Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1657/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil Kərim qızının, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, Cavabdeh3 və X5 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh1 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, m.3 mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla) mənzildən çıxarılması və mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada Cavabdeh1 16 kv.m və onun 20% hissəsi olan 3.2 kv.m (cəmi 19.2 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, m.3 mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla) mənzildən çıxarılması və mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan Bina B2, Mərtəbə-2, təmirli Mənzil 4, 1 otaq 34.56 kv.m və onun 20% hissəsi olan 6.91 kv.m əlavə edilməklə mənzillə (41.47 kv.m) Cavabdeh1 mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, m.3 mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin (ailə üzvləri də daxil olmaqla X2, Cavabdeh4, Cavabdeh3 və X4) mənzildən çıxarılması və mənzilin boşaldılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada Cavabdeh1 Bina B2, Mərtəbə-2, təmirli Mənzil 4, 1 otaq 34.56 kv.m və onun 20% hissəsi olan 6.91 kv.m əlavə edilməklə mənzillə (41.47 kv.m) təmin olunması və cavabdehlərin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında razılıq əldə edildiyini və barışıq sazişinin təsdiq edilərək, işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdiyi Barışıq sazişinin 8.1-ci bəndini nəzərə alınmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında cavabdehlə aralarında barışıq sazişinin bağlandığını və barışıq sazişinin şərtlərinin məhkəməyə qaydasında təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respubliksı Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə baxışında tərəflər aralarında barışıq əldə edildiyi, barışıq sazişinin tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Tərəflər arasında barışıq sazişi bağlandığından və bu saziş məhkəmə tərəfindən təsdiq edildiyindən iş üzrə icraata Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 261.0.5ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı "xxxx" MMC ilə, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, Cavabdeh3 və X6 arasında bağlanmış barışıq sazişi şərtləri aşağıdaki qaydada müəyyən edilməklə təsdiq edilsin:
1. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, Cavabdeh3 və X6 öhdələrinə götürürlər ki, mülkiyyətlərində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12 nömrəli evin 3 nömrəli mənzilini iddiaçı "xxxx" MMC-nin xəbərdarlıq məktubunu aldıqdan sonra 15 gün müddətində boşaldaraq, sökülməsi və yerində çox mərtəbəli yaşayış evi inşa edilməsi üçün iddiaçı "xxxx" MMC-yə təhvil verilsin.
2. İddiaçı "xxxx" MMC öhdəsinə götürür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblənski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 nömrəli binanın 4-cü mərtəbəsindəki 2 iki otaqlı 73.78 kv.m 2 nömrəli təmirsiz mənzili cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, Cavabdeh3 və X1 verilsin, cavabdehlərin mənzildən çıxdığı gündən yeni mənzillə təmin olunan günə kimi onlara aylıq 400 manat kirayə haqqı ödəsin.
3. Tərəflərdən hər hansı biri sazişinin şərtlərini icra etmədikdə, sazişinin şərtlərinə uyğun olaraq, sazişnən nəzərdə tutulmuş öhdəliklərin məcburi qaydada icrası məhkəmə tərəfindən icra vərəqəsi verilməklə, məcburi qaydada icra etdirilsin.
4. Tərəflərin barışıq sazişi təsdiq olunmaqla, "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4, Cavabdeh3 və X5 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair işin icraatına xitam verilsin.
Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ruslan Mirzəliyev