Məhkəmə qərarları › İş №e-2(008)-1656/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1656/2025

16.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1656/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 22, 8 saylı mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla) mənzildən çıxarılması və mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada Cavabdeh 32.56 kv.m və onun 20% hissəsi olan 6.51 kv.m əlavə edilməklə mənzillə (39.07 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndələri xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, aralarında razılaşma olduğu üçün, hazırki barışıq sazişini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı nümayəndəsi və cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə özləri barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: "xxxx" MMC ilə Cavabdeh arasında aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: İddiaçı öhdəsinə götürür ki, binanın tikintisi başa çatdıqdan sonra cavabdehə poçt ünvanının verilməsini təmin edəcək, iddiaçı tərəfindən tikiləcək ünvanda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Hüseyn Ərablinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 90 m2 6 №-li təmirli mənzili cavabdeh X1 verəcək və iddiaçı bu Sazişin hər iki Tərəf üçün tam icrasınadək cavabdehə müvəqqəti yaşadığı mənzilin kirayə haqqı olaraq (kompensasiya məbləği) hər bir ay üçün 400 AZN ödəyəcək. Cavabdeh öhdəsinə götürür ki, Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 22, ümumi sahəsi 32.56 m2, 1 otaqlı, 8 saylı mənzilin mülkiyyətçi X3 (ÇİXARİŞ-Qeydiyyat vərəqəsi 0166658), mülkiyyətində olan yaşayış sahəsini "MMC"-yə təhvil verəcək, cavabdeh və cavabdehlər bu sazişdə göstərilmiş Daşınmaz Əmlakın (yaşayış sahəsinin) sökülərək iddiaçı "xxxx" MMC tərəfindən yerində hündür mərtəbəli yaşayış binasının tikilməsinə razılıq verirlər və Dövlət qeydiyyatının ləğvi barəsində səlahiyyətli Dövlət qurumuna ərizə verməyi öhdələrinə götürürlər, cavabdehin binanın fasadında hər hansı bir dəyişiklik edə bilməz (fasadın və balkonların başqa rənglə rənglənməsi, pəncərələrin, şüşələrin başqa növə və ya rəngə dəyişilməsi, balkonların şüşə ilə bağlanması və s.), cavabdehin bu sazişin 1.2 bəndində göstərilmiş mülkiyyətində olan mənzilini iddiaçı "xxxx" MMC-yə təhvil-təslim aktı ilə təhvil verir, cavabdeh iddiaçı "xxxx" MMC-nin qabaqcadan yazılı razılığı olmadan sazişdən irəli gələn hüquqlarını, vəzifələrini, borclarını və digər öhdəliklərini üçüncü şəxslərə keçirə (ötürə) bilməz, cavabdeh "xxxx" MMC- nin razılığı olmadan müqavilənin qüvvədə olduğu müddət ərzində mənzili başqa şəxslərin sahibliyinə və ya istifadəsinə verə bilməz, cavabdeh mülkiyyətində olan mənzili (ÇİXARİŞ-Qeydiyyat vərəqəsi 0166658) üçüncü şəxslərin öhdəliyindən, iddiasından, tələblərindən və digər şəxslərin qarşısında bütün borc öhdəliklərindən azad şəkildə “İddiaçı”ya təhvil verir. Gələcəkdə bu mənzillə bağlı yarana biləcək bütün borc (dövlət, vergi, bank krediti, kommunal və s.) öhdəliklərini öz üzərinə götürür. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar