Məhkəmə qərarları › İş №e-2(008)-1667/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1667/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1667/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı Qubadlı rayonu, Zilanlı kəndində qeydiyyatda olduğu və cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanının ünvan 2mişdir. İddia ərizəsindən göründüyü kimi "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadə etdiyi elektrik erjisi üzrə yaranmış 7821,68 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı "xxxx" ASC-nin xeyrinə ulması barədə qətnamə çıxarılmasını Qubadlı Rayon Məhkəməsindən xahiş etmişdir. Məhkəmə iddia tələbini qismən təmin etmiş və yekun olaraq, İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2793,86 manat borcu və ödənilmiş 30 anat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə iddia rədd edilməsi barədə 2(028)- 488/2021 saylı xx.xx.2021-ci il ixli qətnamə qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də apellyasiya məhkəməsi qətnaməni dəyişdirmədən saxlamışdır. Qətnamə əsasında müəyyən olunmuş 2793,86 manat borcu mən tam olaraq ödəmişəm. Lakin hazırda "xxxx" ASC-i məhkəmənin əsassız hesab etdiyi, iddiaçının tələb etdiyi 7821,68 manat borcun digər hissəsini yəni 5027,82 manatı tələb edir və smart ödənişləridən çıxır. Məhkəmə tərəfindən iddiaçının tələb etdiyi məbləğin (7821,68 manat), məhkəmə tərəfindən əsaslı hesab edilən (2793,86 manat) hissəsindən başqa digər qalan əsassız hesab edilən (5027,82 manat) hissəsinin aqibətinin (borcun silinib-silinməməsi) bilinməsi üçün 2(028)-488/2021 ylı xx.xx.2021-ci il tarixli qətnamənin izahını verilməsini xahiş etmişdim. Lakin 2(028)-488/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadla ərizə rədd ilmişdir. Səbəb kimi həmin 2(028)-488/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin artıq icra edildiyi bildirilmişdir. Göründüyü kimi elekrtik sayğacının quraşdırıldığı tikili Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 271 saylı orta məktəbin yardımçı binası olsa da, iddiaçının Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşamasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda hazırkı tərəflər arasında elektrik enerjisinin verilməsinə dair müqavilə bağlanması halı iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə, hesab edir ki, iddiaçı istehlakçı olaraq Qubadlı rayonunda qeydiyyatda olduğundan, tərəflər arasında müqavilə bağlanmadığından, cavabdehin hüquqi ünvanı Nəsimi rayonu olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı seçməsinə görə ərazi aidiyyəti üzrə Qubadlı Rayon və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı, o, seçməsinə görə ərazi aidiyyəti üzrə Qubadlı Rayon və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar