsələsinə də münasibətini bildirərək, imzanın böyük ehtimalla montaj olunmasını göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş İddiaçı adına olan sosial arayışdan görünür ki, əlavə iş yeri kimi Cavabdeh5ndə aylıq 400 manat maaşıvə 6 jünlük iş həftəsi olan hüquq məsələləri üzrə direktor müavini vəzifəsində işləmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür:; əlavə iş yeri kimi Cavabdeh5ndə aylıq 250 manat maaşıvə 6 jünlük iş həftəsi olan təftiş vəzifəsində işləmiş, xx.xx.2020-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. əlavə iş yeri kimi Cavabdeh5ndə aylıq 200 manat maaşı və 6 jünlük iş həftəsi olan təftiş vəzifəsində işləmiş, xx.xx.2019-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. əcac iş yeri kimi Cavabdeh2ndə aylıq 1000 manat maaşı və 6 jünlük iş həftəsi olan ümumi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, xx.xx.2021-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. əsas iş yeri kimi "Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətində aylıq 800 manat maaşı və 6 jünlük iş həftəsi olan hüquq və təftiş şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2019-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. əsas iş yeri kimi Cavabdeh2ndə aylıq 600 manat maaşıvə 6 günlük iş həftəsi olan hüquq və təftiş şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2019-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. əsas iş yeri kimi Cavabdeh2ndə aylıq 200 manat maaşıvə 6 jünlük iş həftəsi olan təftişçi vəzifəsində işləmiş, xx.xx.2019-ci ildə əmək müqaviləsi qüvvədən düşmüşdür. - xx.xx.2020-ci il tarixdə Cavabdeh4 İddiaçı adına 1 il müddətinə verdiyi etibarnamədən görünr ki, Cavabdeh4 İddiaçı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “standart insurance” sığorta şirkətində təmsil etməyi, sığorta ödənişi barədə aktını imzalamağı, ona çatası pul məbləğini almağı, bu avtomobilə dair dəymiş zərəri tələb etməyi, bu işlə bağlı banklarda hesab açmağı, adından ərizə yazmağı, imza etməyi, “standart insurance” ilə bağlı digər əməliyyatlarının görülməsi, konvertasiya əməliyyatlarının aparılması və bu işlə əlaqədar digər əməliyyatların aparılmasını etibar edir. - İddiaçı "Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavid Hümbətəliyevə yazdığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, son aylarda işlərin daha da çox olması, verilən şifahi tapşrıqlar iş həcmində çoxluq təşkil etdiyindən hesab edir ki, aldığı maaşla bu öhdəliyi yerinə yetirə bilməyəcək. Bu səbəbdən onu xx.xx.2021-ci il tarixədək işdən azad etməyini xahiş edir. - İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh5 təsisçisi və direktoru Cavabdeh4 ünvanladığı pretenziya məktubundan görünür ki, 10 yanvar 2019-cu il tarixdə aralarında başlanmış Tapşırıq Müqaviləsinə əsasən, ona Cavabdeh2 MMC, "xxxx" MMC, T.O.M (X4 Kiçik Müəssisə) Cavabdeh3 MMC-lərdə və şəxsi tapşırıqlarınızı icra etmək, işlərə nəzarət etmək və aşkar edilən hər hansı bir qanun pozuntusu barədə sizi məlumatlandırmaq tapşırığı verilmişdi. Həmin tarixdən, xx.xx.2021-ci il tarixdə fəaliyyətinə xitam verilənədək üzərinə düşən öhdəliklər tərəfindən tələb olunan şərtlərə uyğun həyata keçirilsə də bu günədək Müqavilə şərtlərinə əsasən ona ödənilməli olan 237115 AZN-i ala bilməmişdir. Bu səbəbdən 237115 azn əsas məbləğ, əldən çıxmış faydaya görə 3556,73 azn və gecikdirilmiş pulun illik 5%-i 2963,94. Ümumilikdə (237115+3556,73+2963,94=243635,67) 243635,67 AZN pulu xahiş edir, 3 gün ərzində pretenziyasına baxaraq ona ödənilməsinə göstəriş verəlməsini xahiş etmişdir. - xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı ilə Cavabdeh2 MMCnin "xxxx" MMC, T.O.M (X4 Kiçik Müəssisə) və Cavabdeh3 MMC-lərin direktoru və təsisçisi olan Cavabdeh4 arasında şirkətlərin təsisçisi və direktoru olan Cavabdeh4 ilə bağlanmış “Tapşırıq müqaviləsi”ndən görünür ki, «Müqavilənin predmeti» adlanan İ hissədə “Vəkalət alan” Müqavilədə göstərilən qaydada və şərtlərlə "xxxx"in adından aşağıdakıları yerinə yetirməyi öz öhdəsinə götürür: 1.1. “Vəkalət alan” Cavabdeh2 MMC, "xxxx" MMC, T.O.M (X4 Kiçik Müəssisə) və Cavabdeh3 MMC-yə "xxxx"in tapşırığı əsasında nəzarət etmək təsisçinin şəxsi tapşırıqlarını icra etmək, hər hansı bir qanun pozuntusu aşkarlanarsa, "xxxx"ə məlumat vermək: 1.2. Mütəmadi olaraq müəssisə və MMC-ləri ziyarət etmək, zərurət yaranarsa dövlət və məhkəmə orqanlarında nümayəndəlik etmək. - «Müqavilənin müddəti» adlanan İİ hissəyə əsasən: 2.1 Müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir. 2.2 Müqavilə Sabirabad rayonunda sənaye parkı açılanadək qüvvədədir. - Müqavilənin «Vəkalət alana ödənilən muzd və onun çəkdiyi xərclərin ödənilməsi qaydası» adlanan İİİ hissəyə əsasən: 3.1 Cavabdeh2 MMCdən aldığı əmək haqqından əlavə “Vəkalət alan”a ödəniləcək məbləğ hər ay 5000 AZN təşkil edir. 3.2 Müqaviləyə xitam verildiyi gün “vəkalət alan”a əlavə olaraq 100.000 AZN ödəniləcək. 3.2. "xxxx"in tapşırıqlarını icra edərkən çəkiləcək əlavə xərclər “Vəkalət alan” tərəfindən qarşılanacaqdır. - Müqavilənin «Tərəflərin vəzifələri» adlanan İV hissəsinə əsasən: Vəkalət alanın vəzifələri 4.1.1 Vəkalətnamədə nəzərdə tutulan tapşırığı icra etmək; 4.1.2. Tapşırığın icrası nəticəsində əldə olunanları "xxxx"ə təqdim etmək; 4.1.3. İstənilən vaxt Vəkalət verənin tələbi ilə ona tapşırığın icrasının gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra məlumat vermək; 4.1.4. Vəkalətnamədən imtina etmək istədikdə bu barədə "xxxx"i 1 iş günü əvvəl xəbərdar etmək; 4.1.5. "xxxx"in tapşırıqlarını ən azı 1 il müddətində yerinə yetirmək. Vəkalət verənin vəzifələri: 4.2.1. Müqavilə ilə müəyyən edilmiş müddətdə, miqdarda və qaydada Vəkalət alana muzd və əlavə pul ödəmək; 4.2.2. Vəkalətnaməni ləğv etmək istədikdə bu barədə “Vəkalət alan”ı 5 iş günü əvvəl xəbərdar etmək; 4.2.3. Tapşırığın icrası gedişində “Vəkalət alan”a dəyən zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək; 4.2.4. Tapşırığın icrası ilə bağlı “Vəkalət alan”ı zəruri məlumatlarla (sənədlərlə) təmin etmək; 4.2.5. “Vəkalət alan” öz ərizəsi və yaxud qarşılıqlı razılığa əsasən işdən ayrılarsa, ona ödənilməmiş məbləği 3 ay müddətində hesabına hissə-hissə ödəmək; 4.2.6. Ödənişlər zamanı qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavə xərcləri qarşılamaq. - Müqavilənin «Xüsusi şərtlər» adlanan Vİİİ hissəsinə əsasən: 8.1 . "xxxx" tapşırıq yerinə yetirilənədək müqaviləyə xitam verdiyi halda, «Vəkalət alan»a ödənilmiş muzd geri qaytarılmır. - Müqavilənin «mübahisələrin həlli» adlanın İX hissəsinə əsasən: 9.1 müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. 9.2 Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll olunur. - Cavabdeh5 direktoru Cavabdeh4 imzaladığı xx.xx.2020-ci il tarixli 036 saylı etibarnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, polis, prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vergi və İcra orqanlarında "xxxx" MMC-nin ticarət nümayəndələri və müştərilərlə (satış nöqtələrində) yaranmış mübahisələrlə bağlı müəssisəni təmsil etməyi, müvafiq dövlət orqanlarına və başqa qurumlara sorğuların verilməsini, işin müvəffəqiyyətli həlli üçün zəruri olan prosessual hərəkətlərin edilməsini, yəni mülki, inzibati və cinayət işlərində onun hüquqlarını və qanuni maraqlarını qorumaq, iddia ərizələri imzalamaq və ərizələr vermək, məhkəmə iclasında tətbiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək, məhkəmə aktlarından şikayətlər, etirazlar və vəsatətlər vermək, məhkəmə iclasının protokolları ilə tanış olmaq, məhkəmədə çıxış etmək, qanunsuz hərəkətlər nəticəsində müəssisəyə vurulmuş zərərin ödənilməsini tələb etmək, istənilən qurumdan müəssisə hesabına ödənilən pul vəsaitlərini qəbul etmək, məhkəmə qərarlarının surətini əldə etmək, məhkəmə aktın və qərarının məcburi icrasını tələb etmək, eyni zamanda məhkəmə qərarlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək üzrə bütün hərəkətləri etməyi etibar edir. - Məhkəməyə təqdim edilmiş Cavabdeh3 MMC-i barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin mühafizəsi Departamenti tərəfindən Azərbaycan Respublikasının İXM-nin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı Bakı şəhər Xəzər rayon məhkəməsinin 3(003)-956/2020 saylı qərarından və həmin iş üzrə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(103)-385/2021 saylı qərarından görünür ki, MMCnin nümayəndəsi qismində həm də İddiaçı da iştirak etmişdir. - Məhkəməyə təqdim edilmiş iddiaçı X1 cavabdeh "xxxx" MMC-nə qarşı mülki işlə bağlı Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1680/2020 saylı qərarından görünür ki, cavabdeh MMC-nin nümayəndəsi qismində İddiaçı da iştirak etmişdir. - Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurasının xx.xx.2029-cu il tarixli A65-7, A67-7, A68-7, A72-7 qərarlarında Cavabdeh3 MMC-nin nümayəndəsi qismində həm də İddiaçı iştirak etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/739-5/620 saylı rəyinin Məhkəmə-xətşünaslıq ekspertizası üzrə nəticə hissəsindən görünür ki, Ekspertizaya təqdim olunmuş 10 yanvar 2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 və Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı adlarından olan “Tapşırıq müqaviləsi”nin reproqrafik surətinin 1-3-cü vərəqələrində “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X2 Cəmiyyəti” məzmunlu möhür əksləri üzərində əks olunmuş imzalar – Cavabdeh4 tərəfindən icra olunması qeyd edilən imzaların əksi montaj (köçürmə) olunması istisna olunmur. - Qeyd edilən rəyin sənədlərin texniki ekspertizası üzrə hissəsindən görünür ki, 1. Təqdim edilmiş 10 yanar 2019-cu il tarixli Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 ilə Cavabdeh2 MMC-nin təftişçisi İddiaçı arasında bağlanmış “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin çap mətni, üzərində olan imzaların və “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X2 Cəmiyyəti” məzmunlu möhür əksinin təsvirləri reproqrafik (çoxaldıcı) qurğu vasitəsilə çap olunmuşdurlar. 2. Həmin müqavilənin reproqrafik surətində olan “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X2 Cəmiyyəti” məzmunlu möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmur. 3. 10 yanvar 2019-cu il tarixli “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin üzərində “Azərbaycan Respublikası Naxçıvan MR Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştamp əksləri və onların içərisində olan imzanın əksləri üçün relyef klişe vasitəsilə birbaşa vurulmuşdurlar. 4. 10 yanvar 2019-cu il tarixli “Tapşırıq müqaviləsi”nin reproqrafik surətində olan Cavabdeh2 MMC-yə məxsus “Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştamp əksinin və Cavabdeh4 imzasının əksinin eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyi üçün ekspert qarşısında qoyulmuş “xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsindəki kvadrat şəklində ştamp əksi Cavabdeh2 MMC-yə məxsus “Azərbaycan Respublikası Naxçıvan Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştampla vurulub və həmin ştamp əksinin içərisindəki imza Cavabdeh4 imzasının klişe vasitəsilə vurulmuş əksidirmi?” sual üzrə tədqiqat aparılmadı. 5. Təqdim edilmiş “Tapşırıq müqavilə”sinin reproqrafik surətində olan ştamp əksinin saxta olubolmaması məsələsi hüquqi araşdırma tələb etdiyindən ekspertin həll etdiyi məsələlərə aid deyildir. Həmin məsələlərin araşdırılması və hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aiddir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 arasında qohumluq münasibətləri mövcuddur və o, hazırda təqdim etdiyi xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsinə əsasən cavabdehlərdən birgə qaydada pul tutulmasını tələb edir və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, 785.1, 786.5 və 445.7-ci maddələrinə istinad edir. Həmin normaların tələblərinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.(777.1, 777.2) Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar.(785.1) Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər (786.5.) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir(445.7) Məhkəmə ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə araşdırması zamanı cavabdeh tərəf ümumiyyətlə iddiaçı ilə tapşırıq müqavilənin bağlanmamasını və buna da heç bir zərurət olmamasını israrla bildirərək müqavilədəki T.Ə.Əliyevin imzasının saxtalaşdırılmasını, 4 künç ştampın isə ümumiyyətlə olmamasını, müqavilənin əslinin təqdim edilməməsinin buna sübut olmasını göstərmişlər. Məhkəmə tərəfindən müqavilənin şərtlərinə əsasən nüsxəsinin biri «Vəkalət alan»da saxlanılır hissəsinə uyğun olaraq iddiaçıya onda olan müqavilə nüsxəsini təqdim etməyi təklif edilsə də, o təqdim etdiyi və iş materiallarında olan müqavilənin ona verilən nüsxəsi olmasını, digər bir nüsxəsinin isə Cavabdeh4 olmasını bildirmişdir. Cavabdeh tərəf ümumiyyətlə belə bir müqavilənin bağlanmamasını təkrar vurğulamaqla onlarda heç bir nüsxənin olmamasını da göstərmişlər. Məhkəmə tərəfindən müqavilənin əsli təqdim edilməsə də, iddiaçının dəlillərinin və cavabdeh tərəfin də etirazının əsası kimi hallara qiymət verilməsi üçün müvafiq ekspertizalar təyin edilmiş və təqdim edilmiş rəylərdə (Məhkəmə-xətşünaslıq ekspertizası üzrə) aydın olaraq göstərilmişdir ki, “Tapşırıq müqaviləsi”nin reproqrafik surətinin 1-3-cü vərəqələrində “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X2 Cəmiyyəti” məzmunlu möhür əksləri üzərində əks olunmuş imzalar – Cavabdeh4 tərəfindən icra olunması qeyd edilən imzaların əksi montaj (köçürmə) olunması istisna olunmur. Həmçinin də rəyin sənədlərin texniki ekspertizası üzrə hissəsində “Tapşırıq müqavilə”sinin reproqrafik surətinin çap mətni, üzərində olan imzaların və “Azərbaycan Respublikası Naxçıvan MR Şərur rayonu “X2 Cəmiyyəti” məzmunlu möhür əksinin təsvirləri reproqrafik (çoxaldıcı) qurğu vasitəsilə çap olunması, möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmaması, “Azərbaycan Respublikası Naxçıvan MR Cavabdeh2 MMC Sənədlər üçün Əsli ilə düzdür” məzmunlu ştamp əksləri və onların içərisində olan imzanın əksləri üçün relyef klişe vasitəsilə birbaşa vurulması göstərilmişdir. Məhkəmə iclasında dindirilmiş ekspertlər rəylərini müdafiə etməklə mübahisələndirilən müqavilədə olan imzaların və möhür əksinin və onun üzərində yerləşən imzanın təsvirləri yerləşdiyi hissəyə montaj (köçürmə) olunması istisna olunmamasını bir daha təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, faktiki olaraq ekspert rəyindən müqavilədə olan imza və möhürlərin sərbəst qaydada düzgün olaraq icra olunmaması faktı təsdiq olunduğundan bu hallar sözügedən müqavilənin də qanuni əsaslarla, sərbəst və könüllü olaraq bağlanılaraq imzalanması və möhürlənməsi anlamına gəlməyə kifayət qədər hüquqi əsas yaratmır. Məhkəmə iddiaçı tərəfin həmin rəyin natamam olması, verilən suallara tam və düzgün cavab verilməməsi, hətta müqavilədə olan 4 künc ştampın mövcudluğu ilə bağlı təqdim etdikləri qaimələr əsasında təkrar ekspertiza vəsatətlərini təmin etməsə də, bunun əsaslandırması kimi qeyd edilən vəsatətin əsassız olmasından əlavə, həm də bu müqavilənin özü-özlüyündə etibarsız olmaqla onun məzmununda sadalanan şərtlərin ağlabatan və inandırıcı olmamaqla, onun cavabdehin maraq və mənafeyinə uyğun iradə ifadəsi olmasına kifayət qədər əsaslı şübhələrin olması ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə Plenum qərarının tələblərini rəhbət tutaraq hesab edir ki, hazırki iddianın əsasını təşkil edən tapşırıq müqaviləsi etibarlı əqd kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəf müqavilənin məzmununda göstərilən şərtlərin ağlabatan olmasından çox faktiki onun mövcudluğunun artıq qarşı tərəfin iradə ifadəsi kimi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirilməli olmasını vurğulasa da, məhkəmə hesab edir ki, müqavilənin məzmununda göstərilən şərtlərin aşağıda göstərilən təhlili onun cavabdeh tərəfin xəbəri və razılığı olmadan tərtib edilməsinə daha çox dəlalət edir. Əvvəla, məhkəmə hesab edir ki, sözügedən müqavilənin məzmunu tapşırıq müqaviləsinin mahiyyətini özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777 və 778-ci maddələrində göstərilən hallara uyğun olmadığından tərəflər arasında yaranmış münasibətlər, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan tapşırıq müqaviləsinə aid normaların tələblərinə müfaviq qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə iddiaçının tapşırığın qəbul edilməsi faktlarına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin ona hansı konkret tapşırıqları verməsinə dair mötəbər və tutarlı sübutlar da təqdim etməmişdir. İddiaçı tərəfin qeyd edilən dəlillə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan açıq aydın görünür ki, İddiaçı şirkətlərə ("xxxx") onların tapşırığı əsasında nəzarət etmək, təsisçinin şəxsi tapşırıqlarını icra etmək, hər hansı bir qanun pozuntusu aşkarlanarsa, "xxxx"ə məlumat vermək, mütəmadi olaraq müəssisə və MMC-ləri ziyarət etmək, zərurət yaranarsa dövlət və məhkəmə orqanlarında nümayəndəlik etmək idi. Bu işlərə görə ona müqavilə əsasında «Koroğlu” MMCdən aldığı əmək haqqından əlavə ona hər ay 5000 AZN də ödənilməli idi. Müqavilədən də görünür ki, İddiaçı müqavilə bağlanan vaxt Cavabdeh2 MMC-də təftişçi vəzifəsində işləyirdi. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının göstərdiyi hallar özü-özlüyündə, əsassız, qanunsuz və absurddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilənin bağlandığı vaxtdan xx.xx.2021-ci il tarixə kimi faktiki olaraq cavabdeh MMC-lərdə əsas və əlavə iş yerləri kimi müxtəlif vəzifələrdə işləmiş, məhkəmələrdə və Əqli Mülkiyyət Agentliyində digər şəxslə birlikdə MMC-lərin nümayəndəsi olmuş, bu işlərin müqabilində də aylıq əmək haqqısını almışdır. Belə olan halda cavabdehlərin adından Cavabdeh4 onunla bu müqavilənin hansı zərurətdən bağlanmasına və hətta aylıq əmək haqqından əlavə 5000 manat da ödənilməsi öhdəliyinin də cavabdehin üzərinə götürməsinin səbəblərinə iddiaçı aydınlıq gətirə bilməmiş, yalnız cavabdehin bu müqaviləni imzalamasını iradə ifadəsi olmasını vurğulmaqla kifayətlənmişdir. Bundan əlavə, iddiaçı müqavilənin 4-cü hissəsinə əsasən vəkalətnamədə nəzərdə tutulan hansı tapşırığı icra etməsi, tapşırığın icrası nəticəsində əldə olunan hansı məlumatları "xxxx"ə təqdim etməsi və ya "xxxx"in tələbi ilə ona tapşırığın icrasının gedişi haqqında hansı informasiya, habelə tapşırığın icrasından sonra hansı məlumat verməsinə dair sübutlar təqdim etməmişdir. Digər tərəfdən müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyi və müqavilənin Sabirabad rayonunda sənaye parkı açılanadək qüvvədə olmasına dair bəndin də müqaviləyə daxil edilməsinin səbəblərini iddiaçı tərəf aydınlığı ilə açıqlaya bilməmişdir. Başqa sözlə, müqavilənin Sabirabad rayonunda sənaye parkı açılanadək qüvvədə olmasının iddiaçının təbirincə deyilsə tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin məzmun və mahiyyəti ilə nə əlaqəsi olması qətiyyən anlaşılan deyildir. Tərəflərin izahatlarından görünür ki, Sabirabad rayonunda sənaye parkı açılmamışdır və iddiaçı tərəfin müqavilənin doğrudan mövcudluğuna dair fikirləri həqiqət olduğu təqdirdə bu müqavilə hələ də qüvvədə olan müqavilə sayılmalıdır. İddiaçı tələbində sözügedən müqavilənin xx.xx.2021-ci il tarixdə, yəni işdən azad edildiyi vaxtdan xitam verilməsini göstərmiş və o, “Vəkalət alan” olaraq ona cavabdeh tərəfindən əlavə 100000 manat ödənilməli olmasını da müqaviləyə xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlilləri bir daha ona dəlalət edir ki, tərəflər arasında mübahisələndirilən müqavilə üzrə hər hansı münasibət olmamış, qurulmamış, bu müqaviləyə uyğun fəaliyyət belə göstərməmişlər. İddiaçının gördüyü işlər əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələr olmuşdur ki, bunun üçün də əlavə tapşırıq müqaviləsi bağlanmasına da heç bir hüquqi əsas və zərurət olmamışdır. O ki, qaldı təsisçinin şəxsi tapşırıqlarını icra etməsinə, yuxarıda qeyd edildiyi kimi onunla iddiaçı arasında qohumluq münasibəti olduğu üçün aralarında olmuş şəxsi tapşırıqlarla bağlı hər hansı işlərin görülməsi onlar arasında qarşılıqlı münasibətlər fonunda baş vermişdir ki, bunun üçün də göstərilən müqaviləni bağlamağa və oraya da həmçinin şəxsi tapşırıqların icrası ilə yanaşı, bunun üçün də qeyd edilən həddindən artıq yüksək əmək haqqlarını əlavə etməyə heç bir zərurət olmamışdır. Məhkəməyə bu qənaətlərə gəlmək üçün cavabdeh tərəfin izahatlarından əlavə, iddiaçının digər bir əsassız dəlili də əsas vermişdir. Belə ki, onun təqdim etdiyi müqavilə şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə miqdarda və qaydada iddiaçıya muzd və əlavə pul ödəməli idi. Lakin iddiaçı mübahisələndirilən müqavilə bağlanandan işdən azad edilənə kimi həmin müqavilə üzrə ona heç bir pul ödənilməməsini bildirsə də, nəyə görə özünün bildirdiyi kimi sözügedən müqavilə qüvvədə olduğu müddətdə deyil, məhz işdən çıxandan sonra hazırki iddia ilə müraciət etməsinə dair ağlabatan mühakimə qaydasında anlaşılan izah verə bilməmişdir. Məhkəmə qeyd edir ki, məntiqlə əgər iddiaçının bildirdiyi kimi müqavilə qüvvədə olduğu müddətdə o, müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirdikcə hər ay əmək haqqından əlavə 5000 manat da almalı idi. Lakin iddiaçı məhz həmin dönəmdə nəyə görə hər ay bu məbləğin ona ödənilmədiyi halda buna dair cavabdehə hər hansı irad, şikayət və pretenziya verməməklə, özünün bildirdiyi kimi, tapşırıq müqaviləsi üzrə işləri davam etdirməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri (cavabdehin vədlər verməklə onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını davam etməyinə nail olması) qətiyyən inandırıcı saymır və bu kimi izahatlarına tənqidi yanaşır. Məhkəmə yuxarıda göstərilən işin müəyyən edilmiş halları baxımından həmçinin iddiaçının 17 yanvar 2021-ci ildə tarixdə Cavabdeh4 “Whatsapp” vasitəsi ilə ona səs ataraq, bir işçinin bağladığı müqavilənin dəyişdirilməsi və onu yalançı borc yaratmaq kimi tapşırığı icra etməməsinə görə münasibətlərinin pisləşməsinin təsdiqi olaraq, eləcə də təqdim etdiyi tapşırıq müqaviləsi üzrə işlərin görülməsinin təsdiqi kimi Cavabdeh4 “Whatsapp” vasitəsi ilə səs yazılarını məhkəmə iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü dəlilləri subyektiv mülahizələr olmaqla heç bir hüquqi əsası yoxdur və iddia ərizəsində istinad edilən çoxsaylı qanunvericilik normalarının hazırki mübahisə ilə bağlı heç bir bağlılığı yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Buna görə iddia etibarsız əqdə istinad edilməklə və heç bir mötəbər və tutarlı süöut növləri ilə təsdiqini tapmamaqla yanaşı tam əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Cavabdeh4, Cavabdeh5nə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1654/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1654/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver